Страница 1002 из 5746 << < 998 999 1000 1001 1002 1003 1004 1005 1006 > >>
Salam |

Bezen menim fikrime ele suallar gelir ki,onlarin gunah oldugunu dushunurem.Amma yene de sorushuram,her sheyin evveli ve sonu Allahdir,her sheyin yaranma sebebi odur.Bes Allah nece yaranib,O ne dogub,ne dogulub,bes nece Var olub? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Onun varlığı zatındandır, onun olmadığı vaxt olmayıb, o həmişə var olmuş bir zatdır.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
sudabe |

Salam.dord ruketli namazin axirinci reketinde teshibati erbenin yerine hemdsureni demeyin hokmu nedi? Sag olun

Ответ / Cavab

Aleykumussalam.

Həmdi surə deyil, tək həmd oxunacaq.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
efsane |

Salam aleykum . Bagislayin sizi narahat edirem bir mesele ile elaqedar belkede deqiqliyi ile bilmezsiniz ozumde ne qeder arasdirdim ammaki tam anlaya bilmedim Azerbaycanda istehsal olunan pendir mayasina guvenmek olarmi halal heyvandan hazirlanirmi ?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu mayalar halaldır.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Yako |

Salam Alrykum Haci. Bizi sevmeyen (namehremi) seve bilerik? ureyimizde. Hec onun ozude bilmeden!..

Ответ / Cavab

Aleykumussalam.

Qəlb işi hökm ediləsi məsələ deyil, lakin bu harama tərəf insanı apararsa, qadağandır.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Salam |

bezi adamlar ele bil deyir ki,Peygember sehv ede biler amma omer,osman,ebubekr sehv ede bilmez.Hz.Eliden nese danishan kimi tez deyirler:"Dogrusunu Allah biler".Ele bil qorxurlar hz.Elinin meqamindan.Bunlarin insafi yoxdur.

Ответ / Cavab

Aleykumussalam.

Bu vəhhabi zehniyyətidir.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
ulker |

salam. inwallah gece namazina bawlamaq isteyirem. musteheb namazdir bilirem. onu oyrenmek isteyirem ki vaxt baximdan ele olar hemin namazlari qilmaram vaxtim olanda qilaram. bu gunah deyilki? yani vacib namaz kimi bawladinsa atmaq gunahdi yoxsa hacan vaxtin olanda qila bilersen? bideki 40 mominin bagiwlanmasi hissesi mene biraz qaranliq qalir gerek biri qilsin men onu izliyim ele anlayim. olar ki 70 bir 70 bir 300 bir olan zikrleri qunutda edim amma 40 momin qalsin?

Ответ / Cavab

Aleykumussalam.

Günah deyil, qıla bilərsiz.

40 mömini dua etmək yerində- ALlahum-məğfir- lil- mumininə vəl muminat. deyin.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Sual |

Salam Haci. Zehmet olmasa bu ayeni deqiq deyiliw formasinda yazardiz da. Ve lâ tekûlû li men yuktelu fî sebîlillâhi emvât, bel ahyâun ve lâkin lâ teş’urûn.

Ответ / Cavab

Aleykumussalam.

Və la təqulu li mən yuqtəlu fi səbilillahi əmvat. Bəl əhyaun və lakin la təş-urun.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Azad |

Salam. Qunutda Quran ayesi oxumaq olar? Teqlidim Sistani agayadir.

Ответ / Cavab

Aleykumussalam.

Dua  tərkibli ayələri oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Perviz |

salam eleykum,nameherremden uzaq olan ksilere cennetde Huri melekler ediyye olunarsa..bes qadinlar olsa nece?

Ответ / Cavab

Aleykumussalam.

Onların da hədiyyəsi olacaq.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Perviz |

salam eleyukum,bayaqlari cavab yazdizki er arvad ikiside cennet ehli olsalar birge qalmaq isteseler orda da qalacaqlar,bilmek istiyirdimki bu quranda hansi ayede yazilib?

Ответ / Cavab

Aleykumussalam.

Bunun üçün ayə olmalıdır? Məgər bu məsələ nəyəsə zidd görsənir?

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Fidan |

Salam.Menim ad gunum dekabrin 2-sidir.Melumdur ki,meherremlikde dekabrin 2-si cixir.Onda men ad gunumu qeyd etsem gunahdir?

Ответ / Cavab

Aleykumussalam.

qeyd edilən tarixdə artıq vəfatlar bitəcək.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
salam |

Salam,sunni teriqetinde Mö’təzilə məktəbinin ardıcıllari hansilardir? yeni,henefiler yoxsa hansi? chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Mötəzilə təriqətdir, Hənəfi isə məzhəb. Sual düz qoyulmayıb.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Perviz |

salam eleykum,deye bilersiz Quranin hansi ayesinde er arvadin bir olacagi barede yazilib?cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Sualı daha aydın yazın ki, bilək nəyi bilmək istəyirsiz.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
n=n |

Salam, bilirik ki dini kebinsiz evlilik haram ve zina sayilir. Ve bilirik ki, bir cox xarici dovletlerde de kebin anlayiwi yoxdur onlar sadece dovlet nigahi edir resmi qeydiyat aldilar vessalam, bele cixir ki onlar hamisi zina ehlidi?? ve harama girmiw olurlar?? Eyer eledise dogurdan da dehwetdi, cox wukur ALLAHA ki, biz muselman olkesinde dogulmuwuq. onceden tewekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Müsəlmanlar kəbin nədir bilirlər, hansı dövlətdə yaşamalarından aslı olmayaraq. Qeyri müsəlmanlar da öz əqidələrinə əsasən kilsədə və sair dini məkanlarda dini əqd edirlər.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
salam aleykum |

Omer ve digerleri hz.Elini.e.mescide beyet ucun aparanda Hz.Eli.e.orada beyet etdi ya etmedi? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, etməyib bu məsələ 100 faizdir.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Salam aleykum |

“Cаhilin аlimdәn qоrхduğundаn yüz qаt аrtıq, аlim cаhilә nifrәt еdәr”bu hedisin izahi nedir? chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bu hədisin mənbəsini verin, əslinə baxa bilək, kimdəndir olduğunu anlayaq.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Nergiz |

Salam. Mən kompüterdə pulla məqalələr yazmışam. Yazı yazdıranlar çox imkanlı adamlardır. 30 manat əvəzində almışam. O pulu mən nə edim? Mənə o puldan mən də pay düşür, yoxsa müqəddəs ziyarətgahlarımızda Kərbəla şəhidləri və əsirləri üçün Yasin oxutdurum? Fikrimi bilmirəm anlada bildim, ya yox, mən nə edim? Təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam.

Bu sizin zəhmət haqqınızdır.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Salam |

Salam Aleykum,nisanli qiz oglanla danisib ve qerar verir ki,nisani atmaq isteyir,ve oglana deyir gelin uzuyunuzu goturun,nisani qaytariram,o da yaxshi deyir ve ailesini yollayir.Bunlarin qiza verdiyi basliq pulunu ve uzuyu o cumleden qiza alinan her sheyi qaytarilir,bu telaq sayilirmi?Indi kebinden dushmus sayilirlar?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, təlaq kəbin oxunduğu kimi, oxunan duadır.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Perviz |

salam eleykum,axiretde kisiler ve qadinlar ayrilacaqlar?bir.birini gormuyeceyler?

Ответ / Cavab

Aleykumussalam.

Ər arvadları nəzərdə tutursuzsa, onlar ikisi də cənnət əhli olsalar və birgə qalmaq istəsələr, orada da birgə olarlar.

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Perviz |

salam eleykum,Quranda Nebe suresi 33cu ayede yazilibki orda sizi sinesi yenice qabarmis dolmus gozellikle ve melahetle bir.birine benzeyen qizlar gozluyur.34cu ayede ise cennet serabi ile dolu qedehler..xais edirem buna izah edin

Ответ / Cavab

Aleykumussalam.

Allaha xatir naməhrəmlərdən dünyada uzaq olanlar üçün  Huri adında qadin mələklər cənnətdə ədiyyə olunar.

Şərab dedikdə bizim dildə olan şərab fikrinizə  gəlməsin. Bu kəlmə ərəb dilində adicə İçki, içməli deməkdir. Məsələn ərəb deyir şuribə - yəni içdi.

Behiştdə olan içməlilərdən söz gedir

Allah sizə yar olsun

Задан: 17 Ноябрь, 2016 , Опубликовано: 17 Ноябрь, 2016
Страница 1002 из 5746 << < 998 999 1000 1001 1002 1003 1004 1005 1006 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com