Страница 876 из 5746 << < 872 873 874 875 876 877 878 879 880 > >>
salam |

Men hamileyem hele 3ay olmuyub. Namazlarimi vaxtinda qilmaga caliwiram hemiwe. Balaminvsaglam olmasi ucun neler ede bilerem bawqa. Ilk hamileliyim inkiwafdan qalma olub ona gore qorxuram. Bide uwaga ruh nevaxt verilir?

Ответ / Cavab

Aleykumussalam.

Salim və sağlam övlad adlı kitab var , onu oxuyun.

4 ayında verilər.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
123 |

salam hacı qardaş.namaz vaxtlarinda əsr namazının vaxti 16 00 xiftən namazının vaxtı isə 19 39 dadır.amma biz əsr və xiftən namazını vaxtından qabaq qılırıq.namazı vaxtından qabaq qılmaq namazı batil etmir?çox sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Vaxtından  qabaq qılmırıq. ıhr azanından sonra  zöhr namazı qılınar  bundan sonra əsrin qılınması icazəlidir. Bu bütün məzhəblərdə belədir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Bende |

Salam. 1.Esr namazini qilarken 3-cu ruketde ikinci secdeden sonra tesehhudu dedim sonra yadima dusdu ki, 3 ci ruketdir tesehhudden sonra ayaga qaldim derhal namazi davam edib 4 cu ruketi bitirdim. Namazdan sonra secdeyi sehv etdim. Bundan elave 1 ruketli ehtiyat namazi qildim. Indi bilmek isterdim bele olan hallarda ne etmek lazimdir? 2.Men etdiklerim duzdur?

Ответ / Cavab

Aleykumussalam.

Ehtiyat namazı lazım deyildi. Səhf səcdəsi kifayətdir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Islam313 |

Salamun aleykum. Neye gore 114 sureden tekce tovbe suresi bismillahsiz bashlanir? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Tovbə surəsinin əvvəlində olan ayəələrdə ALlah muşriklərə nifrətini bildirir.

Nifrətdən əvvəl rəhmətdən danışmaq bəlağətə ziddir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Islam313 |

Salamun aleykum. Dodagin uzerine cekilen vazelin (parafin) destemazdan evvel yuyalanda yene de biraz yagi qalir. Bu halda destemaz duzgundurmu? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Suyun dərini islatmasına mane olmursa, olar.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Rena |

Salam.Sualima gore cox uzr isdeyirem.2,3gun olar mennen agnan sari vaginadan nese gelir.men bunun ucun hekime gedecem inwaAllah.Men bele halda namaz qila bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Qan deyilsə, namazlarınızı qılacaqsız.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
.......* |

Salam Haci. Gunluk zikrler etmek vacibdir??????????? Cox Sag olun ALLAH RAZI OLSUN!!!!!!!!

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, vacib deyil.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
.......* |

Salam Haci.Xarici mahnilara meselen turk mahnisina ingilis mahnisina yaxud rus mahnisina qulaq asmaq olarmi?????????/qulaq asmaq olarsa sen yoxsa qemli ? Cox sag ol Haci ALLAH RAZI OLSUN!!

Ответ / Cavab

Aleykumussalam.

Haram musiqidirsə, olmaz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
.......* |

Salam Haci.Evde aile uzvleri ile birlikde musiqi qosub oynamaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
.......* |

Salam Haci.toyda sadece qadinlar olsa oynamaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Buna hər müctəhid icazə vermir, haram musiqi olarsa, olmaz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
emin |

Salam..Haci.Men Subh Namazinda burnumun suyu qan ile birlikte axib,salvarima deydi.Salvar qaradi cox bilinmir.Hemin salvarla namaz qilmaq olar?2)Burda 1 sual gordum.Bir adam dediki,bu gun olecem o adam bu gun oleceyini hardan bilir? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər baş  barmağın dırnağından böyük deyilsə, olar.

Belə  deməsi öz fikrindəndir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Ehli-beyt asiqi |

Salam Aleykum.1) sübh namazının ikinci rüketinin rukusunda şekk geldiki birincinin rukusun etmişem ya yox fikir vermedim düz etmişem? 2)üzde szanaq olsa tibb spirtinden istifade etmek olar? 3) lerik toyuqları var üzerine halal kesim yazılıb mağazaya veren oglan atama deyib elle kesilir alıb yemek olar? Önceden teşekkür edirem Allah sizden razı olsun.Amin

Ответ / Cavab

Aleykumussalam.

Sübh və şam namazının rükətlərinin sayında şəkk gəldikdə namaz batil olur.

Bəli, istifadə edə bilərsiz.

Əgər halal olmasına  yəqinlik olarsa, bəli, yeyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Seva 1515 |

Salam Haci.sizin fikirlerinize ehtiyacim var.bizim 5 ildi ovladimiz olmur.bakida kirede qaliriq.5 ilin her ayi 300 500 man dermana pul veririk hec kimden komek almadan.yenede usagimiz olmur.ALLAHIMA MIN SUKUR.ISDESE VERER.o gun qaynatam skayibda deyir ki sizden bir sey cixmaz gedin dedtoma usaq goturun.usaqlar evide deyilir medenice amma o dedtom deyir neyese gore.1 gun kecir ayri qohumu skayibda deyir siz orda ne isle mesgulsuz.ne qeder gozlemek olar.men yenede medeniyetimi pozmuram qismet deyirem. olar deyirem.sizce yoldasimla men bizi asalayici sozleri esitmek mecburiyetindeyik.?qaynatam demekden ki gelin yigisaq pul qoyaq suni mayalanma edin ovladsiz olmayin deyir dedtoma get usaq gotur?SIZCE MEN NE EDIM.????her gun bele atmacali kineyali sozler esitmekden yorulmusam.onsuzda icimizdeki hesret bizi oldurur.desez ki yoldasim nese desin o osozleri esitdikce rengi deyisir utanir nitqi quruyur.cox pis olur.COX SAG OLUN.

Ответ / Cavab

Aleykumussalam.

Sizdən də artıq gözləyənlər var. İnşaLAlah olar. Böyüklər isə sizə daha həssas yanaşmalı danışıqlarınnda diqqətli olmalıdırlar.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
QONCA |

SALAM ALEYKUM HACI uzr isdeyirem ana betnindeki usaq 1 2 ayligindan anani duyur yeni ana onunla daniwsa agilli ol exlaqli elmli imanli ol ALLAHI COX sev o korpe betinde onlari hiss edib duyur.... 2birdeki IMAMLARIMIZ buyurubki usaqi betinde terbiye etmelisen o nece olur...

Ответ / Cavab

Aleykumussalam.

1.Onun ananı duyması, dediklərini eşitməsi demək deyil. Can içində can olduğunu hiss etməsidir. İmanlı, əxlaqlı olması üçün isə ana  çalışıb dəstəmazlı olmalı, haram və şübhəli şeylər yeməməli və içməməlidir, harama  baxmamalı və qulaq asmamalıdır.

2.Qeyd edilənlərə əməl etməklə.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Samir |

Salam aleykum.Bilmək istərdim-bir nəfər sağlığında Quranın üzünü açmayıbsa dünyasını dəyişdikdən sonra mərhuma YASİN oxumaq düzgün sayılırmı?

Ответ / Cavab

Aleykumussalam.

Qurani inkar edən olmayibsa, oxunsun.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Aydin |

Salam aleykum 1) İxlas surəsini oxuduqdan sonra, 1, 2 və ya 3 dəfə “kəzalikə rəbbi” cümləsini demək Gündəlik vacib namazlara şamil olunur? 2) kəzalikə rəbbi nə deməkdir? 3) Qüslda sol tərəfi yuyarkən istəmədən duşun suyu başıma dəysə qüsl batil olur?

Ответ / Cavab

Aleykumussalam.

1.Namazlarda 1 dəfə deyin.

2.Mənim rəbbim belədir.

3.Heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Salam |

HACI Salam. Allah razı olsunn. Bir sualım olacaq. Uzerimde agırlıq halsızlıq hiss edirem. Bele olan vaxtı hansı sureleri oxusam kecer ?? Coox sagolunnn

Ответ / Cavab

Aleykumussalam.

Həmd surəsini 7 dəfə oxuyun.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Islam313 |

Salamun aleykum. Namazi bitirenden sonra destemaz pozularsa tesbehle zikr etmek olar? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Bende |

Salam Haci.toyda oynamaq haramdi?her hansi musiqiye?ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, haramdır.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
sual |

salam haci.insanin aile qurdugu insan onun qismetidir ya taleyi?evli olan biri kecmis sevdiyin unuda bilmirse ne etsin?ayriligdan 7 il kecib unuda bilmirse

Ответ / Cavab

Aleykumussalam.

Qismət və  tale eyni məfhuma bağlı sözlərdir. Buunu insan özü qarşısına çıxarır.

Ailəsini sevsin.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2017 , Опубликовано: 27 Февраль, 2017
Страница 876 из 5746 << < 872 873 874 875 876 877 878 879 880 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com