Salam aleykum. Gozel insan. men iwlediyim weherde heftenin 5-6 gunu qaliram xadnoy gunlerinde ise yawadigim weherde oluram bes bunun hokmu necedi artiq derece xaiw edirem etrafli izah edin xameni aga
Ответ / Cavab
Aleykumusalam.
Hər ikisində namazlarınız və orucunuz düzdür amma ikisi arasında səfər sayılar. Birindən o birinə doğru hərəkət edilərsə, ramaan ayınd gərək zöhrdən sonra edilsin ki, oruc pozulmasın
Salam,sualım uzun oldugun ucun 2 hisseye ayirib yollayıram sizə. 2 ci hisse belədi: La ilahə illallah vahdəhu lə-şərikə-ləh ləhül-mülkü və ləhül hamdü yuhyi və yümit və hüvə ala külli şəy in qadir (10 dəfə oxumuşam), La havlə vəla quvvətə illa billahil'aliyyil'azim (10 dəfə oxumuşam), Əstagfıruallahəl'azim əlləzi la ilahə illa hu əl həyyəl qayyum və ətübü iləyh (10 dəfə oxumuşam), Allahü Rabbi'la şərikələh (7 dəfə oxumuşam), La ilahe illa ente sübhənəkə inni küntü minez zalimiyn (7 dəfə oxumuşam), Əstağfirullah (70 dəfə oxumuşam), La ilahə illallahü vahdəhu la şerikelehu ehadən səmədən ləm yəlid, və ləm yüləd və ləm yekün ləhu küfüvən əhad (5 dəfə oxumuşam)
Salam 1-ci sualım : Bilmək istəyirdim niyə bəzi insanlar Azan verilən kimi iftarlarını açırlar, bəziləri isə gözləyirlər Azan bitsin və sonra iftarlarını açırlar? Mən bildiyimə görə Azan bitir və sonra açılmalıdı iftar. Niyə bəs bəzi insanlar Azan verilən kimi açırlar iftarlarını və bunu düzgün hesab edirlər? Hansı düzdü və yalnışdı? 2-ci sualım: Dünən 1-ci Qədr gecəsi idi, sualım belədi boynumda heç bir qüsl yox idi və imsaka qədər oyaq qaldım dua etdim və bəzi sürələri oxudum. Əgər boynumda qüsl yox idisə düzgün olub elədiklərim yoxsa?
Ответ / Cavab
Aleykumusalam.
Azan verildikdə oruc bitir. İnsanlar iftarlarını aça bilərlər. Bəziləri ehtiyat edib bir az gec açırlr. Bunun hər ikisi ixtuyar sahibidirlər.Əlbətdə bir iki dəiqə vaxtından yubatmaq daha yaxşıdır.
Salam. Zehmet olmasa deye bilersizmi men dunen oruclu oldugum halda Sumqayitdan Bakiya qohumumuzgile geldim, orucumu da qohumumuzgilde acdim ve bugun de orucumu qohumumuzgilde tutdum ve sabah Sumqayita qayidacam. Bugun mene bir nece nefer orucumun qezaya qaldigini soyledi, amma men bunlari bilmeyerekden orucumu tutmusam. Oyrenmek isteyerdimki bugun tutdugum oruc mene qeza olurmu?Onceden tesekkur edirem
Ответ / Cavab
Aleykumusalam.
Bakıda bu gün tutduğunuz qəzadır.
Sumqayıtdn Bakıya gələndə zöhrdən sonra gəlmişdinizsə, həmin günün orucu düzdür.
Sabah da Sumqayıta qayıdana zöhr azanına kimi evə çatsaz və o zamana kimi orucu pozan iş görməsəz, o zaman niyyət edib oruc qala bilərsiz.
Salam men insaAllah bu gunlerde kamil cadraya girecem indide manto kimi olan cadra geyinirem. Ama biliremki hami meni qinayacaq ve bu nedi ve s. kimi sozler deyecek elelerine ne cvb verim ki hem qelbleri qirilmasin hemde menden el ceksinler?
Salamaleykum haci.Men ishleyirem,yuxusuzluga dozumum yoxdur.Qedr gecesinde bacardigim qeder oyaq qalib ibadet eledim,ama 11-den gece 2e kimi ancaq bacardim.Quran oxuya-oxuya yuxuya gedib ayilirdim,tekrar yuxulayirdim.Gordum oxudugum da bashima girmir.Yuxu gic eleyib meni.Gedib uzanib yatdim,iwde de key kimi oluram bele olanda.Axwam iftarin vaxtina eve catiram,gunorta yatmaq alinmir yani iwe gore. Qedr gecesini bele kecirmek gunah olmadi mencun?
Selamun Aleykum Haci. Allah ibadet ve oruclarinizi gebul etsin. Agam men bugun hekimde ozumu az galdim itirem, gan goturende menden pis oluram. Gozlerim garaldi ve artiq ozumde deyildim. Hekim mene werbet icizdirdi oz eli ile tezyiqim normallawsin. Keffare gelir boynuma orucu pizduguma gore. Amma ele bir meqam idi ki,ice ice duwundum ki artiq orucumu pozuram ((( vezifem nedir menim. Allah sizi qorusun !
salam onceki suallarimi cavablandirdiqiniz ucun size tesekkurler coox saqolun sualim beledir meselen menim kamputerimde telefonumda ve ya neyse mene aid şexsi neyse olanda hec bir kesle paylasmaq istemirem meselen ister yaxin ister uzaq gorursen menim şexsi kamputerime telefonuma watsapa baxmaq isteyir ve yaxud menim şexsi meselelerimi oyrenmek isteyir men bele şeyleri xoslamiram ve bunlara gore cox vaxt qarşı terefle anlaşılmazlıq olur buna gore cox eseblesirem onlarla davam düşür men ne etmeliyem
salam size suallarim var 1) camaat namazinda men on siraya geldim namaz qilmaq ucun ( imamdan sonra gelen siraya) amma menden arxada menden yasca boyuk insanlar vardi indi men oz yerimi onlarami vermeliydim ?? ( men esitmisemki cammat namazinda on sirada namaz qilanin sababi daxa cox olur )???? 2)men dini dukandan teze kitab almisam adi (ALLAHA PENAH ALLAHA TEVEKKUL ) kitabidir (ustunde haci xaver xanim yazib )men bilmek isteyirem ki bu kitabi oxumaq olar icinde coxlu dualar var cox maraqlidi ( onun icinde bele bir yaziya rast gelmisem Cebrayil meleyinin ustadi IMAM Elidir bu duzdurmu ????
Ответ / Cavab
Aleykumussalam
1. Camaat namazının ön sırasında böyüklər ya kiçiklə məsələsi yoxdur, həmin səfdə gərək namazın məsələlərini, camaat namazının hökmlərini bilənlər dursunlar.
2.Bu kitabın heç bir əısası yoxdur, bir xanım tərəfindən toplanmış kitabdır.
Salam. Saatı qurmuş(yatmamışdan əvvəl qüsl ala bilərdim, sadəcə səhlənkarlıq edib almadım ki, sübh namazına yaxın vaxtda alaram)dum ki, sübh namazına qeder durub cənabət qüslu alaram. Ancaq yatıb qalmışam. Oyananda saat 6 idi. Qüsl alıb həmin günün orucunu saxladım. Bu barədə zəhmət olmasa.
Ответ / Cavab
Aleykumussalam
Əgər dura biləcəyinizə əmin idinizsə, orucunuz düzdür.
Salamun Aleykum, biz nisanlimla kebin kesdirmek isteyirik(tebii ki ata icazesiyle), ewitmiwem ki kebin kesen taniw olanda yanina getmeye gerek yoxdu esas olan ad soyad ata izacesidi, bele olar? Yoxsa kebinde mutleq iwtirak etmek lazimdi?
Sala aleykum. Heyz halda qedr gecesinde hansi dualari oxumaq olar? Qurani Kerime bashin ustune qoymaq olarmi?
Ответ / Cavab
Aleykumussalam
Məscidə daxil olmaq. Quranin xəttinə toxunmaq. namaz qılmaq , olmaz. İstədiyiniz qədər dua və zikr edə bilərsiz, Qurani da bağlı halda başınızın üzərinə tuta bilərsiz.
Salam. Cox xaiw edirem sualimi cavablandirasiz. Men ehd elemiwdim ki mutleq bu Ramazan oruc tutacam. Yani and vermiw kimi olur ALLAHA. Amma indi ozumu cox zeif hiss edirem ve baw agrilarim olur, ustelikde imtahanlara hazirlawiram. Valideynlerim tutmamagimi deyir Sizce nece etsem dizgundu, verdiyim andada xilaf cixmaq istemirem, bir terefdende zeif duwduyum, baw agrilarim oldugu ucun kitab oxuya bilmirem imtahanla bagli. Zehmet olmasa sualimi cavablandirardiz?
Ответ / Cavab
Aleykumussalam
Ramazan ayında oruc olmaq bütün müsəlmanlara vacibdir. Yemək vaxtlarında düzgün qidalanın, baş ağrılarınız olmayacaq.