Salam. 1) Bu yaxinda bele bir wey ewitdim ki? insan xestelenende ve ya her hansisa yeri agriyanda gunahlari bagiwlanir. Bu duz melumatdi yoxsa yanliw. 2) Meheremmlik ne zaman cixir ? ALLAH SIZDEN RAZI OLSUN.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, belə bir hədis var ki, xəstəliklər günahlara kəffarədir.
Salam Haci. Tam weriete uygun olaraq cezasini alan ve ceken wexse hemin gunaha gore axiretde yene ceza yoxdur duzdur? Cunki Allahin hokmune esasen artiq cezasi verilib.
Ответ / Cavab
Aleykumusalam.
Şəriətin buyurduğuna görə cəzasını çəkib tovbə etmiş şəxs o dünyada buna görə təkrar cəzalanmaz. İnşaALlah
Salam aleykum. Minlerle insan Peygemberimizin (saas) arxasinda camaat namazi qila-qila nece oldu ki, onun vefatindan sonra namazin qilinma qaydasinda ixtilafa dusduler? Allah komeyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
İnsan nəfsini Allahın iradəsi və istəyindən qabağa salrsa, bundan da betər hadisələr baş verir.
Peyğəmbəri görənlərin balaları, Həsən və Huseyn cənnət cavanlarının ağalarıdır sözünü əzbər bilə bilə əyyaş və əxlaqsız Yəzidə görə Huseyni Kərbəlada əzizləri ilə birgə necə doğradılarsa, dinin qaydaları da elə həmin yollarla çeynənildi.
Salam.zehmet olmasa cavab vererdiniz.sevdiyin biriyle aranın münasibetlerin düzelmesi üçün hansı dualar oxuna biler?
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla qeyd edək ki, dinimizdə sevgi bu gün insanımızın düşündüyü sevgi ilə çox fərqlidir. Bu gün sevgi adında hiss ancaq naməhrəmlərin bir birləri ilə haram munasibətinə deyilir. Haram munasibətlər isə qadağandır.
İkincisi, insanlar aralarında munasibətlərini dualarla yox, islam əxlaqının və huquqlarının urduğu qaydalara, qarşılıqlı səmimiyyət və hörmətə əsaslanaraq qurmalı və tənzimləməlidırlər.
Salam Haci. 1 fersex texminen 5 km edir bildiyim qederile. Indi men mescidde cume namazi qilmaq istesem 5km etrafda hansisa mescid varsa namazim batildir? (Cume namazi eyni anda baslayibsa ve ya menim oldugum mescid ikinci baslayibsa). Ve bele problemlerin qarsisini nece almaq olar? Tesekkurler.
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən məsafədə iki məsciddə cümə namazı qılınmamalıdır. Belə problem hələki yoxdur. Bunun olmamasını həmin cümə namazı qılınana məscidlərin idarə heyəti düşünməli və yaratmamalıdırlar.
Əgər belə bir məsələ olarsa, həmin cümə namazı ilə kifayətlənmək olmaz, gərək zəhr namazı da qılınsın.
Salam. Islamda hucum savaslari qadagandir sehv etmiremse. Ancaq ve ancaq mudafie xarakterli savaslara ve hucumlara icaze var (meselen eger zulme ugrayib yurdundan didergin edilmisense). Sualim budur ki kecmisde bezi Islam xelifeleri torpaqlari genisletmek ucun savaslar kecirib, Allahin dinini yaymaq adi altinda. Bele cixir bu sehv qerar imis?
Ответ / Cavab
Aleykumusalam.
İslamda hucum savaşları qadağan deyil. Bu işğal siyasəti üzərində olmamalıdır.
Salam aleykum. Sualima gore uzr isteyirem. 1)Muqeddeslerimizin de qani necaset hokmundedir? 2)Qara salvarda namaz qilmaq mekruhdur? 3)Zelzele,dasqin,hedden artiq mohkem istiler neden bas verir, axi, bunlar insan telefatina getirib cixarir? Onlarin icinde pisleri de olur yaxsilari da. Insanlar evsiz-esiksiz, usaqlar valideyinsiz qalir. Allah komeyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.İnsan qanı şəriətə görə nəcisdir.
2.Tam olaraq qara geyimdə namaz qılmaq məkruhdur.
3.Təbiətin də öz nizamı var. O da zaman zaman özünü tənzimləyir.
Salam.Seher yuxulu idim anama soz deyirdim oda yerine yetirmediyi ucun biraz sert davrandim yuxulu idim olmasa ele etmezdim .sonra ozu ile danishdim dedi sen.den incimerem.bilmek isteyirem bu halda gunah etmemisem?namazim qebul olmaz?
Salam aleykum, cümə namazı vacib deyil, amma zöhrə namazı vacibdir, cümə günü niyə cümə namazı qılınır amma zohur namazi yox, bunun açıqlaması nededi? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Cümə namazı da vacib namazdır, Məsumun qeybəti dövründə isə vacibi təxyiridir. Yəni cümə günündə insan ya zöhrü ya da cüməni qılmaqda ixtiyar sahbidir.
Salam aleykum, bu barede cox suallar var,ancaq xahis edirem basa salardiz,deri ne zaman necis olur,onun olu olduguna nece yeqinlik etmeliyik, ve agriynan qopan yara necisdi? Cox sag olun
Ответ / Cavab
Aleykumusalam.
Ölüdən ayrılan dəri və diri inandan qoparılan dəri nəcisir.
Bədəndən ağrısız qopan dəri nəcis sayılmır. Dodğın kənarından qopan dəri ağrılı oparsa, ondan çəkinilsin.