Страница 1341 из 5746 << < 1337 1338 1339 1340 1341 1342 1343 1344 1345 > >>
Nura |

Salam Haci sehf anladiz meni, ele yox, yeni meselen sad herfini sad kimi duzgun teleffuz edirem ama siratal sozunde tam duzgun teleffuz ede bilmirem, ele cumle icinde dedim, tesekkurler

Ответ / Cavab

Aleykumussalam.

Hərfi tələffüz etməyin qaydası  hərfin özünü səsləndirməklə olmur. Hərfin özünü sakin edib əvvəlinə hərəkə gətirin. Onda düzgün tam öyrənəcəksiz. Məsələn Sad hətfində Sad kimi səsləndirməyin. -ƏS- kimi səsləndirin, belə öyrənərsiz.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 24 Май, 2016
Zəhra |

Salam. Bağışlayın aydınlaşdırmaq üçün təkrar soruşuram, yəni qunut tutub telide elinde saxlıyaraq 40 momunun adini dedikden sonra teli cibine qoyub tekrar qunut tutub davam ede bilər düzmü anladım? Əvvəlcədən təşəkkurlər Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bir əli qunutda qalsın, o biri ilə cibinə qoyub qunuta qayıtsın.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 24 Май, 2016
Gerib Xanim |

SalamAleykum.Hamamda yuyunandan sonra yaw sacla namaz gilmag olar,yoxsa saci gurutmalisan?

Ответ / Cavab

Aleykumussalam.

YAş saç namaza mane deyil, dəstəmazlıdırsa, qıla bilər.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 24 Май, 2016
Anonim |

Salam. Hemile qadinin namaz hokumleri ve orucu haqda melumat vererdiniz.Sistani agaya teqlid edirem. Allah sizden razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Hamilə qadının əgər atıq son vaxtlarıdırsa və səcdəyə getmək çətindirsə, səcdə yerini yuxarı qaldıracaq. Oturub durmaq əziyyəlidirsə, oturaq halda namaz qılacaq.

Oruc tutmaq hamilə qadının özünə ya körpəsinə təhlükə yaradarsa, orucunu yeyəcək.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Nihad |

Salam Aleykum.Bu il imtahanım olacaq İNŞAALLAH bizim yol uzaqdı evden 1km den artıqdı çox yoruluram geden məndə gündə iyulun ortasına kiminzad gedecem hazırlığa gün ərzində bir neçə dəfə gedib gələcəm bu səbəbə bu Ramazanda oruc tutmayıb imtahandan sonra qəzaları tutsam icazəli olar? Allah Razı olsun Haqqınızı halal edin

Ответ / Cavab

Aleykumussalam.

Bu  orucu sındırmağa icazə verməz.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Zəhra |

Salam. Vitr namazının qunutunda 40 momunun adini telden oxuduqdan sonra, teli paltarın cibinə salıb qunuta tekrar davam etmek olar? Ya nece etmek lazimdir? Əvvəlcədən təşəkkurlər. Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Nura |

Salam aleykum, Ereb herflerinden coxunu teleffuz edirem duzgun ama tek halda daha yaxsi edirem, cumle icinde tam duzgun teleffuz ede bilmirem, bele halda men ne etmeliyem?

Ответ / Cavab

Aleykumussalam.

ÇAlışın kiminsə fikrini əsas tutmayın.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Melek |

Salam Ana öz övladin döye biler? ikincisualımıysa saclar yaş namaz qilmaq olar? Üçüncü sual cox gülmeg günahdir?

Ответ / Cavab

Aleykumussalam.

Yeri qızarmamaq və göyərməmək şərtiylə yavaşca

Əgər dəstəmazlısızsa, bəli

İnsanı yüngül xasiyyət edər və dəyərini azaldar.

Allah sizə yar olsun

Задан: 24 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Zəhra |

Salam aleykum hacı məndə qorxu olur sübh namazına duranda evdə tək namaz qılanda bu qorxu hissinnən rahat isrədiyim kimi qıla bilmirəm namazlarımı nə məsləhət görürsüz qorxunun qarşısını almaq ücün coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Allahı zikr edin, ona arxalanın və ona sığının, keçəcək.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
iman |

salam.Elə insanlar varki, onların ailəsi, nəsli kökü, yaşadığı mühitdəki insanlar cahil, dünyapərəst, Allahdan haqqdan uzaq olan insanlardı. bu insanları Allah təala hidayət edərmi? Yoxsa genlər, nəsil nəcabət buna (hidayətə) manə olar?

Ответ / Cavab

Aleykumussalam.

Allah istədiyini hidayət edər.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
k.m |

Salamun Aleykum . 1 sualim var / Seker olan adam oruc saxliya ,bler . Tesekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Əgər oruc olma onun xəstəliyini şiddətləndirərsə və ya onu təhlükəyə atacaq qədər bir hala gətirərsə, tutmayacaq.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Bir dost |

Salam aleykum.Men cox bacarigsizam,hec bir iwin qulpundan yapisa bilmirem,gorurem ki,menden cox kicik olanlar ailesine destek olmag ucun her iwi gorurler,amma men en adi iwleri ede bilmirem,bir markete tek gedib nese almag bele menim ucun boyuk iwdir.Daxilen bunda ailemi de gunahlandiriram bezen,duwunurem ki,mene ele de onem vermeyibler,ona gore beleyem.

Ответ / Cavab

Aleykumussalam.

Özünüzdə güc tapacaqsız, qaıxıb bir işin ucundan yapışacaq və onu icra etməyə və sona yetirməyə çalışacaqsız.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Nermin |

Salam Aleykum.2 ildi Ramazanda oruc tuturam.Bu ilde cox isteyirem oruc tutam.22 yasim var zeyifem oglumunda 4 yasi var danismir cetin usaqdi esebidi.Hekime getdimisdim sorusdum zeyif oldugumnan meslehet bilmedi oruc tutmagimi.Evvelki illerdeki gucude ozumde hiss elemirem.Her seye regman tutum oruc vicdanim rahat deyil.

Ответ / Cavab

Aleykumussalam.

Orucu tutun, ziyan edərsə ya təhlükə yaradarsa, dayandırarsız.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Damla |

salam.bilmek isterdim bir otaqda yoldawimla namaz qilarken vacibdi o mende irelide durub qilsin? cunki herden ele olur men namaz qilarken o sonradan gelib ozu menden arxada qilir.cavab ucun tewekur...

Ответ / Cavab

Aleykumussalam.

Kişi qadından arxada ya yan yana namaz qıla bilməz, qadın mütləq dalda durmalıdır. Əksinə namaz batil olur.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Sahib |

İnsan deilən məxluqa fani demək olarmı?

Ответ / Cavab

Aleykumussalam.

Allahdan başqa nə vara, hər şey fanidir.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Eşk |

Salam. Məhərrəmlik nə vaxt girəcək. Sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Oktyabrın 3 də başlayır.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Melek |

Qardaş siz Anlamaduze yani ki Allahu ekber diyende yuxari baxmaliyiğ yoxsan qibleni kecmemelik düz baxmaliyiğ Anlata bildim esebleşireme cümleleri düz yazun

Ответ / Cavab

Aleykumussalam.

Anladıq və cavabında da yazmışdıq, cavabı isə  saytdan oxuyun

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
LEYLA |

Salam Aleykum.Allah sizden razi olsun.1_ Yatimish halda birden oyanib nese gormek mes.gorurem divarda ereb dilinde yazilar yazilir,sonra kimse durub mene baxir dua oxuyuram qacir bu ushaqliqdan mende var hetta bele bir shey olmushdu bir defe ishiqlar sonmushdu cox qorxurdum yatmaga gozum aciq qapidaydi birde gordum ordan ishiq gelir diqqetle baxanda gordum ki orda bir cadrali xanim durum elindede sham ama uzunu gormedim nedense onu gorende o qeder rahatliq geldi qorxmadim yatdim.bu eqli pozgunluqdu ya sheytan? 2 umumiyyetle dinde qara basma var? 3 cinler insanlara toxuna yaxud ziyan vere bilermi? Vaxtinizi aldigim ucun haqqinizi halal edin.

Ответ / Cavab

Aleykumussalam.

1.Bu psixi sarsıntıların nəticəsidir, sadəcə belə şeylər barədə düşünməyin və nəisə görmək üçün diqqətlə bir nöqtəyə bamayın.

2.Bu tibbi məsələdir.

3.MÜmkündür, lakin bu onlar üçün o qədər də asan bir iş deyil.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
YusifRinat |

Salam...niye qadini basdiranda daha derin qazilar neyin ki kiwini?...tewekkurler onceden

Ответ / Cavab

Aleykumussalam.

Bu əmr deyil və niyəsini 1-2 gün bundan öncəki sualların cavabında yazmışdıq.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
YusifRinat |

Salam orucduq ne zamandi...hansi tarixden tutmaliyig?Tewekkurler onceden...

Ответ / Cavab

Aleykumussalam.

İyunun 7 dən başlayır.

Allah sizə yar olsun

Задан: 23 Май, 2016 , Опубликовано: 23 Май, 2016
Страница 1341 из 5746 << < 1337 1338 1339 1340 1341 1342 1343 1344 1345 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com