Страница 486 из 5746 << < 482 483 484 485 486 487 488 489 490 > >>
Leyla |

Salam,zehmet olmasa cavablandirardiz,men basimi qasiyanda biraz qurumus yara kimi deri qopdu,dusunurem pakdi,amma men oxumusdum ki cekinmek lazimdi. Sacima ilisdi cixarda bilmedim.Indi basimi yumadan,namaz qilsam,namazim duzdu? Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu nəcis deyil.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
Abdullah |

bir daha salam,men berk xestelenmishem anqina. Nece vaxtida qizdirma icinde idim,cox halsiz idim. Indi-indi qizdirmam dushub namazlari qilmaq isteyirem,amma deyqe bashi ya oskururem yada hepcirirem,salfetkada yanimda olar namaz qilan halda salfetka istifade eliyim? 2)birde sham ve xufteni qilmamisahn subh azanina qili catdirsam,batil olmaz namazlarim? sistani aga cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, elə halda da olsa namazlarınızı qılın.

Onları gecə yaıya kimi qılın. Bu zamana kimi muəyyən səbəbə  kimi qılınmasa, sübh azanına kimi əda ya qəza demədən qılın.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
Rəhman |

Salam aleykum. 1. Atın ayağı sınanda deyirlər daha düzəlmir və qədimdən buyana ayağı sınan atı öldürürlər. Bunun islamda hökmü nədir ? 2. Yəhudi və xristianın kəsdiyi əti yemək olar ? 3.kişi qadına 3 dəfə talaq verdim və ya boş ol dedikdə kəbinləri pozulur ? Yoxsa axund talaq oxumalıdır ? 4. Osman ibn Affan pis insan idisə (və ya olacqdısa) peyğəmbərimiz niyə 2 qızını ona verirdi ?

Ответ / Cavab

Aleykumusalam.

1.Əgər düəlməsi qeyri mümkün olarsa, o zaman kəsilə bilər.

2.Xeyr, ancaq müsəlmanın  kəsdiyi əti yeyə bilərsiz.

3.Talaq verdikdə kəbin pozular.

4.Ona bir qız verilib və kiməsə qız vermək ya qız almaq insani keyfiyyətlərin uca olması demək deyil.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
Salam |

Uzr isteyirem qadin xestelendikde secde olan ayeni oxuya biler?oxuya bilerse nece edecek?

Ответ / Cavab

Aleykumusalam.

Nəinki həmin  ayəni, həmin surədən bir hərf belə oxuya bilməz.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
anonim |

salam.eyer qusul alarken niyet tutanda canəbet qusulu aliram evezine canəbet qusulu verirem dedim o qusul batil di mi?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
##fidan |

Salam Haci. 20yasim var men bilmek isteyirem maddi olaraq aldigim her birseyi anama ve ya atama demeliyemmi? Ve ya nese sedeqe versem filan. ALLAH razi olshn

Ответ / Cavab

Aleykumusalam.

Onlara aid olan, onları narahat edəbiləcək bir  şey olmazsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 16 Февраль, 2018
Sual |

Haci Qardas Salam. Men sehv eledim size sual vermisem ki dul qadinla eqde girende atasindan icaze almasi wertdi ya yox. Uzrlu sayin. Sualim budu ki bakire olmayan, yeni bir defe evlenib bosanmis qizla eqde girende de eyni hokm kecerlidir? Sistani agaya teqlid edirem.

Ответ / Cavab

Aleykumussalam

Erinden boshanmish ve talaq almish ve bundan sonra iddesi otmush qadin da  oz ixtiyari ile eqde daxil ola biler.

Allah size yar olsun

Задан: 16 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
0oo0 |

Salam. Ali Imran suresinde yazilibki 1. Daha once insanlari hidayet etmek ucun Furqani da O nazil etdi.Furqan kitabdi ya nedir? 2. Allah Hennenin ne dogdugunu ve oglanin qiz kimi olmadigini bilirdi.Bu cumleni basa dusmurem.oglanin qiz kimi olmamasi ne demekdi? Sagolun

Ответ / Cavab

Aleykumusalam.

1.Quranın başqa bir adıdır.

2.Bu hərət Məryəm barədədir. Məryəmə hamilə qaldıqda anaı nəzr etdi ki, bu uşaq doğulduqda onu  məbədə xadim kimi verəcək. O aman məbədə qadınların girişi qadağan idi. Uşaq doğulduqda qız olduğunu gördülər və anasi dedi ki, İlahi bu qidir. Allah da cavabinda bunu dedi ki, nə doğduğunu bilirik və qız da oğlan kimi deyil, yəni məbəd məsələlərində

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Salam |

Heyz halinda Quran oxumaq ucun Destamaz almaq lazimdr?yeni destamaz alinsada el vurmaq olmaz herflere onu bilirem

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaın faydası olmaz. 7 ayədən artıq oxumaq bəyənilmir, toxunmaq haramdır, vacib səcdəsi olan ayələrdən bir hərf belə oxumaq olmaz.

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Abdullah |

salam,zzehmet deyilse deye bilersiz cox tecili lazimdi bogaz siropu aliblar menim ucun adi serbetdi,terkibinde etanol var,yani tibb spirt etil spirt. haramdi? sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Əgər başqa dərman varsa ondan istifadə edin, əgər yoxdursa, istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Salam aleykum |

Uduş kartları var 1 manatdır onu alıb ustun pozurlar uduş ola da bilər olmaya da bilər şansı sınamaq uçundur halaldır?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu qumar və haramdır.

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Fərid |

Salam əleykum Peyğəmbərlər özündən sonra miras qoya bilərlər ? Yəni belə bir ayə və ya hədis varmı ki onlar miras qoya bilməzlər ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, nəinki miras qoya bilər, bəlkə qoyurlar da. Bu barədə deyilən iddialar yalançı sözlərdir. İddianın dəlili olamlıdır, dəlilsiz iddia ağılsız sözdür.

Nisa 11, məryəm 5,6.  nəml 16

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Fatimə |

Salam.Size sualim odurki,sexsiyyet vesiqesinde yada pasportda ve ya.bawqa senetlerde hicabli qadinlarin namehrem saci aciq gormekleri gunahdir ? Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Sənəddəki şəklə baxmaq şəxsin özünə baxmaq hökmü kimi deyil və burada qadına günah yoxdur.

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Rustam |

Salam, dejavunun islamda her hansi bir esasi var?

Ответ / Cavab

Aleykumusalam.

Bu bir hissdir, buna inanlar belə bunun həqiqət olduğunu  iddia etmir. Dində bunun heç bir dəlili və təsdiqi yoxdur.

Allah sizə yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Bagirova |

Salam aleykum men tovbe etmiwem.geybete ve camaatdan halallig aliram.alarken sadece hagginizi halal edin demeliyem yoxsa sizin arxanizca daniwmiwam sozunu demeliyem?

Ответ / Cavab

Aleykumussalam

Haqqinizi pozmusham, haqqiniza girmishem  sozunu en azindan deyin.

Allah size yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
ano |

Salam Aleykum Haci. Bele bir fikrim var. Bir xanimla hem din seviyyesinde, hem de resmi olaraq nigah bagliyib, aileler arasi yigincaq tewkil edib aile heyati qurmaq isteyirem. Lakin uzun muddet nishanli kimi (dediyim kimi nigah bagliyandan sonra) qalmaq isteyirem. Yeni ki, ushaq meselesinden (uzr isteyirem) bir muddet (bir nece il) kenarda qalmaq fikrim var. Buna sebeb, hem qiz, hem de oglan terefinde olan sherait ile bagli cetinliklerdir. Birde ki,hem menim, hem de xanimin ushaq baxmaga vaxti olmamasidir. Lakin munasib sherait yaranan kimi, toy edeceyik. Din baximindan bu mesele ne derecede duzgundur. Allah elminizi artirsin. (Mekarim Shirazi agaya teqlid edirem)

Ответ / Cavab

Aleykumussalam

Anladiqimiz bu oldu ki, bir xanimla el adeti ile nishanlanib kebini de oxutmaq isteyirsiz. Bunu qizin  atasinin icazesi ile ede bilersiz. Bundan sonraki,heyatda ise ovlad olmasini yubatmaq qerarindasiz.bunun bir problemi yoxdur.

 

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Arzu |

Salam sizden sorusmusdum Peygemberimiz cadudan qurtulmaq ucun 3 sureni 11 defe oxuyub puleyib bedenine cekir yoxsa her oxudugca? Ya 3 sureni 1 defe oxuyb cekirdi sonra yene baslayib eleyirdi? Xahis edirem cavablandirardiz

Ответ / Cavab

Aleykumussalam

Aziz Islam Peyqamberinin bele bir shey etmesi bize rast gelmeyib.

Allah size yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Fva |

Salam. Bizim agir xestemiz var, onun yaninda oturub hansi Quran suresin oxuyum? Dindardi,Eli shiesidi dua eleyin xahiw edirem

Ответ / Cavab

Aleykumussalam

Elinizi onun xeste hissesinin uzerine qoyub 7  defe hemd suresini oxuyun. Biz de dua edirik.

Allah size yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
......... |

salam sual cavaba baxirdim biri yazmiwdiki bizden qabag cennete dahil olan olubmu sizde dediz cennet cehenem qiyamet gunu acilacag bes axi men hz muhammed filmine baxirdim orda dediler hz muhammed cebrail eleyhsalaamla cennetin 7 pillesine daxil oldu her pillede bir peygenber gorurdu bes bu nece ?

Ответ / Cavab

Aleykumussalam

Gorunme meqamin gorunmesidir, shexsin gorunmesi deyil.

Allah size yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Səkinə |

Salam Hacı sizə bir sualım olacaq. Qəza namazı qılarkən niyə vacib deyilmir? Vacib deyilse niye qılınır?

Ответ / Cavab

Aleykumussalam

Istenilen halda vacib olan shey vacibdir vacib olmayan da vacib deyil. Yeni vacib olana vacib desek de vacibdir, demesek de vacibdir. Bu sebebden vacib dememekle vacib olan vacibliyin itirmez. Demeyinizde de hech bir problem yoxdur.

Allah size yar olsun

Задан: 15 Февраль, 2018 , Опубликовано: 15 Февраль, 2018
Страница 486 из 5746 << < 482 483 484 485 486 487 488 489 490 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com