Salam. 1) Eger qadin hem heyzlidirse hem cenabetlidirse, o halda hansi ardiciliqnan qusul tokulmelidir,2. ve bu hallarda qusuldan sonra destemaz almaliyammi?
Ответ / Cavab
Aleykumussalam.
İkisini də nəzərdə tutub bir qüsl verəcək. Əsas cənabəti nəzərdə tutsun və bu aman dəstəmaz lazım olmayacaq.
Salam aleykum.Burada biri sual verib:". Salman bilen hikmeti bize deseler donub kafir olariq ve salman Farsinin bildiklerini Ebuzer bilseydi Salmani oldurene rehmet oxuyardi, bu nece bir hikmetdi ki muselmani kafir eder." Qeyd etdiniz ki,bunula zehninizi yormayin,amma insanda ister istemez sual yaranir,Salman da,Ebuzer de Allah dostu olub,niye Ebuzer onun hikmetine gore Salmandan nifret etsin,hetta olumune sevinsin,paxillig ederdi ona yoxsa ne? Niye biz bunu bilsek kafir olardiq? zehmet olmasa bir az izah edin. Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Bu məsələlər burda bir neçə cümlə ilə izah olunası olsaydı, edərdik.
Salamaleykum.Bu gün qeza orucu tuturdum.Diqqetsizlikden orucumu 6-ya qalmış bağlamışam,ele bilmişem saat 5-e qalıb.Orucum batil sayılır?Önceden teşekkür edirem,ALLAH sizden razı olsun.
Salam hacı. Mən hər şeyin başında Bismilləhir Rahmənir Rahim işlədirəm. Gecə namazı qılırdım. Vitr namazının qunutuda bizə biraz uzun gəldiyi üçün Bismilləhir Rahmənir Rahim ilə başladım))) (bilmədən) bilmək istərdim namazım duzdu ya yox?
Salam.size burda tesmehi ne ucun 100 defe zikr olunur,101 olarken.sizde cavabinda bunun bir hikmeti olduqunu buyurdus.ola biler ki,bu hikmet Allahin 100 adi ile bagli olsun?yeni zikr Allahin sirr olan adi ile uygun gelir mentiqce.cavab ucun tewekur...
Salam Haci, men hansisa musteheb ibadeti edirem, meselen gece namazi qiliram, men istemirem etdiyim ibadetleri en coxda mustehebleri kimse bilsin, qoy Allahla aramda qalsin, ama qohum dediki, gerek deyesen ki belke biri de hevese geldi şövq yarandi onda mustehebi etmeye, umimiyyetle bu barede biraz aciqlama vererdiz
Salam Aleykum haci. Cin və şeytan insanin bədininə daxil ola bilər doğurdan? Deyirlər ki məs: filan insana cin və ya şeytan girib. Bu doğru ola bilərmi? 2)İnsan cin və ya şeytani görə bilərmi? Bunlar doğurdan insana gözünə görsə bilərmi? 3) İnsan doğurdan ruh gör bilərmi? 4)Ruh cin şeytan doğurdanmi kameraya düşə bilər? 5) Ruh cin və şeytan doğurdan varmi? Varliği nə ilə sübüt edilir? Quranda ayə varmi? Ətrafli cavab yazardiz xahiş edirəm. Allah razi olsun!
Ответ / Cavab
Aleykumussalam.
1.Belə şeylər qədimdə olub, indi olmur.
2.Bunun üçün insanın gözləri haramdan uzaq olmalıdır ki, bu gücə malik olsun.
Salam Aleykum haci. Məhəmməd peyğəmbərin yatdiği yer(qəbri) qibləmiz ora deyil? Kompas orani göstərmiz? Bəs qibləmiz haradi? 2) getmək qismət olmayib hələki orada qara rəngli ev var onun içində deyil peyğəmbərimizin qəbri?? Allah razi olsun
Yalvariram menim ucun dua edin. Cox pis haldayam.. Yoldawim cox pislewib, evlenmemiwden qabaq melek, indi ise esl weytandi.. Evvel hamile olmamiwdan qabaq el qaldiranda o qeder tesir etmirdi.. Ama indi hamileyem ve mene el qaldirir iteliyir, qiwqiriram vecine bele olmur. Daniwacaq heckimim yoxdu, istemirem valideynlerimi pis elim xestedilerdeye. 5aydi aile qurmuwam ama o qeder pewmanam .. Namaz uste hemiwe dua edirem ama xeyri yoxdu. Tekce elacim ozumu oldurmek istirem.. Canimi qutarmaq istirem bu heyatdan. Allahdan hemiwe istirem canimi alsin yawamaq istemirem artiq. Bu mesaji bele size aglayaraq yaziram, mene hamile halda el qaldirdigina gore sadece o insani Allahima tapwiriram. Allah ozu ona heddini bildirsin, hamile qadina el qaldirmagin cezasin versin..
Ответ / Cavab
Aleykumussalam.
Səbrli olun. Yəqin ki, adi bir şeylərdən munasibətinizi pozmusuz. İkiniz də gərək özünüzə dur deyəsi və yeni həyata başlayasız. Əriniz işdən qayıdanda üzünə gülün. Onunla xoş danışın. Gülərüzlə onu süfrəyə dəvət edin. o da bunu gördükdə yəqin ki, eyni cavabı sizə qaytarar. Ailənin çöl dayağı kişidirsə, daxili dayağı qadındır. Ailənizi qorumaq, muhitini saflaşdırmaq üçün fədakarlıq edin. Hirsləndikdə ona cavab qaytarmayın ki, əks təsirlə üzləşməysiz. Gəncsiz, gəncliyinizə heyfiniz gəlsin.
Salam mənim xayınlığım tutur yüksək məqama çatıb Allaha daha yaxın olan adamlara. Çox istəyərdim onlar kimi Allahı dərk edim, və bu dünyadan qopum.bu hal pisdi? Çox sağ olun
Ответ / Cavab
Aleykumussalam.
PAxıllıq pisdir, həsəd pisdir, amma qibtə etmək və çalışmaq, bu işdə yarışmaq yaxşıdır.
Biliirem cavab vermisiz. Sadece o defe tam anlamadim. Bir daha da cavablardinizda zehmet olmasa. Yas meclisinde molla dese ki, merhuma haqqinizi halal edin. Bir neferde yalandan dili ile dese ki, halal olsun. Amma qelbinde halalliq vermese yalan danismis olur hemin kes?
Ответ / Cavab
Aleykumussalam.
Əgər dili ilə deyibsə, bu kifayətdir, qəlbində verməməsi özünə aiddir.
Yas meclisinde molla dese ki, merhuma haqqinizi halal edin. Bir neferde yalandan dili ile dese ki, halal olsun. Amma qelbinde halalliq vermese yalan danismis olur hemin kes?