Страница 129 из 5746 << < 125 126 127 128 129 130 131 132 133 > >>
Elmir |

Salam Qardaş. Həzrət Xızır Peyğəmbərin missiyası nədir və digər peyğəmbərlərdən fərqi nədir? Bu haqda internetdə geniş məlumat tapa bilmirəm zəhmət olmasa məlumat verərdiz . Çoxsağolun əvvəlcədən

Ответ / Cavab

Aleykumussalam

O da peyğəmbərlik missiyasını icra edir. Fərq isə başqalarından fərqli olaraq peyğəmbər olmasını elan etmir və qeybə əsasən əməl edir.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Əsmər |

SalamunAleykum Hacı. Siz dediniz ki,İstihazə günlərində oruc da tutulacaq,namaz da qılınacaq. İstihazə gülnərində ibadət olunmalıdırsan bəs niyə istihazə qüsl alınmalıdır

Ответ / Cavab

Aleykumusalam.

Qüsl namaz qılmaq üçün, təharət üçün alınır. Məsələn namaz qılmaq üçün dəstəmazı niyə alırıq? bax elə həmin səbəbə də istihazə qüslü alınır.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Bende |

Salam qardas men ne edkm? Ele bu gun seher orucluyken gun cixmisdi artiq saat 10 olardi ki arvadimla seeher yuxudan ayildiq ve o ehtirasini saxlaya bilmeyib basladi menimle mazaqlasmaga. Men maksimim ozumu saxlayirdim ki sperma xaric olmasin menden ama sonda o menimle mazaqlasan zaman menden sperma xaric oldu ve bu zaman men de ozumu saxlaya bilmeyib arvadimla cinsi elaqede oldum. Indi men ne edim ? Boynuma keffare geldi ya ne qeza orucu ya ne ?

Ответ / Cavab

Aleykumusalam.

Hər ikinizin boynuna kəffarə gəlib.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Gulnisa |

Salam.men 2 gundur qrip tutmuwam,amma orucumu pozmaq istemirem,cox halsiz oluram ve hami deyir ki,derman qebul elemelisen ,coxlu maye icmelisen ki,tez sagalasan.dermani iftardan sonra icirem,novbeti gun gunortaya qeder biraz normal olur halim,sonra yene halsizliq.Xahiw edirem deyin,orucu sagalana kimi poza bilerem?ve bunun evezi qeza olacaq?Tewekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

Əgər oruc olma sizə dözülməz hal gətirirsə orucu poza bilərsiz və ancaq qəza vacib olar. Əgər iynə vurmaqla bunu ötüşdürə bilirsinizsə, çalışıb orucu qoruyun.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Allah bendesi |

Salam Haci.... Sualima gore cox uzur isteyirem, ama bilmeliyem bunu....Men qadinam oruclu Ola Ola Yatmiwdim bayaq yuxuda gordum ki, kimse cinsi elaqeye girib menle ve ayildim ki bedenimde guya bowalma zad oldu ama hecne gelmedi yani islanmadim.... Men qusul almaliyam indi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər boşalma hiss olundusa qüsl vacib olub, orucunuza bir problem yoxdur. Namazlar üçün qüsl edin.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
... |

Salam Aleykum Men 6 aylig hamileyem,eyile bilmirem. CaNamazi stol ustde goysam,ve ayaguste gilsam,olar?

Ответ / Cavab

Aleykumusalam.

Əgər səcdə yerini yuxarı qaldırmaqla qıla bilirsizsə, elə qılın. Edə bilmirsinizsə, o zaman dediyiniz kimi stol arxasında durub qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Musa |

Salam Belə çıxır ki, əsr namazının vaxtın 16:34 yazmaqla siz əhli-sünnənin qıldığı namaz vaxtların düz şiələrin isə yanlış olduğun təsdiq edirsiz. Çünki bizdə əsr namazı o vaxt daxil olmur və ən fəzilətli vaxtıda həmin vaxta düşmür.

Ответ / Cavab

Aleykumusalam.

Elə çıxmır. İnsan bilmədiyi şeyə hökm verməz. Xahiş olunur bildiyiniz və özünüzə aid olan məsələlərə hökm edin.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
ALLAH BENDESI |

SALAM QESDEN ORUC POZMAGIN KEFFARESI NE QEDERDIR? 1 GUNUN EVEZINE 60 GUN TUTMAQ VE YA 60 KASIB DOYUZDURMAQ?

Ответ / Cavab

Aleykumusalam.

Ya 60 fəqiri doyuzdurmaq, yaxu onların hər birinə bir mudd təam vermək(750 qram) yaxud da ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc tutmaq.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Fərid |

Salam əleykum Men bakida iwleyirem ve bakini ozume daima yawayiw meskeni secmiwem.Sabirabadda dogma rayonumdu orda ailem yawiyir .men indi zohre qeder catsam bakiya oruc tam olur? Ikinci halda zohrden sonra bakidan yola cixsam oruc tam olurda yene? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz başa düşmüsüz, belədir.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Fərid |

Salam əleykum 1.hacı ayaqyoluna gedəndə birdən nəsə axıntı gəldi amma bilmədim nədi bu halda buna məni hökmü vermək olar ? 2.səfərə çıxanda məsələn 15 qalmağı planlaşdırılır amma iş çıxır 7 gündən sonra qayıdılır bu halda vəzifə necə olur ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

1.Məninin sifətləri yoxdursa, xeyr

2.Dala qayıtma qərarlaşan kimi ondan sonrakı namazlar qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Sual |

Haci Salam. Velosipedi ile yol gederken ondan velosipedi teleb eden oğru ile Allaha xatir, Allahin "haqqini qoru" emrini yerine yetirmek ucun mubarize apararken oldurulen wexs şəhid sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Öz mülkünü, irsini, namusunu  qoruyarkən öldürülənə şəhid savabı verilər.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Sual |

Haci qeyd elediyim paltarla (hansi ki valideynlərim xumsu verilmeyen pullariyla alib ve 1 il istifadesiz qalib) bezi vacib namazlarimi qilmisam. Onlar batil sayilir? Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, batil deyil deyil. Qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Leyla |

Salam hacı iyyəkə nəbudu sözünde namazda ə boğaz herifi kimi deyilir yoxsa yox? sağolun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli oradakı Ə səsi boğaz hərfidir.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Eska |

Salam aleykum, men sabah oruc olacam inwallah gunorta 4 den sonra Saatli weherine gedecik, bir gece orda qalacig. Bazar gunu iftar sufresinden sonra yola duwecik, men indi sabah oruc olacam bunu bilirem. Bes birsigun?( bazar gunu yani) onda tutmayim?? Bazar gunu tam orada olacig iftardan sonra eve gelecik. 2,5-3 saatlig yoldu

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən bzar günü oruc ola bilməyəcəksiz.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Gulay |

Salam. Quran kitabını qadınlar mütləq başı bağlı oxumalidi?

Ответ / Cavab

Aleykumusalam.

Vacib deyil, Qurana ehtiram əlaməti olaraq örtmələri daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Aydan |

salam zahmat olmasa cvblandirardiz men bu qun nishanlimla cinsi elaqeye qirmesemde oruclu ola ola bir birimizle orucun pozulmasina sebeb olan sheylerden danishib orucu pozduq buna qore qusul alinib oruc tutmaliyiq ya nece

Ответ / Cavab

Aleykumusalam.

Əgər bunun belə sonunclanacağını bilirdinizsə, orucunuz batil olmasından əlavə bilərəkdən orucu pozduğunuz üçün  kəffarə də vacib olub.

Belə bərəkətli gecələrdə belə şeylərin dalıyca olmaq anlaşılan deyil.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
ila |

Salam,Qedr gecesi er arvad cinsi elagede olmagi gunahdirmi?Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, günah deyil, lakin qədr gecəsi kimi bərəkət və məğfirət gecəsində insan axirətini abad etməyi düşünməlidir. Cinsi əlaqə üçün başqa günlər azlıq etmir.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 25 Май, 2019
Kamala |

Salam bu gece gedr gecedise bes saytda ramazan ayinin cedveli ayin 6dan baslayib axi duz gelmir ?2)sehven orucu 2degige tez acilibsa o gunun gezasi var?

Ответ / Cavab

Aleykumusalam.

Cədvəllər  Ramazan ayından 5-10 gün əvvəl hazırlanır. Bu səbəbdən ayın bir gün o yan bu yan etməsi orada təsir edə bilir.

Həmin gün qəza ediləcək, əlbətdə əgər bu iş səhfən edilərsə.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 24 Май, 2019
Yaponka |

Birde uzr isteyirem it ayagima sidik etdi sudum adi orucum batil olmaz? Mudarlanmadim?

Ответ / Cavab

Aleykumusalam.

Bu orucu batil etmir.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 24 Май, 2019
Yaponka |

Salam gedr gecesinde namaz qilinmalidi? Ve ne deyilir gilinanda vacibdiir? Yoxsa?gedr gecesinde ne etmek laZimdir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli qədr gecəsinin müstəhəbb  namazları var. İstəsəz qıla bilərsiz.

Qədr gecəsinin bütün müstəhəbb əməlləri saytımıın ana səhifəsində otuzdurulub. Onlardan hansını bacarsaz edin.

Allah sizə yar olsun

Задан: 25 Май, 2019 , Опубликовано: 24 Май, 2019
Страница 129 из 5746 << < 125 126 127 128 129 130 131 132 133 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com