24 Январь, 2013  19:01

Həmzə Seyyidüş-şühəda (Cavad Mühəddisi)

Həmzənin həyat səhifələrini varaqla-dıqda onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və mə¢sum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bə¢zilərini xatırlayaq.

İslam Peyğəmbəri (s) buyurur: «Qardaş-larımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir». Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba dəvəyə süvar halda gələr. İmam Baqir (ə) buyurur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».

İmamlar daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına görə daim fəxr etmişlər. Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq, xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin olmasını özünə imtiyaz saymışdır və xəlifənin tə¢yin olunacağı məclisdə buyurur: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»



]]>]]>
Просмотров: 2713
Загрузок: 254
Рейтинг:
3 / 11 ( Хорошо )
Тип файла RAR
Размер файла 109.91 Kb
 
В этом разделе:
20 Февраль, 2013
Fatimə Fatimədir (Əli Şəriəti)
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com