Страница 278 из 5746 << < 274 275 276 277 278 279 280 281 282 > >>
Zəhra |

Salam. Xiftən namazında 1ci rükətdə səhfən təşəhhüd 3cü rükətdə də 1ci səcdədən sonra qalxdım tam ayağa ama heçnə deməmiş yadıma düşdü tez oturub səcdəni etdin təzədən qalxdım. Axırdada 1 səcdeyi səhv etdim ikisinə görə. Namazım düzdü?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilənlər namazınızı pozmayıb. Namazın sonunda da artıq təşəhudə görəsəhf səcdəsi etmisiz.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Paklıq |

Salamun Aleykum.Sistani ağaya təqlid edirəm.Əyər kürr suya it girib çıxsa o su pak sayılacağ yoxsa murdar?Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

Suyun iyini, rəngini və ddını deyişməzsə pak qalacaq.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Paklıq |

Salamun Aleykum.Çürük narların bəziləri murdarlansa satsaq günahdırmı?Təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam.

Murdar şeyi satmaq olmaz.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
... |

Salam hacı. Mən demək olar ilk dəfəydiki 10 gün əvvəl birinə paxıllıq etdim, ama dünya malına görə yox, elm baxımından paxıllıq etdim sonra dərhal özümü qınadım ki, sən necə insansan, məgər insanda insana paxıllıq edər və s. sözlərlə özümü qınadım. Və hiss edirəm ki o rəzilət yox olub məndə, sualım budur ki, yəni həqiqətən bir neçə dəfə özünü qınamaqla insan rəziləti özündə yox edə bilər Allahın lütfü ilə?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elə rəzalətlər bu yolla aradan gedir.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Ya Əli |

Salam. namazdan sonra əhli beytə, imam Hüseynə, imam zaman ağaya qısa və gözəl şəkildə necə salam göndərmək olar? Məsələn əssəlamu ələykə ya əhləl bəytin nubuvvə və rəhmətullahi və bərəkatuh deyirəm ama bundan biraz uzun ya əgər bu yaxşıdırsa bu və digər iki imama da ayrılıqda salam göndərməyin qaydasını yazardız. Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Əssəlamu əyəykum ya əhlə bəytin-nubuvvə, və moziər risaləh və muxtələləful məlaikə və rəhmətullahi və bərəkatuh.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Salam aleykum |

Salam mənim körpə uşağım var namaz qılmağa vaxtım olmur deyəcəksiz bəs yeməyə vaxt var yeməyə də vaxtım olmur gundə 1 dəfə yeyirəm onu da tələsik ALLAH məni bağışlayarmı

Ответ / Cavab

Aleykumussalam.

Namaza vaxtımolmur sözü heç cür qəbul olunmur. Məgər digər qadınların körpələri olmur? Dünyada namaza mane olacaq heç bir şey yoxdur. Hətta döyüşçü döyüşə döyüşə belə nmaz qılır.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Salam Aleykum |

Haci men destemaz alanda ayagimin nem olub olmamasina cox sekk edirem esasda bas barmagimin bilmirem neyniyem ele vaxt olur 3 defe destemaz aliram bu son 3 4 gundu fikir vermirem sekkime ama yene ureyim narahat olur ele bilirem namazim qebul olmur elimde nemlik olur ama ayagima kecende bilinmir ele bir qurudu indi men neyniyim

Ответ / Cavab

Aleykumussalam.

Məshdən əvvəl ayaqınızın üzünü o biri ayaqın baldırına sürtüb qurulayin, sonra məsh edin.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Zəhra |

Salam. Məfatihdə yazılan namazlarda səcdələr arasında deyilən zikri ikinci səcdədən sonra da demək olar?

Ответ / Cavab

Aleykumussalam.

İki səcdənin arasında deyəcəksiz.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
konul |

Salam aleykum. size 2 sualim olacaq. 1. banka emanet yerlesdirib, elave qazanc meqsedile faizini goturmek olar? 2. men bir wey ucun nezir deyirem, amma sonra ne nezir demiwemse hec cur yadima sala bilmirem. Yani meselen, halva, kanfet ve s. eger yadima sala bilmiremse bunun ucun bawqa ne etmek lazimdir ?

Ответ / Cavab

Aleykumussalam.

Bu iş icazəli deyil.

Nəzr etdiyinizi bir yerə qeyd edin. Təqribən hansı ola biləcəyini zənn edə bilirsizsə, onu edin.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Zəhra |

Salam. Sualımın arıdı. Rukuda olan zikr biraz uzundu, olarmı bir əli diz üstə qoyum biri ilə də tel. tutub əlimdə ordan oxuyum? 2. Qiraətdən əvvəl deyilən 《əuzu billəhi...》 duanı hər rükətdə olar demək?

Ответ / Cavab

Aleykumussalam.

Edə bilərsiz.

Surəni oxumadan əvvəl.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Zəhra |

Salam. Məfatihdə namazın qaydaları var, orda yazılan duaları əzbərləyənə kimi namaz əsnasında tel.da oxuyuram, şəklini çəkmişəm Ama duadan əlavə yazınıda biraz ürəyimdə oxuyuram ki, məsələn bilim bu qiraətdən əvvəldi bu səcdələr arasıdı və s. bu namaza xələl gətirməz? 2. Niyyətdən əvvəl 6 təkbir demək müstəhəbdir yazılıb, ama yazılıb ki, 7ci təkbirdən sonra de... bunu açıqlayardız mümkünsə, 7 təkbir deyib ordakı yazılan duaları oxuyub sonra niyyət etmək lazımdır? Və sonra təkbirətul ehram?

Ответ / Cavab

Aleykumussalam.

Namazın daxilində namazın şəklini pozan işlər namazı pozar.

Yəni Allahu Əkbər demək nəzərdə tutulub.

Bəli, bu bitdikdən sonra niyyət edib namaza başlayacaqsız.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Cahid |

Salam, Adi qüslden sonra destamazsız namaz qılmaq olar? Sistani ağaya göre

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz, Seyyidin nəzərində bu düz deyil.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
...... |

Салам алейкум. если хадисы будут мутаватир(то есть полностью достоверными - сахих), то, есть вероятность, чтобы оно отменило положение Корана? Да будет доволен вами Аллах

Ответ / Cavab

Aleykumussalam.

Xadis ne mojet otmeniç ayat Yesli xadis protivareçit Koranu eto  znaçet on nedostaveren

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
//// |

Salam Aga. Imamlarimiz 40i ne zamandir?

Ответ / Cavab

Aleykumussalam

Imam Huseynin erbeini,yeni 40 gunu ayin 30 dur.

Allah size yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Anara |

Salam hacı. Mənim 2 sualım var. 1. Üzr istəyirəm sualıma görə, yoldaşım məni çox öpəndə məndən maye axır. Bu zaman mənə qüsl lazım olar, ya sadəcə dəstamaz alaraq namazlarımı qıla bilərəm? 2. Mən əvvəl tutmadığım oruclarımın qəzasını tutmaq istəyirəm. Bunun üçün 9 yaşımdan hesablamağa başlamalıyam, ya ilk heyz olduğum yaşdan?

Ответ / Cavab

Aleykumussalam

Sehvetden gelen maye qusle sebeb olmur. Sonunclanma olmursa qusl vermek vacib deyil.

Qemeri teqvimle 9 ayinizin tamamlandiqi zamandan.

Allah size yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Adil |

salam.men Sistani agaya teqlid edirem. Evliyem. Men ehli kitabla sige etmek ucun arvadimnan icaze almaliyaam? bu meselede basqa muctehide udul vaar? xais edirem etrafli cavab yazin.

Ответ / Cavab

Aleykumussalam

Beli gerek muselman xaniminizin raziliqi olsun.

Udul ehtiyat edildikde olar, o da ehtiyat etmeyib fetva verene. Zennimizce Seyyid bu meselede ehtiyat etmeyib. Bu bir muselman qadinin huququ ve qeyri muselman qadindan ustunluyudur.

Allah size yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Ehlibeyti sevin |

Salam..Haci.Men bu gun evdekilerden uzr isteyirem.Namaz qilmirlar deye bele shek edirem.Onlarin paltarina qolum deydi.Paltar quru idi.Menim qolum su idi.Indi necislik kecir?Yeni paltarin necis olmasina tam emin deyilem.Cox ehtimalla ele ola biler deye yazdim.Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Onlarin eshyalarinin necis olmasina yeqinlik olmadiqca bulari pak bileceksiz..

Allah size yar olsun

Задан: 9 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Fikrət |

Salam.sualim xumsla elaqedardir.borcu olan xums vermelidir.twk

Ответ / Cavab

Aleykumussalam

Ya borcunu qaytarmalidir ya xumsunu vermelidir.

Allah size yar olsun

Задан: 9 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
salam |

salam Men cox soyumusam dinden, Allahdan, imam Huseynden. evveller arzum temiz heyat surmek idiki, olende basimin ustune imam Huseyn gelsin. arzuma catmadim.ailede ozumu cox tenha hiss edirem. cunki dine qarsi sevgi besleyen bir tek men idim. bu meni cox narahat etmirdi. ama qarismaga basladilar. yoldasim qaynanam. gunah isler gormeyimi isteyirler. etiraz edende evde sozsohbet olur, ve men o gunahi mecbur edirem. ne mene, ne qururuma, ne imanima hormet yoxdu. dua edirem nece ildi. cuzide olsa hecne deyismir. eksine dahada pislesib veziyyet. mene, Allahin emrlerinden cixmaq istemediyime, ama onlarin emrinden cixmaq istediyime gore, onlara benzemediuime gore mene nifret edirler. indi ise ozum herseyden soyumusam, nece aydi namaz qilmiram, din barede olan sohbetler nagil kimi gelir mene. nece deyerler etimi tokur artiq. ne inamim qalib ne imanim. Niye Allah icaze verir o insanlara, menimle bu cur davransinlar, menim yolumu baglasinlar(((

Ответ / Cavab

Aleykumussalam

Allah bize lazım olan her bir seyi verdikden sonra hidayet edir. Bizi korpe usaq kimi elimizden tutub gezdirmemelidir. Heyatda olans ixintilar ise  istedadimizin uze chixmasi uchudur. Qizil yandiqca saflasir. Biz sadece olaraq sebr etmirik ve dayaniqli olmuruq. Ele dusunuruk ki,guya Allahdan uzaqlashsaq her sey düzelecek, amma bunun eksin goruruk.

Allah size yar olsun

Задан: 9 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Sevda Nurullayeva |

Salam.Məndə davamlı laraq vəsvəsələr olur. Xüsusən də namazlarda olur. Hərfi səhv oxudum deyə düsünürəm.Ayəni yenidən başlayıram Xüsusən də Fatihə surəsinin son ayəsini.Bilmirəm necə edim. Heç olmur ki bir namazı rahat qılam. Allaha təvəkkül davam edirəmNecə olacaq bu işin axırı?.

Ответ / Cavab

Aleykumussalam.

Əgər adi halınızda bir namazda 3 ya daha artıq muxtəlif şəkklər gəlirsə, bu artıq vasvaslıqdır. Bunun mualicəsi , bundan azad olunana qədər heç bir şəkkinizə fikir verməməyinizdir.

Allah sizə yar olsun

Задан: 9 Октябрь, 2018 , Опубликовано: 9 Октябрь, 2018
Страница 278 из 5746 << < 274 275 276 277 278 279 280 281 282 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com