Berzex heyati necedir?orada yemek,su ehtiyaci olmayacaq? Men axiret alemine seyahet kitabin oxumuwam,duzunu desem,ele de inandirici gelmeyib.Olenden sonra ciynimizde olan melekler gedirmi?
Ответ / Cavab
Aleykumussalam.
O kitab sizə həmin dünya barədə balaca məlumat vermək istəyib. Tam olaraq necəliyini anlamaq mümkünsüzdür. Ana bətnində olan körpəyə bu dünyanı anlatmaq mümkünsüz olduğu kimi.
Salamun Eleykum. Ziddi Vilayet ifadesi ne demekdir? Men Sistani Agaya teqlid edirem. Bu o demekdir ki, men ziddi vilayetem? (Halbu ki, aganin bu barede nezeri beledir ki, hokm ancaqu ancaq Feqihin ozu vere biler oz muqellidleri ucun)
Ответ / Cavab
Aleykumussalam.
Bu məsələni burada muzakirə etmək istəmirik. Bu o qədər də adi məsələ deyil və bilməyən insanların dilinə düşüb ancaq təfriqə yaradılır.
Xeyr, siz belələrindən deyilsiz. Müctəhidinizin rəylərinə əsasən ibadətlərinizi icra edin.
Salam.Sualim quslla baglidir.Men indiye qeder qusl alanda bas sag ciyin sol ciyinlerimden 2defe su tokurem..Bilmek isteyirem bunu 3defe etmeliyem?ve her defe niyyeti demeliyem yoxsa 1defe niyyet edib qusla baslanilir? Qusl alanda uzu qibleye durmaq lazimdir?birdeki mene dediler qusl alanda ortulmek lazimdir ya shal ya neylese.Bu duzgundurmu?men indiye qeder bilmemisem bunu bilirdimki bedenin her bir yerine su deymelidir iyne ucu boyda bele yer qalmali deyil.Onceden tesekkur edirem.Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam.
Əsas məsələ həmin hissələrin yuyulmasıdır, su tökülməsi yox. Tam olaraq həmin hissələr yuyulmalıdır.
Men gorurem ki,bezi adamlar var,gunahsiz yere zulme meruz qalir,zulmu pisleyir amma guc elde edenden sonra eyni zulmu ozu basga gunahsiz insanlara edir.Bu onun gorduyu zulmun tesirinden yaranir yoxsa bu adamlar ele evvelden pis olub,furset tapanda melum olur? sag olun
Ответ / Cavab
Aleykumussalam.
Özünün düzgün tərbiyə almamasındandır. Əslində insan belə olduqda daha mərhəmətli olmalıdır.
Salam size sualim var cavabiniza gora , onceden cox sagolun , ALLAH razi olsun. menim anam xestehanada isdeyir ve ele hadiseler olur ki kimse olum ayaginda olur ve yada ki olur onu reanimaciya aparilar / yorganla qalxizib qoyular katalkaya ve aparilar . Bele bir hadisede Ruh qusulu vermek lazimdi vacibdi ? hansi halda vacibdi bu qusul ?
Ответ / Cavab
Aleykumussalam.
Əgər meyyitin bədəninə toxunularsa, qüsl, meyyitə toxunma qüslü vacib olur. Belə olmasın deyə, meyyitin bədəninin açıq yerlərinə toxunmamalıdır, yəni paltarı olan hissədən yapışacaq ya əlinə əlcək geyəcək.
salam,sizin menim fikrimle razisinizmi ki,shua guneshden ayri olmadigi kimi insan da Allahdan ayri deyil,her shey Allahla vehdet halindadir ve her shey Onu oz istedadi qeder eks etdirir,mesumlar ise Onu en yaxshi eks etdirenlerdir yoxsa sehv edirem? .Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam.
Fikirlərinizdə səhf var. Vəhdəti vucud məsələlərinə gedirsiz. Belə qaranlıq yerlərə təhsizsiz girsəz çətin olar.
salam aleykum.Insan insanliqdan chixanda bes ruh ne olur? qelbinde zerre qeder merhemet olmayan insanlara teeccublenirem,axi Allah ona oz ruhundan ufurub,o ruh hara getdi? insan korpe olanda ne qeder mesumdur,16-25 il kecir nece olur ki,en qeddar varliga cevrilir.Axi bu hala gelmek o qeder asan olmur.
Ответ / Cavab
Aleykumussalam.
Belə insanların ruhları özlərindədir. Onu o qədər çirkaba batırıblar ki, haqq görmə qabiliyyəti itib.
Salam. Haci Sistani aga cenabet quslu verende baw ve boynu yuduqdan sonra butun bedeni birdefelik yuyub bitirmeye icaze verir?
Ответ / Cavab
Aleykumussalam.
Ağanın rəylərində belə bir məsələyə rast gəlmişik, amma dəftərxanası ilə tam dəqiqləşdirmədiyimizdən tam olaraq təsdiq edə bilmirik. Yaxşısı budur ki, hər iki tərəf ayrıca yuyulsun
Salam əleyküm.Belə bir məsələ var nişandan sonra dini kəbin kəsilib.Rəsmi nigah olmamiş xırda söz söhbətə görə qızın ailəsi nişanı geri qaytarıb amma həmin vaxt kəbin hec kimin yadına düşməyib.Oğlan bu yaxınlarda qızın bacisina xəbər göndərib ki talaq olmalıdır.Bacısıda deyib ki biz tərəfdə qadın kişini boşuyur.Oğlanda deyib ki bəzi şəriət qanunlarına görə kişi qadını boşamalıdır.Talaq olmamış qız deyəsən başqası ilə kəbin kəsdirib.Əgər belə bir şey olubsa oğlan nə etməlidir? Oğlan talaq vermir deyir nişanı qaytaranda qızın ailəsi mənə və ailəmə haqsızlıq edibdir.
Ответ / Cavab
Aleykumussalam.
Qız tərəf müctəhidə bu barədə şikayət edə bilərlər,. Qadın özü talaq verə ya talaq oxutdura bilməz.
Salam Islam.az Xahiw edirem Islam tarixinde Hz Isa(e) yerine carmixa cekilen Iyuda haqda ve Hz Isa (e) ona ( Iyudaya) bunu konullu olaraq qebul etmesi haqda hansi xeberler elimize gelib catmiwdi? Biz ewitdimiyize gore Hz Isa (e) bu vezifeni Iyuda adli wagirdine teklif edib ve Iyuda bu yolda wehid olub, bu dogrudurmu?
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, bizim bildiyimiz belə deyil ki, o şəhid olub və onu Həzrət İsa bu işə məsul edib.
Bəlkə Həzrət İsanı düşmənlərə təslim etməyə razı olub və İsa yerinə onu bilib aparıblar.
Salam, olmush insanin qebrine yeniden olu insani defn etmek Islam baximindan ne derecede dogrudur? Onu da deyim ki olmush insan artiq 20 ildir ki defn olunub, yeni artiq onun sumukleri qalar.
Salam Aleykum. Eger eve haram pul getirilibse ve men bu pulu xercledimse bilmeden ki haram puldu, ve haram pul oldugunu bir neche ay sonra tesadufen orgendimse men gunah etmiw sayiliram? Yoxsa bunu menden gizleden insan? Chox sagolun
Ответ / Cavab
Aleykumussalam
Qeyd edilen halda size haram sayilmaz. Haram gunahi bilerekden etdikde yazilar.