"Əgər Allah sənə bir zərər yetirsə ondan savayı bu zərəri aradan qaldıracaq kəs yoxdur..."o zaman insan ozune ele de guvenmemelidir,mes,guclu ve chox olandan qorxmaq lazim deyil,onlarin ipi Allahin elindedir.duzdur?
Salam Aleykum. Evde topu divara vurdum dini yazı olan ramka yere düşdü. Sehv elemiremse ALLAH yazılmışdı. Bilmeden oldu sonra da çox pis oldum. Bu mene günahdırmı? Sağolun
Salam eleykum Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi. Men bu ayede basa du
Ответ / Cavab
Aleykumussalam.
Bunlar alçaq şeylər deyil, müqaisədə aşağı dərəcəlidir. Onlara her gün Bildirçin ruzi olaraq nazil edilirdi. Bunlar isə buna naşükürlük edib soğan sarımsaq istədilər.
Salam eleykum 1.Nefsi dusmen bilmeyi Qelben nece qebul etmek olar ? 2.bir momin qardasdan esitdim ki evlenmeyin 10 serti var mende risaleye baxdim ama 10 sert meselesin tapa bilmedim eger risalede varsa zehmet olmasa hansi basliqla yazilib deyin ? 3.Tercumesin yazarsiz zehmet olmasa Ya Men lehul-cennetul me'va Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumussalam.
1.Nəfs düşmən deyil, nəfs lazımlıdır, ram olunmalı və əqlə tabe olunmalıdır.
2.Evlənmə barədə kitablar yazılıb və azəri dilinə tərcümə olunub, onlara baxın.
Salam aleykum hacı. Müsəlmanların Qiyamət günündə taleyini həll edəcək bir məsələ ilə bağlı sizə sualım var: Zənn edin ki, kimsə evdən çıxır, gəlir Kərbəlaya imam Hüseyn ibn Əlinin mübarək bədənin basdırıldığı bir yerə və deyir- "Ya Hüseyn! Məni çətinliklərdən qurtar, kasıbçılığımı aradan qaldır." Bu insan müsəlmandır şiə əqidəsinə görə yoxsa kafir? Nəzərə alın ki, bi sıravi insan imam Hüseyn ibn Əlinin o dünyadan onun ruzisinin artıracağına əmindir. Təqiyyəsiz cavab verin. Əhli sünnənin bütün alimləri yekdil rəydədir ki, o insana hüccəti çatdırandan sonra yenə şirkində israr etsə kafirdir.
Ответ / Cavab
Aleykumussalam.
Təvəssül olmasa, onu yəni İmam Huseyni Allahdan kənar üvvət sahibi bilərsə, olmaz, qadağandır. Əgər bunu ALlahın əliylə etməsinə etiqalıdırsa, küfr sayılmaz.
Əhli sünnənin də kitablarında təvəssül təsdiqlənir və düz bilinir.
salam mennamaza yeni baslamisam bilmek isteyiremki namazin oz vaxtindan neqeder kecse qeza sayilir biede elimde yara var su deyende qanayir bilmek iseyiremki destamazi bele halda nece almaq olarevelceden cox sagolun
Ответ / Cavab
Aleykumussalam.
Namazların vaxtlarını umumi şəkildə yazaq. Saytımızda namaz cədvəlinə baxmaqla öyrənin.
Sübh namazı gün çıxan vaxtı. Zöhr və əsr namazları şam azanında, axşam namazlarını gecə yarıya kimi qılmaq lazımdır. Bu zamana kimi müəyyən səbəblərdən qılınmasa sadəcə filan namazı qılıram deyib sübh namazına kimi qılın.
Gözləyin qan dayansın, sonra dəstəmaz alıb namazları qılın.