Страница 272 из 5746 << < 268 269 270 271 272 273 274 275 276 > >>
Üzeyir |

Salam əleyküm.Bu gun bir məclisdə iştirak edirdim bir nəfər belə bir sual verdi ki Allah bizim cənnətə və yaxud cəhənnəmə düşəcəyimizi əvvəlcədən bilir bəs onda bizi niyyə yaradıb bu movzuda biraz mubahisə getdi.Əgər kimsə onun tərəfini tutsa və yaxud öz özlüyündə belə fikirləşsə günah etmiş olurmu?

Ответ / Cavab

Aleykumussalam

Bu insana cavab verilmelidir.

Muellim bilir ki filan telebe besh bashqasi iki alacaq, imtahan etmemelidir?

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
Cihad 313 |

As'Salam Aleykum, hacı bugün qapımıza yehova şahidləri gəlmişdi, bir müddət danışdığdan sonra başa düşdüm ki Yehova Allahın adıdır sual verdim ki Allahın 99 adı içərisində mən Yehova adına rast gəlməmişəm mənə dedi ki bu ad Tövratda (ya incildə) yazılıb mən isə dedim ki Qurandan başqa bir müqəddəs sayılan kitabı oxumaq haramdır, bir neçə sualım oldu ki cavab tapa bilmədi daha doğrusu dedi ki "mən sizin dediyinizi başqa cür eşitmişdim dəqiqləşdirib gələrəm" Özlərini ilk sözlərindən müsəlman olduğlarını dedilər və xristiyanlıqla əlaqəsi olmadığlarını dedilər mən onlara nə deyim gələn dəfə

Ответ / Cavab

Aleykumussalam

Xristian missionerlerdir, bunlari enenevi kilse bele inkar edin. Onlari qovun.

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
Bəndə |

Salam. Bağışlayın vaxtınızı alıram. Mənə 1 şey maraqlıdır. Allah nəyə görə içkini haram, siqareti isə haram etməmişdir? Əstafurullah Allah bilən məsləhətdir əlbəttəki sadəcə maraqlıdır.

Ответ / Cavab

Aleykumussalam

Birincisi budur ki , ozunuz de Qeyd etmisiz. Yaxshisini o bilir.

Ichi insani insanliqdan chixarir siqaret yox. Bu yeqin kifayetdi.

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
...... |

Salam. Marketlerde aliş-veriş zamani marketin xususi bonus kartdan istifade etmek olar?

Ответ / Cavab

Aleykumussalam

Beli ondan istifade qadaqan deyil.

Allah size yar olsun

 

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
Sual-l |

Salam.Əyər biri bizə hansısa bir əşyasını veribsə saxlamaga bizim əlimizdən o yerə(insanların ayaqqabıyla gəzdiyi yer) düşsə üstündə hər hansı bulaşıq olmasa sadəcə mikroba görə onu yuyub yada spirtləyib verməliyikmi?Öncədən təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam

Bu vacib deyil.

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
1237 |

salam,internetde yazılanları basa dusmey olmur ama siz danısıg dilinen asan cavab verirsiz,qurbanla baglı suala cvb yazmadız,sadece qurban kesecem dimisem etin coxun özüme götürmeyim qurban sayılır yeni qebul olmagı,cavaba göre coxsagolun

Ответ / Cavab

Aleykumussalam

Biz cavab verdik. Kese bilersiz. Qeyd edilen kimi ede bilersiz.

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
Bəndə |

Salam Aleykum. Ağa bəzi dualar var ki, çox uzundu. Onun bacardığımız qədərini, yəni bir hissəsini oxusaq qəbuldu? Yoxsa vaxt ayırıb hamısını oxumalıyıq? Məsələn Kumeyl duasını yolda gederkən telefonda bir hissəni oxuyaq və Sonra biraz fasilə verib digər hissəni oxuyaq. Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilen kimi ede bilersiz.

Allah size yar olsun

Задан: 22 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
Tural |

Assalamun Aleyku. Menim 27 yasim var subayam. Bir ibadet ehli hicabli xanimdan cox xosum geldi ve imani exlaqi cox ureyime yatdi. Bir muddet sonra xanimin aileli olub ayrildigini bildim. Indi men ne edim? Tebii ki valideyinlerim bu halla razi olmayacaqlar. Mene qerar vermekde meslehet verin. Valideyin raziligi onemlidirmi? Men tek basina qerar vere bilerem mi?

Ответ / Cavab

Aleykumussalam

Onlarin raziliqini ele getirmeden bir ish gormeyin.

Allah size yar olsun

Задан: 21 Октябрь, 2018 , Опубликовано: 21 Октябрь, 2018
...... |

Salam aleykum haci. Anam evde yixilmishdi, doshu agriyirdi, nezir dedi, ki hekime gedib yoxlansa ve hekim dese ki problem yoxdu 5 manat feqire verecek. Amma anam ishlemir, men ve qardashim ishleyirik. Bu biz veren puldan neziri vere biler anam?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, siz həmin pulu ona hədiyyə edin, o da nəzrini icra etsin.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
~melek~ |

Salam.1)Insanin alnina ne yazilibsa qismeti nedir onuda yawayacaq ya dualarla neyise deyiwdirmek mumkundur? Allah terefinden Allahin izni ile niyyetin qebul edilmesi misal ucun eger bir iledirse mumkundurki tovbe dualar zikler ile nece ay qebul olsun? 2)Insan istediyi zamanda wehid olmagi ucun Allaha dua etse dua qebul ede biler ya gunahdi?

Ответ / Cavab

Aleykumussalam.

Mutləq alın yazısı yoxdur. İnsan fəaliyyətində azaddır.

Bəli, qəbul olması mümkündür.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Cihad 313 |

As'Salam Aleykum, destemaz namaz vaxti pozulsa namaz batil sayilir?

Ответ / Cavab

Aleykumussalam.

Bəli dəstəmaz və namaz təzələnməlidir.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Zuleyxa |

Salam. Meherremlikde qurban kesilir?

Ответ / Cavab

Aleykumussalam.

Bunun problemi yoxdu.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Adsiz |

Salam. sefer ayinin axirinci gunu ayin necesi olacaq? cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Noyabrın 9 u olmalıdır.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Xanim |

Salam bacim hamiledir namaz ehlidir.Son aylaridir artig lakin namazi gilmagda bezi problemleri yaranir yadindan tamamile cixir namaz gilmag bunun ucun her hansi dua oxumagi meyi meslehet gore bilersiniz?Xaiw edirem komek edesiniz

Ответ / Cavab

Aleykumussalam.

Yaddan çıxması olmamalıdır. İndiki zamanda hamının ağıllı telefonları var və azan proqramları var ki, azan verib namazın vaxtını bildirir.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
rauf |

Əssalamu əleykum, Aşura ziyarətnaməsinin qisa forması, hansı ki tez-tez namazdan sonra oxunur, haradan tapmaq olar? Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Aşura ziyarətnaməsinin qısa forması yoxdur, İmam Huseyni və digərəhli beyti salamlama qaydası var. Bunlar da muxtəlifdir, çərəkə kitablarından tapa bilərsiz.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Ayan2 |

Salam. Çox sağ olun sualımı cavablandırdız. Bəli mən əsəb həyəcan olmadan namazlarda şəkk edirəm. Nə qədər diqqətli qılmağa çalışsam da unuduram şəkkə düşürəm. Belə halda kəsirüş şəkk sayılırammı? Və bu haldan necə qurtula bilərəm? Sağ olun.

Ответ / Cavab

Aleykumussalam.

Kəsiruşşək  bu xəstəlikdən xilas olana qədər heç bir şəkkinə fikir ferməyəcək.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Cihad 313 |

As'Salam Aleykum, Corabin ustunden mesh cekmek olar? Walvarin balaginin qisaldilmasi sünnedir?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, məsh dəriyə edilməlidir.

Belə bir sünnə yoxdur. Bu vəhhabilərin icadıdır.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Gunay |

Salam size dunende yazdim yegin mesajim catmayib. Uzr isteyirem narahat edirem imamlarimizin 40i cixmamis nezir qurbani kesmek olar ya gunahdir? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qurban kəsməyin heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Ayan2 |

Salam. Sabahınız xeyir.Sübh namazımı bitirəndə salamı axırıncı sözün deyəndə şəkkə düşdüm ki, sübh namazı niyyəti etmişəm ya yox. Amma bilirəm ki sübh namazı qılırdım. Şübhələnməyimin bir səbəbi də qəzam vardı. Onu yadıma saldım. O da sübh idi.Bitəndən sonra şübhəyə düşdüm. Amma qəza niyyəti etdiyimə əminliyim yoxdur. Çünki vaxta az qalmışdı. Bu sübh namazı qılmağımı zənn edirəm. Nə edim namazım düzdürmü?Onu da qeyd edim ku, hər namazda rükət sayları niyət edib etməmək, təşəhhüd, rükü sayları və s barədə daim şəkk edirəm. Kəsirüş şəkkəm. Bir də hiss etdim bədənim qiblədən azacıq əyildi.Üzüm qibləyə idi. Bir az duruxub tez özümü düzəltdim. Namaz batil deyil ki? Və əgər dəstəmaz alandan sonra başdakı sulu saç üzə dəyərsə dəstamaz batil sayılırmı?. Sistani ağa) Çox sağ olun. əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən şəkkə fikir verilməsin, namaz düzdür.

Kəsiruşşək odur ki, əsəb, həyəcan və bu kimi hallar olmadan, adi halda bir namazda 3-4 muxtəlif şəkklər edə.

Bu hal dəstəmazı pozmaz.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Q.. |

Salam.Men size sual vermisdim amma cavabi tapa bilmedim.Eger eziyyet deyilse bir daha cavablandirardiz.Kompasin qible terefe gosteren isaresi qirmizidir yoxsa ag?Biz indiye kimi qirmizi gosteren terefe dururduq amma sonradan bildik ki sehv dururuq.Eksine ag terefi gosteren isare duz imis.Amma biz hemise qirmizini duz bilirdik

Ответ / Cavab

Aleykumussalam.

Bunu deyə bilmərik, bəzən rənglər səhf vurulur. Kompası aparıb məsciddə yoxlayın. Məsciddə qiblə hansı tərəfi göstərərsə, kompasda həmin halı işarə edin və o səmtə namaz qılın.

Əgər namazlar qiblənin əksinə qılınıbsa qəza ediləcəklər.

Allah sizə yar olsun

Задан: 20 Октябрь, 2018 , Опубликовано: 20 Октябрь, 2018
Страница 272 из 5746 << < 268 269 270 271 272 273 274 275 276 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com