Страница 1381 из 5746 << < 1377 1378 1379 1380 1381 1382 1383 1384 1385 > >>
Ruslan |

Salam Aleykum Oruclu halda qan vermek olar? bu orucu pozmur ki?

Ответ / Cavab

Aleykumussalam.

Bəyənilmir, oucu da pozmur, lakin əgər insanı zəiflədib orucu pozmağa vadar edərsə, edilməsin.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
cinqiz |

salam aleikum qardash bir sual vermex isterem anonizim hokümu zina hokumündedimi uzur isterem bu suala qore

Ответ / Cavab

Aleykumussalam.

İnsanın öz özüylə cinsi rabitəyə girməsidir.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
ilaxa |

Salam.men oruc tutmusam menden niwan konfetimi disleyib vermeyimi isdeyir refiqem.kanfeti dislerimin ucu ile diwlesem sonra su ile yaxalasam oruc pozular?

Ответ / Cavab

Aleykumussalam.

Udulmazsa, orucu pozmaz. Amma belə adətlər bizim millətə xass deyil.

 

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Islam |

salam bele bir sualim var size hamile olanda artig uwaaga ad secmiwdim uwag dunyaya gelenen sonra qaynanam hec meslehetlewmemiw geeib ozu uwagin adin yazdirmiwdi bu duzgun bir hereketdirmi?duzdu boyukdu hormet eeib saxladim o adi ama ureyim bawqa ad istediyine gore hele de uwaga oz adin deye bilmirem

Ответ / Cavab

Aleykumussalam.

Qədimdən belədir ki, uşağa böyüklər ad qoyublar, bunu bir problem bilməyin və həmçinin ad qoymada atasından əvvələ düşməyin.

Eybi yox, inşaAllah ikincisinə  qoyarsız.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Zeyneb |

Salam aleykum, size exlaqi bir sualim var, insan gunde en coxu texmini nece deqiqe mahniya qulaq asa biler ki, kutleşme getmesin onda ve ziyanina olmasin, elbetdeki sohbet dini mahnilar ve mersiyyelerden gedir

Ответ / Cavab

Aleykumussalam.

Haram musiqiyə heç qulaq asmamalıdır, umumiyyətlə musiqiyə qulaq asmasa da ona ziyan etməz, bəlkə xeyri var.

Mərsiyələrə isə o qədər qulaq asılsın ki, zehn ağırlaşmasın.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Gerib Xanim |

SalamAleykum.Cavab ucun Allah sizden razi olsun.Size yene sualim var?1.Emim coxdandirki,namaz gilir ve mene dediki,vacib namazi gilandan sonra namazi gerek Salavat ayesi ile tapwirasan,hetda bele Yasin suresini de oxudun Salavat ayesi ile tapwirasan.Bu duzdurmu?2.Men herkun Zohr ve Asr arasinda Imam Huseynin Awura Ziyaretnamesini oxuyuram.Ancag uzr isteyirem sizden heyz kunleri oxumuram,gozleyirem gusl alandan sonra yene davam edirem oxumaga.Bele duz ediremmi?

Ответ / Cavab

Aleykumussalam.

1.Vacib deyil.

2.Olar. amma həmin halda da istəsəz oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Ekber |

Salam aleykum.Sualıma görə üzr istəyirəm.Insandan bir rütubət gəlsə ancaq məzi və ya idrar olduğunu bilməsə,həmin rütubət nə hökmündədi və həmin paltarla namaz qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Sidiklə məzi bir biri ilə fərqlidir. Əgər istibra edəndirsə və sidiyə istədiyi halında xaric olmayıbsa, məzi olar, əgər belə deyilsə, sidik olması mümkündür. Ayırd edə bilməsə, ehtiyat edib paklansın.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
QONCE |

SALAM ALEYKUM HACI ..DUZDUKI EBELFEZL AGANIN HEREMIKI VAR OZ QEBRI OLAN YER ORA SU ILE DOLUDUR YENI NE QEDER QURUDSALARDA NEDE ETSELER O SU HER ZAMAN ORDA QALIR

Ответ / Cavab

Aleykumussalam.

Qəbrin əslini görməmişik, o hərəmin alt hissəsindədir. Bu cəhətdən bir szö deyə bilmərik.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Lala |

Sabahiniz xeyi . Men size daniwmiwdim bir vaxt ramazan ayindaki orucumu pozmuwdum seher 11 olardi hardasa, amma kefareden xeberim yox idi yoxsa esla pozmazdim. Siz dediz seher olubsa keffare yoxdu . Indi dimeli var keffare borcum?((((

Ответ / Cavab

Aleykumussalam.

VAcib oruc pozularsa, kəffarə vacib olar. Məsələdən, yəni kəffarə gələcəyindən tam məlumtsız idinizzsə və bunu öyrənməyə də imkanınız olmayıbsa, o zaman ancaq qəza edəcəksiz.

 

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
No name |

Salam. Belə bir hədis ya rəvayət varmıki, Zəmanənin imamı hz.Yusifə oxşuyur? 2. Yusifi-Zəhra sözünün mənasın deyərdizdə zəhmət olmazsa? Təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam.

Həzrətin gözəlliyi ilə Yusif gözəlliyindən artıqdır, sadəcə Həzrət Yusif gözəllik simvolu kimi dillərə düşdüyündən belə deyilir.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Zəhra |

Salam hacı biz Rasiyanın şəhərində qaldığımız üçün dediyiniz kimi namaz vaxtını assalat info dan gotururuy. Orda cədvəldə həm suxur var həmdə fəcr səf etmiremse suxur sahur vaxtıdı yəni o vaxtadək sahuru yeyib qurtarmaq lazımdı. Amma sübh namazı vaxtı ondan bir az fərqlənir əgər insan ordaki suxur vaxtından keçərsə orucu batil olurmu? Yəni hökməndirmiki insan suxura qədər yeyib qutara? 2. Demişdiz ki namazlar 5 6 deq gec deilse yaxsidi oruc tutarken 1 2 deq tez bitirsez yaxsidi. Əgər suxur vaxtina qeder bitirmek lazimdirsa suxur vaxtindanda 1 2 deq tez bitirmek yaxsidi? Əvvəlcədən təşəkkurlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Sübh azanına qədər tam bitməlidir.

Sübh azanından 1-2 dəqiqə əvvəl.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Gerib Xanim |

SalamAleykum.Bizim seherde Dagistan muselmanlari inek ve cuce oz evlerinde kesirler ve Mecitin garwisinda satirlar.Yoldawim oyrenibki,Gibleye teref ve Bismillahir deyilib kesirler.Hetda deyiblerki,eyer halaligla kesmesek hec Mecitin gabaginda satarig?namaz ehliyik ve bu iwi goruruk.Sizce men bu etden yeye bilerem?meslehet verin,zehmet veriremsize.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda həmin ətləri yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Mahir |

Salam Haci . 1)necis bir paltardan digerine nece kecir? yeni nemlik hansi derece de olmalidir ki bir paltardan digerine de kecsin? misal ucun,yuxudayken bowalma hali olarsa hem alt paltari deyiwilmelidi hem de shalvar? yoxsa salvar deyiwilmese de olar?

Ответ / Cavab

Aleykumussalam.

Bri yaş olarsa, digərinə də nəcislik keçər.

Nəmlik o qədər olmalıdır ki, toxunduqda o birini nəm etsin.

Allah sizə yar olsun

Задан: 26 Апрель, 2016 , Опубликовано: 26 Апрель, 2016
Aybeniz |

Salam bes xeste eger ozu verse pulu o pul halal sayilirmi?2 eger menim komekcim menim xeberim olmadan xestemden pul istese mene verse o pul halal sayilirmi?Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Əgər sizə öz ixtiyarı ilə daha yaxşı baxdığınıza görə bir şey verərsə, halal sayılar.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
No name |

Salam hacı. Oruclu halda çimmək olar? Təşəkkürlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil, əlbətdə əgər içəri su keçməyəcəyinə əmin olarsa.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
Salam aleykum |

Eger bir insan yolda gederken bir elili gorur ve wukr edirse bu o demekdir ki,ozunu o adamdan artiq hesab edir,halbuki elil olmaq kimdense eskik olmaq deyil,mes,men elil deyilem,amma nitqimde prablem var,bu haldan wikayetci deyilem,eger kimse mene baxib:"ey Allah wukr ki,men normal daniwiram,bunun kimi deyilem."deye duwunerse men o insana sadece gulerem ve bunu tehqir kimi qebul ederem.

Ответ / Cavab

Aleykumussalam.

İnsan belə halları qəlbində etməlidir ki, qürur sayılmasın, nemətə şükr kimi olsun.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
AYnur |

Bir rəfiqəm nişanlı vaxtı dini nigahlı olub amma alınmayıb ayrılıblar.Indi nigahın pozulması üçün kəbini geri oxutdurmalıdırlar?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, kəbin geri oxunmalıdır.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
hhhh |

Salam. Bunlarin hansi olsa buluq heddi sayilar? 1) Istimna 2) Zina 3) kicik yaslinin elediyi istimna, sehvet normal insan kimi basa catir amma meni axmir. Amma tocnu gorur gelir dayanmir ve sustluk, sehvetin boyuk insanda qutardiqi formada amma menisiz. Usaqin xesteliyi yoxdursa 2) uzur isteriem,boyuk insanin arxadan daxil oldugdan sonra meni xaric etmeden dayansa boyna qusul olar. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Qeyd etdikləriniz buluq nişanəsi deyil, haramlardır. Buluğun nuşanəsi qarnın altına qalın tüklərin gəlməsi, yuxuda ya adi halda məninin xaric olması və ya qəməri təqvimi ilə 15 yaşına yetişmə.

2.Bu haramdır, qüsl də vacib olar.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
jaguar |

Salam. Menim boynumda ne qeder nezir ve ehdler var. Yadimnan cixib ki, ne qeder idi. Men ne etmeliyem? Sag olun

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla hər dəqiqə başı əhd, nəzr etməyin,  etdikdə yerinə yetən kimi icra edin.

Gərək yadınıza salasız.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
Aynur |

Salam. Insanin evlendiyi wexs onun albinda evvelden yazilib? Xahiw edirem cvb yazardizda

Ответ / Cavab

Aleykumussalam.

İnsan fəaliyyətində azaddır və öz seçimini özü edir.

Allah sizə yar olsun

Задан: 25 Апрель, 2016 , Опубликовано: 25 Апрель, 2016
Страница 1381 из 5746 << < 1377 1378 1379 1380 1381 1382 1383 1384 1385 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com