Страница 999 из 5746 << < 995 996 997 998 999 1000 1001 1002 1003 > >>
fərid |

Salam.hansi halda kimese el qaldirmag olar?

Ответ / Cavab

Salam. Bacardığımız qədər heç bir halda. İstina hal kimi məsələn kimsə ailənizdən olan yaxın kiməsə əl qaldırsa...

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
anar |

salam aleykum eger axund siqaret cekerse ona iqtida etmek olar?yeni daimi mekruhla mewgul olan adama iqtida duzgundur

Ответ / Cavab

Salam. Bəli, olar.

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Bende |

Salam Haci.cenabet quslunan sonra destemaz almaq lazimdi?cunki oxumusam tek cenabet quslunan sonra destemaz almaq lazim deyil.yoxsa her ehtiyata gore destemaz almaq lazimdi?ALLAH razi olsun

Ответ / Cavab

Salam. Ehtiyac yoxdur dəstəmaza cənabət qüslun alandan sonra.

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Orxan |

Sizin saytınızda dəstəmaz haqqında olan məqalədə oxudum ki, 3 üzü və qolları 3 dəfə yumaq haramdır, mən dəstəmaz alarkən üzümü də qollarımıda yuyanda 3 dəfə ovucuma su alıb yuyuram indi mənim bütün dəstəmazlarım batildir ya necə ? O.o Birdə ki bunu mənə başqa bir insan belə öyrətmişdi yəni bu fikir ayrılığında hansı daha düzgündür ?

Ответ / Cavab

Salam. Dәstәmаzdа üzü vә әllәri yumаq birinci dәfә vаcib, ikinci dәfә cаiz, üçüncü vә dаhа аrtıq dәfәlәrdә isә hаrаmdır. İNŞAALLAH batil olmaz, bundan sonra düzgün alarsız

Задан: 22 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Orxan |

Salamun Aleykum. Suallarımı cavablandırdığınız üçün əvvəlcədən minnətdarlığımı bildirirəm sizə. 1. Dəstamazda mən qolları yuyanda başıma ayaqlarıma məsh çəkəndə heç bir dua və ya söz demirəm doğrudur bu ? 2. Başıma məsh çəkdikdən sonra ovucumda su az qaldığı üçün qollarıma çəkirəm əllərimi və ayaqlarıma sonra məsh edirəm bu dəstamazı pozmur ki ? 3. Qüsl alarkən niyyət edəndən sonra bəzən ağzımı burnumu 3 dəfə yaxalayıb sonra başımı və qulaqlarımı yuyuram ama bəzəndə ağzıma və burnuma su almıram çünkü tam əmin deyiləm məlumatım yoxdur bu barədə. Düzgünü necədir ?

Ответ / Cavab

Salam. Buyurun xoşdur. 1. İstənilən dua müstəhəbdir və heç bir əməli batil etmir. 2. Əgər əlin rütubəti yalnız başın məshinə yetəcək qədər olarsa, vacib ehtiyata əsasən, başa həmin rütubətlə məsh etmək, sonra əli ayaqlara məsh etmək üçün saqqalın rütubəti ilə islatmaq lazımdır, saqqalda da olmasa kifayət qədər su qola olar yuxaridan ashagiya. İNŞAALLAH ki batil deyil, bundan sonra bu cür hal qarşınıza çıxsa saqqala sürtün. 3. Qüsulda bunlar yoxdur və qəsdən edilməsi batil edir. Bundan sonra etməyin. https://www.youtube.com/watch?v=CNv2qspiu4Y&t=43s

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
aysel |

Salam. Men sizden sorushmushdum ki imamin 40 ne vaxti siz yazdizki 21. Indi de yazirsizki 20.

Ответ / Cavab

Salam. İraqda 21-i qeyd edirlər, Ayətullah Sistaninin fətvasına əsasən tərtib edilən təqvimlə, bizdə 20-si oldu

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
salam |

Peygemberimizin wehadet gunu nevaxtdi?

Ответ / Cavab

Salam. Bu ayın 28-i

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Əli |

Salam Hacı qardaş.ərbəin günü oruc tutmaq olar?sistani ağa.Allah razı olsun.

Ответ / Cavab

Salam. Bəli

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Kamalya |

Salam. Sefer ayi ne vaxt bitir. Tewekkur edirem.

Ответ / Cavab

Salam. Dekabrın 1-i

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 20 Ноябрь, 2016
Anonim |

Salam. Xususi Teyinatli Quvvelere hazirlasiram. Seherler herbi geyimde uzumde de skelet maskasi olmaqla mewqe cixiram. Bilmek isteyirem ki bu halda iken meni kimse qefil gorub ureyi dayansa men qatil sayiliram? Hec kimi qorxutmaq fikrim yoxdu sadece bu mene elave heves gorduyum ise hormetimi artirir. Konkret olaraq cavab versez sevinerdim. Allah Razi olsun.

Ответ / Cavab

Salam. Xeyr, sayilmirsiz.

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Esmer |

Salam aleykum. İki sualım var. Bir oğlanla evlənməyi qərara almışıq. Amma o məni hicabsız görmüyüb. Kişinin evlənəcəyi qadını başıaçıq görməyə haqqı varmı təsəvvürü olsun deyə? Hacı Şahin olar demişdi amma yenə dəqiqləşdirmək istədim.2. TRT verilişində din xadimi dedi ki, əgər qızın valideyni mən qızımı bu oğlana verdim deyə elan edirsə nikah qüvvəyə minir kəbin oxunmasa da. Belə şey bizdə də var? Çox sağ olun

Ответ / Cavab

Salam. 1. Bəli, olar ədər hər şeydə razılığa gəlinibsə, artıq ailə qurmaq, nigah bağlamaq üçün hər şey və razılıqlar hazırdırsa, ən son anda baxa bilər, yəni oğlan gərək insafla hərəkət etsin. 2. Xeyr, belə şey yoxdur və batil fikirdir, nigah duasi oxunmalıdır.

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Ilaxa |

Salam.men muxtarname filmine baxirdim orda bir wey qaranliq qaldi mene.imam hesen kufede vefat etdikde ve ya kufede oldugda ne ucun imam huseyn onun yaninda deyildi?komek olmurdu?oldukden sora niye qisas almadi?2-imam hesen vefatindan sonra imam huseynin yaninda gonderildi cenazesi?harda defn olundu?

Ответ / Cavab

Aleykumussalam.

İmamlar öz vəzifələrini bilib icra ediblər. Qisas qatildən alınır. Qatil  məər İmamın yanında idiki ondan qisas da alınsın?

İmam Həsəni BAbası Peyğəmbərin yanında dəfn etmək istədilər, əməvi şeytanları qoymaılar və İmam Bəqi qəbristanlığında dəfn edildi.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Salam |

Bir adam gunahkar olub,namaz qilmayib,amma onu ezabla oldurubler,daha aciq deyib,doyerek oldurubler.Indi o adam bu ezabla olmeye gore o dunyada nese mukafat gorecekmi? sag olun

Ответ / Cavab

Salam. Xeyr, buna görə mükafat yoxdur, cəzasın çəkəcək namaz qılmadığına və ya digər ilahi hökmlərə riayət etmədiyinə görə

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
sudabe |

Salam.siz gah deyirsiz imamin 40i 21 ne dusur, indi deyirsiz 20 ne sizi basa dusmey olmur? Adam cas bas qalir.kecen ilde bele etdiz, kimse ehsan vermek isteyir imamin 40 gunune.bunu deqiq yazin de, her gun bir tarix yazirsiz, bizde sorusanlarin qarsinda yalanci cixiriq.sag olun

Ответ / Cavab

Salam. Sistani aganın fətavası ilə tərtib olunan İraq təqviminə görə bu gündür Ərbəin, lakin bizdə 20-si idi

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Bende |

Salam. Qeyd etmisdiniz ki, erbein gunu ayin 20 dir. Bu gun televizorda baxdim deyildi ki, erbein gunu Kerbelada bazarertesi yeni ayin 21 dir. Indi hansi gun duzgundur?

Ответ / Cavab

Salam. İraqdakı təqvimə əsasən 21-idir, bizdə 20-si

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Salam aleykum |

Salam."O, yaratdığı hər şeyi gözəl yaratdı...»" Biz deyirik ki,weytan,muharibeler,acliqlar,elil insanlar neye gore var ve Allah merhemetlidirse niye Afrikada ushaglar ac qalib.Biz oz pis ve yaxsi meyarimiza gore bunu deyirik,isteyirik Allar bizim "yaxsi"anlayishimiza gore davransin,amma biz uzvu goruruk,Allah butunu gorur,bu sebebden Onun yaxsi "anlayisi"ferqlidir,yeni bizde butunu gore bilsek dunyada hech neyin pis olmadigini,eslinde her sheyin yaxsi ve gozel oldugun goreceyik." Bu sozlerle razisiniz? chox sag olun.

Ответ / Cavab

Salam. Allah yaratdığı hər şeyi gözəl, hikmətlərlə dolu yaradıb. Heç nəyi elə-belə yaratmayıb. Bütün yaxşılıqlar Allahdan, pisliklər insanın özündəndi. Müharibəsi də, aclığı da, əlillik də belə deyək 90% hallarda insanların öz günahlarıdır, bəlkə də 99%. Əgər Allahın və Məsumların (ə) dediklərinə, məsləhətlərinə riayt etsək demək olar ki, əlillik də olmaz (yəni istisna hallar var). Yəni məsələn, nigaha girməzdən qabaq haramlardan uzaq olsaq, nigah günü bir çox toylardakı kimi şərab içməklə uşağın təməlini qoymasaq və sa hallara riayət etsək əlillik də olmaz (az istisna hallar da var). Müharibə də biz insanların şeytana uyub hərisliyimiz ucbatindandir.

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Salam aleykum |

Salam."O, yaratdığı hər şeyi gözəl yaratdı...»" Biz deyirik ki,weytan,muharibeler,acliqlar,elil insanlar neye gore var ve Allah merhemetlidirse niye Afrikada ushaglar ac qalib.Biz oz pis ve yaxsi meyarimiza gore bunu deyirik,isteyirik Allar bizim "yaxsi"anlayishimiza gore davransin,amma biz uzvu goruruk,Allah butunu gorur,bu sebebden Onun yaxsi "anlayisi"ferqlidir,yeni bizde butunu gore bilsek dunyada hech neyin pis olmadigini,eslinde her sheyin yaxsi ve gozel oldugun goreceyik." Bu sozlerle razisiniz? chox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, tam olaraq yox. Qeyd edilənlə, verilən irad  səhfdir. ALlah gözəl yaradıb. Haradasa kiminsə aclıq çəkməsinin özəlliklə əlaqəsi yoxdur. Muharibələri, aclıqları biz insanlar edirik, ALlah isə bizə insan kimi yaşamağı öyrətmək üçün 1 yox, 10 yox, 100 yox, 124 min Peyğəmbər öndərib. Onların dediklərinə əməl edirikmi? Yoxsa Elə bilirik hər şeyi bizim yerimizə ALlah etməlidir? Allah Allahlığında özəldir, işləri və hökmləri də özəldir. Biz çirkinliklərlə dostuq və bəndəliyimizdə özəl deyilik. BAğban ül əkib becərib, biz isə ətrini iyləmək əvəzinə budaqlarını qırırıq.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
xanım |

Salam. Dovşan əti nə üçün haramdı? Çox sağ olun

Ответ / Cavab

Salam. İmam Sadiq (ə) buyurur:«Dovşan əti (sizə) haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və digər vəhşi heyvanların pəncəsi kimi onun da pəncəsi vardır…»

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Nurana Mustafayeva |

Salam zehmet olmasa sefer ayinin mahiyyetini ve ne vaxt olacagini izah eliye bilersiz?

Ответ / Cavab

Salam. Hazırda Səfər ayənın 20-sidir. Həzrət Peyğəmbər (s) bu ayda daha çox sədəqə, yəni yoxsullara əl tutmağı tövsiyə edib

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Elnur |

Salam eleykim Heci men işa namazin məğrib namazıynan birləşdirib qılıram işdə oluram vaxta görə birleşdirirem şiə namazi qılıram

Ответ / Cavab

Salam. Birləşdirib qılmağın problemi yoxdur, birləşdirib də qıla bilərsiz, ayrı-ayrı da

Задан: 21 Ноябрь, 2016 , Опубликовано: 19 Ноябрь, 2016
Страница 999 из 5746 << < 995 996 997 998 999 1000 1001 1002 1003 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com