Страница 43 из 5746 << < 39 40 41 42 43 44 45 46 47 > >>
Elya |

Salam horumcek ve bunun kimi heweratlari oldurmek gunahdi ?

Ответ / Cavab

Aleykumussalam

Əgər ziyan vermirlərsə öldürmək olmaz.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 23 Октябрь, 2019
Qulamova Firuzə |

Salam. Zəhmət olmasa, hansı firmaların kolbasa və sosis məhsullarının halal olması haqqında məlumat verəsiniz. Öncədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Tam arxayinliqla hicaz şirkətinin məhsullarını yeyə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 23 Октябрь, 2019
Gülnar |

Salam.1.qadin qohum əqralara yad etmək üçün telefon sosial şəbəkələr vasitəsilə həyata keçirə bilər?2 qadın ər tərəfinin qohumlarını yada salmaq vacibdir? Xamenei ağa təqlid edirəm

Ответ / Cavab

Aleykumussalam

Bəli edə bilər və qohum dedikde ər tərəf basqa tərəf ayriseckiliyi yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 23 Октябрь, 2019
Sahibə |

Salam.qiz uşağına islamda necə yaşında qulaq desdirmək vacib sayılır?bu il hamilə olduğum üçün Ramazan ayının orucu tuta bilmədim.bu orucu ayın axırı başlayıb tuta bilərəmmi?ya gələn ayın əvvəlindən başlamaq lazımdır? Xamenei ağa təqlid edirəm.

Ответ / Cavab

Aleykumussalam

Qulaq desdirmək dini göstəriş deyil.

Gələn Ramazan ayina kimi tutun.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 23 Октябрь, 2019
Fatimə |

Salam aleykum. Bu ilin oktyabr ayının son on gününde hansı masumların vafatının qeyd edildiyi haqqında malumat vermayinizi xahish ediram.

Ответ / Cavab

Aleykumussalam

Bu ayin sonu Peyğəmbər, İmam Həsən və imam Rizanin urəkyandirici şəhadət günləridir.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 23 Октябрь, 2019
elya |

salam aleykum.qusl aldiqdan sonra gordumki kley qalib dirnagimda hemin yeri temizledim suya tutdum namazimi qildim.namazim duzdurmu yoxsa quslumu yenidenmi tezelemeliyemmi

Ответ / Cavab

Aleykumussalam

Sol əlinizdə idisə və təmizləyib quslu tamamlamaq qəsdiylə yuyulubsa hər şey düzdür.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Sual |

Salam Haci. Seher velosipedi temizleyende elime cirk deydi yudum. Gunortadan sonra cenabet quslu verdim. Axşamüstü elime baxanda fikir verdim ki seherki lekeden elimde qalib texminen 3 yerde. Ikisini ovusdurdum getdi. Amma biri ele bil derinin ustunde de deyil, deri ile butunlesib altina kecib ele bil deridendi. Ne qeder ovusdurdum sabunla yudum getmedi. Derim uzuldu hetta ovusdurmaqdan amma getmedi. Sualim budur ki qusl duzdur mu? Tezelemeye ehtiyac var? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən halda həmin ləkələr suyun dəriyə toxunmasina mane olmayibsa qüsl düzdür.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Elik |

Salam. Bu doğrumudur ki Peygemberimiz islam dininde qadin dogus etdikden sonra 40 gun erzinde cinsi elaqeye girmek olmaz.?

Ответ / Cavab

Aleykumussalam

Xeyr belə deyil,heyz və nifas halinda yaxinliq olmaz.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Mənzər |

Salam Yuxuda ölü ilə yatmağı görmək qorxulu bir şeydirmi?

Ответ / Cavab

Aleykumussalam

Sadəcə yuxudur.Narahat olmayın.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Anar |

Salam aleykum. Namazi birlesdirib qilarken mes. Şam namazini xuften namazinin vaxti cixana kimi qilmaq olar? Yoxsa şam namazinin vaxti cixan kimi namaz qezaya gedir? Evvelceden tesekkurler.

Ответ / Cavab

Aleykumussalam

Xeyr qəzaya getmir,qila bilərsiniz. Amma yaxşısı budur ki namaz ilk vaxtinda qilinsin.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Hhh |

Salam. Hamiləliyin 7ci həftəsindəyəm açığ palıdı rəngdə ləkə oldu bu ləkəylə namaz qılmağ olar yoxsa istihazə qüslu boynuma düşür?

Ответ / Cavab

Aleykumussalam

Əgər çox gəlibsə istihazə quslu edin.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Əsmər |

SalamAleykum. 1) 5 gün və ya 6 günəcən heyz olurr sonra 2-3günü ləkə olur bu ləkələr iz saxlamırsa və rəngləri tünd narıncı vəya açığ olarsa istihazə qüslu tələb edirmi?İstihazə qüsl'unu tələb edən ləkələr necə olmalıdır yoxsa bununla namaz qılmağ olar

Ответ / Cavab

Aleykumussalam

Bunlar hamısı heyzdən sayilacaq.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Elena |

Salam menim iki qardasım var bir evlenib ayrlıb bezi problemlerden dolayı ve halhazırda ikisininde yaşı coxdu ikisinede kimi istesek alınmır hec bir qızla ela basdan yox deyil her seyde normaldı agıllı işleri evi cox dusunurem niye alınmır oların evlilik meseleleri ne etsek hec bilmirem axırı bura yazmaq qerarıne geldim evlenin ayrılansa kerbaleyidi dindardı ama hec cüre alınmır ne etsek hamsı duanı oxusaq kiminse ahımı qaldı?

Ответ / Cavab

Aleykumussalam

Bu islər Aqil və tədbirlə görülür. Onların xasiyyətlərinə uyqun birini tapin hər sey oz yerin alacaq.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 22 Октябрь, 2019
Namiq |

Salam Aleykum men tesehhud be salamlari deyerken Sol ayağı sağın uzerine qoyuram ve bele oyrewmiwem Namaz batildir?

Ответ / Cavab

Aleykumussalam

Namaz batil deyil,amma əvəz etməniz yaxşıdır.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
Aysel |

salam sukr ki qayitdiz suallarmi kime vereceymi bilmirdim..menim yoldasim Namaz qilan deyil ama toymuzdan sora ickini atib day icmir siqaret de cekmir..birce pis ceheti merc oyunlari oynuyr..defelerle demisem gunahdi ama el cekmir herdefe de soz sohbet dusur oncun day hecne demirem menim boynumda hagg yoxdu ki cunki men kifayet qeder demisem artig :( inseAllah ovladimiz olacag nece aydan sora qorxuram ki onun etdiyi bu emele gore uwaga nese olar :(

Ответ / Cavab

Aleykumussalam

Ona sakitcə başa salin ki bu qumardir. Qumar isə bəzi işbazların adi insanlari kütləvi səkildə soymaqdır. Bunun üçün bəzilərinə həvəsləndirici uduslar verirlər ki hamini cəlb edə bilsinlər. Burada iştirak edən hər bir şəxs onların bu cinayətinə sərikdir

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
Babacan |

Salam əleykum hacı. Allahummə selli əla muhəmmədin və ali Muhəmməd. Nə demək və Allahummə selli əla muhəmməd və ali Muhəmməd nə deməkdir.. xahiş edirəm məlumat verəsiniz təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam

Bunlar hər ikisi eyni şeydir. Deyilisində qiraət qaydasina əsasən bəzi fərq var. Mənası budur. Allahım Muhəmməd və onun ailəsinə salam və salavat göndər.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
@@@ |

Salam aleykum. Er heyat yoldasini yaxinliq etmeye mecbur ede biler? Ele bir haqqi var? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Belə deyək. Qadinin ərini yaxın buraxmamaqa haqqi yoxdur..

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
Xanim |

Salam sefer ayinin menasini izah ede bilersiz zehmet olmasa onceden minnetdaram

Ответ / Cavab

Aleykumussalam

Səfər qəməri təqvimdə ayin adidir.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
Salam |

Salam,her weyi mindar sayiram ureyim hemiwe narahatdir maqazinlerden aldiqim produktlari qablari qariwiq yuyuram ,fikirlewirem ora bura deyib colde maqazinde cox weyi bele fikirlewirem duz fikorlewirem yoxsa vesveseliydi bu?saqolun

Ответ / Cavab

Aleykumussalam

Bir şeyin murdar olmasi yəqin olmayinca pak sayilir.  Bu səbəbdən bu xəstəlikdən xilas olmaq üçün gərək yəqin bilmədiyiniz seyləri pak biləsiniz.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 21 Октябрь, 2019
tural |

salam aleykum xaiw edirem talaq duasini poctama gonderin oxumaq isteyirem.hec yerde oxumurlar hami deyir teze pire ged ora da gedmeye iw yerinden imkan yoxdur ozum qiraet edenem qurani selis wekilde edirem elhemdulilleh.herekelrle olan olsa daha yaxwi rahat oxuyaram Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Talaq dua oxumaq deyil. Burada bosanma əqdi var və bunun bir çox şərtləri var ki siz bilmirsiniz. Savadlı Ruhaniyə yaxınlaşın.

Allah sizə yar olsun

Задан: 23 Октябрь, 2019 , Опубликовано: 20 Октябрь, 2019
Страница 43 из 5746 << < 39 40 41 42 43 44 45 46 47 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com