Страница 1593 из 5746 << < 1589 1590 1591 1592 1593 1594 1595 1596 1597 > >>
Araz |

Salam eger meni tam cixmiyibsa (su kimi gorsenirse)Qusul almadan Namaz qilmaq olar yoxsa yox? cixandan sonra qilinan namazlar batildir ?

Ответ / Cavab

Aleykumussalam.

Məni xaric olrsa, qüsl vacib olr.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 25 Декабрь, 2015
NURLAN |

Salam Aleke.Qardas Murmansk Namaz vaxtini sorusdum.Assalah-infonu mesleht buyurdunuz.Amma o sayt grlmir heccure yerine Alsalah-info gelir ondada ele birsey tapilmir.Bir azda komek ederdiniz zehmet deyilse.Allah sizden razi olsun.

Ответ / Cavab

aleykumussalam

http://as-salat.info/

Allah sizə yar olsun.

 

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 25 Декабрь, 2015
Leyla |

Assalamu aleykum qasılma sozunun menasini izah edin zehmet olmasa internetde tapa bilmedim

Ответ / Cavab

Aleykumussalam.

Anlamadıq, bu nə sözdür.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 25 Декабрь, 2015
Nezrin |

Subh namazindan evvel durdum dua eledim bagislanma diledim,sonra da 100 defe Estagfurullahe ve etubu ileyh dedim,salavat cekdim coxlu,basqa ne edim bagiulsanmaqcun ne olar yolunu deyin de cox qorxuram

Ответ / Cavab

Aleykumussalam.

Əgər bağışlanma diləmisizsə, tobə etmisizsə, inşaALlah bağışlayar.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 25 Декабрь, 2015
Nezrin |

Emi inanin ki,bundan evvel de tovbe etmisdim ki,icaze vermiycem nisanlima,yaxinlasa,sonra tovbem pozulmusdu indi de pozuldu,men nefsime yenillem,cox utaniram Allahdan,goresen ezizimle meni sinamaz ki?

Ответ / Cavab

Aleykumussalam.

Atanızdan icazə alınaraq kəbininiz kəsilsin.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 25 Декабрь, 2015
Allah asiqi xanim |

salam Haci, uzr isteyirem cox sual verirem, belkede sizin sebrinize goredi bizde sui istifade edirik, uzurlu sayin, bir cvbda yazmisiz ki nisa tevafi etmiyene halali haram olar, 1, bes nece yeniden halal olur? 2, neye gore sebeb nediki o hokm eledir, 3, sunnilerdede beledir?

Ответ / Cavab

Aleykumussalam.

1.Halalı ilə birgə yaşama qadağandır. Qayıdıb həmin əməli və ardıyca gələn əməlləri icra edib düzələcək.

2.Bu bir şəriət qaydasıdır.

3.Xeyr, əhli sünnə bu təvafı qəbul etmir və icra da etmir. Onun əvəzinə şiələrdə müstəhəbb sayılan vida təvafını vacib bilirlər.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Allah asiqi xanim |

salam Haci,1, baş uste ele ederem, ama meselen siz deyen kimi exlaq kitabiyla başladim meselen 1ci fesili belke ezber kimi bilirem ama başa duşmurem ozunuderketmede men ne etmeliyem nece hereket etmeliyem, xaiş edirem misal cekin qoy o kitabi rahatliqla oxuyum cunki vaxtim boldu, dinden derin anlayişim yoxdu deye anlamiram ne etmeliyem, 2, birdeki her fesil arasinda nece gun fasile saxlayim? 3, Haci heyz meselesinde dediz ozum gozleyib mueyyen edim, namazlarimi o halda qildim, cunki qilmiyib gunah etmekdense qilmaq yaxşidi ama belkede heyzin qabagidi onda qilmaqla gunah edirem?

Ответ / Cavab

Aleykumussalam.

1.Özünü hər tərəfli dərk etmə. Yəni insan vucudunun əzəmətli halı kimi, Niyə yarandığını dərk etmə halı, Kimin bəndəsi olduğu halı və sair.

2.fasilə saxlamaq lazım deyil, oxuyub keçin, lakin hər birini oxuduqca yaxşı xasiyyətləri özünüzdə yetıdirib`, pis sifətləri özündən kənarlaşdırmaqla əməl edin.

3.Heyz halında  namaz qılmaq olmaz,

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Annonim_00 |

Salam Heci. Sualıma görə üzür isdiyirəm. Amma bu haqda mütləq bilmək idsiyirəm. Qadın ,qız xəsdə olduqda, (hansıki bu xəsdəlik ancaq qadınlara və qızlara məxsusdur.bitdikdən sonra Heyz qüsulu almaq vacibdir) xəsdəlik zamanı Namaz qılmaq olmaz. Bəs xəsdəlik zamanı qılınmayan namazların qəzası varmı.? Və Qılınması vacibdirmi.? bir sualımda varki Bu xəsdəlik zamanı Allaha dua etmək olarmı. Məsələn mən Hər zaman Ayətəl kursin oxuyuram. Gündə ən azı 2-3 dəfə. Xəsdəlik zamanı Ayətəl kursin oxumaq olar? Yoxsa günahdır.? Xəsdəlik zamanı BismillahRəhmani Rahim. Ya Allah , sözlərini dilə gətirmək olar.? Bu sözlər mənim gün boyu çox işlətdiyim kəlmələrdi. Ona görə bu suallar məni çox maraqlandırır.

Ответ / Cavab

Aleykumussalam.

Heyz zamanı qılınmayan namazların qəzası yoxdur. Heyz halında qadına namaz qılmaq, məscidə daxil olmaq, Quranın xəttinə toxunmq haramdır. Bunun xaricində istənilən qədər dua və zikr edə bilər.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
QONCA |

SALAM ALEYKUM HACI.EHD DUASINDA AXIRDA UC DEFE EL ECEL SOZLERINI DIZLERE VURARAQ DEMELIYIK AMMA MEN BIR SEYI ANLAMADIMKI EL ECEL SOZLERI UC DEFE YAZILIB UCUNUDE OXUYUB DIZIMIZE VURDUQ TEZDEN YENE HAMSIN OXUYUB DIZLERIMIZE VURURUQ? YENI BELELIKLE UC DEFE OLUR? YOXSA HER EL ECELI DEYENDE DIZLERIMIZE VURMALIYIQ? SEHV OLSUN ISTEMIREM DEQIQ EMEL OLUNSUN ISDEIREM 2 BIRDE EGER SEHV OLSA O DUA QEBUL DEIL?

Ответ / Cavab

Aleykumussalam.

Bunu hər dəə deyəndə edin, əlbətdə bu vacib deyil.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
+++++ |

Salam.Əgər günahların insanı ALLAHdan uzaqlaşdırdığını düşünürüksə nə etməliyik.yenidən necə imanla eşqlə ibadət etməliyik?çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Tovbə edib gözəl şeyləri düşünməyi öyrənin.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
NURLAN |

Salam Aleke.Qardas Murmanskdaki Namaz vaxti cedvelini elde etmeye mene komek edin mumkunse.Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Assalah-info saytına daxil olun, orada məzhəbinizi və şəhərinizi qeyd edin, cədvəl gələcək.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Aysel |

Salam. Qadin hansi shertler daxilinde toyuq kese biler? Teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Kəsməyə kişi  yoxdursa, kəsə bilər.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
assfgjsnanx |

salam aleykum.Imam Ceferin hansi kitablari bize gelib catib.ve indi movcuddur

Ответ / Cavab

Aleykumussalam.

Bizim ilə tərcümə olunan İmam Sadiqdən əxlaq dərsləri və Tibbi hədislər toplusu.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Nezrin |

Salam,nisanlim meni opdu,qucaqladi,hiss etdim maye geldi,amma bosalma olmadi?qusul vacibdir? 2,ne qeder edirem,ozumu saxlaya bilmirik,gorusende mutleq opme,istilik olur nece saxlayaq arani?

Ответ / Cavab

Aleykumussalam.

haram iş görmüsüz, bunun üşün tovbə edin və aranızda kəbin oxunmayınca bir birinizə `toxuna bilməzsiz.

Qeyd edilən hala qüsl düşməz.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Arzu |

Salam ele adam varki ruzisizdk hansi ise el qoyursa olmur ya nese ruzi qacir insanin ruzili olmagi ucun nese bir dua sure varki oxuyasan ruzin gele? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Allah hər kəsin ruzisini ayırı. Bəzən insan onun olmayanın dalıyca düşür, o da ona yetişməz. Ruzisinin artıq olmsını istəyirsə, ibadət eəcək və elə öz dilində dua edəcək.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Adınız |

Bəs gün batması ilə gün çıxması arasında qalan vaxt nəyə aid edilir?

Ответ / Cavab

Aleykumussalam.

özündən sonra gələn günün gecəsi.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Adınız |

Gün batması ilə də bitir? Tam anlamadım menn

Ответ / Cavab

Aleykumussalam.

Bəli.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Komek edin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! |

Salam. 1) axir gunlerdir vehhabiler haqqinda arasdirdim, ele bil hinoz olub mene 2) yeni nece deyim, eslinde dogru kimi geldi, qebri oppmek, Allaha birden ne ucun dua etmirik? 3) Ele bilmeyin vehhabiyem, Vallah shieyem. 4) Siga deyiller, qardasin xosuna gelmez axi bacisi hardasa siga elesin. Utandirici bir haldir. Ata yeni esidir qizi icazesiz siga eleyib. 5) dehset cas bas qalmisam, komek edin. 6) Fikrimden kecmir vehhabi olam, amma yeni suallar altindayam. Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Vəhhabilərin əsas təbliğatı da bundan  ibarətdir ki, onlar çaşdırıcı məsələlərdə insanlara açıqlama vermir, bir başa inkar edir və ittiham edirlər. İlk öncə insan öpməyin nə olduğunu anlamalıdır. İnsanın təbii hissləri var. Sevmək, sevgisini nümaiş etdirmək, qəmlənmək, sevinmək və sair. Bunlar insanın insanlığındandır. Allah insanları pobot yaratmayıb. İnsan öz hisslərini biruzə verir.Bu təbiidir. Məgərr dua etməklə öpmək eyni  şeylərdir ki, bunlar bir biri ilə müqaisə olunur və ya əvəzlənə bilinir?

Şəriət qeyrət namusla qarışdırılır. Bu da  başqa qələtləri. Bu evlənmənin bir yoludur. İnsanlara vacib olunmayıb ki? Qeyrətə gəlsə biz də başq söz deyərik. Cavan ərinən boşanmış ya əri ölmüş qdın nə etməlidir? Deyəcəklər ərə getsin. Tutaq ki. daimi olaraq kəbinə alan yoxdur. Onun ehtiyaclarını "qeyrətli" qardaşları ödəyəcək? İkincisi kimsə , nəisə sevmirsə, ya ikrahı varsa bunu inkar etməməlidir ki? Məsələn biri qoyun ətini sevmir, o da desin ki, qoyun haramdır? Üçüncüsü Bu İslamda olub ya yox? Desə yox, onda məlum olur ki, islamdan xəbəri yoxdur. Əgər desə ki, əvvəl olub sonra qadağan olunub, onda əvvəlkilərin qeyrəti yox idi? Bu sualları uzatdıqca uzatmaq olar. Bu Quranda təsdiqini tapmış məsələdir, danırlarsa, Quranın hökmünü danırlar.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Turkan |

Salam ayekum,men gencede 2 ayli ise basalamisam,semkirden gedirem genecye.menim gunorta namazim ora dusur,misafir qilmaluyam,yoxsa oldugu kimi.Allah razi olsun sizlerden

Ответ / Cavab

Aleykumussalam.

Əgər hər gün ora işə gedirsinizsə, namazlrınız tam olacaq.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Leyla |

Assalamu aleykum,sualima gore uzristeyirem, men bu saytda http://www.meneviyyat.az/qusul/#003, bunu oxudum Qadınlarda kişilərdə olduğu kimi məni gəlmir, gəlsə də çox bilinmir. Qadınlarda boşalma anında titrəmə, qasılma olur. Gələn axıntının məzi, yoxsa məni olduğunu ancaq belə anlamaq olar. Bu duzdu?Qabaqcadan cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bu da onun bir halıdır.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2015 , Опубликовано: 24 Декабрь, 2015
Страница 1593 из 5746 << < 1589 1590 1591 1592 1593 1594 1595 1596 1597 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com