Страница 970 из 5746 << < 966 967 968 969 970 971 972 973 974 > >>
Salam aleykum |

Bir adam hecce gedib ve ozu ile bir adam aparib ki,emelleri onun yerine etsin,chunki namaz ve s..hech ne bilmir.Bu duzgundur?

Ответ / Cavab

Aleykumussalam.

Şəriətə görə özü eləməlidir, amma düzgün edə bilməsə, gərək bii də təkrar olaraq onun yerinə düzgn edə ki, Məkkəsi batil olmasın.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
isazade.solnche |

salam aleykum haci. haci bir dua var onun adini bezi saytlarda Nade Eli bezi saytlarda ise Nadi Eli yazirlar. bu adlardan hansi duzdu?

Ответ / Cavab

Aleykumussalam.

Nadi Əli duasıdır.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
xxx |

salam. bir xanimdan ewitdiyime gore yeni aile quran kes 2 ay namaz qilmaya biler. ne derece duzgundur bu bilmek istedim.

Ответ / Cavab

Aleykumussalam.

Bunu deyən xanım Allahdan qorxmurmu? Belə bir şey yoxdur.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Abdullah |

salam aleykum,Allah razi olsun sizden bir meselenin deqiqlewdirmek eger bir momin bir alim teqlid edir ancaq onun kitablarini oxumalidi?yoxsa fiqhi meselelerde (yani sheri meselelerde ona muraciyet etmeliyik o oz yerinde,ancaq onun risalesini oxumaliyiq?

Ответ / Cavab

Aleykumussalam.

bütün alimlərin kitablarına baxa bilər və oxuya bilər, lakin fiqhi  məsələlərdə ancaq ona tabe olacaq.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Gülay |

Salam aleyküm ruzi azalması neyle elaqeli olar qazanc artırmaqçün hansı dualar oxuya bilerik?

Ответ / Cavab

Aleykumussalam.

Ruzinin artırılıb azaldılması nemətə şükrün və ya küfrün səbəbi ola bilir.

Əməllərimizdə diqqətli olaq, qaancda və xərcləmədə diqqətli olaq. Namazlar arasında da dualar edək.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Aynur |

Salam. Sidiyli döşəyin üstündə pastelin dəyişib Namaz qilan biri yata bilər?

Ответ / Cavab

Aleykumussalam.

Olar, amma o qədər tərləsə ki, yaşlıq  həmin yorğan üstündən keçib  həmin yerə yetişərsə, nəcasət ötürülər.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Nuray |

Salam.Bayaq bir yerde oxudum ki qadinlarda secdede dirsek yere deymelidir ve rukuya yarimciq getmelisen.Bu duzdur?Eger duzdurse yarimciq ruku nece olur? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Rukuya qaydasında gediləcək, səcdədə isə bəli bacardıqca yığcam gedilməli və qollar dirsəyə kimi yerə qoyulsa yaxşıdır.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Yaşar |

salam, 21 yaşım var və subayam... namaz qılıram ama bəzən cinsi istəyim olur və bu hissim məni üstələyir... belə hallarda nə edə bilərəm?

Ответ / Cavab

Aleykumussalam.

Oruc tutun.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Sual |

Salam. Allah yolunda cihad edib wehid olmaqdan daha gozel bir emel var mi? Cunki bele bir hedis esitmisem ki dunyada ne qeder gozel wey var ondan da gozelini tapmaq olar. Ancaq Allah yolunda oldurulmekden daha gozeli yoxdur.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, şəhadət ən əziz nemətlərdəndir.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Anur |

Salam.Menim bir refiqem kebinli olub,amma oglan ozu qizsiz gedib kebin kesdirib,qizin sadece xeberi olub.atasinin raziligi olmayib.kebin dogru sayilib?sadece ozu ve molla olub kebi kesdirende.sonram oglan uc defe talaq telefonla deyib.o kebin pozulmush hesab edilib?qiz aile heyati ayrisiyla qurub.kebine gedib,atasinin raziligi olub.birinci kebin pozulmush hesab edilir?

Ответ / Cavab

Aleykumussalam.

Bunu ikinci ailənin kəbini kəsilmədən niyə düşünmürlər? Nədənsə bizim camaatımız əlini yandırandan sonra soruşur ki, oda əlimizi sala bilərikmi?

Qızın raılığı və atasının icazəsi olmadan özbaşına oğlan kəbin kəsdirə bilməz və əgə kəsdirə və bunlar da buna  razı olmaddıqlarını bildiriblərsə, o kəin batildir.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Salam |

salam.Melekler bizim butun sozleri yazir? yeni,en adi sozleri de yazir? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Məmur mələklər hər şeyi yazır. Hətta birinə tərs baxmaq da qeyd edilir.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
gunel |

salam.ayatul kursi duasi nedir? nece yazilir?

Ответ / Cavab

Aleykumussalam.

Baqərə surəsinin 255,256 və257 ci ayələri

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
miri |

Salam aleykum.Qadınların saçının uzun olması səbəbindən başa məsh edərkən qabaqdan arxaya etməyin maneəsi var ?

Ответ / Cavab

Aleykumussalam.

Arxadan irəli çəksinlər.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
... |

Salam. Menim bezi insanlari hec seve bilmirem. Ozumu mecbur edirem amma alinmir. Ne edimki bu xasiyetden canimi qutarim?

Ответ / Cavab

Aleykumussalam.

İnsanların hamısını  sevmək məcburiyyətində deyilsiz, amma gərək heç kimə aşağılıq nəzəri ilə baxmayasız.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Xumar Muslum |

Salam aleykum Selemcilik olan evde namaz qılmaq ve o gəlirdən gelen pulla alinan yemeyi geyimi yemey geymey günahdır? Nezere alaqki ovlad buna mecburdu anasina ağ ola bilmir ne etmelidi indi?Önceden teşekür ederim.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bu iş haramdır, övlad çalışıb valideynlərinə mehribancasına bunu başa salmalıdır.

Günaha gəldikdə isə günahın hamısı bunu edən və buna razı olanlara aiddir.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Lala |

Sabahiniz xeyir Allah sizden razi olsun illerdi suallarimi size verirem . Siz olmasaz.. Hemiwe var olasiz.. Suallarim var yene ) 1. Iki qardawdan biri niwanlidir ve olerse o biri qardaw niwanlisini ozune almaga mecburdu yiye durmaq ucun ? Dinde var bu ? 2. Gece geyimsiz yatmaq icazelidi?gunahdi?ya beyenilmir? Coxsagolun

Ответ / Cavab

Aleykumussalam.

1.Məcbur deyil, amma almaq istəsə maniəsi də yoxdur.

2.Tam lüt yatılmasın.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Milana |

Salam.eleykum.haci.bir sualimda var menim atam rehmete gedib.ili gelen ay cixir.dunyadan kocende borcu cox idi.namaz qilan olmuyub.men hele dusunuremki onu qebrde incidirler.yuxumada girmisdi borclari verin meni incidirler.men ne edim?ayetul kursun oxuyub atamin qebrine hediyye edirem yasin oxuyuram quran oxuyram.onun ruhuna bir xeyri varmi?savabdimi?salavatin oluye bide ayetul kursun oluye xeyri varmi?

Ответ / Cavab

Aleykumussalam.

Oxuduqlarınızı eyri olar. lakin bunlar borcun əvəzi olmaz. Ya borclar qaytarılmalıdır ya həmin şəxslərdən  halallıq alınmalıdır.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Esma |

Salam eleykum.uxr isdrem bir sualim olacaq.evli.qadin oteri bir ehtiras uzunden.bawqa oglanla izdivac edirse qisa muddetli.sonra ayrilir.bu tebiki xeyanet sayilir duzdu?

Ответ / Cavab

Aleykumussalam.

Ərli qadın heç kimlə izdivac edə bilməz, bu haramdır və qadağanır.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
Milana |

Salam erine xeyanet eden qadin nece o gunahdan temizlene biler.yoldasi bilmir.bilse ailesi dagilacaq.isdemir dagilsin.bir il kecib ustunden.hadisenin.

Ответ / Cavab

Aleykumussalam.

Ailəsini qorumaq istəyən qadın nə səbəbə 5 dəqiqəlik ötücü ləzzətə bu böyük neməti təhlükə altına qoyur?

Tovbə edəcək, ailəsinə xidmət edəcək, bağışlanıb bağışlanmaması isə Allahın lütfünə qalıb.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 13 Декабрь, 2016
salam aleykum |

bir adam var,turk dini kanallarina,nihat hatibogluna baxdigindan eqidesi de ora meyl etmisdi,sonralar deyirdi ki,neyinse duz olmadigini choxdan anlamishdi,sadece wekk etmeyin haram oldugunu dushunduyunden arashdirmirdi.Demek isteyirem ki,wekk etmek,emin olmamaq eslinde yaxsi haldir,arasdirma obyektiv olarsa insan heqiqeti tapar amma nefs ozune serf edene inanmaq isteyir.

Ответ / Cavab

Aleykumussalam

Insan aqil sahibidir,robot deyil,dushunmeli ve haqqi axtarib tapmalidir, shekk olarsa bunu alimle muzakire etmelidir.

Allah size yar olsun

Задан: 13 Декабрь, 2016 , Опубликовано: 12 Декабрь, 2016
Страница 970 из 5746 << < 966 967 968 969 970 971 972 973 974 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com