Страница 1420 из 5746 << < 1416 1417 1418 1419 1420 1421 1422 1423 1424 > >>
Zəhra |

Salam hacı. 1.Bildiyimiz kimi Xanım Fatimətuz-Zəhra(s.ə)-nın zikri 34-Əllahu əkbər 33-Əlhəmdulilləh 33-SubhənƏllah-dı bəs əgər zikr zamanı çaşıb Əlhəmdülillahı yada SubhənƏllahı 34 dəfə desə zikri təzədən başlamaq lazımdır? 2.vitr namazının qunutunda əgər insan çaşıb zikrin dəqiq sayını qarışdırsa ki, ama beynində bir rəqəm var ki, bunda idim. Haqqı varki yəginliyi 70 və ya 300 olana kimi davam etsin (sayının çox və ya az olmasına baxmayaraq)? Əvvəlcədən təşəkkürlər. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

1.Səhfən olarsa, o zaman  eybi yoxur.

2Bəli.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 4 Апрель, 2016
Bende |

1. Duha namazi ne vaxt ve qilinma qaydasin yazardinizda? 2. Telqin namazi varsa, onun da qilinma qaydasin yazardiz? 3.Bes telqin duasi varsa onuda zehmet olmasa yazardizda?

Ответ / Cavab

Aleykumussalam.

Şiə fiqhində belə  nama yoxdur.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 4 Апрель, 2016
Gülüsüm |

Salam Aleykum Haci. Əsgərlərimuzə ordumuza dua edin xahiş dirəm sizdən. Torpaqlarimizin hamisini geri alaq İnşallah. Allah razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Bütün dualarımız onlar üçündür. Allah tezliklə düşmənlərimizin hamısını, nə sifətdə vardırlarsa məhf etsin. Əsgərlərimizi salamat və muzəffər etsin.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 4 Апрель, 2016
Ibrahim |

Salam, ilk öncə döyüşlərdə şəhid olanlara rəhmət diləyirəm. yaralılara Allahdan şəfa diləyirəm. bilmək isdədiyim odu ki, vətənimiz uğrunda ölənlərə şəhid deyirik. Onlar da həqiq şəhiddir? yəni Allah yolunda ölən kəs kimidir?

Ответ / Cavab

Aleykumussalam.

Onlar vətən şəhidləridirlər. Məqamları da ucadır.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 4 Апрель, 2016
... |

Salam. Bәqәrә surәsinin 30cu ayәsinin mәnasın izah edә bilәrsiz? Düşüncәm çatmadı başa düşәm

Ответ / Cavab

Aleykumussalam.

Daha yaxşı olar ki, nəyi başa düşməmisiz onu yazın, aydınlıq gətirək.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 4 Апрель, 2016
Ayten |

Salamaleykum,meni bu sual maraqlandirir,eger men destemaz almiwamsa uwaqim necis edibse onu yumuwamsa desemazim pozulur? Allah razi.olsun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, onu yumaqla dəstəmazınız pozulmur.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Arzu |

Salam.Hec bir qusul olmadan sadece cimende qusul aliram deib qusul almag olar? Bugun atam cimdi sonra namaz qilanda destamaz almadi men dedim sehv edirsen hele and da icdimki sehvdi qusulin destamaza twsiri yoxdur.Hansi duzgundur diyerdizde zehmet olmasa.Eger atamin dediyi duzgundurse menim andim yalan olmus olur((Bunun ucun ne ede bilerem tovbe ya basqa nese?

Ответ / Cavab

Aleykumussalam.

Müstəhəbb niyyətlə qüsl ala bilərsiz.

Əgər cənabət qüslü olubsa və onu icra edibsə, düz edib.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
..... |

Salam Aleykum. Camaat Namazı qılarkәn rükuda 3 dәfә Subhәnallahdan sonra çaşıb "Sәmiyallahu limәn hәmidәh" sözünün yarısına çatanda sәhv dediyimi anladım vә rükudan qalxanda tәzәdәn "Sәmiyallahu Limәn Hәmidәh" dedim. Namazım düzgündü?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilənə görə namaınız pozulmayıb.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Gerib Xanim |

SalamAleykum.Sualim size gusl barededir.Eyer paltarim necasete bulawibsa ve yaxud uzur isteyirem heyz ganiyla bulawibsa paltara salavat cekmeyim?adi suda yuyum?

Ответ / Cavab

Aleykumussalam.

Salavat pak etmə uslubu deyil, hərçənd ki, gözəl zikrdir.

Adicə  axar su (krant suyu) ilə yumaqla pak olacaq.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
bir xanim |

SalamAleykum.Ayin 9-u Receb ayi daxil olur ve men oruc tutmag isteyirem.Menim boynumda coxlu illerin geza orucu var,men obawdani yeyende niyyeti nece deyim?Receb ayinin orucunu tuturam,yoxsa geza orucumu tuturam deyim?evelceden tewekkur edirem.Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Siz həmin günü qəza niyyəti ilə oruc tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Salam |

Salam aleykum.Men baxiram xeberlere gorurem insanlarin eziyyetle boyutduyu uwaglarin cebhede oldururler,hami da kasiblarin uwaglari,bir nefer de varli"wehid" olmayib,bu haqsizliq deyil?sozsuz ki,wehidlik uca meqamdir,amma belke o uwaglar hec o gencler wehid olmag istemirdi,gonderirler onlar da gedir,oldurulur.Axi bu toyuq deyil,Insandir!

Ответ / Cavab

Aleykumussalam.

Bu vətəndir. Vətənin oğlu da o vətəni qorumaq üçündür. Kimsə varlı və sairlər bundan qaçırlrsa, bu o demək deyil ki, hamı qaçmalıdır.

Allah bütün əsgərlərimizi qorusun, yaralılarımıza tezliklə şifa versin və şəhidlərimizin məqamlarını ucaltsın.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Leyla |

Salam.yayda InsAllah imtahanim olacaq.cox heyecanliyam.imtahanima gore,ugur qazanmaga gore hansi dualari oxuya bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Ayətəl kursi.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Mahir |

Salam Hacican. 1. Men xifte namazini qilirdim en sonda salamlarda cashdim, bilmirem nece oldu amma sanki salamlar yadimdan cixmishdi deyib qutara bilmirdim. bir nece defe sehf dedim, axirda duz dedim, ve 3 defe ALLAHU AKBER deyib qalxdim. Lakin ureyim rahat olmadi deye sonradan xifte namazini tekraren qildim. bele olan halda sehf elemiwem? yeni yeniden qilmaga ehtiyac var idimi ? 2. sheytan ve Melek insanlarin ne dushunduyunu duya bilirmi ? 3. Peygemberimizn (S) ereb olmasina dair Quranda aye varmi ? bir nefer var deyir ki Peygember (S) turk olub. 4. Istibra etdikden 4-5 deq sonra destemaz aldim. Destemazdan sonra ise menden 1-2 damci su geldi. bilirem ki bu su pakdir. bes destemazi pozurmu bu hal? 5. Boynumuzda qusl yox iken elave olaraq qusl ala bilerik mi ? ve alarken nece niyyet elemek lazimdi? ''qusl aliram qurbeten ilellah'' ?

Ответ / Cavab

Aleykumussalam.

1.Yenidən qılmağa ehtiyac yox idi, hər halda ikinci dəfə qılmısızsa, boynunuzda heç bir vəzifə yoxdur.

2.Mümkündür.

3.Bəli, var. Bunun əksini deyən gəək dəlil gətirsin

4.Xeyr, pozmur.

5.Müstəhəbb niyyətlə ala bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Lala |

Axsaminiz xeyir . qadin oz eriyle hansi yaxin elaqeden uzag durmalidi? 2. Secdeler arasinda oturduqda beden aram oldugdan sonra ikinci secdeye gedilmelidi? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

Qeyri insani və qeyri təbii münasibətlərdən.

Bəli.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
mila |

heci qusl alarken nece demeliyik&gt;? qusl aldim yoxsa verdim demeliyik??

Ответ / Cavab

Aleykumussalam.

Fərqi yoxdur, hər ikisini deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
mehriban |

salam Heci , menim boynumda qusl var idi ( cenabet) cimende aldim o quslu,sonra cixanda namazimi qildim , destemaz almadan

Ответ / Cavab

Aleykumussalam.

düz etmisiz.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Farid |

Salam. Dini boşanmağın qaydaları necədir? Mən necə edimki artıq boşanmış sayılım 1 nəfərlə. Deyilənə görə 3 dəfə qadına "səni boşayıram" demək kifayətdir və bunun üçün molla yanına getməyə ehtiyac yoxdur. İndi 1 çıxış yolu deyin zəhmət olmasa. Öncədən təşəkkür. Xahiş edirəm kömək edəsiz.

Ответ / Cavab

Aleykumussalam.

dində boşama huququ kişidədir. kişi axundun yanına gedib qadınına talaq verdiyini deyəcək, o taalq oxuyacaq və bundan 3 ay keçəndən sonra qadın azad sayılacaq.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
hec kim |

Salam aleykum.son zamanlar hec ozumde deyilem,cox esebi olmuwam,oz ozume daniwiram,cox tez tez de aciram,hekim dedi ki,oz ozune cox daniwdigin ucun enerji itirirsen,acliq bu uzdendir,atamin her hereketi mende qiciq yaradir,yemek yeyir ellerini yumur,sonra yagli elle diger ewyalara toxunur,temizliye diqqet edir,deyinmeye behane axtarir,az qala her gun mubahise edirem,kobud daniwiram,cunki eseblerim qaydasinda deyil,istemirem onu gormek

Ответ / Cavab

Aleykumussalam.

VAlideynlərinizə qarşı bu hərəkət düzgün deyil. Öz uzaqlığınızı yadınıza salın. Siz belə işlər görəndə, onlar sizinlə belə davranmır, sizin nazınızla oynayırdılar.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Sevda |

Teqlid dinde vacibdirmi zehmet olmasa izah edin

Ответ / Cavab

Aleykumussalam.

Bəli, vacibdir. İnsan dində ya ali elmi dərəcəyə malik olub özü Quran və sünnədən hökmləri  ələ ətirmək bacarığına malik olmalı, yaxud da belə bir şəxsə təqlid etməlidir.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Aydın |

Salam aleykum.Bir neçə rəhmətə getmiş şəxs üçün bir vəhşət namazı qılmaq olarmı?

Ответ / Cavab

Aleykumussalam.

Hər birinə bir namaz qılınmalıdır.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2016 , Опубликовано: 3 Апрель, 2016
Страница 1420 из 5746 << < 1416 1417 1418 1419 1420 1421 1422 1423 1424 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com