Salam dille niyyet edib etmemeyimiz yadimizda olmasa qusul ederken ama basa sag ve sol ciyinlere su tokub ureyimizde qusul aldigmizi bilsek qusulumuz duz olur?
Ответ / Cavab
Aleykumussalam.
Əgər qüsl edəcəyinizi bilib etmisizsə, qüslünüz düzdür.
Salam.Ele insanlar cox yaxsidilar ama haqq etdikleri kimi yasamillar qabaglarinda cox eziyyet engel olur ele de adam var cox pis xasiyyetli ama herseyi cox rahat yaxsi olur.Bu Quranda var? Ne ucun bele olur?
Ответ / Cavab
Aleykumussalam.
İnsan bu dünyanın malı deyil, bu dünya nəhayət deyil ki, mukafat dalıyca olaq. Bu dünyada əgər gözəl həyat insanların xasiyyətinə görə olsaydı, gərək ən üstün və kef dolu həyatı Peyğəmbər və imamlar yaşayaydılar.
Salam xahiw edirem komek edin. Men taniw oldugim bir qizla namehremle bir yerde oturmuwduq oruc idim. Bilirem gunahdi amma sehv etdim. Basimi sigallayarken hislerim oyandi men menden meni ixrac olundu bosaldim. Bu halda orucum batildi? Munasibetde olmamiwam sadece mende erken bosalma daha tez oldugu ucun bir toxunuwla bosala bilirem. Eger orucum pozulubsa men bu bir gunun evezini ne ile odemeliyem? Pul ile ve ya ne ile mumkundur
Ответ / Cavab
Aleykumussalam.
Əgər belə işdən boşalacağınızı bilirdinizsə və hiss edib dayana bilərdiz, dayanmayıb davam etmisizsə, oruc batildir, kffarəsi də var.
Əgər belə olmayıbsa, o zaman orucunuz batil deyil, namaz üçün qüsl verin. Etdiyiniz haramdan da tovbə edin. Ramazanda haramları yox, savabları toplamağa səy edin
Xahiw edirem,ayetul kursunu yazin.Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Allahu la ilahə illa huvəl həyyul qayyum la tə”xuzuhu sinətun vəla nəumun ləhu ma fissəməvati vəma fil ərzi mən zəlləzi yəşfəu indəhu illə biiznihi yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və la yuhitunə bişəy -in min `ilmihi illa bima şaə vəsi`ə kursiyyuhus-samavati vəl ərzi və la yəuduhu hifzuhuma və huvəl əliyyul `əzim, la ikrahə fiddin qad təbəyyənər-ruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yu”min billahi fəqadistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhə vəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricuhum minəz zulumati ilən nuri vəlləzinə kəfəru əvliyauhumut tağuti yuxricunəhum minən nuri iləzzulumati ulaikə əshabun narihum fiha xalidun
Salam.Men orucluq bawlayanda tuta bilmemiwem qezam var.Bilmek isteyirem ki, men qezalari orucluq qurtarandan ne vaxt sonra tuta bilerem ve hansi gunler tutmaliyam.Yani vaxti nece teyin edecem ?orucluq vaxti cedvel esasinda imsak ve iftarimizi aciriq.Bes indi vaxti nece teyin ede bilerik?evvelceden tewekkur.Allah razi olsun sizden
Allahın salamı üzerinize olsun! 1.Heci men ramazan ayi başlayandan ramazan ayinin 2 ruketli namazını qılıram. Çox üzr isteyirem heyz olarken namazı qıla bilmeyecem. Ay axı tam olmur.Bele çıxır ki 1 aylıq ramazan aynın namazının savabını almayacam? 2.Heci Qedr geceleri 3 gun qeyd olunub her yerde. Ama dunen cume mescidinde qeyd etdiler ki 4 gun qeyd olunacaq.4cu gun hansi gun Qedr gecesi qeyd olunur? Allah razi olsun!
Ответ / Cavab
Aleykumussalam.
1.Eybi yoxdur, əsas odur ki, boynunuzda olan vəzifəni düz icra ediniz.
2.Qədr gecələrinin əsas ehtimalı 3 gücədir.Əlbətdə bundan başqa 25 və 27 ci gecələrinin barəsində də zəif də olsa fikirlər var.
Salam,sual vermidim salam deyirler bu ayda seytan zencirlenir amma men nevaxtandir eziyet cekirem seytan ves vese edir yuxuma girir dualar edirem fikrimi cox qatisdirir belke meslehet veresiz ne edim? Sizde bele cavab verdizki Şeytan zəncirlənib, biz zəncirlənməmişik. Allahı çox zikr edək. Axi bizede vesveseni veren seytandi/Nece olur zencirlene amma biz yenede pis bezi fikirlerimizden donmeyek/Zehmet olmasa aydin izah ederdiz/
Ответ / Cavab
Aleykumussalam.
Şeytan indi azmağımızın planlarını Ramazandan əvvəl qurub, biz diqqətsiz olub həmin tələlərə indi düşürük. Allahı zikr edək ki. bu tələləərdən uzaq qalaq.
Salam Aleykum Menim Bir Sualim var Cavab verseniz sevinerem.Minnetdar olaram. Men Makarem Shiraziye teqldi edirem. Evveller deyisdirmek isteyirdim teqlidimi amma teqlidi deyismeyin sertleri var ona gore de deyismedim . indi durumumdan memnunam. Shirazi agaya da teqldi edirem hec bir naraziligim yoxdur. Dediler ki eger sexs bilse ki onun teqldi etdiyi zeifdir mes Sistaniden vacibdir ki teqlidin deyisin. İndi sulaim budur ki Shirazi aga daha elemdir yoxsa Sistani aga? 2.menim teqlidim batildirmi? 3. Bir de sual verdiler ki Makarem Shirazi haqda delilin var?Birde muctehidi deyismek olmaz? ALLAH Taala razi olsun
Ответ / Cavab
Aleykumussalam.
1.Müctəhidin ələmliyini insan özü yəqin etməlidir, Bizim deməyimizlə olmaz.
2.Təqlidinizə davam edə bilərsiz.
3.O şəxslərdən soruşun ki, aya bu qədər onlar elmlidirlər ki, müctəhid müzakirəsinə çıxıblar? Başlarını aşağı salıb təqlidlərinə əməl etsinlər.
Salam eleykum 1.haci esgerlikdeyem burda azda olsa cetinlik olanda orucu pozanda keffare gelir ? 2.birde ümumiyyətlə esgerlikdee orucu pozanda keffare gelir ??
Ответ / Cavab
Aleykumussalam.
Az olan çətinliyə görə oruc pozmaq olmaz. Əgər ciiddi çətinlik ortaya gələrsə, o zaman poza bilər və kəffarə gəlməz.
Salam. Taksi surucusu isle elaqadar 40 km mesafeni kecib ve qayidib. (ancaq qayidandan sonra mesafeni kecdiyi yadina dusub) Orucun pozmayib. Indi ne etmelidir.
Ответ / Cavab
Aleykumussalam.
Əgər bu sürücü həmişə uzaq yol sürücüsüdürsə, eybi yoxdur.
Əgər belə deyilsə və bu səfəri zöhrdən əvvəl edibsə və zöhrə qadər qayıdıb və oruc niyyıtində olubsa, ya zöhrdən sonra səfər edibsə, orucu düzdür.
Əgər zöhrdən əvvəl səfər edib zöhrdən sonra qayıdıbsa, orucu pozulub.
Salam,menim mamam seker xestesidi,amma oruc tutmaga calisir men tekitle deyirem olmaz,tutma,olmaz zererlidi,menim demeyim gunahdimi?2ci sualim ortdan ikiye bolunmus mohurun bir terefinden istifade edib namaz qilmaq olar?.Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
1.Əgər ona ziyan edirsə və xəstəliyini şiddətləndirirsə, tutmamalıdır. Əgər tutursa və ziyan etmirsə, na dəyməyin.
Salam. 1. Bir nəfər bir söz soruşur. Tanımadığın adam. Sən də çalışdığın təşkilatın əmin amanlığı üçün, daxili iş sirrini qorumaq üçün verilən suala yalan cavab verirsən. Məsələn: Flankəs burda yaşayır? Ona verilən yalan cavabın hökmü nədir?
Ответ / Cavab
Aleykumussalam.
Yalan cavab verməyin, cavab verməyə məhkum deyilsiz, sadəcə cavab verməyin.