Страница 1553 из 5746 << < 1549 1550 1551 1552 1553 1554 1555 1556 1557 > >>
salam |

salam,evveller sevdiyim olub indi aileliyem bawqasiyla,elaqem yoxdu tovbede elemiwem ki,hec vaxt zeng elemiyecem sevgiden falan daniwmayacam,ama wekilin gordum dunen xestexanada cekilib indi men zeng edib sadece hal ehvalini soruwsam gunah etmiw olaram?saqolun

Ответ / Cavab

Aleykumussalam.

Naməhrəmlə əlaqə qadağandır.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
*** |

Salam. ALLAH sözü yazılmış boyunbağı ilə həmişə gəzmək yatmaq hamama girmək olar? Günah deyil? Xahiş edirəm ətraflı cavab verəsiniz.Əvvəlcədən Təşəkkür.

Ответ / Cavab

Aleykumussalam.

Əgər yazı üdədirsə, ona dəstəmazsız toxunmaq olmaz, onun nəcasət olan yerlərə daxil olmaq olmaz.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
... |

Assalamun Aleykum. Baqislayin alt paltarda kicik miqdarda sidik grdukde onun uzerini su ile yuyub Namaz qilmaq olarmi? cox kicik miqdarda. Sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, həmin yeri yuyub paklasaz kifayət edir.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Nihad |

Salam Aleykum. Eger spirtsiz bu stolda yesem haramdır ? 2.eger kafede spirtli icki verilirse bu kafede yemek icazelidir ?haram yememek serti ile?

Ответ / Cavab

Aleykumussalam.

HAram yeməli və içməli olmayan mcəlisdirsə, haram deyil.

Əgər paklıq və halallıq qorunacaqsa, olar.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Gerib Xanim |

SalamAleykum.Zehmet olmasa yazardiz?Pulcugsuz baligin haram olmasi Guranin hansi ayesinde yazilib?TWK

Ответ / Cavab

Aleykumussalam.

Bu ayədə deyil, İmamlardan yetişən hədislərdədir.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Sadiq |

Salam. 1. Bes idde muddeti ne qeder olur? 2. Uzu qibleye dogru cenabet quslu almaq mekruhdurmu? 3. Cenabet quslu alarken uzu hansi terefe dayanib almaq lazimdir? 4.Namazda salamlardan sonra sag ve sol ciyine salam vermek olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Talağın iddəsi 3 aydır.

2.Qüsl alarkən üzü qibləyə olmaq lazım deyil.

3.fərq etməz.

4.Namazın salamları  bitdikdən sonra bunu etməyin maniəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
nuray |

Salam Allahummə səlli deyirlər yoxsa salli? birdə hicablı qız şalvar geyinə.bilər? əyər diqqət cəlb etmirsə

Ответ / Cavab

Aleykumussalam.

Salli deyilsin.

ŞAlvar o zaman hicabdan sayılar ki, qadının bədən cizgilərini numaiş etdirməsin, bəlkə gizlətsin.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Лейла |

Ассаламу алейкум, скажите пожалуйста краска для волос,не хна является препятствием для дастамаза И гусля?Спасибо за ответ

Ответ / Cavab

Aleykumussalam.

Net ne yavlyayetsya.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Gerib Xanim |

SalamAleykum.Hacet namazi gilib secdeye gedib Be zennuni iz zehebe mugaziben-220 defe demek vacibdir????TWK

Ответ / Cavab

Aleykumussalam.

VAcib deyil,müstəhəbbdir və müstəhəbb əməllərin əcrini almaq istəyiriksə, gərək qaydalarda deyilənə əməl edək. SƏcdə halında demək əziyyətli olarsa, oturaq halda deyin.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Solmaz |

Salam.dəstəmaz alıb diş həkiminə getdim, qan gəlirdi.dəstəməz və namaz batil olur ? 2.kitab məsləhət görə bilərsiz? kiməsə düzgün cavab verə bilmək üşün hansı kitabları oxuya bilərəm ?(msl ateislərə)

Ответ / Cavab

Aleykumussalam.

Bu dəstəmazı batil etməz, lakin qan dayanmayınca namaza başlamayın.

Ateislərlə və digərləri ilə mübahisə üçün bir iki kitab kifayət etmir, təhsil lazımdır.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Metanet |

Salam,menim size 2 sualim olacaq. 1.Qadinlar namazda Allahu ekber dedikde ellrini qulaq beraberinde tutmalidirmi yoxsa sine beraberinde? 2.Men zohr ve esr namazlarin bir yerde qiliram (elecede megrib ve işa namazlarini), amma deyirler ki, esr namazinin vaxti girmemis onu qilmaq olmaz. Bu duzgundurmu?

Ответ / Cavab

Aleykumussalam.

Üzlərinin bərabərinə qədər qaldırsınlar.

Qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
... |

Salam Hacı. Mәnim qardaşım var 3-4 yaşı var. ALLAH haqqında mәnә suallar verir. Mәn Namaz qılarkәn ona sәcdәyә getmәsini istәdim vә dedimki nә istәyirsәnsә Dua et Ona de O sәnә verәcәk. Oda istәdiklәrin sәcdәdә dedi. İstәdiklәrinnәn biridә saqqız idi))) Mәn indi mağazadan saqqız alsam ona versәm başa salsamki ALLAH duanı qәbul etdi vә saqqızı sәnin üçün verdi. Bu düzgün olarmı? Belә ALLAHı uşağa tanıtmaq olarmı? Düzdü şübhәsiz әgәr saqqızı alıb versәm ALLAHın icazәsi ilә olmuş olacaq, әgәr O istәmәsә bu istәyi qәlbimә salmazdı

Ответ / Cavab

Aleykumussalam.

Deyin Allah  duanı qəbul etdi və mənə sənin üçün saqqız aldırdı.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Sadiq |

Salam. 1. Serietde er ve arvadin arasinda talaq muddeti ne qederdir? 2. Talaq muddetinde xanim eri ile goruwub yaxinliq etmesine icaze verilirmi? 3. Talaq muddeti eger biterse, er ve xanim bosandiqdan sonra yene daimi kebine gire bilerlermi? 4. Talaq nece verilmelidir yazardinizda qaydasin?

Ответ / Cavab

Aleykumussalam.

1.Talaq müddətli deyil.

2.TAlaq müddətli deyil, talaqdan sonra iddə var. Bu müddət ərzində  barışsalar, talaq sınar və kəbin bərpa olar.

3.İddə bitəndən sonra barışmaq istəsələr, yenidən aralarında əqd oxunmalıdır.

4.Qaydasını ruhanilər bilir, onlara müraciət olunsuun.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Оооо |

Извините я по поводу избавления от наджасы, получается чтобы очистить какое либо место нужно поливать то место из крана, чтобы эта вода была кур, но все же я не могу полить водой из крана весь пол или допустим выключатели, а на некоторые места если полить воду она растечётся и все место станет наджасом?и ещё а если полить не из крана то тем более не очистить это место?пожалуйста скажите что делать?я неидеальна, но хочу хотя бы держать в чистоте дом и себя и правильно совершить намаз, если я не буду обращать внимания на нечистоты имеет ли смысл д

Ответ / Cavab

Aleykumussalam.

Vedite tuda çlanq, otkroyte vodu, kak tolko soda pokroyet to mesta kotorıy stal nacisom, zakroyte vodu, sobirite vodu ottuda stryapkoy, i eto  mesto buet çistım.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Оооо |

Ассаламу алейкум,в практических заповедях ислама написано:Не нужно «масх» совершать по коже головы, проведение по волосам верхней части головы, также действительно. Но если волосы будут длинными,что при расчесывании будут падать на лицо или на другие места головы, то необходимо сделать «масх» по коже головы.Но у нас у женщин длинные волосы, т.е. нужно обязательно доводить воду до кожи?

Ответ / Cavab

Aleykumussalam.

Jenşinı v takom sluçaye atkrıvayut vsredine qolavı liniyu(tağ) i delayut mash tuda.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
islam. |

bismillahr rehmanir-rehim.Salam Haci qardaw.Oz xanimimla yatdiqdan sonra gun cixana qeder qusl alib namaz tam qilinmalidir mence,yoxsa qeza olmalidir.Eger azan vaxtina qeder suyun tezyiqi olmayibsa.Havalarda soyuq ev soyuq ona gore.ALLAH boyukdur kecsin gunahimizdan.08.02-ye qeder namazi tam qilmiwam. Suallarima gore uzr isteyirem.Evvelceden tewekkurler.ALLAH SIZDEN RAZI OLSUN.

Ответ / Cavab

Aleykumussalam.

Azana qədər qüsl alınıb namaz qılınmalıdır.

Qeyd edilən vaxtda artıq namaz qəza olub.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Ferıde |

Salam, bır nece ıl bunnan evvel hansısa kıtabda bele bır revayet belekde hedıs oxumuwdum tam yadımda deyıl, demelı orada yazılmıwdıkı Pegemberımız bıze paltarlarımızı oturaraq geyınmeyı meslehet verıb, bılmey ısderıb bele bır wey var? Bırdekı men bunu oz yaxınlarıma demıwem goresen olmayan bır hedısı dedıyıme gore gunaha gıreremmı? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Mümkündür olsun, məsləhət olunan şeylərdə insanın xeyri var.

Dəqiq olaraq hədis olduğunu bilmədiyinizi məsumların adından nəql etməyin.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Zehra |

Salam,siz her zaman kişileri haqlı sayırsız,sefleri olsada diyirsiz qadınlar dözsün,öz basına qerar vermedim ailemle le meslehetleşdim,meni saymırdı nede hörmet edirdi,ata anasınında yanında alçaldırdı,niye dözümki??secim arasında niye qalırkı?ata ananı at dimiriyki ayrı yasıyıb ailenin ne dimey oldugunu küçelerden yıgısmasıçün istedim

Ответ / Cavab

Aleykumussalam.

Biz kimisə mudafiə etmirik və ya özümüzdən kiməsə əlavə haqqlar vrmirik, eyni zamanda  yaşımıza və təcrübəmizə görə ailə problemlərinin əsasında nələrin durduğunu bildiyimizdən danışırıq. Biz əsla qadınları əzməyi, haqqlarını zay etməyi  demir və kişilərə artıq huquqlar vermək tərəfində deyilik. Amma bilmək lazımdır ki,  qadın bir ailəyə gəlin gəlirsə, özüylə ailəyə yeni nəfəs,  səfa gətirməlidir, ailəyə yeni yaşam tərzi diqtə etməməlidir. Bu ailənin pozulması ilə nəticələnir.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Salam |

Salam. 1. Qeyd etdiniz ki., klassik musiqiler haqqinda haram olmazsa qulaq asa bilersiz. Indi bilmek isterdim ki,hansk klassik musiqiler halal sayilir? 2. Boyuk shie mezhebi haqqinda qisaca azda olsa esas seyleri yazsaz mumkunse?

Ответ / Cavab

Aleykumussalam.

Biz musiqilərə qulaq asmırıq, onları tanımırıq ki, hansının halal ya haram olmasını deyək. Şəriətə əsasən haram musiqilərin kriteriyasını dəfələrlə demişik, bununla ölçmək hər kəsin öz vəzifəsidir.

Şiə  İmam Əli və övladları olan məsum İmamların Peyğəmbərdən sonra haqq xəlifə olmasına etiqad edib dini onlardan, yəni Peyğəmbərin əhli beytindən götürən, onalrın tərəfdarı olan kəslərə deyilir.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Bende |

Salam. Bes onda Allah oz haqqindan kecerse, ancaq bende kecmezse, yeni haqqini halal etmese hemin namaz qilan kesin aqibeti nece olacaq?

Ответ / Cavab

Aleykumussalam.

Həmin kəs axirətdə ondan istədiyini alar, sonra bağışlar.

Allah sizə yar olsun

Задан: 16 Январь, 2016 , Опубликовано: 16 Январь, 2016
Страница 1553 из 5746 << < 1549 1550 1551 1552 1553 1554 1555 1556 1557 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com