salam.Men cox sukur sie namazi qiliram.heyat yoldasimda namaz qilmaq isteyir.evvel isteyirdi sie namazi qilsin.sonra internetde coxlu oxuyandan sonra qerara geldi ki sunni namazi qilsin.zehmat olmasa suallarima cavab verin 1.neye gore sieler cox cox azliq teskil edir? ve bu fakt yoldasimcun cox onemli oldu 2.men onu nece sie namazina getirim?belke bir meqale varmi oxusun?yoxsa men onun ne qerar vermesine qarismamaliyam? 3. sunni namazini oyrenmek ucun video gondere bilersiz? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Bu sual yersiz bəhslər ortaya gətirər. Amma bu cavabı verə bilərik ki, Çoxluq heç zaman haqq olmanın göstəricisi olmayıb. Quran da çoxluğun haqq olmasinı demir, bəlkə əksi.
Ona imkan verin ki, axtarış aparsın, hər iki məktəblə yaxından tanış olsun, şübhələri varsa, soruşsun cavablayaq. Özü öz seçinimi etsin.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Gerib Xanim |
SalamAleykum.Sizden uzr isteyitem,men heyzem ve 21-gece ehya saxlaya bilerem??Birde bu veziyyetde hansi duani,savab emelleri icra ede bilerem???evvelceden tewewkkur.
Ответ / Cavab
Aleykumussalam.
Bəli, əhya saxlaya biləcəksiz.
NAmaz, Qurana toxunmaq olmaz, bundan başqa istədiyiniz qədər dua və zikr edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Xxx |
Salam biz rayonda yasiyirig ve burda kanalizasiya yoxdu burda ayaqyolunun yaninda alca agaci var onnan yemek olar?yeni mundar olmaz o agacin meyvesi?
Ответ / Cavab
Aleykumussalam.
Yeyə bilərsiz.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Ruslan |
Salam aleykum ve rehmetullah.eziz qardasim menim size iki sualim var ve evvelceden sualima gore sizden uzr istiyirem.qardas men bir xanimla muveqqeti kebin kesdirmisem ve bu cur olub kebin.qadin menim ozumu vekil tutub ve men onun yerine kebin duasini risalede yazilan qaydada oxumusam(vekil nece oxuyursa ele oxumusam)ve men sonra qadinin ozunnen orgendim ki,o meni teze tanidigina gore ve ehtiyat etdiyine gore mene adini sef deyib,mes eqd oxuyanda Turkan adina oxumusam ve adi Turkan yox basqa ad olub.sualim beledir ki,1)men xanimin vekili kimi eqd oxuya bilerem ozum ucun?yeni eqd duzgundur?2)adini birinci defe sef oxumusam bunun hokmu nedir serietimizde?tesekkur edirem size.Allah razi olsun sizden.
Ответ / Cavab
Aleykumussalam.
Vekil kimi özünüzə oxuma qaydasıni bilmirsiz, risalədə vəkil kimi kiminçünsə oxuma qaydası qeyd edilib. Bunu bir nəfər bilənə yenidən ozudun.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Gulnar |
Salam zəhmət olmasa bilmek isterdim , boşanmış xanımın alacağı qüsl hansıdır və boşanmış olduğu üçün lənətlənmişmi sayılır ? TƏŞƏKKÜR EDİRƏM
Ответ / Cavab
Aleykumussalam.
Boşanma qüslə səbəb olmaz və lənətlənmiş də deyil.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
konul |
Salam.namaz esnasinda asqiran zaman burunu desmal ile silmek namaza maneəsi var?cox sag olun!Allah razi olsun!
Ответ / Cavab
Aleykumussalam.
Silə bilərsiz.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Nara |
Salam.1.Bilmek isteyirdim ki,tovbe nece olunur ve ya deyilir?.2.ci suallimda iwdi birden tovbe pozulsa ne etmek lazimdi?evvelceden tewekkur!
Ответ / Cavab
Aleykumussalam.
Bu barədə saytımızda məqalələr bölümündə yazılar var. onları tapıb oxuyun.
YEnidən tovbə edilsin.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Zəhra |
Salam. 1.Şəbaniyyə munacatini hardan tapmaq olar bəs? 2,buyurmusuzki nimeyi şaban ayın 22-sidi, 21-22 nə keçən gecə ya 22-23 nə keçən gecə? Yəni gunu ayın 23 du? Əvvəlcədən təşəkkürlər Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Qoogle de şəban ayının duası yazın, gələcək.
21 dən 22 nə keçən gecə gecəsidir, günü 22 dir.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Nura |
Salam aleykum, nimeyi şaban ayin 22 yoxsa 23dur?
Ответ / Cavab
Aleykumussalam.
Ayın 22 sidir.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Gulnar |
Salam,Her iki qohum ailenin yalniz valideynlerin raziligi ile aile qurulub.Defelerle nisanli vaxti bizim aileye uygun olmadiqlarini valideynlerime her cur xahiw etsemde buna razi olan olmadi,valideynelrime de qarşı çıxmagin sehv addim olduguna inanaraq məcburən aile quruldu.Bir neçe hefte sonra yanılmadigima əmin oldum.Mumkunsuz munasibetden ayrildiq,resmi nigah olmadi/səhlənlkar bir aile olduqlarindan talaqin geri oxunmasi xanim terefemi duşur?
Ответ / Cavab
Aleykumussalam.
Talaq Kəbin olduqda lazımdır. Əgər oxunubsa, ərin icazəsi ilə istənilən tərəf talaqı oxuda bilər.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
adminka |
salam orucluq nə vaxt girir mənim yoldaşım içəndi amma evdə mən və oglanlarım namaz qılırıq o içkini evdə içir içən kimi başlayır dindən danışmaga peygəmbərlərimizfən danışmaga yaxşı mənada mən bundan narahatam bu insan günaha batırmı deyim sizə Qur'anı diskdə maşına qoyub qulaq asır tanışlarının çoxu həcidi amma buna onlarda deyir mən də deyirəm at içkini amma atmır deyəndə əsəbi halda deyirki sizin acıgınıza atmayacam biz ona niyə deyirik ki içmə deyim sizə o içəndə özünü yaxşı hiss edir.
Ответ / Cavab
Aleykumussalam.
Orucluq İyunun 7 si başlamalıdır.
Ona elə mülaim qaydada demək lazımdırki, tərslik damarına təsir etməsin və inad onun söz dinləməsinə mane olmasın.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
adminka |
salam.Qur'ani kərimdə hansı surə və hansı ayədə şiyələr sözü çekir xayiş edirəm yazardız öncədən təşəkkürlər.
Ответ / Cavab
Aleykumussalam.
Saffat surəsi 83
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Zəhra |
Salam hacı, buyurmusuzki şəbaniyyə munacatini oxuyun, məfatihul cinan kitabında olan, "Əllahummə salli ələ Muhəmməd vəsmə duai iza də-əvtuk vəsmə" - ilə başlayır "Əllahu ələ Muhəmmədin Rasulihi və Əlihi tahirinə və səlləmə təslimə kəsira" ilə bitir budur?
Ответ / Cavab
Aleykumussalam.
Şəcərətin nubuvvə, və mouziyər-risaləh və muxtəlful məlaikə.
Belə başlayır.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Salam |
Hacı salam. 2 sualım olacaq. 1- nişanli olanda kebin mutleqdi ? , el- ele tutmaq gunahdı ? 2- deyirler nişanli vaxti kebin Olsa da , bir muddetden sonra pozulur ?
Ответ / Cavab
Aleykumussalam.
Kəbin məhrəmlik üçündür ki, bir birlərinə naməhrəm olmayalar. Əl ələ tutmaq və ya həvəsləndirici söhbətlər etmək kəbin olmadıqda haramdır. Kəbin bir dəfə oxunduqda, talaq oxunmasa öz başına pozulmaz.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Leman |
Salam.1.Saban ayi nece gundu? yeni Seban ayinin son uc gunu ayin necesine dusur?...2..Haci meni (uzr isteyirem) ailemle Sankt-peterburgda qaliram.usaqlarin senedlerile bagli iyun ayinin 6-7 den sora inseAllah usaqlarla Azerbaycana getmeliyem orda 15-20 gun olacam ve bu gunlerde de 1-2 rayona-sehere getmeli olacam yeni Ramazan ayinin cox hissesi seferde yollarda olacam 2 usaqla.indi men oruc tuta bilerem bu veziyetde? Olarmiki gedeceyim gune kimi tutum sonrasin qeza orucu edim?.......evvelceden coxsagolun Allah sizlerden razi olsun.AMIN.
Ответ / Cavab
Aleykumussalam.
Qəməri ayları ya 29 gün olur ya 30. Bunu ayın sonunda təzə ayın çıxması ilə dəqiq bilmək olur.
Səfərdə olduğunuz günləri oruc ola bilməzsiz, lakin evinizdə ya 10 gün(ya daha artıq) qalacağınız yerlərdə orucunuzu mütləq tutmalısız.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Hicran |
Salam. Allah Sizden razi olsun ki suallara acıq - aydin cavab verirsiz. 1. Men indiye kimi hec vaxt oruc tutmamaisam amma indi insAllah oruc tutmaq istiyirem. Bu ilin orucunu tutsam bu ilin orucuna aid olacaq yoxsa qeza orucu kimi sayilacaq? 2. Qadinlar heyzli olduqda orucu qeza sayilir yoxsa sayilmir? 3. Birde men qeza namazlarimi qilmaliyam mene dedidiler ki, her ay 7 gün cixib qalan günlerin namazlarinin qezasini qil bu doğrudurmu? Yeni qadinlar heyzli olduqlari günün namazlarini qilmirlar.
Ответ / Cavab
Aleykumussalam.
1.Bu ilin orucu sayılacaq, qəzaları isə ancaq RAmazan ayından başqa ayda tutmaq lazım olacaq.
2.Bəli, namazlar qəza sayılmaz, lakin oruclar qəza sayılır.
3.Əgər bu sizin heyz günlrinizin sayıdırsa, bəli, heyz günləri çıxacaq.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Fərhad |
Assalamu aleykum, məsihi islamı pyrənmək, gəlmək niyyəti ilə girib məsciddə xutbəyə qulaq asa bilər Sistani ağanın nəzərincə? Təşəkkür
Ответ / Cavab
Aleykumussalam.
Əgər İslama meyllidirsə, bəli.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
VEFA |
Salam.biz rusiyadayig. yoldasimin zaqranin vaxti kutarib rosiya vetendasdi. gedib zaqranini almir. men qorxu kecrirem qoca ata anasi var. deyiremde catmir bu insana.cox laqeyd insandir.70 yaxin yaslari var. vecinede deyil.menim atam cavandir ancag anam xestedir olum yasla gelmez. yalvariram icaze ver gedim anami gorum icaze vermir. inaniramki fikiri nese olsa geder ya getmez kimi dusunur. men hec cur bunu razi sala bilmirem ne anasida komeyim olmur. sozde catmir birce yolu davayla icazesiz sozunu hec ne sayib getmeyden basqa care yoxdu. men niye 5 ildir uzunu gormediyim atamin anamin hesretini yad oglu ucun ceklmeliyem.icazesiz getsem qarsidan ramazan gelir oruclarim batilmi olacag? namazlarim qebul olmazmi? qurban oldugumun hikmeti boyukdur sebrimi sinaga cekir dozmurem. qeyd edimki imkansizligi behane edir menim biletimi bacim qardasim alirdi balaca qizimla. sadece anami gorub gelceydim
Ответ / Cavab
Aleykumussalam.
ÇAlışın icazəsiz bu işi görməyin.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Zəhra |
Salam hacı, nimeyi şabanda 3 defe yasin oxunur. Sadəcə oxuyunur ya niyyətdə tutulur? Tutulursa nə deyilir?
Ответ / Cavab
Aleykumussalam.
Sadəcə oxunur.
Allah sizə yar olsun
Задан: 19 Май, 2016 , Опубликовано: 19 Май, 2016
Ehli-beyit asiqi |
Salam Aleykum. Bagislayin narahat etdiyimcün. Bas barmaqdan balacadi amma coxdu rengi aciqdi bilinmirki burda qan var diqqetle baxanda görünür ne edim?cox sagolun ALLAH sizden razi olsun.