Salam Haci men mesel ucun kimdense borc goturmuwem ve deyiremki isdeyb gaytaracm ve navaxsa yadinda saliramki verecem oda deyir isteyirsen verm ve eger men ona desemki heleki alinmir pul cox weye lazmdi halaliq verirsen burda ne borc galir duzdu hecne galmir boynumda ve halalliq veri. DUzdu?
Ответ / Cavab
Aleykumussalam.
Halallıq verərsə, borcu bağışlamış sayılar.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
....... |
salam aleykum.8 marti qeyd elemek dinimizde niye icaze verilmir.?sagolun
Ответ / Cavab
Aleykumussalam.
Nədən icazə verməlidir ki? Bu nə dini, milli bayramımızdır. Yad ünsürlərdən təmizlənmək lazımdır.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Islam313 |
Salamun aleykum. Mehemmed peygemberin (s.a.v.) hedisleri ucun saytda turkce axtarish verdim, bele bir hedis qarshima chixdi: "Peygemberimiz bir gun dirnaqlarini sira ile qirxarken bir yehudi ushagi ona deyir ki, menim atam da sizin kimi dirnaqlarini sira ile qirxir. Ushagin bu sozunden sonra Peygemberimiz yehudiden ferqlensin deye dirnaqlarinin qirxma sirasini deyishir". Bu hedisin ne derecede dogru oldugunu bilmek isteyirem. Allah komeyiniz olsun.
Ответ / Cavab
Aleykumussalam.
Belə bir hədis bizə rast gəlməyib.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Vefa |
Bes axi demediniz.Cennetdedilet onlar ya hele ruh uflenmemiwdi?ALLAH amaninda
Ответ / Cavab
Aleykumussalam.
Onlar varlıq aləminə qovuşublarsa, cənnət quşu olublar.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Vefa |
Salam Aleykum.usagimi qetl etmemiwem.inkiwafdan qalmiwdi embrion.yeni olmuwdu.onunchun abort etmeli idiler.Esla evladimnan kechmerem.ve kechenleri de anlamiram.cani nece sokub atmaq olar.Esla!ALLAH bunu hechbir qadina nesib etmesin.menim balam embrionken cekdi elini mennen.cetin de olsa canimnan ayrildi...
Ответ / Cavab
Aleykumussalam.
İnkşafdan qalma, ölmə demək deyil.
Hər halda belə olduqda belə səbr edib sonun gözləmək lazımdır.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
elya |
Salam Aleykum 10ildir ailəliyem 3övladım var yoldasimin xasiyyeti cox pisdi. hər şeyə danışır çox yorğun oluram topaz oynuyur gece eve 1den sora gəlir.yorğun oldugumnan yayıb qalıram neçə dəfə buna görə söz söhbət yaranıb bezmişəm hər şeydən qardaşının yaninada gede bilmirəm ailəlidi deyə çox xahiş edirəm mənə bir yol gosterin.Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Onun hidayət olması üçün dua edin və bu iş üçün çalışın.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Emma |
Salam Haci. Menim halim pislewib bir heftedi bawim agriyir dermanda tesir etmir hem esebi olmuwam ve halsizam deyirler cadu eliyib kimse. Cadunun elameti nediki? Ve cadunu batil etmekcun neyniyim?
Ответ / Cavab
Aleykumussalam.
Kim deyir cadu ediblər? Haradan bilir? Nədən insanlar bu qədər cadu dalıyca düşüblər?
İlk olaraq həkimə muraciət edin. Muayinə etsin. dərdinizin dərmanı tapılar.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
salam |
salam aleykum qardas. men Allahın işlərini hec basa düşmürəm 1 ile. yaxındı işsizem dua edirəm vezyetim. dahada pisləşir neye el atıram alınmır evde. de. valideynlərimle. dolana bilmirəm çünki işsizem qardasim eve pul tapır men ise. gözə çöp kimi batıram ele bil Allah məni dindən uzaqlaşmağimi istəyir çünki namaz qalmayanda yaxşı idim indi heyatdan bezirəm hətta namazlarımi vaxtinda qılıram dua edirem ama Allah əksini daha pisini verir. heçnə basa düşə bilmirəm her gun tövbə edirəm gunahlarima görə ama ne. fayda.
Ответ / Cavab
Aleykumussalam.
Səbr və namazla ALlahdan istəyin, onu işlərinizə vəkil edin və iş axtarın. İnşaallah yaxşı olar.
Allah sizə yar olsun
Задан: 4 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Sual |
Salam aleykum.Yaşı 30-u keçmiş bir qız ailə qurmaq məqsədiylə bir kişi ilə tanış olub.Kişi qızı bəyənib evinə elçi göndərib atasından qızı istəyib. Qızın atası kişi yaşlı görünür,evi yoxdu, imkansızdı deyə qızı vermir.Qızında başqa istəyəni yoxdu.Qızın atası başqa biri elçi gələr verərəm deyir amma bu kişiyə vermirəm deyir. Qızın bu işdə vəzifəsi nədi?
Ответ / Cavab
Aleykumussalam.
Atasını razı salsın.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
emin |
Salam..Haci.Men Namazin sozlerini bilirem.Velaz-zallin yazilib.Mescide getmisdim.Ordada z ve d-ya yaxin deyilirdi.Indi men tam oyresene qeder bacardigim kimi deye bilerem? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Yazdığınızdan isə elə məlum olurdu ki, bu kəlməni bilmirisiz. O cəhətə elə yazdıq. Qalın Z kimi səsləndirin.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Allahinqulu |
Heci yeniki evin adamlarina? Aile dagilmaqmi ve ya kimese nese olmaqmi. Deyirler qebristanliqdan olu torpagi tokende aile dagilir ne derecede duzdu?
Ответ / Cavab
Aleykumussalam.
Belə şeylərə fikir verməyin, boş şeylərdir.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Vefa |
Salam ALEYKUM.2 il yarimdir aileliyem.2 il bunnan once hamile idim.ve 6hefteliyimde uwaq inkiwafdan qaldi.abort etdiler.tezelikce yene hamie qaldim ve 3-4heftelik iken duwdu.qalmadi.bilmek isdiyirem ki balalarim Cennetdedi,ya onlara hele ruh verilmemisdi?cnki herden uzumu goye tutub sixinitimi onlara daniwiram elebil.teselli tapiram belke de.biz yodawimla boyuk sevgiyle evlenmisik.ama ovladimiz yoxdu.bu meni incidir.Ama ALLAHa siginiram.herden duwuncesizlikle daniwan insanlarla qarsilawiram.o zaman ele biliremki yodasima evlad vere bilmeyen menem.bezen ALLAHdan inciyirem elebil.sonra yene ALLAHa siginiram.halim qariwiqdi v men 2 il yarimdi bu hal icerisindeyem.meni dua edin...ALLAH amaninda
Ответ / Cavab
Aleykumussalam.
Birinci hamiləliyi pozduğunuzdan da bu ola bilər.Sizi dua edirik və yaddaş olaraq deyirik, abort adlandirilan uşaq qətlini bir daha beyninizə gətirməyin
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Vefa |
Salam Aleykum.menim imanim azalib.qelbim narahatliqla doludu.ALLAHa semimi sekilde dua ede bilmirem.sixinti,narahatliq icerisindeyem.gunahlarim meni bu hala getirib bilirem.aileliyem.qaynali qayinli evde yawayiram.natemizlikle ya da qaynanamin hec yoxdan cixardigi soz sohbetlerle tez tez qarsilasiram.bununcun de deyinirem tez tez.hem sohbetim olanda bu barede daniwiram da.qeybet edirem.ve bu halim imanimi aradan aparir.mubarize apariram ozumle.herzaman ugursuzluqla neticelenir.narahat oldugum tek sey ALLAHimla munasibetim pozulub.gunahlarim meni ondan uzaqlasdirir.sukredeceyim seyler coxdu.mense her zamzn ele narazi olacagim nese tapiram.halim meni narahat edir.
Ответ / Cavab
Aleykumussalam.
Tovbə edin və bilərəkdən günah etməyin. Dünya öz çarxını dolandırır. Olanlar olub və olacaqlar da olacaq. Bunun üçün dərd edilməməlidir. Əsas dərd ediləsi olan şey Allahla rabitəni pozmaqdır.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Allahinqulu |
Heci salam.Pislik meqsedinnen qapiya olu torpagi tokende nese olur? O tokulen yere neylemek lazimdi?
Ответ / Cavab
Aleykumussalam.
Heç nə olmur, torpaq ölmür.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
emin |
Salam..Haci.Men Subh Namazinda 1-ci defe qilanda,1-ci ruketde ixlas suresini deyerken,Velazzalin sozunde 2 yoxsa 1 l demeyime subhe etdim.2-ci ruketde de 1-ci ruketin rukusunu tam deqiq yox,azacix deyib-dememiyme sekk etdim.2-ci defe Namaz qilanda 2-ci ruketde velaazzalin dedim,2-ci defe deyendede hemin sey,3-cu de ise azca d-ya yaxin dedim.Namaz duzdur? Cox sag olun
Ответ / Cavab
Aleykumussalam.
Şübhənizə fikir verməyəcəksiz.
Namaz kağızını əlinizdə tutub namazı tam öyrənənə qədər elə qılın.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
elya |
salam əleykum eyaqyolunun suyu dasmisdi xalcaya düstamazli halda ayagim həmin yaş xalçaya deydi namazimi qildim mənim qildigim namaz duzdurmu Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Ayağnızı yuyub paklamadan qılmısızsa, batildir.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Nuray |
Salam netden tapdim cadudan temizlenmek ucun peygembermiz Feleq Nas Ixlas oxuyub 11 defe bedenine surturmus ellerine ufleyib. Verdim dua kitabin elinin ustunde tutub oxuyr ufelyib edir ama arada mene dedi get otagdan rahaat edim bele pozulmaz araya soz qatmag?
Ответ / Cavab
Aleykumussalam.
Eybi yoxdur, esas odur ki, fikri düzgün səmtə yönəlsin, Allah kəlamında gücü bilsin, falçıda yox.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Nuray |
Salam. Atamin boyreyinden daslar tokulur 1 aydir eziyet cekie cox das dusur basqasi cixir boyreyinden rahatliq tapa bilmir. Yuxida da gorubki bir qadin atama deyir men senin olumune cadu elemisem olende bilessen kimem. Atam da falci tapib istyr gedib falciya baxdirsin temizletsn bele sey varsa. Men atama deyirem sen dua oxu Feleq Nas oxu oxuybda ama yene de falciya getmek isteyir xahis edirem komek edin bele etmeyi gunahdir? Falciya sirg buna gore gedb baxdirmagi temizletmeyi? Men deyirem getme qulaq asmir
Ответ / Cavab
Aleykumussalam.
Hörmətli oxucu. Bunu atanıza anlatmağa çalışın. Subutu olmayan bir yuxuya inanır, öz başına nə gələcəyini bilməyən falçıya inanır. Bu qədər sadəlövlük olmaz. Böyrəyində problem varsa, bunun üçün həkim var, həkimə getsin.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
salam |
salam aleykum qardas bağışlayın men size administrator isi haqqinda yazmisdim sizde cavab yazdiz ki İçkiyə aid olan heç nəyə qatışmayın men cavabı tam basa düşmədim ümumiyyətlə hemin ise. girməyin ya girim orda ozumu qoruyum? çox sağ olun Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Hörmətli oxucu, qeyd etdik, içkiyə aid olan heç bir işə qatışmayın.
Allah sizə yar olsun
Задан: 3 Март, 2017 , Опубликовано: 3 Март, 2017
Rasad |
salam haci.nece vaxtdi uzerimde o qeder agirliq var ki,hec ne elemek isdemirem,ancaq uzanmaq yatmaq.her gun duw qebul eleyirdim indi hefde olub eleye bilmirem,mescide gedirdim indi oda yoxdur,ruzimde kesilib tam,tek men yox heyat yoldawimda bele olub halsiz yorgun.olmayanlara qismet ovladimiz olacaq catdira bilmirem pul meselelerin.150 toyuq cucem oldu,daliyca qoyunlarim oz ozune olurler xesdelikleri yoxdur ne eyleyim men?beddiydi nedir bilmirem.hansi dualri oxuyum?
Ответ / Cavab
Aleykumussalam.
Qalxın ayağa, tənbəlliyi kənara qoyun və ruzinizin ardınca qalxın. Namazları vaxtında qılın və məscidə də gedib moizələrə qulaq asın.