Mə`lumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz – dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır.
Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə düşərdi: “Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”