Salamun aleykum.Uzur isdeyirem 3il bunan evvel qizmin adin Xanim Zehranin (s.e) adin qoymaq isdiyirdim.Boyuklerin naraziligina sebeb olmasn deye qohum birisi adin Gulay qoydu.Yenede cox tessuflenirem cox isdiyirdim o adin olmasni.Arada Zehra deye muraciet edirem.Adi deyismeyin ve yaxud Zehra deye muraciet etmeyin bir eybi varmi?Evvelceden tesekkur.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bunun bir eybi yoxdur. Övlada hansısa qohum yox, valideyni, böyükləri və ya ağbirçək , aqsaqqalı ad qoysun. Ad qoyuqda da insan özünün xoşuna gələn , mənasız adları qoymamalıdır. elə ad verilməlidir ki, bu şəxs böyüyəndə də adından utanmasın və çəkinməsin.
Salamun aleykum,haci. Size bir sualim vardi. Sualim haqqinda internetde cox arasdirma aparsam da tam melumat elde ede bilmedim. Allah rizasi ucun sualimi etrafli cavablayarsiz. Men birini sevmisdim. Amma bizim aile qurmagimiz alinmadi. İndi ikimiz de aile qurmusuq. Amma buna baxmayaraq ureklerimiz hele de birbirimizdedir. Biz hele bir birimizi sevirik. Ve tek umidimiz axiretdir. Orda qovuşmaqdir.Aileme gore hemd olsun ALLAHA.Amma bele bir sey de var ki,sevgi ALLAHIN bize hediyyesidir.Bele bir aye de var,qelbleri bir birine isindiren sadece ALLAHDIR.ALHAMDULILLAH bu sevgiye de,ALLAHIN hediyyesine de. Biz bir birimizin ruhunu,qelbini,insanligini sevmisik.Ve sadece sevgi yox,aramizda boyuk dogmaliq da vardi.Sualim budur ki,bizim axiretde qovuşma ehtimalimiz varmidir? Yoxsa ele oz ailemizle olmaga mehkumuq?? ALLAH rizasi ucun sualima etrafli cavab yazasiz. Allah komeyiniz olsun. Cavab ucun de onceden tesekkurler. Allah komeyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
İlk olaraq onu qeyd edək ki, sevgi dediyimiz məsələ insanların bir birlərinə halal yolla bağladıqları ülvi bir hissdir. Əgər halallıq olmayan bağlılıq varsa bu sevgidən deyil, şəhvətdən və daxili həvəslərdəndir. İnsanın sevgisi öz ailəsinə, öz halalına olmalıdır. Özgəsinin halalının ardınca olmaq adi ictimaiyyətdə də qınanaır və pislənir, nəinki dində. Məsləhət olaraq eşqinizi tam olaraq ailənizə yönəltməniz tovsiyə olunur.
O biri aləmə qaldıqda isə, insanlar əgər ilahi rəhmətə yetişərlərsə, orada insanlara zor olunmaz, istəmədikləri şeylər onlara icbari hökm edilməz. insana istədiyi verilər. Rəhmətə daxil olmuşlar, əsl rəhmətin nə olduğunu orada dadacaq və feyz ləzzət alacaqlar. Dünyanın ötəri hissləri də orada rol oynamayacaq. Orada artıq belə desək bizim içimiz , həqiqi varlığımız ortadadır. Hər şeyə baxışımız da ayrı olacaq.
1. Qeyd etdiniz ki, ekser hallarda ğunne menanı pozmaz. Bes onda hansı ekser olmayan hallarda menanı pozar yazardınızda zehmet olmasa? 2. İmamın naibleri olacaqlar. Naibler ne demekdir?
SalamAleykum.Size bir sualim var?Oglumun boynundan Ayetel-Kursu ereb dilinde yazilib asmiwam,butun gunu boynundadi,ayag yoluna gedende de yadindan cixir cixartmag ve boynunda olur,men hemiwe ona deyiremki,ayag yoluna gedende cixartsin,amma herdem yadindan cixir,bu gunahdimi???
Ответ / Cavab
Aleykumusalam.
Əgər paltarının içindədirsə və orada üzə çıxmırsa, eybi yoxdur.
salam axşamınız xeyir əvvəlcədən cavaba görə təşəkkürlər sizdən bir məsləhət istəyirəm gecə yatanda məni vahimə basır qulağıma qəribə səslər gəlir xışıltılar gəlir sizdən xahiş edirəm deyərdiniz yatmamışdan əvvəl hansı duanı oxuyum cavab tez versəniz çox şad olaram
Ответ / Cavab
Aleykumusalam.
Yatarkən ayətəl kursi, bir həmd və 3 ixlas oxuyub yatın.
Salamun aleykum.1)Bir insan dunyasini deysende coxumuz deyirik ki, oldu cani qutardi ve s,ama bele deyil.Zehmet olmasa olum haqda bu dunyada olub o biri dunyaya kecid haqda genis melumat yazardiz.Evvelceden tesekkur
Ответ / Cavab
Aleykumusalam.
Burada geniş bu mövzuda yazmaq imkanı yoxdur. Bu barədə saytımızın məqalələr bölümündə geniş yazılar var. Zəhmət olmasa onları ilk olaraq oxuyun.
Salam.O vaxti kecmisde anam xemir alibmis xemiride ona qabda veribler ve anamin dediyine gore o qabi istemiyibler.O qab helede bizdedi.biz o qabdan istifade ede bilerik?
Salam hacı! Mən işlə bağlı bir adama müraciət etmişəm. İn şa Allah həmin adam mənə kömək etsə işə düzələcəm. Mənim bir rəfiqəm var, biz institutda oxuyanda çox problemlərimiz olub. Biz indi heç rəfiqə deyilik. Hərdən yazışırıq. Heç görüşmürük. O qızın tərəfini tutmuşam və mənimdə problemlərim olub və hamı məndən üz çevirib. İndi o qız bilsə ki mən işə düzəlmişəm soruşacaq kim kömək edib və s. O adama o da müraciət edə bilər. Amma mən istəmirəm ki yanımda işləsin çünkü səbrsiz bir insandı və hara getsə problemlərlə üzləşir. Ondan uzaq olmaq istəyirəm amma ona bunu demirəm, yazışanda normal yazışıram. Mən nə edim. Düzəlsəm istəmirəm bilsin kim kömək edib. Bilsə o da düzələ bilər. Qoy işləsin amma məndən uzaqda. Mən müraciət etdiyim yer biziç ixtisasımız üzrədi. Pis çıxır ki onun düzəlməsini istəmirəm. Amma düzəlsə yenə bir gəzməli olacağıq. N
Ответ / Cavab
Aleykumusalam.
İnsan bildiklərini kiməsə deməyə bilər, gizlin saxlaya bilər.
Salam. Yaxinimiza elci dusen varidi qiza ne qeder dediler istemedi yox dedikden sonra oglanin anasi qizin isine de gelmisdi ancaq qiza bildirmemisdi qiza gore gelib basqa behane ile gelmisdi. Indi qiz pesman olub yox dediyine dua ile onlari yeniden dondere biler?
Ответ / Cavab
Aleykumusalam.
İnsanlar bir birləriylə munasibətləri düzgün rəftarla qurmalıdırlar. Dua fokus, sehir deyil.
Salam.Mən hicaba keçmək istəyirəm,cins şalvar geyinmək olar,bir də mütləq çarşaf geyinmək lazımdır hicaba keçəndə,rəngli uzun geyim geyinmək olar?Allah razı olsun,çox sağ olun
Ответ / Cavab
Aleykumusalam.
Hicab qadının bədənini , şəklini və quruluşunu naməhrəmin nəzərindən gizldən paltara deyilir. Bunun dar olması yaramaz, bədənin quruluşun göstərir. Rəngli olmaz, nəzəri cəlb edir.
Salam. Gece yuxu gordum tesirinden ayila bilmirem evveler namaz qilmisam nece illerdi cox aydin derk edirem bunu gunahlarimdan namaz qila bilmirem. Ancag hemise sehf oldugunu bilsemde her gun namaza hazirlasirdi beynim dunen dirnaglarima lak cekdim ve bildimki daha qusl destnamaz almayacam. Bu gece yuxuda gordum anlaya bilmirem qeybdenmi deyilir bu soz ya yanimda kimsemi deyir. Bu cume mutleq Mehdi Sahibezzaman f.um mutleq gelecek ozude senin namazini izleyeceydi niye bele etdin(( axi men cox gunah edirem niye belededilerki mene. Sanki yuxu olmayib realda yasamis kimi hiss edirem.
Ответ / Cavab
Aleykumusalam.
Buna daxili vicdan deyilir. Vicdanınız sizi Allaha tərəf çağırır.