Salam.Ərəbcə oxunuşda 1 hərf səhv oxunduqda elə söz var ki mənası dəyişir,Dünən KEVSER Surəsinn 1ci ayəsində TA həfi əvəzinə çaşdım TƏ hərfi oxudum ( İstəməyərək oldu) Ama namaza davam etdim və namazdan cıxdıqdan sonra səvih səcdəsi etdim.Daha sonra da rahat olmadım deyə o namazı bir də qıldım. SUALIM BELƏDİR: Əgər namazda hərf səhv oxunarsa və surədə oxuyanda (bəzən) kəkələmə kimi hal olursa namaz doğru sayılır? Yoxsa səvih səcdəsi lazımdır? Və ya o namaz yenidən qılınmalıdır? TƏŞƏKKÜR EDİRƏM,
Ответ / Cavab
Aleykumussalam
Bele olduqda yeniden duz oxuyub namazi davam edin.
Salam! Sualim beladi.. bir necedefe namaz qilmisam sonra saxladim namazi yena basladim qilmaya.. namaz qilanda Basim agir his elirem.. namazi saxlamay yani Terk etmey sonra yena qilmay gunahdi?
Salam.asura yalniz sieler ucundurmu?sie ve suni ayrimciligi ile bagli melumat vererdiz...suni ya sie oldugumuz neslimizden asilidir?
Ответ / Cavab
Aleykumusalam.
Aşurada Kərbəla şəhərində olan bunun canlı şahidi olur ki, sunnili, şiəli, hətta qeyri musəlmnlar ləbbeyk ya Huseyn şuarina qoşularaq bu həzrəti ziyarət edirlər.
Sunni ya şiə olmaqlıq musəlmançılıqda fiqhi və əqidəvi msələərdə hansısa məzhəbə bağlılıqdır. Bu insanın şəxsi seçiminə də baqlıdır.
1)Əl-Həqqah surəsinin 28ci aysinin sonunda kiçik sin hərfi var. O nəyi bildirir? 2)Tausa günü olur yoxsa gecəsi? tausa günü yaxud gecəsi dəqiq olaraq nə vaxt sayılır?
Ответ / Cavab
Aleykumusalam.
Bu səktə işarəsidir. Bu ayənin sonunda vəqf deyil, səkt etməyin daha yaxşı olmasın bildirir.
Salam.men namaz qilmiram cox isteyirem ancaq hele ozumu hazir hiss etmirem...ancaq shukur namazi qilmaq isteyirem..ne vaxt nece qila bilerem melumat vere bilersiz?
Ответ / Cavab
Aleykumusalam.
Nəyə hazır hiss etmirsiz özünüzü, Yaradanınızın çağırışına səs verməyə, O çağıranda cavab verməməyə?
Salam Aleykum.Xahiş tez cavab verərdiniz.İmam Muhəmməd Baqir (ə) hədisidi.Aşura günü çalışın işləməyin.Bu gündə qazanılan qazanc heç 1 zaman fayda verməz,və onun üçün qiyamətə qədər dərdü bəla olar.Bu hədisin açıq izahın istərdim nə mənada??Yaxınım təzə işə başlayıb icazə almalıdı,ya verməsələr.Həmin gün işdə olsa ömür boyu qazancı onun üçün dərdü bəla olar??
Ответ / Cavab
Aleykumusalam.
Əgər işi ixtiyarındadırsa işləməsin, əgər belə deyilsə, Həmin günün qazancı nə qədərdirsə onu sədəqə versin.
Salamun Aleykum.1.Eyer telefonumuzda email adresini qardasimizin adina acmisiqsa ve onunla kimese nese gonderende qardasimizin axi dusurse bize gunah yazilirmi?2.Esyalarin nece paklandigini oyreden video linki yaza bilersinizmi?3.Eyer krantdan gelen soyuq su kurr su,isti su az sudursa her ikisini birlikde acsaq kurr suyla paklama qaydalarina emel etmeliyik duzdurmu?Onceden tesekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Qardashiniz bundan narahat deyilse eybi yoxdur.
Risale kitabindan oxuyun, basa dusmediyinizi sorusun.
Salam. Buyurduz ki, "Bu düşüncələr fəsada səbəb ola bilər" Üzr istəyirəm fəsad deyəndə nəyi nəzərdə tutursuz? Bağışlayın ama həqiqətən bilmirəm. Bəlkə də səbəb olub və mən bu günahı edirəm. Açıqlasaz fəsad deyəndə nə demək istəyirsiz vAllah daha düşünmərəm.
salam aleykum yoldawimla ayrildiq talq verdim 5 ayda kecib indi daniwiriq wehvet qalxir bezen soruwmaq istedim biz namehrem heddi gozlemeliyik yoxsa kebin kesdirmeliyik daniwiriq elimiz deymir bir birimize Xamenei aga ALLAH razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Əgər yenidən munasibətlərinizi düzəltmək istəyirsizsə, o zaman yenidən kəbin oxunmalıdır, siz bir birinizə naməhrəmsiz.
Salam. Men qusul alanda casirdim ele bilirdim sag ciynimde niyyeti demedim ama pozmurdum yene qusul alirdim onda da casirdim sol terefde demedim niyyeti bele bele bir nece defe ust uste qusul aldim axirda cixdim cixannan sora gordum dirnagimin arasinda qara nese noqte var bedenim sacim sulu idi dirnagiminan qarani goturdum girib yeniden qusul alib cixdim. Quslum duzdur?
Ответ / Cavab
Aleykumusalam.
Qüslünüz düzdür. Niyyəti isə qüslə başlayanda bir dəfə edilir.