Страница 861 из 5746 << < 857 858 859 860 861 862 863 864 865 > >>
Bahar qizi |

Salam Haci burada ! oxucunun sise yazdigi suali oxudum menim sualimin mezmununa oxsadi ona cavab yazmisiz ki bu falciliqdi amma mene istixare eden molla hecne yazmadi dediki qaynimin evlenmek ucun yolu baglidi cox narahatam deqid yazim men etdirdiyim falciliqdi Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Molla əgər istixarə edirsə, gərək istixarə etsin, qeybdən xəbər verməsin. Bu qeyb ona gizlindi.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
xxxxxx |

Peyğəmbərdən (s.a.v.v) belə bir hədis gəlib çatmışdır. Peyğəmbər (s.a.v.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?. Hər kəs tövbə etmək istədiklərini bildirdilər. Peyğəmbər (s.a.v.v) buyurdu: Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın.Sonra dörd rükətli namaz qılın.Hər rükətdə 1 dəfə Həmd, 3 dəfə Tövhid, 1 dəfə Fələq və 1 dəfə də Nas surələrini deyin.Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın.Sonra isə bu duanı oxuyun: "Ya Əzizu,ya Ğəffar.İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt." (Ey Əziz! Ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı bütün mömin qadın və kişilərin günahlarını bağışla.Çünki Səndən başqa heç

Ответ / Cavab

Aleykumussalam.

Qaydası orada yazılıb, bunu bildirək ki, iki dənə iki rükətli namaz şəklində qılmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
QONCA |

SALAM ALEYKUM HACI ayetel kursi kitabinda onun feziletlerinden yaziblar ve onu yuxuda oxumagin sebebinde yaziblarki kim eger gorseki yuxuda ayetel kursini oxuyur o adam meqam menseb sahibi olacaq heqiqeten beledir yoxsa nece? biri gorubki avazla qeweng gozel halda ayetel kursini oxuyur XALIDUNA qeder .o nevaxsa ALLAH YANINDA meqam sahibi ola biler ozude Allahi seven biridi

Ответ / Cavab

Aleykumussalam.

Yəni bu mütləq deyil, mümkündür.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Aysel |

Salam .Qizdan qara axinti gəlirsə dayanidi .heyzin evveli deyil .yenə salavat gətirməlidi Heyzdəki kimi Namaz qilmağ üçün

Ответ / Cavab

Aleykumussalam.

Əgər qan deyilsə, heyzin əvvəli də deyilsə, yuyunub , paklanacaq və namazlarını qılacaq.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
xxxxxxxx |

Salam aleykum. Menim saçlarım qısadır men saçlarımı toppuz yığıram hicab altdan. Ama anyadan baxanda toppuz hiss olunmur.bucur sac düzümü ile menim saçım dəvə horgucu misalında olan sac duzumudur? Önceden teşekkür. ALLAH razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Belə düşünürük ki, əgər görünmürsə,  dəvə donqarina bənzəməz.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
xxxxxxxx |

Salam Aleykum her vaxtınız xeyir olsun Haci sualim belədir Qurani Kerimin doğru tərcüməsini kim edib muellim olaraq? Önceden Təşəkkür

Ответ / Cavab

Aleykumussalam.

Ən doqğu tərcümə, yəni həqiqi mətnə toxunmadan edilən tərcümə, Ayətullah Məşkininin azəri dilinə Ağabala Mehdiyev tərəfindən edilən tərcüməsidir.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Salam |

C.Məmmədquluzade,Ə.Haqverdiyev,M.E.Sabir niye 1 defe de olsun sovetin ateizmini tenqid etmeyibler? niye ruhanileri tenqid edende,onlarin yaxshilarindan da yazmayiblar,meger hamisi pis idi?

Ответ / Cavab

Aleykumussalam.

Zamanın vəziyyəti nəzərə alınmalıdır, amma bi tərəfli olaraq ruhaniyyəti tənqid edib özünü ateistə yaxşı göstərənin axirətdə cavabı olmayacaq.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Zehra |

Salam yoldaşım oruc tutmağıma icazə vermir mən neyenyə bilərəm?Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

İcazə verməməsinin səbəbi nədir? Ondan gizlin tuta bilirsizsə, tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Zehra |

Salam yoldaşım oruc tutmağıma icazə vermir mən neyenyə bilərəm?Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

İcazə verməməsinin səbəbi nədir? Ondan gizlin tuta bilirsizsə, tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
xxxxxxxx |

Haci indi o qadin falçılıq edibse men gunahmi etmisem? Menim ilk dəfə idi ele yere gedmeyim mene qadının istixara etdiyini dediler inandim. Indi men namaza baslasam 40gun qebul olmayacaqmi namazim?önceden teşekkür Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bundan belə bir daha belə şəxslərə muraciət etməyin.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
xxxxxxxx |

Salam Aleykum Sabahınız xeyir. Haci bugünki suallarım belədir. 1.Menim anam hicablı olsamda mənim etek geyməyimi istemir men anamin eksine edende qəlbi qırılır. Anamin razılığı üçün geniş uzun köynəy kofta ve geniş ezalari bildirmeyen şalvar geysem hicaba düzgun əməl etmiş oluran ya nece? 2.Hicabsiz qadınlar namaz ehli olsalar cennete duse bilerler? Yani Hicab Allahin emridi namazda hemcinin birine emel edib digerine emel etmeden cennet ehli olmaq mumkunmu?3.men bir qadinin yanina istixara ucun getdim. O mene bekaret yolumun bagli oldugunu dedi.ve mene bu yolun acilmasi ucun dua yazdi ve zəfəran suyu ile dualar yazılmış vərəqler verdi dedi qaynar suya tok suyunu ic yolun acilacaq dedi .uzun sozun qısası qadın fala baxib ya istixara edib?Önceden Təşəkkür edirəm bagislayin yordum sizi.

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən hal düzdür.

Ümid edirik, lakin hicabızlığın cəzası çəkiləcək.

Bu istixarə deyil, fala baxmadır

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Islam313 |

Salam Aleykum. Neml suresi, aye 82-de "Dabbe" neye deyilir? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Dabbə canlı mənasındadır və bunun üzə çıxması İmam Zamanın zuhur əlamətlərindəndir.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Zeynəb |

Salam hacı burda Sab kolbasalarının halal olub olmamasını soruşdular qeyd etdiniz ki biz onu halal bilmirik. Bilmək istəyirəm siz bu firmanı araşdırıb halal olmadıgı qənaətinə gəlmisiniz yoxsa necə?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, hər bir firma barədə araşdırma olur.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
... |

Salam Qardawin ve atanin yaninda acik sekilde usaq emizdirmek gunah deyil?

Ответ / Cavab

Aleykumussalam.

Uşaq əmizdirmək olar, lakin tam açıq da olmamalıdır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
hicabim |

salam.1) hicabli qadin yay ayaqqabisi geyine biler?2)hamile qadin oruc tutmalidir?

Ответ / Cavab

Aleykumussalam.

Ayağı naməhrəmə görsənməməlidir.

Əgər oruc olma onun özünə ya uşağına ziyan etməzsə, tutmalıdır.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 13 Март, 2017
Ceyhun |

Salam. Kartla hansisa bir oyun oynamaq ancaq behssiz yani qumar kimi yoz sadece udub uduzmaq kimi oynamaq haramdi? Ve umumiyyetle kartdan istifade etmek olar? Bu sirf qumar aletidirmi?

Ответ / Cavab

Aleykumussalam.

Kart qumar alətidir və onunla adicə oyun belə oynamaq olmaz.

Allah sizə yar olsun

Задан: 13 Март, 2017 , Опубликовано: 12 Март, 2017
Resul Eli |

Esselamun eleykum Xesteliyime gore her an qusl ala bilmirem,ona gore teyemmum edib mescide gedebilerem?

Ответ / Cavab

Aleykumussalam.

Əgər vəzifəniz təyəmmümdürsə, bəli.

Allah sizə yar olsun

Задан: 12 Март, 2017 , Опубликовано: 12 Март, 2017
rauf |

Salamu aleykum, Bir qəbirə təkrarən ( illər keçdikçə) neçə olü qoymaq olar. Çox sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Müsəlmanın qəbrini açmaq haramdır, hər qəbir öz sahibinindir.

Allah sizə yar olsun

Задан: 12 Март, 2017 , Опубликовано: 12 Март, 2017
Anonim |

salam. ehli sunneye gore eger namazda oturusdan qalxdiqda Allahu ekber deyilmesze namaz yenidən qilinmalidir?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu namazı pozmaz.

Allah sizə yar olsun

Задан: 12 Март, 2017 , Опубликовано: 12 Март, 2017
Perviz |

salam eleykum,men zohr ve esr namazini vaxtinda qila bilmedimse axwam isa namazinin vaxtinda qila bilerem?qilarken niyetde qeza demeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Əgər şam azanı daxil olubsa, onları qəza niyyəti ilə qılacaqsız.

Allah sizə yar olsun

Задан: 12 Март, 2017 , Опубликовано: 12 Март, 2017
Страница 861 из 5746 << < 857 858 859 860 861 862 863 864 865 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com