Страница 1033 из 5746 << < 1029 1030 1031 1032 1033 1034 1035 1036 1037 > >>
Abbasova |

Assalamun aleykum haci menim ustadim kishidir namehremdir gozune baxa bilerem ya yox?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
salam |

Salam sualim beledi eger mal eti halal kesilmeyibse ama hemin etden sup hazirlanirsa ve hemin eti yememek wertile supu yemek olar yoxsa supda haram olur? Bu sual esgerlikde olan biri ucundu cunki ona orda et iwine baxanlar deyiblerki halal deyil ve yemek meslehet deyil

Ответ / Cavab

Aleykumussalam.

Haram ətdirsə  nəcisdir və ondan heçnə yemək olmaz.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
goher |

Salam,yxuya inanmaq olar?cunki men yuxuda yeznemizi gormuwem rehmete gedib guya,ama seher durub deli oldum inanmaq olar yuxuya?

Ответ / Cavab

Aleykumussalam.

Yuxulara çox əhəmiyyət verməyin.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
Sukur |

Salam Haci Men bilmek isterdim Ehli Shie ve Sunnileri Ferqleri nedir ne ayird olurlar. Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Fərqlər çoxdur və burda bunu muzakirə etmək lazım deyil.

Əsas fərq isə Peyğəmbərimizdən sonra 12  İmamın rəhbərliyini qəbul edib etməməkdir.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
Nuray |

Salam namaza basliyanda tekbir deyende qadinlar ellerin qulaglarina kimi qaldirmalidi ya sinelerine kimi? Padruqam instagramda islam azerbaycan sehifesinde bele yazi gorub Allah teala bildirmek isteyir ki ey xanimlar menim huzurumda bele beyler kimi ellerinizi qulaqlariniz seviyyesinde qaldirib qoltugunuzun altini gostermeyin, sizi cehennemde odun kimi yandirram.Bu yazi duzdur?

Ответ / Cavab

Aleykumussalam.

Üzlərinin müqabilinə kimi qaldırsalar kifayətdir.

Allah ona namaz qılanı yandırmaz.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
Bende |

Salam. Quranda insanlar ucun ibret, teqvalilar ucun nesihet etdik buyurur Uca Allah. Zehmet olmasa buradaki, ibretle ve nesihetin ferqini yazardinizda yeni aciqlamasin?

Ответ / Cavab

Aleykumussalam.

İbrət və nəsihət  eyni mənalı sözlərdir, məgər ki, ibrətdə nəsihətdən əlavə olaraq insana misal olaraq olmuş hadisələr də göstərilir.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
Bende |

Salam. Momin bir kesin gundelik 54 ruket qilacagi musteheb namazlar hansilardir?

Ответ / Cavab

Aleykumussalam.

17 rükət gündəlik vacib, 23 rükət gündəlik namazların nafilələri və 11 rükət gecə nafiləsi.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
Ramile |

Salam.Bagiwdiyin eyer menim mesel ucun 10gun namaz qezam var olarki men 10subh ardicil qilim,sonra 10zohr elece davam edim?2)Qeza namazlarini qildigim namazdan qabag qilmaliyam ya sonra?Ferq var?

Ответ / Cavab

Aleykumussalam.

Yaxşısı budur ki, gündəlik ardıcıllığa riayət edərək qılın.

Bunun fərqi yoxdur.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
sura |

salam haci, er qadini danisiqlariyla hereketleriyle dinden imandan cixardirsa, exlaqini tebietini pozursa qadin ne etmeli?

Ответ / Cavab

Aleykumussalam.

Allaha sığınmzlı. təqvasını artırmalı və qorunmalıdır.

Allah sizə yar olsun

Задан: 22 Октябрь, 2016 , Опубликовано: 22 Октябрь, 2016
neci |

Salam aleykum.Sualim beledirki eger hansisa bir isin olmasi ucun niyet edile bilerki meselen hansisa bir isim alinsa oruc tutacam.olar ele bir sey?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar, buna nəzr orucu deyilir və həmin hadisə baş verən kimi vacib olur.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Ferid |

Salam eleykum Ayagimda balaca yara var o qanamisdi mende salvarin ayagini yuxari cekmisdim yaranin uzerinda biraz qan qalmisdi ayaga qalxanda salvarin ayagi yaranin uzerine geldi tez cekdim yuxari mene ele geldi ki salvar toxunmadi yaraya Yeni yeqinim odu ki deymedi bu halda bu salvarla namaz qilmaq olar ? Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Yəqin olan yerdə şübhəyə yer qalmır.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
farida |

Salam Aleykum,men eshitmkshem niyyet ucun 3. gun oruc turulur,bu duzdu?birde nece tutmali ne zaman?cox haxish eliyirem bu barede etrafli melumat yazardiz,Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Buna nəzr deyilir və neçə gün tutmaq nəzr edilir, həmin qədər də tutulur.

Oruc tutmanın isə bir qaydası var. Sübh azanından şam azanına kimi orucu pozan işlər etməmək.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Lala |

Axsaminiz xeyir Hz Ruqeyya Hz Huseynin o mubarek bawini gordukde ureyi dizmur vefat edir ? 2. 11-13 yawli oglan uwaglarina hansi kitabi alim oxusunlar din haqda . kitab adi deyerdiz zehmet olmasa coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, xanım Ruqəyyə çəkdiyi müsibətlər sonunda bu dərdli halla üzləşir və balaca qəlbi artıq tab etməyib şəhidə olur.

2.Dini kitab mağazalarından belə yaşlı uşaqlara aid kitablar soruşun.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
qerenfil |

salam! muselmanların yemesı ucun hansı kolbasanı meslehet gorursunuz?zehmet olmasa cavablandırasınız.allah(c.c) yar ve yardımcınız olsun

Ответ / Cavab

Aleykumussalam.

Bizim yanımızda ancaq Hicaz və Səba kolbasa məmulatlarının halallığı sabit olub.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Resul Eli |

Esselamun Eleykum 1.Destemaz alanda mesh cekerken,meselen sag elimi apariram ayagima mes cekmeye hemen sag elimden su damlasi ayagimin ustune dusse onu da qurulamaliyam,yoxsa duz sayilir mes ceksem? 2.Namazda Hemd sureden sonra bir nece elave sure oxumaq olarmi? 3.Eger Fatiheden sonra Ixlas suresini oxumagi nezerde tutmusamsa,amma yerine basqa sure oxudumsa onun da ardinca Ixlas oxusam duz sayilar,yoxsa hemen Sureni dayandirib Ixlasi oxumaliyam? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, qurulayın.

2.Xeyr, həmd və bir surə.

3.Dayandırılıb hansı surəni oxumağı qəraralaşıb onu oxuyun

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Salam |

Salam. Namaz vaxtı telefona Zeng geldi. Telefonda cibimdeydi. Ellerimde dizimin üstünde. Başqaları narahat olmasın deye sağ baş barmağımnan söndürdüm. Namaz batil olur? Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu namazı batil etməyib.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
islam |

salam heci imamin 40 ne vaxtdir.

Ответ / Cavab

Aleykumussalam.

İnşaALlah noyabrın 20 si.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Salam aleykum |

Men bu fikirle raziyam amma O duzgun soz deyil ki,Allah dunya nizamini yaradib ve kenara chekilib.Biz niye deyirik:"la houle vela quvvete ille billeh" yeni,"Sen bu zalimlardan daha guclusen,bashga komeyimiz yoxdur,bizi xilas et." Allah istese veziyyeti deyishe biler,dushmenlere dash yagdira biler,niye olmasin? Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Kim dedi ki, kənara çəkilib? Özünüzdən fikir yürüdüb bizim fikrə qoşmasaz, yalnış fikir əmələ gəlməz.

Qeyd edilən zikri də istədiyiniz kimi tərcümə edirsiz. Bu tərcümə deyil, özündən İlahi kəlama yalan tərcümə demək bilirsizmi nə deməkdir? - Allahdan kənar güc və qüvvə yoxdur- tərcüməsi budur.

XAhiş edirik yazdıqlarımızı oxuyun və oradan öyrənmək istəyirsizsə bir şeylər öyrənin. Şəxsi fikir sahibisizsə, bura sual yazmaq nəyə lazımdır.?Allah istəsə vəziyyəti deyişər. Bəli, amma istəsə, İstəməsi üçün nə lazımdır? Məsələ buradadır. Bunu  anlamaq üçün bu ayəni bilin. - Siz halınızı dəyişmək istəməsəz, biz onu dəyişməyəcəyik-

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
İlhamə Rzayeva |

Salam aleykum. Mən Quran oxuyarkən Ənkəbut surəsi 65 ayəyə rast gəldim: "Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar." Müəllim bu ayədən mən belə anladım ki, müşriklər qorxu və sıxıntı anında təmiz qəlblə,ixlasla Allaha dua edirdilər, amma işləri yaxşı gətirən kimi Allahın "köməkçiləri" saydıqları bütlərin yanına qaçırdılar. Yəni insanın Allahı tanıması, ona inanması hələ onu Allahın cəzasından qurtarmır. Çünki müşriklər də eyni şeyi edirdilər Məkkə dönəmində. Deməli Allahın qəzəbindən qulu yalnız təmiz, şirksiz iman xilas edə bilər. Hətta mən elə başa düşdüm ki, əhli beyt sevgisi tövhidə bağlanmayıbsa mütləq Cəhənnəm əzabı gözləyir.

Ответ / Cavab

Aleykumussalam.

Dedikləriniz və anladıqlarınız həqiqətdir, amma bir kiçik səhf var ki, böyük yalnışlıqlara yol açar.

Əhli beyt sevgisini burada misal gətirmək. Əhli beyt sevgisi elə insanı şirkdən batildən həqiqi İslama dəvət deməkdir. Əhli beyt müqəddəs ömrlərini bu həqiqi İslamın qalmasına, həqiqi tovhidin yaşamasına həsr ediblər. Onları  həqiqətdə sevənlər elə bu yolda olarlar. Nəticə budur ki, onları  sevmək  tovhiddir.  Çünki qeyd etdiyimiz kimi onlar tovhid yolunun qurbanlarıdır.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Bende |

Salam Haci.adi el uz yuyanan sonra destemaz almaq olarmi?yani yaw uze qurulamamiw olar?ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar. Dəstəmazdan əvvəl ancaq məsh yerləri quru olmalıdır.

Allah sizə yar olsun

Задан: 21 Октябрь, 2016 , Опубликовано: 21 Октябрь, 2016
Страница 1033 из 5746 << < 1029 1030 1031 1032 1033 1034 1035 1036 1037 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com