Fələstin dövlətinin tanınması üçün kampaniya həyata keçirən "Avaaz" adlı təşkilat Avropada böyük əks-sədaya səbəb olan addım atıb.(yenisafak) Belə ki, təşkilat tərəfindən 20 metrlik Fələstin bayrağı hazırlanaraq, Avropa Birliyinin binasının qarşısında ucaldılıb.
Bayraq süni havalandırma sistemləri vasitəsilə dalğalandırılıb. Üzərində 913.173 imza olan nəhəng bayraqda, həmçinin Avropa Birliyinə "Fələstin dövlətini tanı" şüarı həkk olunub.