Bir daha Salam Aleykum. Ailede 3 neferdi, atasiz. Ana ve 2 ovladi. Ovladlarindan biri haram iw ile mewguldu. Diger ovladi ise yenice oyrenib ve anasina deyir ki ya bu iwler bitecek ya da men gedecem. Amma sonra ele chixir ki ana ovladinin haram iw gormeyinden xeberdardi. Diger ovladi ise Allaha inanan, Namaz qilandi ve bunu gebul ede bilmir. Amma anasi ona qulag asmir yani haram iw ile mewgul olan aile uzvune qarwi chixmir, eksine arxasinda durur, bu birsini ise pisdiyir ve s. Bu halda ne etmelidi insan? Ailesini anasini terk etmeyi duzgundur? Yoxsa sebr edib dozmek?
Ответ / Cavab
Aleykumussalam.
Hörmətli muslim, haram iş dedikdə nəyi qəsd edirsiz, axi bunu bilmək lazımdır, haram qazanc edir, oğurluq edir, əyyaşlıq edir, qumarbazlıq edir, ?
Salam Aleykum. Eger ailede 3 nefer varsa ve bu ailede 1 nefer haram iwle mewguldusa, digeri de( meselen anasi) bunu choxdan bilir ve gebul edirse, 3cu wexs ise tesadufen bunu oyrenirse ve gebul edemmirse anasinin bilmeyinden de xeberi yoxdusa, anasina deyir ki bele olmaz ve s ve s, lakin anasi eksine diger haram iw ile mewgul olan aile uzvunu yox bunu tehgir edir ve ustune duwurse, hemin wexs ne etmelidir? Sebr etsin? Gebul etsin olanlari? Yoxsa ailesinden imtina etsin (chunki chatdirmag olmur hech cur ki duzgun yola durmag lazimdir). Chox ehtiyacim var bu sualin cavabina. Chox sagolun Heci.
Ответ / Cavab
Aleykumussalam.
Sualınız X larla doludur. Məsələnin nə olması aşkar deyil ki, cavab verə bilək.
Salam Aleykum. 1.məsələn bir insan deyirki bir nəfər var xəstədir maddi cəhətdən köməyə ehtiyacı var.ama bilmirik doğrudur ya yalan.çünki çox olurki yalandan belə şeylərdən istifadə edib pul toplayırlar.biz yardım etmək istədikdə araşdırıb etməliyik ya araşdırmasaq da sədəqə qəbul olunur ? Biraz məlumat verərdiz zəhmət olmasa bu haqda. 2.ALLAH hər yerdədir dedikdə məkan vermiş oluruq ?
Ответ / Cavab
Aleykumussalam.
Araşdırmanız düz olar, çünki, həqiqətdə də bəziləri bundan şəxsi maraqları üçün istifadə edir. Xəstə və yardıma ehtiyacı olan varsa özünüz onlara baş çəkin və nə yardım etmək istəyirsinizsə, bir başa özlərinə edin.
Xeyr, belə olduqda məkan verilmir, çünki məna öz qüdrəti ilə hər yeri əhatə etməsi nəzərdə tutulur.
Allah kecsin gunahimdan oruclarimi tuta bilmirem. Iradesi zeif deyim ne deyim. Bilirem gunahi coxdu. menim hacetim var qebul olmasi cox onemlidi menim ucun. 1 ay olar niyyet ehd etmiwem ki niyyetim qebul olsun ramazan ayinin butun oruclarini 1 ayin orucunu tutacam. niyyetim bele olub. Ancaq bugun bir xanim meni ozume getirdi ki Allah yolunda orucu tutmaga cetinlik cekirsen amma deyirsen ki isteyim duam qebul olsun bir ay tutacam doze bileceksen. Elediyimden cox utandim o xanim meni ozume getirdi. Demeyim odur ki menim niyyetim ehdim dilimden bele cixib ki ramazan ayinin butun oruclarini tutacam. Ancaq o xanim ele deyenden sonra mene irade geldi Allah qismet elesin Allaha xatir inwallah orucumu tutacam. Menim niyyet ehd orucum nece olacaq bes? Dilimden ramazan ayi cixibsa onu bawqa ayla evezlemek mumkundur? Allah razi olsun sizden.
Ответ / Cavab
Aleykumussalam.
Ramazan oruclarını tutmaq bütün oruc tutmaq gücündə olan müsəlmanlara vacibdir və vacib olanı onsuz da tutmalıyıq, belə həd düz sayılmaz. Əhd ya nəzr edəndə əlavə olaraq nəsə etməyi əhd edərlər.
Salam haci qardaw. sualim bele idi ki men namazda sonda salamlari deyerken gozum mohurdeyken deyirem. ancaq bugun magazada bir xanimi salamlari saga sonra sola donerken dediyini gordum. Ve hemin xanim shie namazi qilirdi. Esli nece olmalidir? Ve ya ferqi var?
Ответ / Cavab
Aleykumussalam.
Həmin xanım səhf edir. Salamlar bitməmiş namaz bitməz və namaz bitməmiş üzü qiblədən çevirənə namaz batil olar.
Salam qardaş. Quranda Allah Adəm peyğəmbərin səhvinə görə onu yer uzunə endirdiyini deyir bu enmə mənəvi dərəcəyə aiddir? Çünki insanların cənnətdə yaşamağa qabiliyyətləri yoxdur . 2 evdə qardaşimin yoldaşıyla deyib gülmək ama ki həddi asmadan hec əl gorusmurəm ama ünsiyyət olanda arada elə olurki o bir soz deyir yada mən gulməli olanda guluruk bu günahdı ? 3 əgər dogum zamani hec cur qadın həkim yoxdursa nə edilməlidir? 4 Əqlin inkişafı adli kitab kimə məxsusdur? Cox sağolun Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
1.Bəli, bu mənəvi məqamın enməsidir.
2.Hədd qorunursa, günah deyil.
3.Qadın həkim çoxdur, çoxa yox deyib məsələ axtarmayaq.
Muselman cehennemde ebedi qalmayacag deyilir amma o qeder muselman var ki,boyunlarinda ne qeder zulm,ne qeder qul haqqi var,onlar da ebedi qalmir? sag olun
Ответ / Cavab
Aleykumussalam.
Əgər öləndə müsəlman şəklində ölübsə, əbədi qalmaz.
Salam.rehmete geden adamin 40 gunun menasi nedir? Sag olun
Ответ / Cavab
Aleykumussalam.
40 rəqəminin müxtəlif məsələləri var və ölən şəxsin də ölümündən 40 gün keçməsi qeyd edilir. İmam Huseynin də əsirləri 40 cı gün gəlib Kərbəlada ona yetişdilər.
Salam Aleykum,sualim beledir Peygemberimiz Muhammedin vaxtinda ona peygenberliy verilende o gibla sayilan yeri bir teref idi vesorada deyishildi bashga bir teref oldu onun sebebini bilmey istiyerdim zehmet olmasa onu imkan olsa,aydinlashdirardiniz ,sebeb ne idir?
Ответ / Cavab
Aleykumussalam.
Bəli, əvvəl müsəlmanlar namazlarını Beytul muqəddəsə tərəf qılırdılar. Sonra Allah belə qərara aldı ki, qiblə Kəbəyə tərəf çevrilsin və namazın içində Cəbrəil mələk gəlib Peyğəmbərimizi Kəbəyə tərəf çevirdi.
Salam.Menim kremimde zer varidi makyaj cixarma lasyonu ile silmisem basqa deri temizleyen mehsullarla temizlemisem derimi sabublada yumusam dunen.Buna gore ne destamaz ala biliremki namaz qilim bugun yene cimmisem uzumu coxlu yumusam ama lap yaxindan guzgufe baxiramki balaca balaca qalib.Buna gore namaz qila bilmirem vesvese basib ele bil meni xahis edirem komey ederdiz eger getmirse o zerin ustunden destamaz alib namaz qilmag olar?
Salam,Men cahil vaxtlarimda kimise esassiz bir sebebe gore vurmushamsa hemin adam haqqini halal etmese ne olacaq? Mutleq halal etmelidir yoxsa tovbe kifayet edir? Sag olun
Salma. Cox uzr isteyirem men sual vermishdim meheremlikde kraska olar ya olmaz.1. Men bilmek isterdim isha chixmaliyam sachim agarib. Isa chixmaq adi ile kraska qoymaq olar?2. Namaz qilanda mohure alnimin yarsi deydi o sayilir. Cox saqolun.
Salam alekum əgər məktəb də direktor namaz girmags icazə vermir biz hansisa muelimle danişib bizdə daıdeydan imkan yaradib bizdə orda girsax namaz düz olar?nəzərə alxaski biz əgər dersderden sonra girsax evdə onda namaz gedeye bilər
Ответ / Cavab
Aleykumussalam.
Bəli, namazınız düzdür. Məktəb dövlətin malıdır, kimsə oranın ağası deyil.
Salam. Inanin ferec duasiyla bagli sualimi bir kere vermisem. Hec tekrarda vermemisem. Baxdim suallarada cavabi tapa bilmedim. Zehmet olmasa cavab yazardinizda?
Ответ / Cavab
Aleykumussalam.
Beş altı sual bundan əvvəldə buna cavab var.
Allahummə kun li vəliliyyik ilə başlayan İmam Zamanın salamatlıq duasıdır, fərəc duası budur.
Bismilləhir Rahmənir Rahim. İlahi əzuməl-bəla, və bərihəl-xəfa, vənkəşəfəl ğita, vənqətəər-rəca, və zaqətil-ərz və muniətis-səma, və əntəl-mustəan və iləykəl-muştəka və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə Səlli Əla Muhəmmədin və Ali-Muhəmməd. Ulil-əmril-ləzinə fərəztə ələyna taətəhum, və ərrəftəna bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acilən qəribən kələmhil-bəsəri əv huvə əqrəb. Ya Muhəmmədu ya Əliyy, Ya Əliyyu ya Muhəmməd, ikfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran. Ya Movlana ya Sahibəz-Zaman, əl-ğəvs, əl-ğəvs, əl-ğəvs, ədrikni, ədrikni, ədrikni, əs-saəh, əs-saəh, əs-saəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, Ya ərhəmər-rahimin bihəqqi Muhəmmədin və Alihit-tahirin.