Salam Aleykum. Mən bilmək istəyirəm ki, yerli bankdan aşağı faizlə (evi ipotekaya girov qoymaqla 4% illik kredit götürmək) kredit götürüb onu Xarici bankın yerli nümayəndəliyinə əmanət (illik 10%-lə depozit) qoymaq olarmı? Yəni Mən dövlət işçisi olduğum üçün imtiyazım var. Həmin imtiyaza əsasən bankdan güzəştli kredit götürə bilərəm. Bunu güzəşti dövlət mənə verir. Mən o güzəştli krediti götürüb torpaq, ev və s. ala bilərəm. Lakin mən həmin pula ev, torpaq, maşın və s. almaq istəmirəm. istəyirəm Xarici bankın yerli nümayəndəliyinə qoyum və həmin puldan illik 10% olmaqla əldə olunan faiz gəlirinin tən yarısını (50%-ni) ehtiyacı olan insanlara (yetim, kücədə yaşıyan, kimsəsiz və s. insanlara) verim və yerdə qalan yarısını isə özüm götürüm. Mən bilmək istəyirəm ki, Sizcə bu işi etmək günahdır yoxsa bunu etmək olar? (sistani ağaya təqlid edirəm)
Ответ / Cavab
Aleykumusalam.
Burada düzgün iş nəzərə gəlmir. Bunu səhf bilirik. Daha artıq dəqiqlik üçün təqlid etdiyiniz muctəhidin dəftərinə yazın.
Salam. Sabahınız xeyir.Qüsl edəndə sol tərəf ayaq hissəmi yuyanda, bilmirəm ya qəsdən ya da karıxaraq başımı suya salıb çıxartdım. Anidən oldu deyə bir şey anlamadım. Sübh namazına gecikirdim deyə fikir vermədim qüslü bitirib getdim. İndi qüslüm düzdür? Və bu qüsüllə qıldlğım namaz düzdürmü? əvvəlcədən təşəkkür edirəm.
Salam. Uzanaraq dua etmek olar? Ve ya misal ucun - Hansi formada oturub ve oturmamaq meslehetlidi dua eden zaman? Teshekkurler.
Ответ / Cavab
Aleykumusalam.
İstənilən halda ALlah zikr oluna bilər, amma dua etmək bir şey istəməkdir. Sizcə biri uzanaraq sizdən bir şey istəsə siz onun bu əməlinə necə baxarsız?
Salam. Destemaz almaq ancaq Namaz ucun olur? misal ucun - Namaz qilmayan insan dualarinin qebul olunmasi ucun niyyet edib destemaz ala biler?
Ответ / Cavab
Aleykumusalam.
İnsan adi halda da ruhi paklanma üçün dəstəmaz ala bilər. Amma bəzi əməllər var ki, onlar dəstəmazlı olmğı mutləq şəkildə tələb edir. Bunun biri də elə namazdır.
Salam Bizim bizim 3 ushagimiz 2 oglan 1 qiz Mən 1 qiz ovladida isdiyirem ki gelecekde 2 baci bir birine komek olsunlar biz olmayandaş.Lakin zovcem ushaq istemir Deyir oglumda var qizimda day besdir Saxlaya bilmirem.Birde ne bilirsen belke bu da oglan olacaq deyir.Onuda deyim orta gelirli bir aileyik.Qadinin haqqi varmi desin ki 4-cu ushaq istemirem.
Ответ / Cavab
Aleykumussalam.
Xeyr qadının bu seyə haqqı yoxdur.
Bu tip məsələlər ailə daxilində məsləhət, məşvərət ilə həll edilir.
Salam bu gun tefekkur elediyim zaman Hz Əli (ə) feziletlerinen danisirdim tefekkur eliyirdim fikirlesdim dim Əhli Beyt(ə) pakdilar Allah Əhli Beyt(ə) pakliyib bu vehabilerin ollara atdigi iftoralarin ne qeder menasiz oldugun fkkirlesdikden sora bu yuxaridadki fikri fikirlesdim sorada fikirlesdim bes oblarda Allah kimi padilar burada Allah muqayise etmeyim dogrudur? Tesekkurler hacican Allah elminize bereker versin Amin
Ответ / Cavab
Aleykumussalam
Bu tam əsassız və səhf fikirdir. Allahin hec bir misli və bərabəri yoxdur.
Eger evdeki soz sohbetden qadin zina edirse eri bu gunahda sherikdirmi Kishi qadini yemekle icmekle geyimle qalmaqla temin edir Lakin kishi qadinin daha cox paltara pul xerclemesinden ve pulun cox xerclenmemesinden cox danishirsa Deyek ki eger qadin ozunu eri terefinden diqqetsiz hiss edirse
Ответ / Cavab
Aleykumussalam
Buna qadinin heç bir haqqı yoxdur. Kişi ər olaraq vəzifəsini icra edirsə qadın ərinə itaətkar olmalıdır və qadinin bu iradlari qəbul edilən deyil. Zinaya gedərsə öz əxlaqsizliqinin gostəricisi sayılacaq.
Salamaleykum.Xanımın 44 yaşı var ve çox güman ki, klimaks dövrü başlayır.Keçen ay adet günü gec başladı.Dekabr ayının 25-26-sı başlamalı idi,yanvar ayının 13-ü oldu.Normal 9 gün oldu.Bu gün yene başlayıb.Xanım ne etsin? Bu heyiz sayılır? Namaz qıla biler?(Sistani ağa) Teşekkür edirem,ALLAH sizden razı olsun.
Salam Aleykum, Mən Sistani ağa kitabında gördüm. Zəkat 10 şey üçün vacibdir ki, bunlardan biri Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);. Tam başa düşmədim. Mən ticarətlə məşğulam, indi zəkat verməliyəm?
Salam. Suala göre üzr isteyirem. Qüsl etmemişden qabaq yuyunanda ayağımda dizdən yuxarı sızaq kimi yara gördüm. Oradaca sıxdım, deyesen üstünü de sıxdım. Sonra hemin hisselere yudum. Qüslden sonra eynimde libas olandan sonra oranın göynediyini hisse etdim. Evvel fikir vermedim, bir qeder sonra keçmeyince baxım dedim. Yaranın üstünde tünd nese vardı. Qabığıdımı ya neyse bilmedim. Tünd göye çalırdı, geydiyim şalvarda o rengdedi deye belke şalvarın sapı yapışıb düşünürem. Qüsl vaxtı oraları defelerle yumuşam ve görmemişem. Amma bilmirem gözümden qaçıb belke deyirem. Ya belke paltardan düşüb bilerdim. İndi qüslün hökmü nedi? Tezelemek lazımdırmı? Sol terefdedi, üstünden bir iki saat keçse de yalnız o hissenin üstünden su ile çeksem olarmı?
Salam Aleykum! Mən bilmək istəyirəm ki, əgər zərurət yaranıbsa vacib bir məsələ üçün o zaman bankdan nağd pul krediti götürmək olarmı? Mənim atam yaşlı adamdır, piyada çox hərəkət edir və maınla hərəkət etməyə ehtiyacı var...Buna görə biz istəyirik ki, daha doğrusu mən istəyirəm ki, bankdan 10000 azn həcmində nağd pul krediti götürüb bir maşın alım atama...və hər ay hissə-hissə ödəyim (ayliq texminen 280 azn olacaq 3 illik).... Sizcə bu cür zərurət halında bankdan faizlə (illik 16 fazilə) nağd pul krediti götürmək olarmı? Sistani Ağaya təqlid edirəm.. Əvvəlcədən təşəkkür!
Assalamu Akeykum. Bir sual vermək istəyirəm. Bizim evdə balaca uşaqların nəcisi yerə, parketa tökülmüşdür. Onu anam bütün evləri pol əskisi ilə yuyub və elə çıxdıki bütün otağlara nəçisi yaydı. Sualım budur ki zaman, ya toz evi pak edər mi. Bu hadisə beş, altı ay önçədən olmuşdur. Evdə ayağların gəzə bilmirik ki ev təmiz,deil.
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, ora paklanmaq ucun yuyulmalidir. Ora slanqla suyu çəkin .suyu acin. Su nəcis olan yeri əhatə etdikdən sonra suyu baqlayin və həmin suyu yiqin. Pak olacaq.