Страница 1161 из 5746 << < 1157 1158 1159 1160 1161 1162 1163 1164 1165 > >>
Abdullah |

salam aleykum,meqbul ne demektir?

Ответ / Cavab

Aleykumussalam.

Qəbul olunan.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
mELAHET |

salam men nisanliyam ve cox eziyetle nisanlanmisiq. nisanlim subay vaxti bize kitab acdirmisdi. ADEM VE HEVVA CIXMISDI BU HAQDA MELUMAT VERE BILERSIZ

Ответ / Cavab

Aleykumussalam.

Belə şeyləri kənara qoyun, kitab açdırmaqla gələcək bilinsəydi, dünya imtahan yeri olmazdı. O kitab açan öz başına 5 dəqiqədən sonra nə gələcəyini bilmir

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Hjjj |

Salam. Son zamanlar cox zina edirəm nəfsimə qarsi gele bilmirem. Bu cirkin emelden yayınmaq ucun ne etmeliyem

Ответ / Cavab

Aleykumussalam.

Bu iş qeyrətə ziddir, özünüzü məgər belə istəyirsiz? Allahdan qorxun və bilin ki, ALlah sizi hər halınızda görüür.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Sual |

Salam Haci. Evin dowemesi necis oldugu ucun uzerine ortuk salib namaz qiliram. Bu ortuk biraz nazikdi. Subh namazindan sonra oturub Allahla danisdiqdan sonra ayaga qalxanda gordum ki ayaqlarim istiden terlemek kimi olub. Amma ayagimdan ter damcisi cixmirdi. Sadece istiden yapisqan olmusdu. Ve bir az da terlemeye yaxin bir veziyyetde idi.Ortuye baxdim nemlik kecmeyine dair iware gormedim. Yeni Nem izi yox idi. Bu halda ortuk pak sayilir? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda örtük pakdır.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
@@@@@ |

Salameleykum.sualim beledirki uzur isteyirem sizlerin Her birinen...Bu saytda oxumuwdum egerki ickili halda olan nutfeden dunyaya gelen uwaq haramzada sayilar ve boyuyunce doqru yoldan azar emeli saleh ovlad olmaz?yeniki heyatina tesir 100faiz edirmi?eger Ana betninde olanda ana ona dini emmeller ederse azan dinlemek ve bu kimi weyler uwaqa xeyiri olarmi?bu halda nece etmek olarki uwaqa tesir etmesin mumkundurmu?Allah razi olsun!!!

Ответ / Cavab

Aleykumussalam.

İşkili halda uşağın nütfəsi qoyulduqda mənfi təsirləri olacaq, lakin uşaq haramzadə sayılmaz.

Haramzadə kəbinsiz dünyaya gələn uşaqlardır.

Bəli, siz bacardlıqca xeyirli işlər görün və öyrədin.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
sahin |

denizden gelenden sonra birbasa destemaz alib namaz qilmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Bir maniəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Haqqın Şahidi |

Salam. Hacıcan, mən indiyə kimi namazın təşəhhüdündə əşhədu ən la demişəm. Bunun namaza təsiri olmazki?

Ответ / Cavab

Aleykumussalam.

Bu namazı batil etməz.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
tural |

salam aleykum haci.eger heyet necis olsa ve azca yagiw yagib gunew duwub qurudsa heyet pak olar?ALLAH razi olsun.Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Azca yağma ilə olmaz, gərək o qədər yağa ki, su yerdə az da olsa hərəkət edə.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
...... |

Salam. Eger bir nefer zahirden xeste olsa ve qiragdan biri ozunden asili olmadan gulse ve xeste bunu esidse, gulen sexsin halalliq almaq yadina dusmese, evde yadina dusse ve o sexsi tapmagi mumkun deyilse, ne edecek? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Cavab üçün bütün qapıları bağladız. Nədən tapmaq mümkün deyil, məgər daş dövründə yaşayırıq? İstənilən kəsi  tapmaq mümkündür, məgər ki, tapmaq uistəyək. Çalışıb tapmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Minio |

Salam Hacı.Hacı oğlanla qızın yazışmasının naməhrəm olduğunu bilirik yaxşı bir oğlan tanımadığı qıza Salam versə o qız almalıdır ya yox?

Ответ / Cavab

Aleykumussalam.

Yazı ilə yazırsa, yad naməhrəmə cavab verilməsin.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
....... |

Salam. Iki dene sualim var, ikisine de cavab versez sad olaram. 1. Quslden qabaq evvel istediyim kimi cimirem sonra ise qusl aliram. Sualim beledi ki, meselen cimen zaman stulun ustende oturub bawimi yuyuram, ve duwu elnen tuturam. Meselen, destamaz zamani eger krantin ustunde su varsa ve o suya el deyse destamaz batil olur cunki destamazin suyu deyil. Bes cimenden sonra, qusl alanken yene o stulun ustune oturub bawimi yusam yani o stulun ustunde artiq su var idi, cimenden qalan su, ve duşun ustunde su var idi yani elnen tutub cimenden, qusl alan zaman o suya bedenim ya elim deyse qusl duz olar? Neye gore soruwuram cunki quslun suyu deyil, amma hem stulu hem duşu yene işletmeliyem. Hemiwe bele etmiwem fikir vermirdim. 2. Qusl zamani meselen sag eli yuyandan sonra o elnen duwu tutub bedenin sag terefini yumaq olar? Bawqa cur alinmir tekce tutub yumaliyam ona gore soruwuram. Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

1.Heç bir eybi yoxur.

2.Bəli, əlbətdə olar.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Gulnar |

Salam. Sizden meslehet almaq isteyirem. Sevdiyim insanla ilerdi bir yerde idik, son zamanlar aramizda boyuk soyuqluq var. onun meni sevdiyini hiss edirem, ama menimle cox soyuqdur duwmani kimi reftar edir menimle. Her namazimda Allaha dua edirem ki aramiz duzelmesi ucun. Allahdan her defe bir iwaret isteyirem ki mene bir yol gostersin ki men ne edim ? siz hec olmasa mene bir meslehet verir cox caresizem

Ответ / Cavab

Aleykumussalam.

Sevgi insanın daxili hissidir, bunu qadağan etmək olmaz, lakin sevgi adı ilə haram münasibətlər də qurulmamalıdır. Bunu bilin ki, siz bir birinizə naməhrəmsiz. Naməhrəmlər arasında isə isti munasibət haramdı.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Haqqın Şahidi |

Salam hacı. Şəhadətdə Əşhədu ənla yazılır, əlla oxunur ya necə?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elədir.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 31 Июль, 2016
Uzeyir |

Salam əleyküm.Nişandan sonra qızın atasının istəyilə dini kəbin kəsilir.Qız ata-anası ilə Ukraynaya bacısı gilə getməli olur.Qızın atası biletləri alsada qız oğlandan bilet pulu istəyir,oğlan deyir pull verim yolüsdü Türkiyədən özüvə pal-paltar al,bilet pulunu gələndə verərəm,qız razı olur.1 necə gündən sonra qız əlavə pul istəyir oğlan yenə deyir gələndə verərəm mübahisə düşür qız oğlanı təhqir edir.Qız nə Bakıda nə də kənddə hec kimə hec nə demir.Oğlanda 20 gün qıza zəng etmir.Yola düşən gün qız oğlanın anası ilə danışır hec nə demir,ora catanda isə deyir ki nişanı qaytarırıq.Gələndən sonra qızın anası oğlanın anasını telefonda hədəliyirki gəlin əşyalarınızı götürün yoxsa gətirib nişanı işlətdiyiniz marketdə qaytaracıyıq.Onlarla normal danışılsada hədələr davam edir. 4 gün sonra nişan küçədə qaytarılır.Oğlan indi nə barışmır nə də tala�

Ответ / Cavab

Aleykumussalam.

Oğlan qızın talağın versin.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
Munevver |

Salam.Men bir yuxu gormuwem xaiw ederdim ki menasini deyesiniz.Gordum ki coldeyem hava da biraz qaralib yuxari,goye baxdim ki buludlarla Allah sozu yazilib.Mende atam cagirib ona gosderdim.Bu qeder.Cox sagolun Indiden Tewekkurler.Menasini deseniz sevinerdim.

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə xoş bir yuxudur.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
GUNEL |

Salam Aleykum.Sud veren ana arpa suyu ice biler? gunah olmaz ki?

Ответ / Cavab

Aleykumussalam.

Əgər spitrsiz arpa suyudursa və pivə şirkətlərinin istehsalı deyilsə, içə bilər. Məsləhətə gəldikdə isə məsləhət görmürük.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
sweet.dreams.92 |

salam haci. shie ve sunni kelamlarini nece ayird etmek olar? yeni bizler meselen hz eli (e) ve imamlarimizin kelamlarini oxuyurug. bes oxudugumuz bashga kelamlarin sunnilere aid oldugunu nece ayird edek?

Ответ / Cavab

Aleykumussalam.

Bu bir qədər savad tələb edir.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
Sevda |

S.A. bu gun mene dediler ki hansisa imamin shehadet gunudur ve ona gorede 2 ruket namaz gilmag lazimdir ... sadece imamin adi yadimdan cixdi .. acaba siz bilirsinizmi ???

Ответ / Cavab

Aleykumussalam.

İmam Sadiq əleyhissəlamın şəhadət günüdür.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
Gerib xanim |

SalamAleykum.Cavabinizi oxudum.Xameneyi agaya teglid edirem ve ytuba siz deyen kimi defterxanasina daxil oldum,orda muctehitin biografiyazi,defterxana yazilib ancag wekiller gosterir ve birde sizin saytiniz obwiy vapros var,bizim yazdigimiz suallar orda var.Sizden coox xahiw edirem savadsizam komek ederdiz??-men sizin yazdiginiz kimi Xameneyi aganin defterxanasini nece tapim ve halallig barede onun reyini oyrenim??Allah size sebr versin.

Ответ / Cavab

Aleykumussalam.

http://www.leader.ir/az/istifta

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
Feride |

Assalamu aleykum...subhanallah elhemdulillah velahir deyilib 3 dene tesbeh cekilir.bu duzgundurmu??

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə təsbehi götürün, salavat zikr edin və 34 dəfə ALlahu əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhanəllah deyin.

Allah sizə yar olsun

Задан: 31 Июль, 2016 , Опубликовано: 30 Июль, 2016
Страница 1161 из 5746 << < 1157 1158 1159 1160 1161 1162 1163 1164 1165 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com