Salam Aleykum. Bu gun atam esr namazi 1 ruketde tesehudu deyende saat 20:33idi. Indi namaz qezadadir?
Ответ / Cavab
Aleykumussalam.
Namazın 1 rükəti tam olaraq əda vaxtına düşərsə, namaz əda sayılar.
Allah sizə yar olsun
Задан: 9 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Hasan |
Salam aleykum. Azan, Iqame ve Kelmeyi teyyibe-ni latin grafikasi ile yollaya bilersinizmi. Onceden tesekkur edirem.
Ответ / Cavab
Aleykumussalam.
Azan və iqaməni buradan götürün.
http://www.islamaz.com/index.php?do=xeber&id=47
Kəlimeyi Tayyibə
La ilahə İllləllah-Muhəmmədun rəsulUllah. Əlyyun vəliyyUllah.
Allah sizə yar olsun
Задан: 9 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Vusale |
Salam. Men bilmek isterdim ki ayaq dirnaqlarina lak cekmek olar? Ayaga mes cekerken destemaza mane olmur ki? Sag olun.
Ответ / Cavab
Aleykumussalam.
Bəi müctəhidlərin nəzərinə görə mane olmur, amma belə şeylərdən uzaq olmanız məsləhətdir.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Resul Eli |
Esselamun Eleykum Imam Hüseyn (əleyhissalam) öz əziz babasından belə rəvayət etmişdir: “Əgər sizi bir qonaqlığa də`vət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olur.” [Imam Huseynin exlaqi gorusleri kitabindan] 1.Bu hedisden yola cixsaq eger biri meni meclise cagiribsa ozumle basqasini aparsam mende haram yemis ve o meclise gunahkar daxil olmus hesab olunuram? 2.Eger bir dostumu meclise devet etseler o meclise gederken meni de aparsa men o meclisde yesem,istirak etsem haramligi yaxud mekruhlugu varmi menim ucun? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Mənası bu olar ki, əgər tək dəvət olunmusuzsa, sizi qarşılayan sizin üçün tədarük hazırlayıb, artıq adam üçün yox. Artıq adam olarsa onu artıq zəhmətə salmış olarsız.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Resul Eli |
Esselamun Eleykum 1.Sistani aga Azerbaycan ucun ayin necesi bayram fetvasini vermisdi? 2.Cume xutbesi neqeder olmalidi,vaxt olaraq? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Ağa bayram fətvası verməmişdi, ayın əvvəlinin subut olmasının onun nəzərində sabit olub olmamasını bildirmişdi.
Müəyyən vaxt qeyd edilməyib, məsələn 20-25 dəqiqə.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
May |
Salam.qusulsuz gezmek gunahdurmi? Yani eyer namazin vaxtina varsa olar saxalamag ? Ve yaxut imkan olmarsa ? Zehmet olmasa cvblandirin Tezekurler onceden !
Ответ / Cavab
Aleykumussalam.
Qüsl ibadi işləri yerinə yetirmək üçündür. Çalışın çox yubatmayın.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Zəhra |
Salam hacı mənim bir mənfi cəhətim var ki, anamla danışanda səsimi qaldırıram hərdən cox usdümə gəlir dinimlə baglı hər şeyə deyinir adi bir söz deyən kimi başlayır danlamaga hec nəyə anlaşıqlı deyil bu da məni hövsələdən cıxardır o danlayanda məndə qışqırıram agvalideyn olmaq isdəmirəm hacı xaiş mənə bir möizə edin məsləhət verin necə rəftar edim cox sagolun
Ответ / Cavab
Aleykumussalam.
Özünüzün körpəliyinizi yadınıza salın. Siizin nazlarınızı. şıltaqlıqlarınızı. gecə yuxusuzluğunuzu. O zaman Ana sizi çox mehribanlıqla rahatlayır. özünü əziyyətə salrdı. Bu həmin kəsdir.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Resul Eli |
Esselamun Eleykum yerden acara baglamaqcun olan birsey tapmisam,boyuk ehtimal ki kimdense dusub,cox deyerli birsey deyil,bunu ozum istifade etsem haramligi varmi?
Ответ / Cavab
Aleykumussalam.
Umumiyyətlə heç zaman sizin olmayan bir şeyi götürməyin ki. boynunuza vəzifə də gəlməsin. Əgər çox ucuz bir şeydirsə, istifadə edin, yiyəsi tapılsa qaytarın
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Zaur.87 |
Salam aleykum size 2sualim var 1.Teharet zamani mennen 3 4 damci meni geldi mende istibra edib qusl evezi teyemmum edib Namazimi qildim is yerindeyem deye teyemmum eledim bucur elemek olar? 2.Seferde zohr namazina niyyet ederken ne demeliyem?Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam.
1.Əgər namazən vaxtı çıxana qədər üsl edə bilməsəydiz, düzgün sayılar.
Bes menı olub olmadıgını nece bılmek olar belke başqa bir mayedır.
Ответ / Cavab
Aleykumussalam.
Bunu gərək insan özü ayırd edə.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Ferid |
Salam eleykum Cumeniz Mubarek Haci eti haram olan quslar hansilardi ? Zehmet olmasa deyerdiniz Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam.
Az qanad çalıb, çox süzən quşların əti haramdır.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Salam |
Salam aleykum.Atam meni ve anami cox eseblewdirir,bizi duwunmur,ancag yeyib yatmag isteyir,bu sebebden onu hech sevmirem,basgalarina yaltaqlanir,amma bizimle deyinir.
Ответ / Cavab
Aleykumussalam.
Ata barədə belə fikirlər sizin əxaqınıza çox mənfi təsir edər. Bu fikirləri zehninizdən atın.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Nadir |
Salam haci. Eger 40 merasimi hefte arasi gune dushurse, olarmi 3-4 gun gec elemek, yani bazar gunu meclisi elemek? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam.
Mümkündür.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Ananim ka |
Salam cox uzir isteyirem yene sual cixdi bu divana meni dusubse o yeri su Tokub yudugda pak olur?
Ответ / Cavab
Aleykumussalam.
Bəli, nəcisi aradan aparandan sonra bir dəfə yuyub suyu sıxın aşağı getsin, ikinci dəfə su töküb yuyun pak olar.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Resul Eli |
Esselamun Eleykum 1.bele birsey esitdim ki,Ayetullah Xamenei aganin defterxanasina unvanlanan sualin cavabina gore Xiften namazini subh namazinin vaxtina yaxin bir vaxta kimi qilmaq olar.Ama menim bildiyim gece yarisina kimidi.Bunun duzgunluyu haqda mene melumat vererdiz zehmet olmasa 2.Birdeki Mefatihul cinan kitabinda cume quslunun cume gunu axsama yaxin vaxtda alinmasi daha yaxsidir deyirler,bu duzdumu? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Şam və xiftən namazları gecə yarıya kimi qılınmalıdır. Müəyyən səbəblərdən əgər bu zamana kimi qılınmasa, sübh azanına kimi əda ya qəza demədən qılınacaq.
Səhf deyilər.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
gskelejk |
Salam niye sunniler qusldan qabaq destenamaz alir?2.uzr isteyirem heyz qusulun almamisdan qabaqda destenamaz almaq lazimdi?3.sunni mehzebinde en birinci yayilan teriqet hansidi?4.fitre pulunu ayirib kenara qoymuşuq helede verecek bir şexsle rastlaşmamıqsa sabah vermek olar?ehl sunne henefi
Ответ / Cavab
Aleykumussalam.
1.Bu iş qadağan deyil.
2.Olar.
3.Belə məsələləri müzakirə etməyək.
4.Olar, amma yubatmayın.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
huseyn |
salam haci meselen 1_) libasima necaset bulawibsa necaset quruyanan sonra ozunu itirir?2)heci men ayaq yolunda istibra ederken elimi nem kimi hiss etdim men bilmedim nedi elebilirem sidikdi ne edim haci
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, yuyulub pak olmalıdır.
Belə olduqda yuyun , şəkkiniz də qalmasın.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Men |
Salam bilmek isterem qabdan su tokub yuyunan zaman nece pak olunur nese hokmu vardi oxumusdum
Ответ / Cavab
Aleykumussalam.
Az su ilə yuyanda nəcis olan şey aradan gedəndən sonra iki dəfə üzərinə su tökülsə pak olar.
Allah sizə yar olsun
Задан: 8 Июль, 2016 , Опубликовано: 8 Июль, 2016
Uzeyir |
Salam əleyküm Allahın salamı rəhməti hər zaman üzərinizə olsun.Bilmək istəyirəm əvvəl şəvval ayının orucunu tutub sonra qəza orucunu tutmaq olar.Şəvval ayının orucunu tutanda niyyət etmək lazımdır.Əgər lazımdırsa necə niyyət edək.Mən 7 gün şəvval ayının orucunu tutub sonra qəza orucunu tutsam düz etmiş olarammı ?
Ответ / Cavab
Aleykumussalam.
Qəza oucları olan müstəhəbb oruc tuta bilməz. Əgər qəza oruclarınız boynunuzda varsa, ancaq qəza tuta biləcəksiz.