Страница 746 из 5746 << < 742 743 744 745 746 747 748 749 750 > >>
Zehra |

Salam. Men nifret edirem bu isidi yaradanlara. Axi bu nece alcaqliqdir ki en ustun zikr olan Allahu Ekber deyib bas kesirler ve bunu bile bile edirlerki insanlar qorxsun dinden adi insanlarin icinde kimse Allahu ekber dese dindar olmayanlar qorxacaqlar halbuki o sexs belkede sadece zikr deyir. Axi bu nece bir seydir men qebul ede bilmirem ve niye insanlar buna aldanirlar

Ответ / Cavab

Aleykumusalam.

Bunu dinin düşmənləri yradıb ki, İslama  zərbə vursunlar,

Onların islamla heç bir əlaqəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Aska |

Salam aleykum Haci, bir xanim var emeliyyat olub qadin organlarinda problem var idi tam goturulub qadinligi indi ondan qan gelirdi ve indi kesilib bilmek isteyirki ne quslu almalidi.arada rengi deyiwmiw mayede gelir .indi isteyir namaz qilsin bilmir hansi quslu alsin

Ответ / Cavab

Aleykumusalam.

Əgər daxili yara qanıdırsa, buna qüsl yoxdur. Yuyunub paklanacaq və namazlar üçün qanın çılə qəlməsinə bir vaitə ilə mane oolub namazlarını qılacaq.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Sual |

Salam. Meni cixarmaq meqsedi olmadan, ozu ile oynayan wexsden qefil meni geldiyi halda keffare vacib olur? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Əgər bunun məninin çıxmasıyla sonunclanacağını bilib edibsə, kəffarə vacib olar.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
IXLAS |

Salam aleke.Erebce ve Quran oxumagi rahat oyreden video link azardiniz zehmet olmasa.

Ответ / Cavab

Aleykumusalam.

https://www.youtube.com/watch?v=BKZWQ-3jgig

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Allah bendesi |

Salam Bilmek isteyirem ki, Xerceng krivetka insana xaramdi?

Ответ / Cavab

Aleykumusalam.

Xərçəng haramdır, krevetka yox.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Aysel |

Salam. Elde lak olanda bilirem ki destamaz alamaq olmaz. Men bilmek isterdim destamaz alanda su butun diranaga deymalidi ya muayyan hissesine deysa qebuldu? Cox saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bütün dırnaqa dəyməlidir.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Tural |

Salam Qunutda fərəc duasını oxumaq düzgündürmü? Əvvəlcədən təşəkkür edirəm

Ответ / Cavab

Aleykumusalam.

Bəli, yaxşı duadır.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Эмидль |

Salam Aleykum. Мне предлагают работу автомойщиком. Я не знаю это харам или может быть макрукх . Потому что там столько воды и порошка тратится на это все мне кажется что это исраф. Какое у вас мнение насчет этого. Allah Razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Mojete rabotaç v etom meste.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Sual 1-2 |

Salam Həci. Məs: Bir kişi istimna edib, Ancaq, mənisinin çıxacağını hiss edib, dayanır. Yəni ki, Mənisi çıxmır. Ancaq, Sonra, Sidiyə gedəndə, Sidiklə qarışıq məni çıxır. Bu onu cənabətli və ya Napak eləyər?

Ответ / Cavab

Aleykumusalam.

Əgər çıxan məni olubsa, qüsl vacib olub.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Ehli-beyt aşiqi |

Salam Aleykum. Sübh namazında destemaz aldım geldim namaz palarımı geyinem birden şekk geldiki sol ayağıma mesh etdim ya yox hem yuxulu idim hemde son vaxtlar yaddaşım pozulub heçne yadımda qalmır şekke fikir vermedim qıldım namazı düz olub namaz? 2) mene bele bir sual verdiler mende sizden öyrenim, Allahın yaratdığı ilk ruhani varlıq kim olub? Önceden teşekkür edirem Allah sizden Razı olsun.Amin

Ответ / Cavab

Aleykumusalam.

1.İnşaALlah məsh etmişdiz. Bundan belə bu hallar, yəni edib etməmək şəkki olarsa, yenidən o işi icra edin

2.İlk yaradılmış Həzrət Rəsulullahın nuru olub. Qalan bütün yaranmışlar o nurdan yaradılıb.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Samira |

Salam Aleykum.Men ramazan ayinin son 10 gununu ehya saxlamaq istiyirem ayin necesinden baslayim?cavabiniz ucun onceden cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

ayın 15 dən bunu edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Feride |

Hacı tewekkur edırem cvb verdyınız ucun, demelı hemın tanışım qurandan aye getırır eynen bucur deyır;Nisa suresı 34 ayede ; qadınlarınızı doye bılersınız... tanıwım bununla razı deyıl deyırkı ALLAH gonderdyı kıtabda elmden beha eder qadınla kıwının şexsı munasıbetınden ve ya doyulmesınden fılan yox; heqıqetenmı quranda bele ayr var?? Varsada bunun bır acıqlaması olmalıdı,tanıwım cox dındar olub aılesıde eledı amma neden hansı şubheden deist olub bılmırem , sonra deyırkı AHZAB 37 aye Pengember oz oglunun yoldawını bowadıb sonra ozu alıbkı oz hormetı ıtmesın..bu ne derece dogrudur? Quranda bele aye varmı? Varsa zehmet olmasa acıqlamaın yazardız tewekkur edırem uzun oldu bıraz

Ответ / Cavab

Aleykumusalam.

Quranda qadının əri tərəfindən tərbiyə edilməsi yolları qeyd edilib . Onun sonu vurmadır və vurmada məqsəd qadını kişi kimi, kişi qüvvəsi ilə vurma yox, tərbiyə məqsədi ilə vurma nəzərdə tutulub və bu sondur, əvvəl deyil, yəni ilk olaraq əvvəldə deyilən metodlardan istifadə ediləcək. Bunlar səmərə vermədikdə bu yola əl atıla bilər.

Deist elə ateistdi. Sadəcə yeni dona giriblər. Hətta bir çox özünü deist aparanlar deistliyin nədən ibarət olduğunu bilmirlər.

Bunlar elə bilirlər ki, özlərinə müsəlman yox, deist desələr, artıq müsəlmana aid olan məsuliyyətlərin hamısından qaçdılar və xilas oldular.

Peyğəmbərə böhtan atmasınlar. Bu geniş məsələdir. Amma burada Peyğəmbəri ittiham etmək olmaz. Zeyd qadınını boşayır, yəni özü boşayır və bu qadın Peyğəmbərimizin bibisi qızı olub. Boşanandan sonra o qadını alıb. Bu günkü ölçülərlə o zamanı ölçmək olmaz. O zamanda ərsiz qalan qadın demək olar ki, həyatda tənha qalıb məhf olma ilə üz üzə qalırdı. O zaman  fabrik zavod yox idi ki, qadın gedib işləsin özünü dolandırsın.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
... |

Salam.Təşəhhüddə bilərəkdən şəhadət barmağını qaldırmaq əhli şiə məzhəbinə görə batil edir namazı ?

Ответ / Cavab

Aleykumusalam.

Batil etmir, amma hərə namazda  ağlına girəni edəcəksə, namazdan bir şey qalmaz.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Zehra |

Salam. Yoldasimdan sorusdum gunduz icki olmayacaq toyda calgida olmayacaq. Gunduz gede bileremmi? Birdeki gece olmaz getmek duzdu? Calgi sesini esideceyime gore

Ответ / Cavab

Aleykumusalam.

Bu suala cavab vermişdik.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Abdullah |

Salam aleykum ,Allah size yar olsun Bir wexs 10 gunden cox seferde olacaq orucunu tutsun yoxsa nece Ayatollah sistanj

Ответ / Cavab

Aleykumusalam.

Əgər getdiyi yerdən 10 gün ya artıq qalacaqsa, orada mutləq oruclarını tutacaq.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
qonaq |

salam dadsız saqqız çeynəmək olar .mən deyirəm olmaz amma biri deyir olar dadsızdı yəni orucu pozmur 1.bilmiyərəkdən çeynəyib onun orucu batildi amma soruşub kimdənsə deyiblər dadsız olar o da çeynəyib mən deyəndən sonra tullayıb indi batil oldu onun qəzası varmı əvvəlcədən sağ olun ( sistani ağa)

Ответ / Cavab

Aleykumusalam.

1.Bu orucu batil edir. Əgər saqqızın hissələrindən ağız suyuna qatışıb udulubsa, oruc pozulub.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
qonaq |

salam dadsız saqqız çeynəmək olar .mən deyirəm olmaz amma biri deyir olar dadsızdı yəni orucu pozmur 1.bilmiyərəkdən çeynəyib onun orucu batildi amma soruşub kimdənsə deyiblər dadsız olar o da çeynəyib mən deyəndən sonra tullayıb indi batil oldu onun qəzası varmı əvvəlcədən sağ olun ( sistani ağa)

Ответ / Cavab

Aleykumusalam.

1.Bu orucu batil edir. Əgər saqqızın hissələrindən ağız suyuna qatışıb udulubsa, oruc pozulub.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Asim |

Salam Aleykum, esitdiyime gore Hz.Peygember (S) iki qizini Ruqayyeni ve Umum Gulsumu Xelife Osmana ere verib, ayri-ayriliqda -birincisi vefat etdikden sonra, ikinicisini de ere verib. Dogrudur yoxsa ?

Ответ / Cavab

Aleykumusalam.

Peyğəmbərimizin bir qızı ona ərə verilib. Həmin qız da Peyğəmbərimizin qızlığıdır. İkincisini  istənilib, verilməyib.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Zehra |

Haci biri insanlara islami demek ve s haqda sual verib sizde cvbinda "Sizin bundan rtıq boynunuzda bir vəzifəniz də yoxdur" yazmisiz. Mende eynen o yazan kimi edirem ama istemeyenede basa saliram. Dusunuremki emr be meruf edirem. Ve demesem mehserde Allah niye bildiyin halda emr be meruf etmedin deyecek saniram. O zaman men sehf edirem? Cunki insanlarin fanat sozunden bezmisem. Mende sorusmayana hecne demeyim?

Ответ / Cavab

Aleykumusalam.

İnsanlara din təbliği etmək təhil almışş şəxslərin vəzifəsidir. Adi dindar ağalar ə xanımlarımız isə bildiklərini yaxınları ilə bölüşməlidirlər. Onlar bunu istəmədikdə isə, həmin kəslərin boynunda vəzifə yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Zehra |

Salam aleykum. Gelen ay yoldasimin qohumunun oglan toyudu. Palatka toyudu oz heyetlerinde olacaq. Men Elhemdu haram meclislere calgili toylara getmirem. gunduz calgi olmaz deye gederem, ama bilmirem icki veriler ya yox. Verilse bele qadinlar kisilerden ayri oturar. Bele yere getmek olar? İkinci sual. Axsam calgi olacaq olar ki men gedim gelinin yaninda evlerinde oturum? 100% calgi sesini esidecem cunki heyetlerindedir toy ama o meclisde olmasam esitsem yene gunahdi? Meslehet verin xais edirem

Ответ / Cavab

Aleykumusalam.

O toy başlayana kimi orda iştirak edə bilərsiz, toy başlamadan çıxın.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2017 , Опубликовано: 5 Июнь, 2017
Страница 746 из 5746 << < 742 743 744 745 746 747 748 749 750 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com