Salam Hacı 1) Bu saytda " http://makarem.ir/main.aspx?lid=5&view=1&typeinfo=30 " İstixarә yeri var, girirsәn deyir niyyәt elә vә 3 dәfә salavat çәk, sonra tәzәdәn basanda bir ayә gәlir, bu düzgün İstixarәdi? Eyni niyyәt etdiyim şeyi tәzәdәn edәndә ayәdә әks mәnada verir. Bu sayt hәqiqәtәn Ayәtullah Mәkarim Şirazinin saytıdı? 2) Cümlәmә görә çox-çox üzr istiyirәm bir damcı sidik palatara düşsә onunla Namaz qıla bilәrәmmi? Bәs әgәr başqa yerdә olsam vә paltarı dәyişmәk imkanı olmasa necә? 3) Birdә әgәr kişi xanımına mәsәlәn mәnim anam kimi yemәk bişirirsәn vә ya sәndә mәnim anam kimi bu sözü deyirsәn bu da zihar sayılır? 4) Ölü namәhrәnin bәdәninә baxmaq haramdı, çürümüş vәziyyәtdә?
Ответ / Cavab
Aleykumussalam.
Bu verdiyiniz adres Məkarim Şirazi ağanın saytıdır. İstixarənin düz olmasına isə yəqinliyimiz yoxdur.
Xeyr, olmaz. Həmin yer yuyulub paklanmalıdır.
Bu zihar sayılmaz, lakin diqqətli olub belə müqaisələr etməsin ki, zihara aid olan sö ağzından çıxar
Salam Bu yaxınlarda mətbuatda bir məqalədə belə bir yazını oxudum. “Mənim ümmətim mən öləndən sonra 73 təriqətə parçalanacaq. Onların birini çıxmaq şərtilə qalanları cəhənnəm odunda yanacaq” Məqalədə bu hədisin Məhəmməd peyğəmbərə aid edilyi qeyd edilir . Bunun nə dərəcədə düzgün olub olmamasını bilmək istəedim
Ответ / Cavab
Aleykumussalam.
Bəli, belə bir hədis var, lakin hədisdə qalanları zəlalətdədir deyə oxumuşuq.
SALAM ALEJKUM HACI. Sizden bir xaisim var menim bojuk bir muskulume gore mene dua edin ve bunu oxujan her kes elesin ALLAH rizasi ucun Haci xuxusen siz her namazda dua edin cox ehtiyacim var dualara... sgolun
Salam,nisanlilarin mehrem olmasi ucun daimi dini nigaha girmesi duzgun addim sayilir? Yani dini nigahdan sonra qadin oz erinin yaninda qalmalidi dini baximdan??? Nisanli ola ola bu nece ola biler??? Toy etmek hele imkan yoxdur sadece dini baximdan mehrem olmaq isteyirik.
Ответ / Cavab
Aleykumussalam.
Qızın atasının razılığı ilə olarsa, düzdür.
Əqddən sonra mütləq ərin yanında qalması vacib deyil.
salam Haci, aybaşi vaxtildan 10 gundu kecir arada mene leke deyir ama heyz olmuram bilmirem lekede niye deyir indi mene deyen lekeye qusl duwur ya istihaze qerar verim?
Ответ / Cavab
Aleykumussalam.
Heyz 10 gündən artıq olmaz. Artıq gələn istihzədir. İstihazə adırsa hər namaza paklanıb dəstəmaz alınacaq, çox olarsa, hər namaz üçün qüsl veriləcək.
Assalamu aleykum,menim bacim namazcwilarken boyrunnen kecende xalatimin qiragi,namaz qilqn yerden kecdi, ona demedim amma qorxuram namazini batil elemedim?cox sag olun
Mene meslehet verin xahis edirem, delî kimi olmusam,kuxnada is gormekden qorxueam ki elim yag olar sonra karixib elimi basima vuraram,yaxud yemek yeyende elim yagli basima vuraram,sacimi dariyandada o yag mehs cekilen yerde olar,namazin duz olmaz,basqa seylerde coxdu,men psixoloq qebuluna gedecem,amma biz rasiyadayiq ve o muselman olmaz yeqin ve bunlari demekle isremirem sef basa dyssun,dinimizi basacdusmez sikayet kimi cixar,amma kime deyeceyimide bilirem cox pisem,Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Bu qədər vasvası olmayın. Bu xəstəlikdir və bundan xilas olana qədər bu məsələyə fikir verməyin.
Allahin salami olsun butun momin qardawlara sualim beledi.men gece qibleye dogru oturdum 172 defe ayetul kursi duasini oxudum.oxuyunan sonra onun xeyri nedi .cox sagolun minnetdaram.
Ответ / Cavab
Aleykumussalam.
Xeyri Allah tərəfindən əta olunar, bunu kimsə bilməz.
Salam Aleykum! Menim bir tanishim var menden xais elediki namaz etdikden sonra mene gore dua et, subh namazimda sonra etdim duzgundurdumi?yoxsa gunah? :( Ve xais edirem duani nece dimeyi mene yazin, Allah razi olsun!!
Ответ / Cavab
Aleykumussalam.
Allah qəbul etsin.
Elə öz dilinizdə qəlbinizdən gələn sözlərlə dua edin.
Salam evvelce sizden cox-cox uzr isteyirem vetenden uzaqda yasadigimcun tanidigim bildiyim momine qadin olmadigi ucun sizden sorusmaga mecbur oldum bagislayin siz Allah ve bir daha uzr isteyirem...sualim beledi Oruclu halda qadin genekoloji samdan istifade ede biler? Yeni samdan sonra qadinda muxtelif axintilar olur bu orucu batil edermi? Cox sagolun Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam.
İmalə işi görərsə, bu orucu batil edər. Belə olmazsa, oruca mane olmaz.
Salam Aleykum.Allah sizə can sağlığı versin daima.Pisliklərdən şərdən uzaq olasız Amin.Sualım belədi.Burdakı sual cavabları hərgün izdiyirəm.Salavatla bağlı oxudum həmişə belə demişəm Allahummə Səlli Əla Muhəmməd və Ali Muhəmməd səhv deyirəm demək?Birdə namazla bağlı olubki atamdan öndə durub namaz qilmişam baytdi o namazlarim?Onun arxasinda qilmaliyam ya necə ətrafli yazardiz zəhmət olmasa.
Ответ / Cavab
Aleykumussalam.
Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd. Belə deyin.
Əgər eyni zamanda qılmısızsa, ikinci başlayanın namazı batildir.
Salam. Bunu oxuyan hər kəsdən Dua istəyirəm üzr istəyorəm hamilə qalmağım üçün xahiş edirəm namazlarınızda dualarınızda mənə dua edin Allah əvəzini verər inşAllah. Məni çox sıxışdırırlar, çarəsizəç. Hacı xahiş edirəm necə dua edim Allaha ki qəbul etsin, səsimi eşitsin.Helə bir dua varmı? Sagolun Allah köməyiniz olsun.
Ответ / Cavab
Aleykumussalam.
Allah sizi və sizin kimiləri tezliklə sevindirsin.
haci ne olar bunada cvb yazin i fsyo, axi watsapp ele şeydiki orda ancaq kontaktindaki insanlar seni gore biler bele olan haldada hicabli şekil qoymaq olmaz, yox desez ayri sozum olmaz elbetdeki daha qoymaram inşAllah
Ответ / Cavab
Aleykumussalam.
Sizin nomrəni telefonuna qeyd edən sizi görə biləcək, bunu bilmirsiz7
Haci uzr isteyirem adi normal hicabli geyimde olan şeklini qoya bilmez ya başi aciq şeklini? bagişlayin tekrar verdim ama cvb yazinki aydin olsun mesele
Ответ / Cavab
Aleykumussalam.
Qadınlar sosial şəbəkələrdə özlərini numaiş etdirmədən çəkinməlidirlər.
Salam. Chox sevinerdim suallarimi cavablandisaydiniz. 1) Her defe tualete getdikden sonra orani paklamaq(yumaq vacibdir)? 2) cume namazini evde tek qilmaq olar? 3) redbull ichmek olar mi? Terkibinde alkoqol yoxdur. Ele yazilib. 4) menim yaydan qeza orucum qalib, men indi tuta bilerem onlari? Ve olarsa, nece niyyet edib tutmaliyam? Allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
1.Bəli.
2.Olmaz.
3.Tərkibində haram ya nəcis sayıln bir şey yoxdursa, qadağan deyil.
4.Bəl, tuta bilərsi və qəza orucu tuturam deyərək qəza edəcəksiz.
Samir | Samir | Salam Aleyke. 1nefer qadin kisi pismanaza iqtida ede biler? Ответ / Cavab Aleykumussalam. Bəli, edə bilər. Allah sizə yar olsun....... Fetva kimindir? Ответ / Cavab Aleykumussalam. Hamının fətvası belədir. Allah sizə yar olsun Mekarim Sirazi aganin fetvasi bele deyil. Aganin fetvasina gore iqtida ede bilmez.size hormetim boyukdu.sehv anlamayin. Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Ağa məkarimin fətvasının nömrəsini zəhmət deyilsə qeyd edin.