Страница 493 из 5746 << < 489 490 491 492 493 494 495 496 497 > >>
emma |

Salam. Haci mene meslehet verin. men gacib aile gurmuwam ve iki ovladim var. yoldawim artiq avara heyati surur ata anasini saymir. aileye baxmir ancaq avaralanir iwdemir. bizi atam saxliyir. men doze bilmirem artiq bowanmag qerarina geldim. duz yolada gelmir deyir atan saxlasin bizi. atam goca kiwidi artiq 65yawi var onun.mene komek edin yol gosterin mene.

Ответ / Cavab

Aleykumusalam.

Bütün bu və digər baş verə biləcək problemləri bilərək dinimiz bizlərə ailə təməlini düzgün qurmağı tapşırır. Ailə şəhvət hissləri üzərində qurulmamalıdır ki, sonluğu da şəhvət kimi tez sönən olmasın.

Ərin vəzifəsidir ki, qadınının və ailəsinin xərclərini ödəsin. Ailəsini maddi və ruhani təmin etsin. Əgər kişi bunları bilərəkdən icra etmirsə, qadının  boşanma tələb etmə haqqı var.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2018 , Опубликовано: 7 Февраль, 2018
Aysel |

Salam.Qüsl alanda buruna su cəkmək vacibdi?bir də qulaqdaki deşiyə su kecirmək necə?Əgər sirga yoxdursa qulaginda onda necə?

Ответ / Cavab

Aleykumussalam

Xeyr vacib deyil. Qeyd edilen delikler zahuri baxishda gorunmurse daxilinin yuyulmasi vacib deyil.

Allah size yar olsun

Задан: 7 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
.... |

Men namaza 22 yawimda bawtamiwam elhemdulillah. Burda oxudumki namaz qilmadigin illeri qilmaq lazimdi qeza olaraq. Vacibdi menim 22 yawimadek qilinmayan qeza namazlari qilmaq?

Ответ / Cavab

Aleykumussalam

Beli namaz vacib olan gunden bu gune kimi qilinmayan namazlar qeza olunmalidir

Allah size yar olsun

 

Задан: 7 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Abdullah |

salam zehmet deyilse deye bilersiz 1)bir qardash soruwub menden ,oz heyat yoldashina etir almaq isteyir sorushudu qadina etir halaldi? mende ona demisehm halal olmalidi duzdu? 2)birde mene dedi abu hureyradan hedis var etir vuran qadin haqqinda.Mende oxyub vebaxmisahm ki, abu hureyra yalan hedisler uydurub ve ona dedim bunu cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Beli halaldir, lakin mamehrem hiss edecek qederinde olmamalıdır

Duz demisiz.

Allah size yar olsun

Задан: 7 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Salam aleykum |

Sistani agaya gore qeza namazlarinin qilnmaginda ardicilliga riayet etmemek olar?

Ответ / Cavab

Aleykumusalam.

Ağa ardıcıllığa riayət eməyin laım olduğunu bildirir.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Salam aleykum |

Men texminen 12yashimdan heyz gormushem.Bu ilden de qeza namazlarina basdadim ama bezi vaxtlar qilmiram.O qilmadigim namazlari qilmasam olar? cunki heyz gunlerinen hesablayib qilamali deyilik.Amma oda varki 9 yashda heyz gormemisem.12 yashda...

Ответ / Cavab

Aleykumusalam.

Qəməri təqvimi ilə 9 yaşından hesablayıb qəzalarınızı qılacaqsız.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Elgun |

Salam Hacı.Mənim tanışımın mənə ünvanladığı sual belədir: 1400 il bundan öncə peğmbərə vəhy yolu ilə gələn Qurani Kərimlə, hal hazırdakı Quran eynidirmi? Bunu dəlil sübutu hansı mənbədə qeyd olunub? Əgər mümkünsə ətraflı izah edin PS.Tanışım idda edirki insanlar öz xeyrinə Quran ayələrini dəyişdirə bilərlər. Təşəkkürümü bildirirəm...

Ответ / Cavab

Aleykumusalam.

Bəli, eyni həmin Qurandır və bunun sadə dəlili budur ki, bu gün dünyanın dörd tərəfinə gedib bir Qurn istəsəz, eyni Qurani verəcəklər

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
... |

salam biz niye azanda ewhedu enla ilahe ilellah ve ewhedu enna muhammedi ebduhu ve resuluh deyirik amma wehadetde ebduhu demirik ebduhu ne demekdi vidyoda gordum wehadet getirdiler amma ebduhunu demediler

Ответ / Cavab

Aleykumusalam.

Əbduhu və rasuluh kəlməsi kəlmeyi şəhadətdə deyilir. Azanda bu deyilməz, ancaq şəhadət verlir. Azan və iqamədə isə Əşhədu Ənnə Muhəmmədər-Rasulullah deyilir.

Əbduhu kəlməsi Onun quludur deməkdir.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Tural |

salam aleykum qardaw.ir qadin var elaqe saxlayiram taniwliq kimi.indi bildim erinden telaq alib hele iddesinin bitmetyine 2 ay var.heddi awmamaq werti ile elaq saxlaya bilerem telefon whatsapp vasitesile?ALLAH komeyniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Ərıi qadındır və onunla danışmaq haramdır.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
.... |

Salam mənim hər şeydə bəxtim baglanib hecnəde bəxtim gətirmir həyat cox sixir sanki dar qəbir kafiri sixdigi kimi allahi cox cagirib səsləyirəm sanki məni eşitmir ne ucun allah mənə qarşi cox acimasizdi bilmirəm ne edim

Ответ / Cavab

Aleykumusalam.

Bu qədər bədbin olmayin, həyatda sıxıntılar olar. Problemlər olar. Bunları dərd etmək yox, həllini axtarıb tapıb həllinə qalxmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Asim |

Salam-Aleykum, Peygemberden (S)bele bir hedis var?: Meiset teminati olmayannin axireti yoxdur.

Ответ / Cavab

Aleykumusalam.

Bizə rast gəlməyib.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Ilahe |

Salam. 1-ci sual: Ayet Kursi duasini yaza bilerdinizmi? men internetde axtariw verdim heresi bir cur yazilib. Herf ferqleri var. 2-ci sual: eger hansisa duani oxuyanda bilmeden herf sehvine yol versem gunah sayilirmi?

Ответ / Cavab

Aleykumusalam.

1.Allahu la ilahə illa huvəl həyyul qayyum la tə”xuzuhu sinətun vəla nəumun ləhu ma fissəməvati vəma fil ərzi mən zəlləzi yəşfəu indəhu illə biiznihi yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və la yuhitunə bişəyin min `ilmihi illa bima şaə vəsi`ə kursiyyuhus-samavati vəl ərzi və la yəuduhu hifzuhuma və huvəl əliyyul `əzim, la ikrahə fiddin qad təbəyyənər-ruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yu”min billahi fəqadistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhə vəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricuhum minəz zulumati ilən nuri vəlləzinə kəfəru əvliyauhumut tağuti yuxricunəhum minən nuri iləzzulumati ulaikə əshabun narihum  fiha xalidun

2.Bilmədən olarsa, eybi yoxdur, amma çalışın düz öyrənib oxuyun.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Shems |

Salam Aleykum menin sualim budurki menim secdadem yoxdur onun yerine temiz bir parca uzerinde namazimi qiliram her defe namazimi qiliram ve qatlayib kenara qoyuram bu gunahmidir?

Ответ / Cavab

Aleykumusalam.

Bunun heç bir problemi yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2018 , Опубликовано: 6 Февраль, 2018
Xanim |

Salam.Qeza namazi qilandan sonra dua etmemeyin eybi var?

Ответ / Cavab

Aleykumusalam.

Duani istənilən zaman, istənilən anda edin.Etməmək yaxşı hal deyil, azda olsa dua edin

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
GUNEL |

Salam Aleykum.Zehmet olmasa Tehrim suresinin 10 -cu ayesini aciqlayardizda orda xeyanet ne anlamdadi?

Ответ / Cavab

Aleykumusalam.

Orada olan xəyanət, İlahi təlimə olan xəyanətdir.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
Salam aleykum |

Məni uzun muddətdir bu sual duşundurur ki Allah necə hər yerdədir necə həm zahirdə həm daxildədir görur amma hardan görur necə görur?

Ответ / Cavab

Aleykumusalam.

Bu barədə burada bir iki cümlə ilə anlada bilmərik. İmam Riza  barədə eıq vilayəti filmi var. Yotubda bu filmdə İmam Rizanın məsihi, yəhudi alimləriylə bəhsi olan fraqment var. Orada bunlar gözəl açıqlanır.

Onu yotubdan tapıb baxın.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
Dini Xanım |

Salam Hacı sizə bir sualım olacaq. Qüsl verərkən illəllah deyilir yoxsa iləllah? Zəhmət olmasa cavablandırın.

Ответ / Cavab

Aleykumusalam.

Bütün niyyətlərdə İləllah dyilir.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
.... |

Salam Allaha pənah aparmaq nə deməkdi yəni bəzən deyilər ki pis insanlardan Allaha pənah aparıram mənasini başa salardizda

Ответ / Cavab

Aleykumusalam.

Yəni Allaha sığınma. Uşaq təhlükə hiss etdikdə necə ata anasına sığınır? Bax bundan da artıq şəkildə Allaha sığınma.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
Isayev |

Salam. Ā hərfi olan surədəki tələffüzü zəhmət olmasa deyə bilərsiniz ? Siratəl ləzinə ənāmtə aleyhim

Ответ / Cavab

Aleykumusalam.

Orada a səsi deyil, ə səsinin boğaza salınmış şəklidir . Bu Əyn hərfidi.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
orxan |

Salam.Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Quran ayesi sehv ola bilmez.indiki dovrde men ozum sahid olmusam ki cox insan zina edir ama ismetli qizla evlenirler.Oz tanidiqlarim zina edirdiler,ismetini qorumus qizlarla evlenirler.Quran ayesi de sehv ola bilmez.Izah ederdiniz zehmet olmasa

Ответ / Cavab

Aleykumusalam.

Quran burada  mumkun deyil deyə bir söz demir, Quran tovsiyə edir ki, bunlar bir birlərini tapsınlar, yəni hərə öz babını tapsın. Özünə uyğunu ilə evlənsin.

Allah sizə yar olsun

Задан: 5 Февраль, 2018 , Опубликовано: 5 Февраль, 2018
Страница 493 из 5746 << < 489 490 491 492 493 494 495 496 497 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com