Salam Haci. Internetde oxudum ki atanin xumsu verilmediyine yeqin olunan pulla aldigi paltarla ogul namaz qila biler icazelidir ve buna menbe olaraq Sistani aga gosterilir. Heqiqeten de Sistani aga buna icaze verir?
Ответ / Cavab
Aleykumussalam.
Əgər övladın öz qazancı yoxdursa və atanın himayəsi altınndadısa, bəli, icazəlidir
Salam her vaxtiniz xeyir. İfademe gore uzur isteyirem men hamileyem. Hekim intim elaqeye icaze vermir problem olduguna gore. Ozum namaz qiliram, masturbasiyanin haram oldugunu esitmisem. Men yoldasimnan elaqeye gire bilmirem, bele veziyyetde yene de gunah olurmu? Evvelceden tesekkurler
Ответ / Cavab
Aleykumussalam.
Ərinizin vasitəsiylə bir birinizi rahatlaya bilərsiz, bu haram sayılmaz.
Salam/ hamileliyin 2 ayliqinda abort etmek boyuk gunah hesab olunurmu yeni qatil kimi? cox sag olun>
Ответ / Cavab
Aleykumussalam.
Bəli, qətldir. Hörmətli valideynlərimiz uşaq qətli olan şeyin cinayətini yüngülləşdirmək və gözdən pərdə asmaq üçün bu adı qoşublar. ABORT. Bu övlad qətlidir. Bundan uzaq durun.
Salam.Zehmet olmasa deyerdiniz,rehmete geden adamcun hediyye namazini qilarken,bu sozleri hemdden sonra demek duzgundurmu.Rabbiqfirli ve livalideyye ve Li mominine yevme yaqumil hesab. Ikinci riketde hemdden sonra Fabbiqfirli ve livalideyye limen dexele beytiyye mominen ve limominine vel mominati.bu sozleri 10 defe tekrar demekle namazimi qiliram Duzdurmu qildiqim hediyye namazi?
Ответ / Cavab
Aleykumussalam.
Bu duaları həmddən sonra yox, qunutda yaxud son səcdənin zikrinin sonunda deyə bilərsiz.
Salam əleyküm.Sizə 2 sualım var.1)Nişanlanandan sonra dini kəbin kəsilir,rəsmi nigah olmamiş qız nişanı qaytarır,oğlan talaq verməmış qız başqasıyla kəbin kəsdirirsə tək qız günaha girir yoxsa qızın ailəsidə günah etmiş olur.2)Deyilənə görə pişik gözü və nəfsi götürür bunun dini əsası varmı? Biz mağazamıza 2 dənə pişik gətirdik ikisidə bir necə gün sonra öldü.
Ответ / Cavab
Aleykumussalam.
1.Qızın talaq almamış başqə əqdə daxil olması qadağandır və ikinci əqd batildir.
Sual : Salam! 1.Qocalığa görə alınan təqaüdə (pensiya) xums düşürmü? Əgər düşürsə sual yoxdur. 2.Ancaq xums düşmürsə və həmin təqaüd bir il müddətinə xərclənmirsə onda necə? 3.Digər variantda isə həmin təqaüddən oğul (ata ilə bir yaşayırlar) evin ehtiyaclarına görə və təqaüd sahibi olan atasının dərman xərclərinə görə o puldan müvəqqəti olaraq götürüb xərcləyir və müəyyən müddətdən sonra yenə həmin miqdar pulu yerinə qaytarır. Belə olduqda həmin təqaüdə xums düşürmü? 4.Eyni suala bənzər: Tələbənin aldığı təqaüdə xums düşürmü? 5.O puldan bir il müddətinə xərclənmirsə onda necə? Əvvəlcədən təşəkkür edirəm. Bəndə Məhdi. 22.12.2016
Ответ / Cavab
Aleykumussalam.
İllik xərcindən artıq qalarsa, düşər
Tələbənin məsələsi fərqlidir və zahirdə olan rəyə görə tələbə qazandığı təqaüdü öz dərs xərcərinə xərcləsin.
Salam.. Bir seyin haram oldugunu bilib,ondan istifade etmemek istedikde lakin mecbur ollub istifade etmek gundahdirmi? Hec hec istifade etmek istemedikde
salam aleykum,teshekkur edirem,hesir canamazi haradan tapa bilerem? onun yerine yere qezet serib onun ustune secde etmek duz olar? Ehli sunne camaat namazinda durub,amma ona baglanmayib,tek niyyet edib qilsam namazim dogru olarmi? Xamanei aga.
Salam eleykum Bir nece nefer bir namaz qilan insanin ardinca pis sozler danisirdilar mende gelib esitdim istedim nese soz deyim ama nese deseydim boyuyecekdi mesele ama narahat oldum bele olan halda qeybet baximindan mene gunah sayilir ? Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam.
Əgər siz də qoşulmamısızsa ya oturub qulaq asmamısızsa, günahı yoxdur.
SAlam Hacı. Sualıma cavab yazdığınza ğörə minnətdaram. Ana bətnində uşağa ruh 3-cü 40 günündən sonra verilir yəni 120 gündən sonra? və bü müddət ərzində yəni 120 gündən tez abort etdirmək günah sayılırmı? çox sağ olun Allah razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Uşaq nütfəsi ana bətnində qərarlaşsdıqdan sonra artıq onu öldürmək olmaz.
SalamAleykum.Cavab ucun coox sagolun.Size eziyyet verirem.1.Men hemiwe tewwehudu unudanda ve yaxud bir defe deyende,ruketin 3 ve ya 4 olmasini bilmedikde sehv secdesi edirem salamlardan sonra,hec bir terefe baxmadan,secde formada oturdugum halda niyyet,meselen 4-ruket ESR namazin sehv secdesini edirem gurbeten ilellah deyib,tekbir ve secde edirem ve salami bir defe evelinde Bismillahi ve Billahi deyirem)duzdu??2.Ehtiyyat namazi nece gilinir??
Ответ / Cavab
Aleykumussalam.
1.rükətlərin səhfində ehtiyat namazı qılınar. Səhf cəsdəsinin niyyəti isə qəlbdə olunar və birbaşa, təkbir demədən səcdəyə gedilib zikr deyilər.
2.Ehtiyat namazı salamlar bitən kimi namazı pozan bir iş görmədən ayağa qalxıb qəlbində nə üçün ehtiyat namazı qılmasını niyyət edib təkbir deyib deyib həmd oxuyacaq, ruku, səcdələr, təşəhüd və salam deyəcək.