Salam aleykum.Men tovbe edirem amma namaz ve oruc mene agir gelir,diqqetim yayilir,oruc tutanda namazda aglima yemek fikri gelir....Men yemeye bagli olmaq istemirem,adeten gun erzinde ele 1 defe yeyirem amma oruc tutmaga cetinlik cekirem,bu halda ne etmeliyem.sag olun.
Ответ / Cavab
Aleykumussalam.
Tovbə fəqət dil ilə əstəğfirullah demək fayda verməz. Həqiqi peşmançılıq, üzrxahlıq, yalvarış və bağışlanma diləmək xeyir verər.
Salam.Qızın valideynləri oğlanın qızdan yaşca böyük həmdə görünüşcə böyük olmasına görə qızı oğlana vermirlər.Qız 30 yaşını keçib, həmdə o oğlandan başqa istəyəni yoxdu. Siz nə məsləhət görürsüz?
Salam men namaz qilarken hiss eledim ele bil alnima nese deyir sac kimi qutarandan sonra elimi vurdum sacim biraz deyirdi bu namazi batil edir? Yeniden qilmaliyam?
Ответ / Cavab
Aleykumussalam.
Əgər namaz vaxtı saçınız çölə çıxıbsa və bunu namazın içində bilmisizsə, gizlətməli idiz, əgər etməmisizsə, namaz pozular, yenidən qılınmalıdır.
salam aleykum va rahmatullah zehmet deyilse deye blersiz 1) sebeb-netice qanunu nece olan bir weydi? birde 2)irfan ne demektir? Allah size yar olsun,Allah sizi hiwbext elesin,amin
Ответ / Cavab
Aleykumussalam.
Bunu bilmək üçün bir iki dovrə məntiq dərsi oxumalısız.
Salam aleykum.sualimi cavablandirdiginiz ucun cox sagolun.birde sualim var deqiq bilmek istəyirəm istihare namazini seher sübh namazından sonra qilib yata bilərəm? Allah razi olsun
Salam Aleykum Va Rahmatullahi va Barakatuh !! Hacı sualım budur quyri müsalmanın veteni uğrunda canlarını verirlerse ne hökmündediler?yani onlar şehid sayılırmı? Ve yaxud ailesi uğrunda . Xaiş edirem etraflı izah ederdiniz. Allah sizlere yar olsun
Ответ / Cavab
Aleykumussalam.
Xeyr, şəhidlik məqami o qədər ucadır ki, ancaq müsəlman möminlərə verilər. Onların öz əqidələrində nə varsa, omna çatarlar.
Salam. Dirnagin icine normal adi kir yigilir a, bax o kir ola ola cenabet quslu aldim. Quslden sonra fikir verdim ve kesdim dirnaqlarimi. Quslum salamatdir? Teqlidim Sistani yedir.
Ответ / Cavab
Aleykumussalam.
Əgər qüsl vaxtı yuyulması lazım olan yerin üzərini tutmamışdısa qüsl düzdür.
Salam. Omer ibn xettabdan sonra xelife secilmesi ucun yigilan surada Eli(e) olubmu? bir sunni taniw bele sual verdi : omer ozunden sonra bir nece neferin xelife secilmesini tovsiye edib. Bunlarin arasinda Eli(e) qeyd edib. eger omer Eli(e) dusmen olubsa niye Eli(e) ozunden sonra xelife gormek istiyirdi?
Ответ / Cavab
Aleykumussalam.
Əvvəla bunu qeyd edək ki, belə şuranı taratmaq nəyə əsaslanıb və buna kim haq vermişdi, hansı dəlilə və səlahiyyətə əsaslanır?
İkincisi aya Əlini oraya daxil etməmək mümkün idimi?
Salam. Menim qolumun bir hissesi gipsdedi. Bu halda elimin icini tam dizime ve secdede yere qoya bilmirem.Namazlarimi qilim yoxsa qeza edim? Eger qolumun o hissesin yuya bilmiremse mesh cekmeliyem?
Ответ / Cavab
Aleykumussalam.
Eybi yoxdur, elə halda da namazlarınızı qılın, bacardığınız kimi qoyun.
Dəstəmazda həmin yerin üzərinə əlinizin nəmi ilə məsh edəcəksiz.
Iki qardasin basqa baci olan qizlarla evlenmesi halal sayilir? Yeni boyuk qardasa evin boyuk qizini aliblar, indide subay olan 2ci qardasa evin kicik qizini almaq isteyirler, bu halaldi ya haram?
Allahın salamı olsun sizə. Arada olurki namaz qıl Arkan bəzən rükətlərin sayında tərəddüd edirəm . Bu zaman yenidən mən həmin namazı qılmalıyammı?İkinci sualım isə odur ki, stolüstü oyunlar nə üçün haramdır . Öncədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumussalam.
Rükətlərin saylarında şəkklər müxtəlifdir və hər birinin özünə uyğun hökmü var. Bunları öyrənmək lazımdır.
HAmısı haram deyil, qumar aləti olanlar haram sayılar.
Salam 1 Cenabet qusulu alanda vaciben demek lazimdi ? 2 Ele bele destemaz alanda ( namaz qilmaq ucun yox Sadece destemazli gezmek ucun )vaciben demek lazimdi? Coxsagolun
Salam Aleykum. Qibleni tapmağın asan ve deqiq yolunu zehmet olmasa yazardınız. ALLAH Razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Müsəlman qəbristanlığı, məscidin mehrabi kömək edər. Bunlar olmasa, gün çxan və günbatanla tapa bilərsiz. Sol çiyninizi günçıxana, sağ çiyninizi günbatana tutub. Belə üzü cnuba olacaqsız. Azca sağa döndükdə üzü qibləyə olacaqsız.