Страница 3 из 5746 << < 1 2 3 4 5 6 7 > >>
Vusal |

Salam Aleykum. Mən bilmək istəyirəm ki, yerli bankdan aşağı faizlə (evi ipotekaya girov qoymaqla 4% illik kredit götürmək) kredit götürüb onu Xarici bankın yerli nümayəndəliyinə əmanət (illik 10%-lə depozit) qoymaq olarmı? Yəni Mən dövlət işçisi olduğum üçün imtiyazım var. Həmin imtiyaza əsasən bankdan güzəştli kredit götürə bilərəm. Bunu güzəşti dövlət mənə verir. Mən o güzəştli krediti götürüb torpaq, ev və s. ala bilərəm. Lakin mən həmin pula ev, torpaq, maşın və s. almaq istəmirəm. istəyirəm Xarici bankın yerli nümayəndəliyinə qoyum və həmin puldan illik 10% olmaqla əldə olunan faiz gəlirinin tən yarısını (50%-ni) ehtiyacı olan insanlara (yetim, kücədə yaşıyan, kimsəsiz və s. insanlara) verim və yerdə qalan yarısını isə özüm götürüm. Mən bilmək istəyirəm ki, Sizcə bu işi etmək günahdır yoxsa bunu etmək olar? (sistani ağaya təqlid edirəm)

Ответ / Cavab

Aleykumusalam.

Burada düzgün iş nəzərə gəlmir. Bunu səhf bilirik. Daha artıq dəqiqlik üçün təqlid etdiyiniz muctəhidin dəftərinə yazın.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 28 Январь, 2020
Ayan2 |

Salam. Sabahınız xeyir.Qüsl edəndə sol tərəf ayaq hissəmi yuyanda, bilmirəm ya qəsdən ya da karıxaraq başımı suya salıb çıxartdım. Anidən oldu deyə bir şey anlamadım. Sübh namazına gecikirdim deyə fikir vermədim qüslü bitirib getdim. İndi qüslüm düzdür? Və bu qüsüllə qıldlğım namaz düzdürmü? əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Quslunuz düzdür. Yeniləmək lazım deyil

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 28 Январь, 2020
... |

Salam. Qapının döyülməsinə görə namazi kəsmək olar?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, dunyanın heç bir lazımsız işlərinə görə namazı pozmaq olmaz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
N R |

Salam. Destemaz alandan sonra insan neyese toxuna biler? Misal ucun - Sacina ve ya hansisa eshyaya ve s.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, edə bilər, bunun heç bir problemi yoxdur.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
N R |

Salam. Uzanaraq dua etmek olar? Ve ya misal ucun - Hansi formada oturub ve oturmamaq meslehetlidi dua eden zaman? Teshekkurler.

Ответ / Cavab

Aleykumusalam.

İstənilən halda ALlah zikr oluna bilər, amma dua etmək bir şey istəməkdir. Sizcə biri uzanaraq sizdən bir şey istəsə siz onun bu əməlinə necə baxarsız?

Duanın ən gözəl halı üü qibləyə səcdə halındadır.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
N R |

Salam. Destemaz almaq ancaq Namaz ucun olur? misal ucun - Namaz qilmayan insan dualarinin qebul olunmasi ucun niyyet edib destemaz ala biler?

Ответ / Cavab

Aleykumusalam.

İnsan adi halda da ruhi paklanma üçün dəstəmaz ala bilər. Amma bəzi  əməllər var ki, onlar dəstəmazlı olmğı mutləq şəkildə tələb edir. Bunun biri də elə namazdır.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Pervin |

Salam aleykum Insallah Ramazan ayi ne vaxt daxil olur? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Aprelin 24 ü daxil olmalıdır inşaAllah.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
000 |

Salam. Yoqa ile meşqul olmaq, meditasiya etmek olarmi?

Ответ / Cavab

Aleykumussalam

Ancaq idman kompleksi kimi istifadə etmək olar. Amma meditasiya ya yoqa fəlsəfəsi kimi batil şeylər olmaz.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Müzakir |

Saıam,hacı namaz qılınarkən telefon zəngi gələrsə,evdə başqası yoxsa,namazı yarıda kəsmək olarmı? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Xeyr telefona gorə namazı pozmaq olmaz

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
0000 |

Salam eger boshanmish bir qadin 1 gunlluk sige olunursa bashqa bir kishi ile olmaq ucun nece gun gozlemelidir.

Ответ / Cavab

Aleykumussalam

Müvəqqəti əqd bitdikdən sonra iki ay iddə gozlənilməlidir.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
2020 |

Salam Bizim bizim 3 ushagimiz 2 oglan 1 qiz Mən 1 qiz ovladida isdiyirem ki gelecekde 2 baci bir birine komek olsunlar biz olmayandaş.Lakin zovcem ushaq istemir Deyir oglumda var qizimda day besdir Saxlaya bilmirem.Birde ne bilirsen belke bu da oglan olacaq deyir.Onuda deyim orta gelirli bir aileyik.Qadinin haqqi varmi desin ki 4-cu ushaq istemirem.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr qadının bu seyə haqqı yoxdur.

Bu tip məsələlər ailə daxilində məsləhət, məşvərət ilə  həll edilir.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
..... |

Salam bu gun tefekkur elediyim zaman Hz Əli (ə) feziletlerinen danisirdim tefekkur eliyirdim fikirlesdim dim Əhli Beyt(ə) pakdilar Allah Əhli Beyt(ə) pakliyib bu vehabilerin ollara atdigi iftoralarin ne qeder menasiz oldugun fkkirlesdikden sora bu yuxaridadki fikri fikirlesdim sorada fikirlesdim bes oblarda Allah kimi padilar burada Allah muqayise etmeyim dogrudur? Tesekkurler hacican Allah elminize bereker versin Amin

Ответ / Cavab

Aleykumussalam

Bu tam əsassız və səhf fikirdir. Allahin hec bir misli və bərabəri yoxdur.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
sual 555 |

Eger evdeki soz sohbetden qadin zina edirse eri bu gunahda sherikdirmi Kishi qadini yemekle icmekle geyimle qalmaqla temin edir Lakin kishi qadinin daha cox paltara pul xerclemesinden ve pulun cox xerclenmemesinden cox danishirsa Deyek ki eger qadin ozunu eri terefinden diqqetsiz hiss edirse

Ответ / Cavab

Aleykumussalam

Buna qadinin heç bir haqqı yoxdur. Kişi ər olaraq vəzifəsini icra edirsə qadın ərinə itaətkar olmalıdır və qadinin bu iradlari qəbul edilən deyil. Zinaya gedərsə öz əxlaqsizliqinin gostəricisi sayılacaq.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Əli aşiqi |

Salamaleykum.Xanımın 44 yaşı var ve çox güman ki, klimaks dövrü başlayır.Keçen ay adet günü gec başladı.Dekabr ayının 25-26-sı başlamalı idi,yanvar ayının 13-ü oldu.Normal 9 gün oldu.Bu gün yene başlayıb.Xanım ne etsin? Bu heyiz sayılır? Namaz qıla biler?(Sistani ağa) Teşekkür edirem,ALLAH sizden razı olsun.

Ответ / Cavab

Aleykumussalam

Heyz nişanələri varsa heyz biləcək

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Huseyn |

Salam Uzanarag telefonnan elektron Quran oxumag duzgundur ?

Ответ / Cavab

Aleykumussalam

Qurana ehtiramsizliq sayilarsa olmaz.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Вопрос |

Салам Алейкум, а как понять «жирность больше обычного»?

Ответ / Cavab

Aleykumussalam.

Novernoye vi znayete kak bivayet obicniy jirnost.  Yesli eto znayem, znacet znayem cto takoye bolse obicnova

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 27 Январь, 2020
Ali |

Salam Aleykum, Mən Sistani ağa kitabında gördüm. Zəkat 10 şey üçün vacibdir ki, bunlardan biri Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);. Tam başa düşmədim. Mən ticarətlə məşğulam, indi zəkat verməliyəm?

Ответ / Cavab

Aleykumussalam.

Sərmayədən xums verəcəksiniz.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 26 Январь, 2020
Salam |

Salam. Suala göre üzr isteyirem. Qüsl etmemişden qabaq yuyunanda ayağımda dizdən yuxarı sızaq kimi yara gördüm. Oradaca sıxdım, deyesen üstünü de sıxdım. Sonra hemin hisselere yudum. Qüslden sonra eynimde libas olandan sonra oranın göynediyini hisse etdim. Evvel fikir vermedim, bir qeder sonra keçmeyince baxım dedim. Yaranın üstünde tünd nese vardı. Qabığıdımı ya neyse bilmedim. Tünd göye çalırdı, geydiyim şalvarda o rengdedi deye belke şalvarın sapı yapışıb düşünürem. Qüsl vaxtı oraları defelerle yumuşam ve görmemişem. Amma bilmirem gözümden qaçıb belke deyirem. Ya belke paltardan düşüb bilerdim. İndi qüslün hökmü nedi? Tezelemek lazımdırmı? Sol terefdedi, üstünden bir iki saat keçse de yalnız o hissenin üstünden su ile çeksem olarmı?

Ответ / Cavab

Aleykumussalam.

Bu qədər lazimsiz səkklər etməyin. Qüsl düzdür.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 26 Январь, 2020
Vusal |

Salam Aleykum! Mən bilmək istəyirəm ki, əgər zərurət yaranıbsa vacib bir məsələ üçün o zaman bankdan nağd pul krediti götürmək olarmı? Mənim atam yaşlı adamdır, piyada çox hərəkət edir və maınla hərəkət etməyə ehtiyacı var...Buna görə biz istəyirik ki, daha doğrusu mən istəyirəm ki, bankdan 10000 azn həcmində nağd pul krediti götürüb bir maşın alım atama...və hər ay hissə-hissə ödəyim (ayliq texminen 280 azn olacaq 3 illik).... Sizcə bu cür zərurət halında bankdan faizlə (illik 16 fazilə) nağd pul krediti götürmək olarmı? Sistani Ağaya təqlid edirəm.. Əvvəlcədən təşəkkür!

Ответ / Cavab

Aleykumussalam.

Bəli bu zərurətdən pul götürmək olar.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 26 Январь, 2020
Eldar |

Assalamu Akeykum. Bir sual vermək istəyirəm. Bizim evdə balaca uşaqların nəcisi yerə, parketa tökülmüşdür. Onu anam bütün evləri pol əskisi ilə yuyub və elə çıxdıki bütün otağlara nəçisi yaydı. Sualım budur ki zaman, ya toz evi pak edər mi. Bu hadisə beş, altı ay önçədən olmuşdur. Evdə ayağların gəzə bilmirik ki ev təmiz,deil.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, ora paklanmaq ucun yuyulmalidir. Ora slanqla suyu çəkin .suyu acin. Su nəcis olan yeri əhatə etdikdən sonra suyu baqlayin və həmin suyu yiqin. Pak olacaq.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2020 , Опубликовано: 26 Январь, 2020
Страница 3 из 5746 << < 1 2 3 4 5 6 7 > >>
© 2021 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com