Pakistanın Lahor şəhərinin mərkəzində şiələrin bayram yürüşü zamanı partlayış baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Pakistanda fəaliyyət göstərən ekstremist qruplardan heç biri bu partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.