Страница 1328 из 5746 << < 1324 1325 1326 1327 1328 1329 1330 1331 1332 > >>
Gulusum |

Salam Aleykum. Kişilər başina papaq-araxçin qoymadan namaz qila bilərlər? Atam əsr namazini qilanda namazin daxilində yadina düşdükü başina heçnə qoymayib. Namazdan çixamadi yəni namazi saxlamadi düz edib? Namaz qəbuldu?? Allah razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Vacib deyil və atanız düz edib namazı pozmayıb.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
...... |

Salam Gadin erine namaz gilmagi oyrede biler?

Ответ / Cavab

Aleykumussalam.

Öyrətməyində maniə yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Namiq |

Salam ələykum hacı. Sizdən və burdakı bütün qardaş və bacılardan xahiş edirəm, anam xəstədir. Dua edin tez bir zamanda sağalsın inşəAllah. Allah hər birinizdən razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Sizin ananıı və bütün anaları, məxsus da xəstələri dua edirik.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
bəndə |

Salam Aleykum.Hacı Allah kömək olsun sizə hər iki dünyada.1)Mənimçün xeyirli olmuyanı və ya insançün istədiyi xeyirli deyil ama çox istəyirdə Allah nəsib edər ona istədiyni?2)Ən böyük bəla ümidsizlikdi,məni ümidsizliyə səbirsizliyə salan beynimi mənfi fikirlərlə dolduran şeytandı?Dua eetməyə belə qoymuyan odu?Axı mən belə insan deyiləm (((

Ответ / Cavab

Aleykumussalam.

1.İnsan bilərəkdən iyanını niyə istəməlidir ki? Anlamadıq. Dualarınızda Allahdan xeyirlisini istəyin.

2.Allahı çox zikr edin.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
sevda 1485 |

Salam Haci men waban ayinin axrinci uc gununu 4-5-6 sinda oruc tutmaq nietindeyem ve ramazana birlewdirmek isteyirem ayin 5 de men oruclu olarken seher tezden genceden wekiye ziyaretlerere getmek isteyirem oruclu halda orucun hokumu nedir?Yani zohrden evvel sefere cixiramsa orucum batil olmurki?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda orucunuz pozulacaq. Zöhrdən sonra çıxsaz pozulmaz.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Leyla |

Salam.biz qrupnan mezun gunu yeqinki merasimnen sonra yemek yemeye de gedeciyik.ramazan ayina dusur men oruclu olasiyam.bilmek isteyiremki merasimnen sonra usaqlar yemeye gedende gedib oturum onlarnan yoxsa hec getmiyim?deyirem onlara da ayib olar yanlarinda ele bele otursam.sixilarlar

Ответ / Cavab

Aleykumussalam.

Getməməyiniz məsləhətdir.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
MmM |

Ramazan ayi iyulun necesi basdiyir?

Ответ / Cavab

Aleykumussalam.

Təqvimə əsasən ayın 7 si.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
qadın |

salam aleykum . azerbaycan dovletinde hicabda sekil olar elemek. senet duzeltmekucun. AlhamdulIllah

Ответ / Cavab

Aleykumussalam.

Mümkün deyil.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
VEFA |

Salam. yene sualim ramazanla bagli olacag.demek alimlerimiz ayin dogmasiyla fetva verir ki,ay bu gunde dogacag. onlar bunu butun duyna ucun tesdiqleyir?? meselen deyirlerki alimler nece tesdiqleyirki celyabinskde ay ayin 6 dogdu 7 dogdu?? menim subhem yoxdu bilmey ucun sorusuram. Sistani agaya teqlid edirem.

Ответ / Cavab

Aleykumussalam.

Ayın doğması fətva ilə olmaz, gözlə görülməlidir. Alimlərin rəyi budur.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
vefa |

Salam. bizim ata anamiz qiz usagi sevmir. deqiq anlaya bilmirik atamimiz anamiza tesir edir yoxsa anamizmi atamiza tesir edir. bezen bunlarin qiz usagina olan kini bize cox deyir hirslerini gizlede bilmirler nifretlerini gosterirler. bizim sehfimiz ucun deyil adi sebesiz seylerden iki baci aileliyik adi evlerine qonag gederik sanki agirlig edirik. accigda fikirlerini deyiller. varsa yoxsa iki ancag iki ogullari var. bunlari Allah bilir. sualim bezen cox qirir atamiz bizi onda gunlerle yerin altindayigmi ustundeyikmi bilmirik atamiza qarsi bir kelme bele hormetsizlik etmerik nede kinimiz olmaz qorxumuzdanki Allah qezeblener atamiza ancag biz ozumuzde olub dirilirik yaranidigmiz ucun pesman olurug niye qiz dogulmusam Allah usyan qebul etmesin. bu haldada biz yenede gunaha batmis olurug. axi gunahimizin adi ne olur???

Ответ / Cavab

Aleykumussalam.

Onlar ciddi səhfdədirlər və belə davam edərsə, axirətləri xarab olar. Oğlan uşağı nemətdirsə, qız uşağı rəhmətdir.

Onların hidayət olunmaları üçün dua edin.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
VEFA |

Salam. sualimin cavabini bilsemde bezen insanin cetinliyi nefsine qalib gelir. demey menim yoldasim denize suya geder su quruyar. her kesin diqeti ondadir hami mocuze kimi izleyir. gunahsiz insan yoxdurki demeyinki gunahlarinin cavabidir. gunahi narkotik satanlar haram qazanlarinkindan cox deyil. ancag insan coreyini qazana bilmir tenbel deyil her isede canin qoyur olmur.her kesde mene niye baxiciya getmirsen deynde menim ruzimi Allah vermir bendenin oyunu mene ruzini nece vererondada mene ozlerini misal getrirlerki biz bu cur ev olmusug. masaallah Allah artig elesin hamsinin vari heddinden artig. gozumunde ucundada deyil kiminse var dovleti min kere masaallah olsun. indi ozum getmesemde teklif edimmi kimese bizede yazdirin firildagci dualardan belke Allahim goreki caresizliyimden uz tutdum ora menede ruzi vere? izahsiz cetindeyik kiraye 5 usag hamsi boyuk neyniyek caresizlikden bilmirik

Ответ / Cavab

Aleykumussalam.

Allah ruzinizi verir, azdırsa, çatmırsa, artırmasını istəyin. Allahın da verdiyi halalla qane olun. Artıq mal dövlət olması pis deyil. Likin bəzən insana ziyan da edir. Baxıcılar ALlahı artıq ruzi verməyə məcbur edə bilməzlər. İnsanlar gərək özlərini aldatmasınlar. Dua edin, biz də sizi dua edirik.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
seva |

her vaxtiniz xeyir.artiq bir il olacaqki heyat yoldaşimla yaşamiram,kebinimi mollada geri oxutmaq istyirem.qismet olsun inşallah orucluqdan sonrada onu boşamaq istyrem.mumkunmu?

Ответ / Cavab

Aleykumussalam.

Qadın özünü boşada bilməz, ər boşamalıdır.

Ərdən talaqa icazə alınsa. olar.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Gozel |

salam/ aglamaq orucu ve destemazi pozur/ Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, etmir.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Aybeniz |

Salamun. Aleykum. Iwle elaqeder. Orucu 30 deyqe gec acsam qebul olunmaz?

Ответ / Cavab

Aleykumussalam.

Oruc şam azanında bitir. Açsaz da açmasaz da fərq etmir.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Arzu |

Salam.Eger qadin sehvet hiss etse ve rutubet xaric olsa ama bosalma ve sustluk olmasa qusul vacibdir?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda qüsl gəlməz.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Emin |

Salam Aleykum. Sistani aganin Kitabinda oxuyuram bawa duwmurem. Bovl paltara ve bedene deyende ne etmeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Yuyub paklamaq lazımdır.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Nura |

Salam Haci, Quranda ayede meselen ortada tenvin fethe gelir ardiyca teşdidli söz onu nece birlesdirib demek lazimdir 2. Ayenin evvelinde yer varki sadece vesl hemzesi var insan bilmir orda onu zemme fethe ya kesre kimi oxusun o nece mueyyen olunur? Xais cvblayin vacibdi bilmeyim

Ответ / Cavab

Aleykumussalam.

1.Orada İdğam qaydsı meydana gəlir, bu cəhətdən həmin hərfin üzərinə təşdid qoyulub.

2.Orada 3 cü hərfin üzərindəki hərəkəyə baxın. Fətyə ya kəsrə olarsa, vəsl əlifi kəsrəli, zammə olarsa, zammali oxuyacaqsız.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Kerem |

Məhərrəm ayı nə vaxt başlayır? 2016cı ildə?

Ответ / Cavab

Aleykumussalam.

Oktyabr ayında.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Ayla |

Salam. Haci men gunah edirem sonra perman olub tovbe edirem. 1/2 gun kecir yene o gunahi edirem.Yenede tövbe edırem. Allah bağışlayar meni?

Ответ / Cavab

Aleykumussalam.

Allah bağışlayandır, insan da xətakar, amma insan da günahda israrlı olmamalıdır.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Ayla |

Salam aleykum. Men gunorta namazlarini side oldugumcun qulaq bilmirem. Isde heccur alinmir Adam coxdu hemde su yoxdur natemizlikdir. Eve gelende Sam namazindan qabaq qiliram. Ve niyyetde deyiremki bugun ki gunun qeza namazini qiliram. Duz edirem? Qeza namazlarini gunun hansi vaxtlarinda qilmaq olmaz?

Ответ / Cavab

Aleykumussalam.

Əgər şam azanı hələ verilməyibsə, qəza sayılmazlar. Gün ərzində qəza olan namazları özündən əvvəlki əda namazından əvvəl qəza edib, gündəlik ardıcıllığı pozmamaq lazımdır.

 

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2016 , Опубликовано: 1 Июнь, 2016
Страница 1328 из 5746 << < 1324 1325 1326 1327 1328 1329 1330 1331 1332 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com