Salam aleykum.Quranin Enkebut suresinde bele bir aye varki Nuha peygemberlik verdik ve O onlarin arasinda min ilden elli il az yasadi.buda edir 950 il..bes bezi yerlerde 2500 il yasadigini esitmisem.yeniki bunlar sefdi Quranla duz gelmir deye?etrafli basa salardiz xais..ssagolun
Haci werietle bagli sualim cavabsiz qaldi. Werietin Ilahi qanunlar toplusu oldugunu bildiyi halda onu redd edenler muselman sayilir?
Ответ / Cavab
Aleykumussalam.
Onu rədd edən dedikdə nəyi nəzərdə tutursuz. ? Yalan olduğunu deyən, lazımsız olduğunu deyən ya necə. Fikirlər fərqlidir, hər haıda Allahı, dini, Peyğəmbəri axirəti danmırsa, müsəlman sayılır.
Salam aleykum.Cavablari oxudum,tesekkur edirem,basga suallarim da yarandi.hz.Huseyn shehid olacagini bilirdi,haqq ve batil qoshun taninsin deye bu yolu ozu sechdi.Bes hz.Hesen niye zeheri icdi ve niye codeyle evlendi? Hz.El.e.niye hemin gun mescide getdi?Allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
Sualınızı anladıq. CAvab verməyə çalışacağıq. Əlbətdə bu məsələlər yazışma ilə tam anlaşıla bilmir, danışılma ilə daha dəqiq anlatmaq olur. Yenə çalışaq.
Bəzi şəxslər, yəni İlahi şəxslər dünyada öz missiyalarını dərk edir və missiyanı qəbul edərək şuurlu surətdə buna doğru gedirlər. Misal olaraq muharibəyə gedən hər bir əsgəri götürmək olar. Əsgər bilir ki, vətən qorunmalıdır və o əlinə silah alıb döyüş meydanına daxil olursa, ölümünü gözünün önünə alır, kəşviyyata ya düşmən daxilinə deversiyaya gedən əsgər ölümə tərəf getdiyini qəşəng bilir. Amma məqsədə yetişmək üçün bunu qəbul edərək gedir. Bu adi bir əsgərdir. İlahi övliya insanların hidayəti, cəmiyətin islahı üçün bildikləri halda məqsədə doğru hərəkət edirlər.
Salam Haci qardash. Ehd duasi haqda oxumusham amma onun hacet ucun oxunmasi yazilmayib.indi sizden oyrenmek isteyirem ki o duani hacet ucun oxuyurlar? Teshekkur.
Men bilirem ki,ovliyalar da qeybi bilirler.Imamlarin qeybi bilmesi haqda ise subutlari basga birine demek ucun isteyirem.Siz bu haqda ashkar ayeleri yazin ki,melumati olmayana da izah etmek olsun.
Salam Aleykum.Cox sag olun cavablandirirsiz.Ish orasindadi ki,menim 5 yashli oglum her gun namazi mennen qilir men qilmadigim vaxt namaz niye qilmirsan gel qilaq deyir mende qaliram bele nece edim bu halda yalandan qilim?
Həqiqi anaların. Onlar ki, halalzadə övlad dünyaya gətirib həyatını onlara bəxş ediblər.
Burada məqsəd o deyil, ana cənnətin qapısının üstündə durub. İnsan anası qarşısında ayaqlarının altına qədər əyilməli, əskilməlidir ki, cənnətə daxil olsun.
Eger bir momin cahil,qeddar,dinsiz insanlarin ehatesine dushse ne etmelidir?Bu halda ehtiyat etmek lazimdir yoxsa Allaha guvenib haqqi demelidir? sag olun
Ответ / Cavab
Aleykumussalam.
Elə olmalıdır ki, insanlar onun rəftarından haqqa tərəf meyl etsin.
salam aleykum.Allah-təala həzrət Musaya tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin.Bu bize de aiddirmi,yeni kimse imkani oldugu halda sade ve ucuz geymesi mominlik elametidir? sag olun
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, səhf fikirdir. İmkan olduqda geyinə bilər, Peyğəmbərlərin həyatı ayrıdır, onlar ünyaya örnəkdirlər. Misal olaraq bunu deyək.
İmam Əlidən soruşdular ki, nə üçün bu əldən düşmüş çarığı yamayırsan, təzəsi ilə dəyişmirsən. Həzrətin cavabı bu oldu ki, son ayaqyalın çarıq tapdıqda, mən də bunu dəyişərəm.
Salam,Allahdan basga kimsede guc yoxdur,demek,fiziki quvve,vezife,pul,meqam guc deyil,guc kimi gorunur,nece ki,dag yaxindan boyuk gorunur,yer kuresi ile muqayisede ise chox boyukdur.Demek ki,biz bunlardan qorxmamaliyiq,teqiyyenin de qorxuyla elagesi yoxdur,veziyyetle elagesi var.Men duz fikirleshirem? sag olun.
Ответ / Cavab
Aleykumussalam.
Allahdan kənar güc və qüvvə yoxdur dedikdə məsələ odur ki, istənilən güc və qüvvənin mənbəyi odur.
İnsan Allahdan qorxmalıdır, yəni onun rəhmət nəzərinin bəndənin üzərindən götürülməsindən. Bundan qorxsaq, daha heç kim və heç nədən qorxmarıq.
Təqiyyə isə qorxu deyil, vəziyyətə uyğun olaraq həqiqəti müəyyən pərdə altında saxlamaqdır.
Salam Haci. Men destemaz alarken meshi ayaq durnaqimin uzerinden bawlayib yuxariya dogru cekmiwem. Sonra mene dedilerki yanliw edirem. Barmagin bawindan (ayaq uste durarken barmagin bawinin qibleye baxan hissesinden) meshi cekmek lazimdi. Indiye kimi qildigim namazlar batildi? Yoxsa bu müctеhidler arasinda olan nezer muxtelifliyidi. Bunu soyleyenler biri Sistani agaya digeri Weyx Vahide teqlid edir. Her ikisinin nezerine esasen cavab yazsaz ureyim rahat olardi. Onceden tewekkurler
SAlam aleykum)Allah razi olsun Bilmek isterdim bir turnirdi o turnire pul qoyirsan futboldan komanda bawi 35 azn,1 yer tutana 100manat bu qumar sayilir?