Salam. Haci, texminen 40-50 Quran alib mescidlere paylamaq olar? Mescidlerde ehtiyac olur bele weylere? Yeni mescidlerde elave Quran Mence Kimese manecilik etmez.
Ответ / Cavab
Aleykumussalam.
Bəli, olar və yaxşı olar ki, Quran oxunuşu tədris olunan məscidlərə verilsin ki, oradakı tələbələrə havayı Quran paylansın.
Salam Haci. Xahis edirem meni duzgun anlayin men sadece arasdiriram ve heqieti oyrenmek isteyirem. Quranda etlerden sadece donuz eti ve Allahdan basqasinin adina kesilen heyvanin eti haramdir bildiyim qederile. Bes yaxsi meselen it etinin haram olmasi ile bagli subut haradandir? Desez ki hedislerdir, bes yaxsi Allah Quranin ayrintili wekilde acilandigini, mufessel ve asan anlasilir oldugunu bildirib Bize. Bu haqda meni aydinlatin zehmet olmasa. Allah Razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
Heyvanlardan bizlərə hansının halal olması məsələsində göstəriş cütdırnaqlılardır və donuz yeganə heyvandır ki, əti haram, amma cütdırnaqlıdır, o cəhətdən onun adı çəkilir ki, onu insanlar halal bilməsinlər.
Quran hökmləri ümumi anladar, onun təfsilatını isə elm əhli açıqlayar. Elə Quran özü buyurur ki, bilmədiklərinizi elm əhlindən soruşun.
Əgər hər şey tfsilatı ilə yazılsa idi Quran bir kitabdan ibaət olmamalı idi. Adicə yer üzərində olan heyvanların təkcə adlarını yazmaq üçün 10-15 kitab lazımdır.
Salam.Zohr ve esr namazlarini ayri ayri,sam ve xifteni ise birlewdirib (wam ve xiften namazlari arasinda vaxt az olduguna gore) qilmaq olar?Allah sizden razi olsun.
Salam Haci. Anam neft emali zavodunda kimya muhendisi isleyir yeni halal isdi. Lakin qisda ola biler ki zohr ve esr namazlarini qilmaga catdirmasin ve qezaya versin. Bu halda anamin maasi haram olur? Esitmisem ki bir is bes vaxt namazdan birini bele qacirmagiva sebeb olursa o iwden qazanciva haram girer. Bu beledir? Sistani aga.
salam haci. 1) oruc qezalarini 30 gun tutmag lazimdi ya 31? bu gunlerin sayi evvelden qalanlarchunde kecherlidimi? yeni her il uchun 30 ya 31 gun qeza tutulmalidi? 2) qurban bayrami ve meherrem ayinin vaxtini yazinda zehmet olmazsa
Ответ / Cavab
Aleykumussalam.
Qəməri ayları 29 ya 30 gün olur, 31 olmurlar. 0 gün hesabı ilə tutsaz tam arxayınlıq olar.
Sentyabrın 1 si Qurban bayramı, oktyabrın 3 isə Muhərrəmin biridir
Salam.Men ushagimi rus sektora qoymaq istiyirdim ama icimde ele bir hiss varki fikirleshirem birden rus sektora geder rus fason olar dinden uzaqlashar men ne etsem duz olar? meslehetinize ehtiyacim var
Ответ / Cavab
Aleykumussalam.
Bunun din dəxli yoxdur, siz uşaqlarınızın dini tərbiyəsi ilə məşğul olun, və təhsilinin də rus ya az sektorunda olmasının maniəsi yoxdur. Əsas odur təhsil yaxşı olsun.
Salam,Haci qardash,yene narahat edirem sizi,bagishlayin.Size bir defe problemimi yazmishdim,ishden haqsiz chixarilmagimla bagli.Men tekbashina qiz,artiq vurushmaga taqetim qalmayib.Chetin veziyyetdeyem,hec cur ishime qayida bilmirem,buna gore de sehhetim pisleshir.artiq nece ildir.Bunlari size yazarken aglamaqdan ozumu gucle saxlayiram.Elim her yerden uzulub. Dua edirem,amma sizin duaniz belke daha tesirli olar.Sizden xahish edirem,namazlarinizda mene semimi-qelbden dua edin,dualarinizda meni unutmayin.Allah size evezini verer,InsaAllah.Tesekkur edirem.
Salam haci1..haci secdeye gederken insanin alni mutleq mohire deymelidi yeni eger menim hicabim bezen alnimi ortur ve alnim mohure deymir hicab deyir bu halda namaz duzgundurmu? 2.eger mohur istifade olunduqdan sonra ustu qaralirsa bu cur namaz qilmag olarmi yoxsa onu temizlemek mutleqdir? 3.erep fonetikasinda r sesinden sonra ə səsi gəlirmi?
Ответ / Cavab
Aleykumussalam.
Alın dərisi dəyməsə səcdə sayılmaz.
Əgər dərinin torpağa toxunmasına mane olacaq qədər bir pərdə yaranıbsa, gərək qaşınıb təmizlənsin.
Salam.1.Men heyzli oldugugum zaman(cox uzr isteyirem) hacet Namazlarini qeza edecem?Yoxsa ele temizlendikden sora qaldigim yerden davam edecem? 2.Subh namazdinda hacet namazini qila bilerem?3.Eger bir qadin(qiz uwagi) ozu ozunu rahatlatsa(cinsi) bu zaman o cenabet quslu vermelidi? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Qaldığınız yerdən davam edin.
Bəli, qıla bilərsiz.
Bu iş çirkin və haram bir işdir, belə olarsa, cənabət qüslü vacib olar.
Salam. Bir nefer Bakida yasayir. Iwi ile bagli Şekiyə getdi və oradanda Gəncəyə ziyarətə getmişdir. İndi bilmək olar həmin kəs Gəncədə namazlarını qəsr qılmalıdır yoxsa tam?
Salam aleykum,zulm artiq ele bir hede chatib ki,insanin ureyi buna dozmur,yeni muselmanlara olunan zulm,ele Azerbaycanin ozunde,Allah en dogrusun bilir,amma meni bu sual narahat edir,axi o insanlarin zulm chekdiyin Allah gorur,Allah insani anadan daha chox sevir,niye qarwisini almir.Allah meni bagiwlasin.
Ответ / Cavab
Aleykumussalam.
Dünya həyatının öz qanunları var. Əlini oda salsan yandıracaq, Allah bunu bizlərə öyrədib.
Dünya bir neçə gündür, axirət əbədidir, Allah məzlumlara orada elə nemətlər verəcək ki, dünyada olanlar heç nə sayılacaq. Zalimlərə də elə əzablar verəcək ki, doğulduqlarına peşman olacaqlar.
Salam hacı. 22 yaşındayam, böyreyimde daş var, emeliyyatla götürtmek isteyirem. Lakin ailemin tanıdığı, güvendiyi hekim kişidir. Bele olan halda meni hemin hekim emeliyyat etse haram ve ya günah sayılarmı?
Ответ / Cavab
Aleykumussalam.
Qadın həkim axtarılsın, əgər heç bir həkim tapılmasa, bundan başqa çıxış yolu da olmasa, haram baxma və haram toxunma olmamaq şərtiylə icazəli sayılar.