Страница 1153 из 5746 << < 1149 1150 1151 1152 1153 1154 1155 1156 1157 > >>
vuska |

salam.bezi yerlerde oxumuüamki insanlar bu dunyada var dovlet her üeyle Allah sinaga cekir. Ovladida bes valideynle sinaga cekir, yeni valideynin xasieti cetindirse 2. bes cetinlik insana uz verendeç , insan ne emel etmelidirki Allaha xoü getsin yeni ne iü gorsun? 3. Bu dunyada evlenmeyen insanlar niye mehz orda 33 yasinda evlenirler?

Ответ / Cavab

Aleykumussalam.

1.Sinaq olmalıdır ki, şəxsiyyət üzə çıxsın.

2.Çətinlik üz verdikdə ALlaha sığınıb harama üz tutmadan çətinlikləri aradan qaldırmaq üçün çalışmaq lazımdır.

3.Belə bir məsələ görməmişik.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
Nigar |

Oruclugda oruc tuturdu ki nəfsimi gücləndirim namaza başlayım amma bu gün içki içməkdən danışır.Axır vaxtı çox əsəbidir mənə qarşi.Mən nəsə xoşuma gəlməsədə susuram ki çox üstünə getmiyim.Sadəcə bu içki mövzusunda çox həssasam.Bir az uzun oldu üzr istəyirəm amma çox vacibdi.Çox xahiş edirəm mənə bir dua deyinki mən yoldaşımnan bu pis təsiri uzaglaşdirim.Bir az mehriban olsun mənimlə.Bir az doğru yola getsin.Xahiş edirəm sualimi saytda dərc eləməyin mailima gəlsin cavab.Sualim yerləşmədi 2 yerə böldüm.Təşəkkür edirəm.Çox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Ona ayətəl kursini əzbərlədin. Deyin ki, bu insanı bütn xətalardan qoruyar və hər gün səhər işə gedəndə, bir mühüm qərara qalxdıqda, axşam yatmağa getdikdə bunu oxusun və hər bir işə başlayanda Bİsmillah desin. Bunlar ona təsir edər İnşaALlah.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
Nigar |

Salam.Üzr istəyirəm sualim bir az uzun olacaq amma çox vacibdir.Mən ailəliyəm.Ozum namaz qılıram yoldaşım yox.Dinən kifayət gədər məlumatı var əvvəl namaz qılıb.Yoldaşım bir neçə aydı yeni işə keçib və burdaki insanlar ona çox böyük təsirləri var.Əvvəl pis baxdığı əməlləri indi deyir burda nə varki.Yoldaşım içki içmir siqarət çəkmir.İş yoldaşları ilə gedir içki məclislərində oturur amma içmir onlar təklif eləsələrdə.Və axır zamanlar çox vaxt deyir ki mən də bir az içəcəm ürəyim istəsə arada.Mən onu bu əməldə uzaglaşdırmaga çalışıram ancaq mənimlə mübahisə edir ki sən kimsən ki mənə nəsə deyirsən.Mən sənə görə niyə öz istəklərimə qarşı çıxmalıyam.Cammatın yoldaşı hər gün içir.O gədər içmiyən varki niyə pis əməlli insanları özünə nümünə götürür?Bu iş yoldaşları ilə əlaqə quranan ailədədə münasibəti dəyişib.Həftədə 1 gəzməyə cixsag

Ответ / Cavab

Aleykumussalam.

Ona ətrafı çox mənfi təsir edir. Ona moizələrə qulaq asmaq lazımdır. Siz o İşdən gələn zamanında moizələr qoyun və o gəldikdə məhəbbətlə ona deyin ki, gəlib sizinlə əyləşib moizələrə də qulaq assın. Moizələr ona təsirini qoyduqunu görsəz, siz ona bir söz deməyin, qoyun özü daxildən qərarını versin.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
Aysel |

Salam. er arvad bir il ayri galanda kebin hesab olunmur? Eger ayladan kimsa xeyanet edirsen onda kebin yenede duz olmur?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən hallar kəbini pozmaz.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
RESHAD |

salam eger atam ve anam menim namaz qilmagima narazidirlarsa men ne etmeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Allahın əmri olan yerdə heç kəsin sözü keçməz.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
məryəm |

Bir daha salam hacı mən nə edim bilmirəm indidə anam üsdümə düşüb ki sən vahabiymişsən bu günə qədər sənə fikir verməmişəm gedib düşmüsən kuruqa qara hicabı vahabilər baglıyır qapanmısan özüvə nə toya gedirsən nə adam icinə cıxırsan deyir mən necə adamnan məsləhətləşdim hamısı dediki vahabilər ancaq o cür olur. Gülürəm deyirəm sən nə danışırsan nə vahabi deyir sən onsuzda öz bildiyivi eliyəssən sənin beynin pozulub tanış adam var oda nə var nə var məni qara hicabda görüb indi mamamı inandırıbki o qız vahabilərin yoluynan gedir hamsı bir yana mamam indi özünə yer tapa bilmir ki mənim guyabeynim pozulub məni azdırıblar və s. Deyir nə yol olur olsun molla yanına gedib səni bu yoldan döndərəcəm sənin beynin pozulub hacı bilmirəm nə edim nə deyirəm qulaq asmır elə inandırıblarki. İndi gedəcək molla yanına nə edim mən bilmirəm deyirəm qara xoşuva gəlmir rəngli taxaram onada

Ответ / Cavab

Aleykumussalam.

Neylək, şiə məscidinə onunla birgə gedin və axundla görüşün . Axund ona başa salacaq.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 5 Август, 2016
ferid |

Salam.Kishilercun deyilib ki uze gerey lezva yaxud ulguc vurulmasin.Bes men berber ishliyirem ozum oz uzmu lezva ya ulgucle girxmiram ama mushteriler olur ki hec onu basha dushmurler diyirlerki ulgucnen girx onda mende hemin sheyi ishime gore mecbur eliyiremse gunaha batmish sayiliram? etrafli basha salardiz zehmet olmasa)Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Olmaz, nə özünə, nə də başqasına.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
LEYLA |

Salam Aleykum.1 Payim kolbasalari halaldi? 2 Eyinde yalniz alt paltari olduqda destamaz almaq olar,hem qadin hem kishiye?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, onun halal olması barədə əlimizdə heç bir dəlil yoxdur.

Olar.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
ffds |

Salam.Men ticaretnen mewgulan satdigim malin maya deyerinnen negeder artig xeyir goya bilerem ustune? meselen malin mayasi 10manatadi onu ne geder artigna sata bilerem??Muctehidim Sistani agadir.

Ответ / Cavab

Aleykumussalam.

Din adi ticarətçilərə bu səmtdə hansısa qadağa qoymur. Bazar qiymətləri tənzimləyib. Məhdudiyyət bazara qiymət diqtəsi edən kəslərədir.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Sinful |

Salam. Oruc tutan qadin iftardan oncemi ya sonrami heyz oldugunu bilmirse orucu duzdu? Ya qeza etsin

Ответ / Cavab

Aleykumussalam.

Əgər sonra olduğuna ehtimalı varsa, belə də qəbul etsin.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
samira |

salam.men sabah gece shukr namazi qilmaq isteyirem.adi 2ruketli namaz subh namazi kimi ve niyyetde shukr namazi qiliram deyib qilim.duzgundur?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, belə qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Məryəm |

Salam aleykum mən hicaba təzə kecdim kecəndə anama hecnə demədim onnan qabaq aramızda mübahisə olmuşdu məni danışdırmadı məndə getdim sakitcə hicab paltar aldım geyindim əvvəldəndə narazı idi.hacı indi üsdümə gəlir mənə deyir sən özbaşınasan agzınnan cıxanı dedi evdə qırgındı durmadan qargış edir əsəbdən özünə yer tapa bilmir məndə hicabı qara almışam ən coxuda ona görə az qalır havalansın hacı mən nə edim deyir səni özbaşına buraxmışam gedib qoşulmusan ona buna. Cox usdümə gəlir məndə hecnə demirəm susuram susduqca daha cox qişqırır hacı nə edim cox pis haldayam xaiş məsləhət verin və mənimcün dua edin cox sagolun Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Onu sirin dillərlə nazlayıb sakitləşdirin və əsla əsəbləşməyin.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Salam aleykum |

1-ci xəlifənin oğlu-Məhəmməd ibni Əbu Bəkr hz.Eli.e.sehabesi olub? cox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Uşaqlıq vaxtından İmam Əli onu bəsləyib və oğulluğu olub.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
1111 |

Salam.Haci,onda eger bir sureni 40 gun ardicil oxumaliyamsa onda ne edim heyzli halda oxuyum,yoxsa gozleyim bitsin sonra ardini oxuyum? Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
leyla |

salam.men bir muddetlik qohumumgilde qaliram yeni 2,3illik.ozumnen Quran kitabi goturmusem ve Quran kitabini yatagimin yanindaki skafin icine qoymusam temiz klokun icinde.yeri sehv deyilki?cunku bura menim oz evim deyilde mene bu otagi veribler

Ответ / Cavab

Aleykumussalam.

Eybi yoxdur

Allah sizə yar olsun

Задан: 5 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Munevver |

Salam.Werait olmayan yerde bawqasi senin eline su toke toke destemaz almaq olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Özü təkbaşına dəstəmaz almaqda aciz olduqda olar.

Allah sizə yar olsun

Задан: 4 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Salam aleykum |

Bu ebu zeyd kimdir ki,wieleri tehqir edir,men internetde yeni gordum,teessuflenirem,rafizi deyir wieye,adini niye bele qoyub,niye uzunu gorsetmir,ona cavab vermek lazimdir yoxsa lazim deyil.sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Elə məsələ də buradadır ki, gizlənib divarın dalından söyür. Bu vəhhabilərin xislətidir. Belə kəsləri boş verin.

Allah sizə yar olsun

Задан: 4 Август, 2016 , Опубликовано: 4 Август, 2016
A... |

SALAM. 1.Qadin heyizli ve cenabetli halda El- MELIK zikrini deye biilermi? 2.heyizli halda mescidin heyetine gedmek olarmi?3.cileye dusmek varmi? meselen korpe usagin ve ya teze gelinin cileye dusmesi ve s.LA HAVLE VE LA QUVVETE ILLAH BILLAH ELEYHUL AZIM ILE LA HAVLE VELA QUVVETTE ILLAH BILLAH zikiri arasinda ferq nedir?.cox sag olun ALLAH sizden razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, deyə bilər.

2.İçinə daxil olmaq olmaz.

3.Belə şeylər bilmirik.

Axırında Əliyyul Əzim sifətləri də  əlavə olaraq deyilir.

Allah sizə yar olsun

Задан: 4 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Hemide |

Haci men size yazmishdimki uzu destemaz vaxti 3 defe su vurmaq yox 3 defe salavat cekerek yuyurdum.cunki evdekiler meni bele oyretmishdiler Allah gunahimdan kecsin1. men nece illerdir qildigim namazlar batil imish? Men anama de dedimki artiq bu cur destemaz almasin.2.men indi o namazlari yenidenmi qilmaliyam?3.bu gunahlarimi yumag ucun hansi dualari etmeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Namazlarınız batil deyil. Siz sualda 3 dəfə su vururdum yazmışdız.

Allah sizə yar olsun

Задан: 4 Август, 2016 , Опубликовано: 4 Август, 2016
1111 |

Salam.1.Ayaqyolunda Allahin adini cekmek beyenilirmi? 2.Eger heyzli halda 7 ayeden artiq oxumaq beyenilmirse onda 7 ayeden artiq sureleri heyzli halda oxumaq olmaz? Meselen bir sureni 40 gun dalbadal oxumaliyamsa? Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Allahi her halda zikr etmek olar

Beyenilmir dedikde yeni savabi azdir.

Allah size yar olsun

Задан: 4 Август, 2016 , Опубликовано: 4 Август, 2016
Страница 1153 из 5746 << < 1149 1150 1151 1152 1153 1154 1155 1156 1157 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com