Страница 1529 из 5746 << < 1525 1526 1527 1528 1529 1530 1531 1532 1533 > >>
salam |

salam,bu millet oqlu olsun deye necedene qiz uwaqin abort yani oldururler ,ve sonrada sevinirler Allaha qurban olum filankes yaxwi adam idi ureyine gore oqlu oldu.bu baqiwdanilasi hereketdirmi tovbeynen baqiwdanilirmi ?saqolun

Ответ / Cavab

Aleykumussalam.

Bu cahil ərəblərin öz balalarını diri diri torpağa basdırmalarından fərqli bir şey deyil. O zaman UZİ olsaydı onlar da bunlar kimi elə ana bətnində öldürərdilər. Bu qətldir, və ən dəhşətlisi odur ki, insanın öz balasını, öz  canının bir hissəsini öz əlləri ilə öldürməsidir.

Qiyamətin günü həmin öldürülmüş körpələr valideynlərinin qarşısını kəsib soruşacaqlar-Bizi hanşı günahımıza görə öldürdüz?

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
Günəş |

Salam hacı. Süph namazından sora 3 dene suph namazi qezasi ard-arda qılmaq olar? Men her namazdan sora bir qeza qiliram dunen suph namazina dura bilmedim 3 dene qezam oldu ele ard arda 3 dene qezami qıla bilerem ?

Ответ / Cavab

Aleykumussalam.

Gündəlik olaraq  buraxılmış sübhün qəzalarnı qıla bilərsiz, lakin keçmiş illərin qəzalarını icra etdikdə çalışıb gündəlik ardıcıllıqla qəza edin.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
... |

Salam.Çox ciddi bir məsələdə sizin məsləhətinizə ehtiyacım var.Mәn, 2 ildirki bir qızı sevirәm. Әvvәllәr bilmirdim haram olduğunu ona görә onunla yazışırdım.niyyətim ciddidir, Amma mən hələ 11ci sinifdə oxuyuram.Evlənmək üçün isə hələ ən azı 6 ilim var.Dinimizin bu mövzuda baxışı nədir.Bir elmli insandan soruşmuşdum dedi ki niyyət ciddidirsə sevgili olmaq olar.Bəli, mənim niyyətim ciddidir Amma son zamanlar araşdırmamın nəticəsi olaraq öyrəndim ki evlilik müddətinə çox varsa bu hal təhlükəlidir.İndi mən çıxılmaz vəziyyətdə qalmışam. Vә düşündümki daha ona sәni sevmirәm deyә bilmәrәm, qәlbi qırılar vә mәnә yalançı, ikiüzlü kimi bax.Ümumiyyətlə hal hazırda niyyətim ciddi olsa belə onunla danışmağım haramdır? Sizin vaxtınızı aldığım üçün məni bağışlayın.Amma bu mövzu mənim üçün həssas olduğu üçün sizin kimi elmli birindən soruşmalı oldum.

Ответ / Cavab

Aleykumussalam.

Sizin hələ evlənmə vaxtınız deyil, bu səbəbdən də sizin belə münasibətləriniz ciddi təhlükədir. Bir birinizə qarşı qəlbinizdə hansısa hisslər ola bilər, lakin bilin o sizə namhrəmdir.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
Aynur |

Salam bagislayin,anlamadim niye tel 3sayilmir?sidik usagin paltarina deyib ordan elime elimden telefona,paltar el telefon.telefon3cu unsur olmalidi axi.siz nece hesab edirsiz?yeni3unsur nece sayilir?

Ответ / Cavab

Aleykumussalam.

Hörmətli oxucu  biz dəfələrlə ötürülmə barədə suallara cavab vermişik və bildirmişik. Xahiş edirik risalə kitabından bunun hökmlərini oxuyun, anlaşılmamazlıq olduqda soruşun  başa salaq. Hər dəfə müxtəlif şəkilli suallarla bu olmaz.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
Arzu |

Salam duanin qebul olmasina dair her hansi bir isaret varmi? Men birdefe getdim mescidde dua etdim seher idi ustelik cume gunu idi ve Meherremlik ayi idi Allaha dua etdim sevdiyimle qovusub evlenmeyimiz ucun bir birimizin halalimiz olmagimiz ucun cox umidsiz getmisdim ama orda isleyen qadin mescidi tozsoranliyirdi men oturmusdum mene dediki qizim kec bu terefi de tozsoranliyim men kecende menim oturdugum yerden bir kanfet tapdi mene verdiki al qizim bu senin qismetindi duan qebul olar In Sa Allah hele de yadima dusdukce coox qeribe oluram cunki men orda oturanda hecne gormemisdim. O kanfetin kagizin hele de saxlayiram.Kecen ilin Meherremlik ayi idi bu ilin yox sizce bu duamin qebul olmasina dair bir isaret ola biler? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bunun işarət olmasına bir dəlil yoxdur.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
.... |

Bayaq ki suala cavab verdiyiniz ucun cox sagolun. Amma men onlari turk kanallarinda yox Azerbaycan sehifeleri ve saytlarinda olan meqalelerden oxuyuram. Siz deyirsiz ki, onlar ile maraqlanmayin eger onlar oz heyatlarini sururlerse niye insanlara musallat olurlar?

Ответ / Cavab

Aleykumussalam.

Biz haradan oxuduğunuzu yox, haradan bura sirayət etdiyini qeyd etdik.

Onlar insanlara musəllət olmurlar, bunların çoxu şou xarakterli məsələlərdir.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
ilhamə |

Üzr istəyirəm üzü qibləyə durmaq günah olduğu üçün lazım deyil? Yoxsa bəyənilmir? Zəhmət olmasa açıqlıq gətirərdiz

Ответ / Cavab

Aleykumussalam.

Buna ehtiyac yoxdur, bəlkə yaxşı da deyil.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
Adil |

Salam.kiwiycun mehrem ana baci bibi xala, öz qizi , heyat yoldawidir.mehrem sozununde menasi haram demekdi.heyat yoldawi axi nie mehremi olur kiwinin?????

Ответ / Cavab

Aleykumussalam.

Onun mənası tək haram demək deyil.

Allah sizə yar olsun

Задан: 1 Февраль, 2016 , Опубликовано: 31 Январь, 2016
.... |

Salam. Bir sey bilmek isteyirem ki, men subh namazini qilarken secde zamani qorxuram. Secde zamani gozumu baglasam olar? Ve gece yatarken ucherfliler barede oxudugum yazilar yadima dusur ve biraz qorxuram. bu fikirleri kzumden uzaqlasdirmaq ucun ne ede bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Bu halda gözünüzü yuma  bilərsiz və türk kanallarından sizlərin psixalogiyasını pozan 3 hərli dediyiniz şeylər barədə düşünməyin, oxumayın və maraqlanmayın. Onlrın öz həyatları var və öz həyatlarını sürürlər.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Gulusum |

Salam Aleykum haci. Mənə bir şey çatmadi. Subh namazinda qunut yəni Məhəmməd peyğəmbərə 3dəfə salavat çevirmək vacib deyil? Yəni subh namazinda qunut tutmasanda bilərək və ya bilməyərək namaz düzdü? Batil deyil? Eləcədə o biri namazlarda

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elədir.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Umid |

Hacı , Allahın Salamı olsun Sizlere. Eyer bir şexs esgerlikde, soyugda , qarda, destemaz almaga imkan tapmirsa, alnını yere qoyub namazını qıla bilermi ? Yoxsa nece etsin?

Ответ / Cavab

Aleykumussalam.

Torpaqla təyəmmüm edəcək.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Aysel |

Salam. menim uzumde sepkiler var amma sebebini bilmirem. Ona gore de bezi kremlerden istifade edirem. Sualim beledir ki, destemaz aldiqdan sonra o kremi uzume vursam destamaz pozulur? ve ya o krem uzumde oldugu halda Namaz qilsam o Namaz bagil sayilir? 2ci sulaim ise beledir ki, men ehli sunne oldugum halda qedr gecelerine 5 defe qalmaliyam? ynei bildiyime gote ehli beyt yeni sieler 5defe qedr gecesine qalir ehli sunneler 1 defe. zehmet olmasa buna aydinliq getirerdiniz.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bunlar dəstəmazınızı pozmaz. Həmin halda namaz da qıla bilərsiz.

Bu iş sizin öz ixtiyarınıza olan məsələdir.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Алексей |

Здравствуйте. У меня возник вопрос, скажите, пожалуйста, ваше мнение. Разве нормально произносить клятву на Коране, что убьешь того или иного человека? Я раньше слышал это и это есть и сейчас, как, например, группа радикально настроенных мусульман поклялись на Коране, что убьют ведущего программы "Однако". Или вот в интернете: "И пассионарии это запоминают и клянутся на Коране, что убьют всех ментов". Как о таком можно клясться на Коране? Не могу даже представить себе, чтобы о подобном хоть кто-то клялся на Библии!!! Это даже морально кажется ДИКИ

Ответ / Cavab

Aleykumussalam.

Eto ne preyemlemo. Reliqiya pazreşayet ubivaç tolko tex vraqov katorıye voyuyut s toboy.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
ilhamə |

Salam qüsl verəndə üzü qibləyə durmaq günahdırmı? Bu insanları başa sala bilmirəmki eıə şey yoxdu

Ответ / Cavab

Aleykumussalam.

Üzü qibləyə durmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
зейнаб |

Салам саггал сахламаг вачибди

Ответ / Cavab

Aleykumussalam.

Vacib htiyata görə kişilərə üzlərinin tükünü dibindən qırxmaq haramdır.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Gulusum |

Salam Haci. Seba şirkətinin kalbasa ve soskalarini yemək olar? Allah daima razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Bəli, yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
313 |

Салам быг сахламаг йахшыды йа саггал сахламаг саг олун

Ответ / Cavab

Aleykumussalam.

Kişi üçün hər ikisi lazımdır.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Reşad |

salam hacı menim xalmın oğlu 5 ildir rehmete gedib anasinin yuxusuna girmir ne etmek olar xaiş edirem mene bir meslehet verin

Ответ / Cavab

Aleykumussalam.

İnsanlar yuxuya girməzlər. Bu şərt deyil ki, kimsə mütləq kiminsə yuxusuna gəlmiş olsun. Yuxu əsasən insanın beynunun məhsuludur. Onunla keçirdiyi maraqlı günləri zehnuində düşünsün, bu səbəb ola bilər ki, onu yuxuda da görsün.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
TTT888 |

Haci...1)ALLAH Vergisi varmi? Kimese ALLAH Vergi versin....2)Birdeki ALLAH Kimese Verir...ama Vergi deyil Duzdu?Men Bele basa dusmusem cox saolun..

Ответ / Cavab

Aleykumussalam.

Bu  camaatın dediyi və el arasında deyilən məsələ deyil. Allah kiməsə belə  lütf edərsə, bu sirri özüylə qəbrə aparacaq.

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Gulusum |

Salam aleykum. Haci bu gun atam subh namazi qilanda qunut tutmaq lazim olduğu yadindan cixmişdi. Yeni namazda qunut tutmadi. 2 cu ruketde hemd suresindən sonra rukiye getdi ve namazi davam elədi. Namazdan sonra yadina düşdükü qunutu deməyib. Ona görədə namazi təzdən qilmadi. Təkcə qunutdan başlayib namazi davam elədi. Çünki qunut hissəsində səhv eləmişdi deməmişdi. Belə olar? yoxsa atam namazi yenə başdan ayağa qilsin? 2)yəni namazin bir hissəsini deməyəndə yaddan çixanda namazdan sonra yada düşsə həmin eləmədiyi yaddan cixdiği yerdən namazi başdayib demək olar axra kimi? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Namazı düzdür, qunut vacib deyil, lakin  guya düzəltmək istədiyi yol düzgün yol deyil

Allah sizə yar olsun

Задан: 31 Январь, 2016 , Опубликовано: 31 Январь, 2016
Страница 1529 из 5746 << < 1525 1526 1527 1528 1529 1530 1531 1532 1533 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com