Salam haci qusl alanda olarki bas ayri yuyulsun beden ayri yoxsa ele biryerde alinmalidi birde men rusiyada yasayiram orucu buranin vaxtiile tutmaliyam?
Ответ / Cavab
Aleykumusalam.
Yəni yuyulmalar arasında fasilənin yaranmasını demək istəyirsizsə, eybi yoxdur, olar.
Harada yaşayırsızs, oranın üfüqnə əsasən tutulacaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam aleykum |
Bu gun qeribe yuxu gormuwem,gormuwem qonwunun elleri xestedir,kesecekler,deyirem,eger shefa tapmaq istesen Ebulfezl.Abbas.e.agaya ve 14 mesuma evinde meclis qur,roze oxu,mende gelib ishtirak ederem. Bu ne demekdir? sag olun
Ответ / Cavab
Aleykumusalam.
Bu yuxudur və bir hökm meydana gətirməz.
O Həzrətləri bir xeyirliklə yad edin
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
77777 |
Salam. 1)Qardasimin ele yayda olacaq 10 yawi.Oruc tutmaq istedi.Biz qoymurduk hemde xeste kimidi biraz.Amma bu gun tutub oruc.Doze bilmese acmaq gunahdir onun ucun?ya uwaqa tutma deyende gunah olur? 2)Rexona,etir orucu pozur?
Ответ / Cavab
Aleykumusalam.
Onun üçün heç bir günahı yoxdur, tuta bildiyi, saxlaya bildyi qədərində saxlasın. azca narahat olsa iftar etsin
Xeyr, bu orucu pozmur.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Azeri. |
Salam.kebin kesdirmek muveggeti bir iki gunluk bele bir hal varmi. Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Muvəqqəti əqd Quranda var.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
0000000000000 |
Salam.Men rayondayam,orucluyam.axsam hardasa 7-8 iftara yaxin bakiya gedmeli oldum. bu sefer sayilacaq?yola cixsam orucum acilacaq? men saxlamaq isteyirem yeni saxlaya bilerem yolda,yolda sunan acsam olar?
Ответ / Cavab
Aleykumusalam.
Bu səfərdir, amma zöhr azanından sonra olduğuna görə həmin günün orucu sona qədər saxlanıalcaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
0000000000000 |
Salam.Men rayondayam,orucluyam.axsam hardasa 7-8 iftara yaxin bakiya gedmeli oldum. bu sefer sayilacaq?yola cixsam orucum acilacaq? men saxlamaq isteyirem yeni saxlaya bilerem yolda,yolda sunan acsam olar?
Ответ / Cavab
Aleykumusalam.
Bu səfərdir, amma zöhr azanından sonra olduğuna görə həmin günün orucu sona qədər saxlanıalcaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Aysel |
Salam. Kecen il menim yoldawimnan aramizda problem oldu. Mene 3 defe bow ol dedi. 1 muddet sonra bariwdiq. Deyirki men biw olu urekden demedim. Zarafat kimi dedim.indi bizim kebin ppozulmuw olurmu? Nedeki kebn kesdirmeye apara bilmirem. Ne etmeliyik?
Ответ / Cavab
Aleykumusalam.
Kəbininiz pozulmayıb, lakin ərinizə başa salın ki, türk kinolarına baxıb belə şeyləri əzbərləyib bununla oynamasın. Qadına talaq vermək asan bir məsələ deyil. Şəriətnən oynamaq olmaz, şəriətin cəzası da ağır olar.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Abdullah |
salam aleykum cox xaish deye bilersiz 1)Ramazan daxil olub beyem bayram deyil,tebrik etmek olmaz? axirda fitr bayrami olur,amma indi bayram tebrik etmek olmaz? Ayatollah sistani
Ответ / Cavab
Aleykumusalam.
Bayram Ramazanın sonunda olur. Təbrik olaraq isə Mubarək ayın başlanması ilə düzgün sayılar.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam. |
Muslim pro programın da Sübh, Məğrib və Işa Azan vaxtlari dəyişikdir sizin saytda qeyd etdiyinizdən. Mənə günlərdə demişdilər ki, muslim pro programında düzgündür Azan vaxtları. Dünyaca istifadə olunan programdır deyə. Zəhmət olmasa izahedərdiz.
Ответ / Cavab
Aleykumusalam.
Hörmətli oxucu, proqramı düz quraşdırmısızmı? Məzhəb yerini, şəhər yerini və sair?.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam aleykum |
"ramazan ayında, hətta uzrlu sebebden oruc olmayanlar belə çox yox, yalnız zəruri olduğu qədərincə yesinlər və ya içsinlər ki, orucluğun heysiyyəti bu baxımdan da qorunmuş olsun." Bu duzdur? sag olun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzdür.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
77777 |
salam.yolun uzunluqun soruwmuwduz.hardasa 25-30 km. bu yol sefer sayilir?sefer nece kilometirlik yol sayilir,hansiki oruc tutmaq olmaz.
Ответ / Cavab
Aleykumusalam.
İnsan yaşadığı yerdən gediş gəlişi 45 km dən artıq olan yerə səfər dərsə, namazları qəsr olacaq və namaz qəsr olan yerdə oruc da pozulacaq.
Məsafənin ölçmə yeri, yaşadığı məntəqənin sonu ilə, getdiyi yerin əvvəli arasında olan hissədir.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam. |
Her vaxtiniz xeyirli olsun! 1.Namazdan sonra Dualari secde de oxumaq lazimdi yoxsa oturarken? Men salamlardan sonra secdede Ayetul kursu oxuyuram. 2. Kecen ilin tutmadigim oruc gunleri qeza tutmamisamsa, indi yeni ilin oruclari tuta bilerem mi?
Ответ / Cavab
Aleykumusalam.
1.hər iki halda Oxuya bilərsiz.
2.Bəli, tuta bilərəm yox, tutmalısız, o qəzaları isə Ramzandan sonra icra edəcəksiz.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
anonim |
Salam.men bakida yasayiram sumqayitda universtitedde oxuyuram uni bitdikden sonra 5-4gunden bir imtahanlar ucun ora gedecem bu zaman oruc tuta bilerem yoxsa sefer hesab edilecek? Ehli sunne.Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən hal səfər sayılacaq və fərdə oruc tutulmaz. Dərc peşə olmadığından hökmü belədi.
Əhli sünnənin bəzi fəqihləri əgər əziyyət olmayacaqsa səfərdə oruc olmaq olar kimi sözlər də deyiblər.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Abdullah |
salam olsun size deye bilersiz zehmet olmasa 1) ayaqlara mesh cekende yagi bir az hundur yere qiyub mesh cekmek olar batil olmaz,meselen balaaca taburetkaya 2)bes eger bilmeden edilibse nece? Allah gebul elesun,Ramazanivizda mubarek olsun Ayatollah sistani
Ответ / Cavab
Aleykumusalam.
Heç bir problemi yoxdur.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Fərid |
Salam əleykum 1.gecə namazında qunutda təsbehlə zikri demək çətindi.Olar ki bir əli qunutda saxlayıb bir əl ilə də təsbehlə zikri deyək ? Əgər olmazsa bir yol deyə bilərsiniz elə edək 2.səcdədən qiyama qalxanda əlləri yerə qoyub qalxmaq lazımdı yoxsa ayaqları qabağa çəkməklə qalxmaq ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
1.Olar edə bilərsiz.
Kişilər, yaxşı olar ki, ilk olaraq dizlərini yerdən ayırsınlar, sonra əllərini.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Terane |
Salam.Oruclu veziyyetde mahnı oxumaq,komputerde ve ya telefonda oyun oynamaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilənlər orucu pozmur, amma insan ibadət halında Allahla daha da yaxın olacaq işlərlə məşğul olsa daha xeyirli olar
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam |
Salam. Seher duranda disleri pasta ile yuyanda oruc batil olur mu?
Ответ / Cavab
Aleykumusalam.
Əgər içəri bir şeyin getməyəcəyinə yəqinlik varsa, yumaq olar, lakin tam bitirib ağızı təmizlədikdən sonra 3 dəfə ağızda olan nəmi topıayıb çılə atmaq lazımdır.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Salam. |
Cox sagolun suallarima aydinliq getirdiyinize gore. Allah razi olsun. Bes men nece gundur tutdugum oruclar batil olur ya nece? Sual vermisdim ki, subh namazina gec durdugum zamanda olub ve subhden sonra orucumu tutmusam. Bugun ki orucum da demek ki batildir?
Ответ / Cavab
Aleykumusalam.
Sübh azanından sonra orucu pozan iş görülübsə, oruclar pozulub.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Suad |
Salam.disden qan gelerse oruc pozulur
Ответ / Cavab
Aleykumusalam.
Əgər udulmazsa, oruc da pozulmaz.
Allah sizə yar olsun
Задан: 28 Май, 2017 , Опубликовано: 28 Май, 2017
Ezadarι Huseyη |
Allahın salamı üzerinize olsun! Oruc, namazınız qebul olsun inseAllah. 1. Heci men Sumqayitda yaşayıram. İş yerim Bakidadir. 7 ay olar ki Bakiya gedib gelirem. Arada ola biler ki 10-15 gun getmeyim. Men oruc tutub işime gede bilerem? Eger orda gecelesem orucum duz olacaq? Allah sizden razı olsun!
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən halda siz işinizə ara verməsəz, oruclarınız düzdür və namazlarınız da tamdır.