Страница 1091 из 5746 << < 1087 1088 1089 1090 1091 1092 1093 1094 1095 > >>
myimmortal.love |

salam aleykum haci. qeza orucu tutarken, Ramazan ayinin qeza orucunu tuturam qurbeten ilellah demek lazimdi?

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə qəza orucunu tuturam deməsi kifaytədir.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
sweet.dreams.92 |

salam. namazi bitirdikden sonra zikr edib tesbehi opub gozlerin ustune vurmag lazimdi? men ele eden gormusem cunki

Ответ / Cavab

Aleykumussalam.

Belə bir göstəriş yoxdur .

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
allahin_qulu |

Salam aga necesiz aga seriyetde ele nir sey varki zaman qabaga ve ya dala gedsin ? yeni bir insan oz uwaglig illerine qayida bilmesi mumkundur ?

Ответ / Cavab

Aleykumussalam.

Belə şey yoxdur.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
Hem |

Salam, biri sual verdi ki, niye qible var? Eger Allah her terefdedise niye imenno qible terefe qilirlar namazi? Allahin emri oldugunu vurguladim, ama deqiq sebebi var?

Ответ / Cavab

Aleykumussalam.

Allah insanların vəhdət və birliyini istəyir və bunun üçün bir səmt təyin edib.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
Adsız |

Salam aleykum. Samoubiystvo eto qrex.Amma bir qadın namusunu qorumaq namine bu yola mecbur olursa nece? Taciz yoxsa ölum? Çox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Özünü yox, çalışıb təcavuz edəni öldürsün.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
Adsız |

Salam aleykum.Bir qadın hicaba kecmek isterse lakin heyat yoldawı ona icaze vermesene etmek lazımdı. Yoldawını dinlemek yoxsa yoldawına ramen hicaba kecmek? Cox tewekkurler

Ответ / Cavab

Aleykumussalam.

Yoldaşının ALlahın qanununun əleyhinə getmə haqqı yoxdur. Onu başa salın, deyin ki, hicabsız olsam namehrəmlərin qarşısına çıxmayacağam.

 

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 14 Сентябрь, 2016
Nermin |

Salam Aleykum.10 gunu kecib karisni nese gelir.Demisdiniz qutarsin qusullenersiniz.Narahatam bele olan halda namazlarim qezaya gedir.Az bir seydi qusulenenden sonra yene gelse yuyunum qilimda namazlarimi?

Ответ / Cavab

Aleykumussalam.

10 gündən artıq gələn heyz sayılmaz, istihazədir. İstihazənin hökmlərinə əməl edib namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Bende |

Salam. Quranda mim ve nun herfleri gunneli teleffuz edilmese menaya xelel gelermi?

Ответ / Cavab

Aleykumussalam.

Bu mənaya xələl gətirməz.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Adsız |

Salam aleykum.Menasız suallara göre uzr ısteyırem bilmek isterdim destemazlı yemek yemek ev temizlemek olarmı. Bu destemazı pozmurki. Çunku mene bezi insanlar yemek yedın destemaz pozuldu get yenıden al deyir. Men de subut ede bılmırem. Çox sagolun. Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bunlar dəstəmazı pozmaz.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Bende |

Salam. Bir qardas sige duasini oxumagimi istedim. Mende oxudum. Amma men bilmirdim mehriyyede tesbih olmaz. Indi hemin kebin duz deyil? Ne etmek lazimdir? Bele olan hallarda werietde ne buyurulur?

Ответ / Cavab

Aleykumussalam.

Siz bunu bilmirsizsə, niyə oxuyursuz . Məgər bu müvəqqəti evlənməni belə ucuz bir şey bilirsiz, ? Həmin kəslər savadlı axunda yaxınlaşıb müvəqqəti əqdlərini oxutsunlar.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Adsız |

Salam aleykum. Bılmek ısterdım ınsanlara kömek etmek lazımdır. Amma senden kömek isteyen wexs bawka dine aiddirse ve ya da ateistdirse ve sen de kömek ede bilecek dururumdasansa kömek etmek lazimdır? Allahı tanımasa bıle?

Ответ / Cavab

Aleykumussalam.

Ateist ancaq həyati təhlükə ilə üzləşdikdə ona yardım edin. Digərlərinə isə istənilən  çətinliklərində yardım edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Bende |

Salam. Yaziram unvani Beqere suresi aye:152 Cavab yazarsiz iki sual vermisdim bununla bagli. Ikisinede cavab yazarsiz?

Ответ / Cavab

Aleykumussalam.

Bəqərə 152 iki bunu deyir.

Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.

Allah sizə yar olsun
Задан: 14 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Kərim |

Salam hacı qardaş.səcdədə subhana rabbiyəl əla va bihamdi əla sözündə ayn hərfi var? yoxsa iki ə hərfi var? Xahiş edirəm dəqiq yazardız.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, orada ayn hərfi var.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Haqqın Şahidi |

Salam hacı.bir nefer gelib menden pul ogurlayib.men de eyni qaydada oz haqqim olan pulu ondan ogurlaya bilerem? Menim etdiyim emel ogurluq sayilar yoxsa oz haqqimi almagim sayilar?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz, harama cavab haramla olmaz.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
[email protected] |

Salam Aleykum. Qurban bayramınız mübarək. Sulaım budur ki, Namaza başlayanda təkbirdən sonra mən Fatihə surəsini oxuyuram , Sübhanəkə və Əüzü_Bismillah dualarını oxumuram. Fatihədən sonra İlk 2 rükətdə ixlas surəsini oxuyuram, sonra ikisində isə yox belə qılmaq düzdürmü? Teşekkürlər

Ответ / Cavab

Aleykumussalam.

fatihədən sonra  surə oxumaq ancaq birinci və ikinci rükətlərdə olur.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
... |

Salam. Demek menim ailem qurban eti kesib. Deyirem payliyin az qalirlar meni öldürsunler (canlarindan 180 manat cixib) . Deyieemki paylamalisiz 3de bir hisseye bolmelisiz. Bir hissesini ozuve saxlamalisan. Sukur Allaha paylatdim werti emel etdirdim. Etdirmez olardim bu qurbani burnumdan getirdiler edeblesdirirlwr meni. Ewi hardan bilrsen men senden yaxsi bilirem ten yarisini ozume saxlamaliyam. Basi batmis camaat bunalara bele deyir. 7 eve yarim kilo payla qalanini saxla ozuve ye. Bu nederecede dogrudu? En dpgrusunu siz bilirsiz quban eti nece paylanmalidir? 20 kq qurban eti. Hee bide cammaat deyieki neynirsen 20 kq al 8 kq payla camata getsin!

Ответ / Cavab

Aleykumussalam.

Burada vacib şərt yoxdur, müstəhəbbdir. Yaxşı olar ki, fəqirlərə oradan pay verilsin.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Ayan |

Salam. Menim cox komeyinize ehtiyavim var. Menim qardasimim 16 yasi var. Cox agillo usaqdi her sey ile maraqlanan yasidlarina baxanda cox agilli usaqdi. Ama dini imani meni ailemi cox narahat edir. Allaha inanmiram deyirem. Inkar edir. Bu cox qorxudur meni. Imtahanlara hazirlasir deyir eger Allah varsa kessin meni imtahandan men oz gucume girecem mektebe oxudugjma gore. Subutsiz olan hec neye inanmiram deyir. Biz ne edek bir mesleget verin. Usaqdi deyorem ama bu vaxtlar ounun ozunu tesdiqlediyi vaxtlardi. Bele davam edeceyinn qorxuram. Allahin ona ceza vereceyinden qorxuram.

Ответ / Cavab

Aleykumussalam.

Onu bir iki sözlə düzəltmək olmaz. Bir savadlı ruhani ilə görüşdürün, onu başa salsın.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Musa |

Assalamu aleykum. men Bakida yasayiram. Rayonda evim vardi,satmisam,pulunun bir hissesini almisam. indi rayona gedende namazi butov qilmaliyam yoxsa musafir kimi. tesekkur edirem.Allah razi olsun sizden.

Ответ / Cavab

Aleykumussalam.

Əgər rayondan Bakıya köçdükdə artıq rayonda yaşamamaq, Bakı əhli olmaq qərarıyla gəlmisizsə, ora artıq sizə vətən sayılmaz və orada 10 gündən az qalarsızsa, namazlarınız səfər namazı olacaq.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Nafe |

Salam aleykum,bagishlayin,men denize gede bilmirem,deniz evime uzagdir,yolu da tanimiram ,hech kim meni aparmaz.Basga bir yolu yoxdur? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Birinə verin bunu etsin

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Elnur |

salam..Eyer qan quruyub yapisibsa deriye, azca lekesi qalirsa onun üstündən dəstəmaz almaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmaz üzvündədirsə və yarann qabığı deyilsə, ərini bulayıbsa, yuyulub paklanmalıdır.

Allah sizə yar olsun

Задан: 13 Сентябрь, 2016 , Опубликовано: 13 Сентябрь, 2016
Страница 1091 из 5746 << < 1087 1088 1089 1090 1091 1092 1093 1094 1095 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com