Страница 1542 из 5746 << < 1538 1539 1540 1541 1542 1543 1544 1545 1546 > >>
Gerib Xanim |

SalamAleykum. Azan verilen zaman bir insan iwini atib namazi gilmirsa,namazi yunkul sayir,bes hansisa bir sebebden namazin vaxtindan 2-saat kecib ve eve gelirsen,namaz vaxtinin gutarmagina hele 3-saat galib,eyer onsuzda azanin vaxtinda namaza cata bilmemiwemse iwimi gorub sonra mamaz gilsam,bele yungul hesab edirem namazi?Xahiw edirem cavab yazasiz.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən hal namaza etinasızlıqdan olarsa, bu da yüngül saymaq sayılar.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
istibra |

Salam, istibra sonrasi meni iyi gelmesi normaldir? sehvet olmur. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər mənidən sonra sidik edilibsə və bundan sonra istibra edilibsə, gələn maye nəcis sayılmaz.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
ummi |

Salam. Ayetullah Behcetinin muellimi kim olub? Sag olun

Ответ / Cavab

Aleykumussalam.

Ustadlarından Ayətullah Seyyid Həsən Badkubə, Ayətullah Seyyid Ebulhasan İsfahani, Ağa Ziya İraqı, Ayətullah Mirzə Naini, Ayətullah Məhəmməd Hüseyn Ğarevî İsfahani (Kompanî), Ayətullah əl-üzma Huccət Kuhkəmərî, Ayətullah əl-üzma Burucerdi

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
VEFA |

SALAM. MENI BAYAGDAN FIKIR GOTRUB CAVAB TAPA BILMIREM. DEMEK COX YAXIN BIR PODRUQAMIN YOLDASI BIR NECE IL EVVEL QUMARA BASLAMSDI IMKANLARI PIS DEYIL.BUDA KULLU MIQDARDA PULU QUMARDA UDUZMUSDU. NEYSEKI QIZ BOSANMAGA ERIZE VERDI OGLANDA GETDI ZULUMLE AND ICDI NAMAZA BASLADI BARISDILAR. BIR MUDDET SONRA NAMAZIDA ATDI YENDE EYLNCELI HEYATINA DAVAM EDIRLER. COX SUKUR. BU GUN ESITDIMKI YOLDASIMNAN O YENE QUMARXANADADIR. O VAXT QIZ MENE DEMISDIKI NECE SIZ BUNU BILIB DEMEMISDIZ MENE. INDI ESITDIM MEN NECE DEYIM AXI ONA. BU SOZU MENE YOLDASIM DEDI TESADUF OLDU DEDI. MEN NECE YOLDASIMIN SOZUNU DEYIM AXI ODA HORMETDEN DUSER MENIMDE AILEMDE PROBLEM OLAR. QORXURAM ONLARINDA AILESI DAGILACAG SEBEKAR OLACAM. YADAKI BELKE TEZ DESEM TEZDE QABAGINI ALACAGLAR .MEN NECE EDIM KI ALLAHA XOS GETSIN

Ответ / Cavab

Aleykumussalam.

Onu bu işdən çəkindirmək lazımdır, bir yolla ona ailəsinin əbər veriləcəyi bildirilərək qorxudulsun.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Allah Bendesi |

Salam (İmam Cavad Əleyhissalam: Hər kəs mənim bibimi Qumda ziyarət etsə onun mükafatı cənnətdir.) bu hədisi bəziləri deyir saxtadır bu nə dərəcədə doğrudur?

Ответ / Cavab

Aleykumussalam.

Saxta deyil, lakin bir kəlmə əskikdir- Onun haqqını dərk edərək ziyarət edən-

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Səbr |

Salam.1-Sirac körpüsündən hamı keçəcək. Bu hakta məlumat verərdiniz.2- Birdə Din i və Ərəb hərifləri olan kitabı kəmərdən yuxardamı tutmalıyıq. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam.

Bu barədə yaxınlarda sayta yazı otuzduraıq.

Bu Quran kitabına aid olan məsləhətdir.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Salavat |

Salam. Xahis edirem gorub kecmeyin. 1) Hec evlenmemis bir oglanin sige elemesi halaldir? 2) Nisa 24 tercumesin yaza bilsez size duaci olaram. Muveqqeti sozu yoxdur axi orda. 3) Ehli sunne kitablarinda sige delilleri var?? 4) sigenin sertleri var ? Hardan tapmaq olar? 5) eger sige etmemek ve ona shuphe ile yasasaq Shielikden xaric olmus kimi sayilariq? 6) Imamlarimiz ve Peygemberimiz eleyib sige? Hedisleri hardan tapim. 7) insan bunu etmekle shehvetine uduzmus sayilar?? 8) sige ucun xanim bakire olsa olar? 9) sige duasin hardan tapim? 10) Olar xanim bakire olsun sige edek amma cinsi elaqe etmey sadece toxuna bilek. Evden icaze almalidir yene??. Allah razi olsun. Sag olun

Ответ / Cavab

Aleykumussalam.

1.Qadağann deyil.

2.Orada mütə var ki, mənası elə budur.24) Və (həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir.

3.Əhli sünnə bunun olmasını danmır, sadəcə bunun sonralar qadağan olunduğunu iddia edir.
4.Risalə kitablarından.
5.Xeyr, bununla şiəlikdən çıxmarıq.
6.Siğə etmək vacib əməl deyil ki, bunu Peyğəmbərin ya digərinin edib etməməsi barədə dəlil axtaraq.
7.Bu Allahın qoyduğu bir qaydadr və şəhvət üçün alət olmamalıdır.
8.BAkirə qız atasının icazəsi olmadan heç bir əqdə daxil olmamalıdır.
9.Bunu  aşaran savad almış şəxs etsin.
10.Qeyd etdik.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
ebelfez asiqi |

Assalamu aleykum...dine aid yazdiqim yazilari bir demir qutuda torpaga basdirsam olar?

Ответ / Cavab

Aleykumussalam.

Qutu lazım deyil, adi qaydada badıın çürüsün.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
bəndə |

1)Naməhrəmlə danışmaq olmaz dediz sosial şəbəkədə təbrik də daxildi buna?Onsuz danışmırıq qəti.Birdən haçansa yazsa 1kəlmə deyə bilərəmki sən mənim məhrəmim deyilsən danışmaq olmaz.2)Bəs adi həyatda görəndə salamlaşmaq olar çünki qohumdu?3)Allah 1-1mizi görmədən danışmadan duayla onun qəlbinə sevgi rəhmət sala bilər,fikrini mənə qarşı yönəldə bilər?4)Çalışacam pis düşünmüyüm haqqında qıza meylli biridi,onunçün bunagörə dua edə bilərəm uzaq olsun?5)Salavatla bağlı yazdığım istəyim isə bu insana 2018də Allahin istəyi xeyri bərəktiynən qovuşmaqdı.Demişəmsə gözləyim mütləq?Onun istəyə bilmirəm söznə rağmən ümidsiz deyiləm daha da ümidlə Allaha dua edirəm səhv etmirəm?İnanıramki olacaq inşallah Allah hər şeyə qadirdi

Ответ / Cavab

Aleykumussalam.

1.Buna ehtiyac yoxdur, sadəcə danışmayın. Sizdən soruşularsa, naməhrəmlə danışmağın qadağan olduğundan danışmadığınızı bildirərsiz.

2.Qohumlarla adi salamlaşmanın maniəsi yoxdur.

3.Mümkündür.

4.Dua etmədə məhdudiyyət yoxdur.

5................

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
zeyneb |

Bir daha salam haci o zaman assalahin vaxti ile namazlarimizi qilsaq duzdu? Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, o saytda şəhərinizi və məzhəbinizi düzgün seçin və verilən vaxtla namazlarınızı qılın. Əlbətdə  ehtiyata görə yaxşı olar ki azandan 5-6 dəqiqə ötürüb namaza başlayasız. Oruc tutarkən isə 5-10 dəqiqə yeməyi tez bitirəsiz.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Cavid_313_ |

Salam.men namaza demek olar ki 2 ildir bawlamiwam hal hazirdada 19 yawimm var qeza namazlarmi qilmaga bawlamiwam ama mende uzr isdeyirem 11 12 yawlarimda meni xaric olmaga bawdiyib ..idi men 11 yawimnan qezalarmi qilim yoxsa 15 yawimnan ?

Ответ / Cavab

Aleykumussalam.

Əgər məni erkən xaric olubsa, o zamandan həddi buluğ sayılırsız və qəzaları həmin vaxtdan sayacaqsız.

Allah sizə yar olsun

Задан: 23 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Ruslan |

Salam zehmet olmasa deyerdiz ibadet ehli daima yuxusunu qarisdirir ve yuxusunda daima murdar gorurse bunun qarsisini nece ala biler? Daima Ayetil kursu Nas Feleq ixlas surelerini ara kesmeden oxuyur xeyr eelemir zehmet olmasa bir yol deyin

Ответ / Cavab

Aleykumussalam.

Belə deyək, həmin şəxs gərək ümumən narahat edici şeylər barədə fikirləşməsin. Xöş şeylər düşünsün, yatarkən isə bir həmd 3 ixlas oxusun və yatsın.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
zeyneb |

Salam haci orenburg vaxti ucun assalah sefdi deyirsiz ve muslum pro programin dediz ama assalahin vaxti daha uygun idi muum pronun vaxtina gore sam namazi vaxti hele hava qaralmir xais edirem son defe deyerdiz hansi pro deqiqdi orenburg vaxtina gore? Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Assalah infonun səhf olduğunu  deməmişik, Muslim-pro nun vaxtları dəyişdirib.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Allaha dogru |

Salam. 1 nefer iki adamin inanclarina qarsi tehqir edici sozler dese, Allaha xatir iki sexs birlesib onu doyseler olar? Basqa yerde de bele danismamasi ucun onu iki nefer yox ele 1 nefer doyse olar? Yungul vari.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Onu döymək yox, ondan uzaq olun, vəssəlam.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Seker xestesi |

Salam elykum,geyirmek destamazi pozur?birdeki neye gore uzum yemek olar ama uzum murebbesi haramdir?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, pozmur.

Üzum qaynadıldıqda haram olar.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Hokume |

Salam ,5 heftelik hamileyem,uzide baxdilar ,qandan analiz verdim,usaq inkisaf etmir,hekimin gosterisi ile usagi salmaq dedi.Men istemirem,inkisaf etmese de qalsin isteyirem, men usagi sala bilmerem,men neyniyim?

Ответ / Cavab

Aleykumussalam.

Uşaq diridirsə, saldırmaq olmaz.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Sadiq |

Qadin namaz qilanda secdede dirseklerini yere qoymalidi?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, yerə qoysun.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
!!! |

Salam.Evde saxlanilan pisiyi azdirmaq gunahdir?

Ответ / Cavab

Aleykumussalam.

Əgər həlak olacaq yerə atılarsa, günah olar.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Əhmədli |

Salam. Rafizilər kafirdir? Tanış əhli-sünnədən olan bir müsəlman dedi ki, onları ən məşhur alimlər təkfir ediblər-əbu Hənufədən tutmuş, ibn Teymiyyəyə qədər. Allah aid olan sifətləri imamlara verirlər, imamlardan övlad, şəfa, ruzi istəyirlər,dara düşəndə tək olan Allahı yox, Allahın qulları olan imamları çağırırlar.Onun sözündən belə çıxdı ki,şiə alimləri də rafizi-ələvi-bektaşiləri təkfir edirlər. Düzdür?

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla bu əhli sünnədən olan şəxsin sözünə bənzəmir, çünki İbn Teymiyyə vəhhabi alimidir, bunu deyən də vəhhabidir. RAfizi dedikdə isə şiələri nəzərdə tuturlar. Şiələrə kafir deyənlər özləri küfrün içində olan zalimlərdir.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
ebelfez asiqi |

Assalamu aleykum.qusl alarken yalniz bir defe su tokmekle bas.boyun,sag teref ve sol teref yumaq lazimdir yani heresine sadece bir defe su tokmek lazimdir yoxsa bir nece defe tokerek yuyunmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Hər tərəf tam yuyulmalıdır.

Allah sizə yar olsun

Задан: 22 Январь, 2016 , Опубликовано: 22 Январь, 2016
Страница 1542 из 5746 << < 1538 1539 1540 1541 1542 1543 1544 1545 1546 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com