Salam. Bilmek isteyirem zerli, qasli, parildayan tesbehle namaz qilmaq olarmi? Bir de refiqem ishe duzelir. Onu tebrik etmek ucun quran bqgislamaq olarmi?
Kiminse seyid olması necə müəyyən olunur? Çünki Azərbaycanda Ərəbistandan çox seyid var. Hərçənd ki, bu absurd və gülməlidir. Axı kim Azərbaycanda sübut edə bilər ki mən Peyğəmbər Muhəmmədin (salAllahu və səlləm) reyhan kimi nəvəvsi olan imam Həsən İbn Əlinin soyundanam. 1439 il keçib, bu kişi iddia edir ki, mən seyidəm. Sübut? Necə?
Ответ / Cavab
Aleykumussalam.
Evvela ozumuz deyib ozumuz hokm etmeyek/ Bu bir netice vermez. Azerbaycanda seyyidlerin sayi arabistandan chox deyil/ Ikincisi Seyyidlerin nesil sheceresi var. Bu pak neslin dashiyicilari nesil be nesil bu secereni qoruyub bu gunlere getiribler. Bunu Azerbaycanda az qala mektebli usaq da bilir. Uchuncusu Bunu bilmelisiz ki Islamin ilk gununden bu nesil davamchilari basqa nesillerden ferqli olaraq taninib, yasadilib ve qatishib aradan getmeden qorunublar. Dorduncusu eger kiminse elinde secere varsa bu da sizi qane etemz? Beshincisi Peyqamberimizin soyu qiyamete qeser kesilmeyecek ve davam edecek, 1400 il nedir ki? Beshincisi Azerbaycanda Bu soyun ezemetli dashiyicilarinin qebrleri tarixi faktlarla isbat olunub ve oz varliqin qoruyub, meselen Bibiheybet, Gence imamzadesi ve sair. Altıncısı Bu tərəflərin insanlarını ehlibeyte xususi sevgisi olduqundan onlar Arabistanda gordukleri sixinti ve taqilerden buralara penah getiribler.
Bu siyahini uzatmaqda olar, amma bu qederi yeqin kifayet etmelidir.
Salam aleykum. İmam Kazımən zindandan azad olmaq duasını dediniz elə dua yoxdur ama İmam Zamanın zindandan azad olma duası var, imam Kazımın tez icabət olan duası var və Xanım Zəhranın hirzi duası var. Bunlardan hansını deyirdiz?
Salam. İnsanın öz məhrəmini düşünməsi, əgər həyat yoldaşı olmayıbsa hələ ama əqdləri varsa, üzr istəyirəm onu öpmək qucaqlamaq kimi şeyləri düşünməsi, şəhvani hisslərlə deyil də sevgi hissləri ilə xəyal etməsinin işkalı varmı?
Salam..Haci.Xaiw edirem cavab veresiniz Men destemaz alanda ozumu sixiramki, qaz cixmasi ve shekde olmasin.Ozumu o halda saxlayiram.Namaz qilandada ozumu sixaraq qiliramki qaz cixmasin.Indi men ozumu rahat halda destemaz ve namaz qila bilmirem.Seyfede de gordum namaza hormetsizlik edenin sonu pisdir.Men secdeye ozumu sixaraq gedirem.Indi secdede qaz cixanda bu menim gunahimdir?Cox sagolun
Ответ / Cavab
Aleykumussalam.
Szi bir məsələni nədən bizə dəfələrlə dedizdirirsiz?
BU XƏSTƏLİKDƏN AZAD OLANA KİMİ BİR DƏSTƏMAZ ALIB TEZ, NAMAZI ANCAQ VACİBLƏRİ İLƏ QILIB QURTARIN. VƏSSƏLAM.
Salam Aleyküm. Men Naxcivanda qaliram her il bakiya sefere gelirem namaz qilan biriyem naxcivanda olanda qeti haram shey yemirem namazlarimida vaxtinda qiliram. Ama burda olanda vaxt olmasigindan namazlarim cox vaxt qezaya qalir subhe dura bilmirem Birde terkibinde donuz olan kolbasa yemishem ne etmeliyem ozumu gunahkar hiss eliyrem icmden ses deyirki Allah bagishlayandi tovbe edersen fso. Terkibinde donuz eti olan bir sheyi yeyenden sonra gunahimin bagishlanmasi ucun ne edim ? Birde musalman biri ucun bu eti yiyene nece hokm olur yeni cezasi nedi ?
Ответ / Cavab
Aleykumussalam.
Tovbə edin və nəfsinizə diqqətli olun. Burada fəsadın çoxluğuna dözə bilmirsiz. Bir ustadın sözünə əsasən- Havası soyuq olan yerlərdə olduqda əynimizi necə qalın geyinib bədənimizi qoruyuruq, əsad çox olan yerlərə getdikdə də təqvamızı dah da artırıb nəfsimizi qorumalıyıq.
Salam. Qadın azad olandan sonra 40 cı günündə nə niyyət edib qüsul almalıdı?
Ответ / Cavab
Aleykumussalam.
Qadından uşaqın ilk hissəsi xaric olmaqa başlayandan qadından nifasqanı xaric olar. Bu qan 10 gündən artıq gəlməz. Bu qan bitəndən sonra nifas qüslü verəcək.
Salam. 1. Eger bir kes ayağı burğulubsa ayaqüste namaz qıla bilmirse olar oturan yerde namaz qılan ruku halında ellerin dizlerine qoysun? Peyğemberin oğulluğa götürdüyü Zeyd olmuşdur. Bes onun sonradan xanımı ile aile qurduğu xanımın adı ne idi. Yeni Zeydin evvelki aile qurduğu xanım ki sonradan Peyğember onunla aile qurmuşdur?
Ответ / Cavab
Aleykumussalam.
Bəli, ayaq üstə qıla bilməyən oturaq halda qılacaq.
Salam.Burda bir sual gordum diqqetimi cekdi.Mendede olur o hal.Men arasdirdim dryesen uje qaz cixmasi hali xestelik kimidirse,namazin ortasinda olsa batil olmur yeni namazi yarimciq qoymaq olmaz.Duzdur?
Ответ / Cavab
Aleykumussalam.
Bu məsələ bir namazı belə hətta tez ancaq vacibləriylə qılmaqa imkanı olmayana aiddir.
Salam.Dirnaqlarimda xestelik var,xususen ayaq dirnaqlarimda.Bu sebebden lak vurmaq mecburiyyetindeyem.Hesab edirem ki,bu gigiyenik bir procedurdur,seliqedir.Bezileri deyir qildigin namaz laka gore qebul deyil.Bunu Tanridan bawqa kim bile biler?Iyrenc dirnaqlarla camaatin yaninda olmaq daha duz olardi?Deyirler dini cetinlewdirmeyin.Huzuru qelb ile namaz qilirdim.Lak sohbeti ile icime vesvese saldilar.
Ответ / Cavab
Aleykumussalam.
Hörmətli xanım, dırnaqları sadəcə səliqəyə salmaq olar. Bunun üçün mutləq laklı olmalı deyil. Yəni yeganə çıxış yolu bu deyil və kiməsə camaat yanında dırnaqları göstərmək məcburiyyəti də yoxdur. Çirkindirsə corb geyib gizlətmək olar.
Namazın, təharətin düz olub olmaması şəriətə görə olçülür. Həmin şəriəti elə Allah özü göndərib.
Salam aleykum.Bir xanim var, usagi 4 aydir dunyaya gelib.İndi namaza baslamaq isteyir.Deyirler ki,olmaz sud verirsen.Bu ne derecede duzgundur?Bele sey varmi?
Ответ / Cavab
Aleykumussalam.
Səhf deyirlər, namazlarına başlasın. Ona deyənlərə isə desin ki, Allahın yerinə hökm verməkdən qorxsunlar.
Salam aleykum.1. Tərki övla nə deməkdir? 2. Valideynə yaxşılıq etmək istəyirəm, məsələn mehriban davranmaq üzlərinə gülümsəmək və s. ama quru biri olduğum üçün edə bilmirəm. Mənə bir məsləhət verin
Ответ / Cavab
Aleykumussalam.
Daha üstün olan işi tərk etmə.
Çalışın bunu edəsiz, onların sizi körpəykən necə nəvaziş etdiklərini göz önünə gətirin.
Salamun aleykum necesiz Men naxcivanda yawayiram ve bakiya iwe devet edirler cox qerarsizam onun ucun istixare eledim ve Secde suresinin 1ci ayesi geldi Əlif Lam Mim indi bu ne anlama gelir xaiw edirem komek edesiz ya da bunun menasin hardan baxmaq olar ? Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Mənanı istixarə edən özü ələ gətirməlidir. Siz bunu bacaran birinə etdirin.