Страница 1015 из 5746 << < 1011 1012 1013 1014 1015 1016 1017 1018 1019 > >>
Ruqeyya |

Salam. Evli adamin boynunda cenabet olmadigi halda her duw alan zaman,toke biler cenabet quslunu?

Ответ / Cavab

Aleykumussalam.

Edə bilər, lakin bunun faydası yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Arzu |

Salam.sizden sorusdum dediniz haram munasibetler en boyuk gunahdir.Bunu bilirem sadece o vaxt universitetde oxuyurduq qabagda esgerlik is tapmaq varidi deye gozleyirdik.Hemdeki danisib bir birimizi taniyirdig tanimamis xasiyyeti bilmemis nece evlenmek olar? Bunun sonu da pis ola biler axi gunahdi deye danismadan evlenersen evlendikden sonra xasiyyetler uygun gelmez.Xahis edirem meslehet vererdiniz

Ответ / Cavab

Aleykumussalam.

Bu fikirlə razı deyilik . Muasir dünya qız və oğlanı azad buraxıb təcrübəli valideynlərinin yol göstərməsinə əsasən yox, öz ixtiyarları ilə evlənsinlər, bir birlərini tanısınlar deyə görüşüb söhbət etsinlər və sair. Müasir dünyada ailəlr nə haldadır, boşanmalar nə qədərdir?

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Ekber |

Salam aleykum.Sualıma görə üzr istəyirəm.Mən istimnaya tövbə etmişəm.Amma dünən gecə yuxulu ikən istimna etdim.Amma bunu (yuxulu olduğum üçün) ixtiyari yoxsa qeyri ixtiyari etdiyimi dəqiq bilmirəm.Şübhə edirəm.Bu halda tövbəm pozulmuş sayılar?

Ответ / Cavab

Aleykumussalam.

Əgər bu halı ixtiyari etməmisizsə, yuxuda baş veribsə, ancaq boynunuza düşən qüslü verin.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
ZC-75 |

Salam hacı. Sizin təsdiq etdiyiniz imamların qeybi bilməyini qardaşımın yanında deyəndə məni "topa" tutdu və gülüş obyektinə çevrildim. Qardaşım dedi ki, zənn edək ki, imamlar qeybi bilirlər. Onda imam Əli Kufə məscidinə namaz qılmağa getməməliydi, bir halda ki, bilirdi ki, ibn Mülcəm onu qətlə yetirəcək. İmam Həsən zəhəri içməməliydi, axı qeybi-gələcəyi bilridi, imam Hüseyn Ninəva-Kərbəlaya getməməliydi, axı bilirdi ki, onu qətlə yetirəcəklər. Qurandan ayə gətirdi Loğman surəsi 34 ayə: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz." Qısası Qeybi yalnız Allah və icazə verdiyi Peyğəmbərlər bilir. Bir söz deyin.

Ответ / Cavab

Aleykumussalam.

Bəs qeyd etdiyimiz Peyğəmbər vəziri hansı elmlə  Bilqysin taxtını gətirdi? Həzrət İsanın həvariləri hansı elmlə Həzrət İsanın möcüzələrini təkrarlayırdılar? Yoxsa İslam dini, İslam Peyğəmbəri və İslam Peyğəmbərinin varisləri onlarda aşağı səviyyədə idilər?

Qurana quru quru yanaşmaq olmaz, adam vəhhabi olar.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
salam |

Salam qardaş sual oxsarda olsa məqsəd başqadı. .. əgər qadin soz gəzdirən, evin sirrini acirsa , ərinin ailəsini abrini aparirsa və ərinə diliylə zülm verirse ərinə hormət etmirsə qaynanasına hormet etmirsə ve yalandan Allaha da and içir adama şər atır ustəlik bu əxlaqi rəzilliulərə sahib olan qadin hicablı və namaz qilandi belə şəxsə həqiqi momindirmi ? Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

Bu sifətlərin heç biri mömində olmamalıdır.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Ilaxa |

1-salam.teqlide bawlayinca ilk once nese etmek lazimdir?men hec teqlid etmemisem sistani agaya isteyirem edim.teqlide nece bawlamaliyam?onun haqqinda qayda qanunlari haqqda hardan oyrene bilerem?2-birdeki siz burda suallara cvb yazanda hansi muctehidin teqlidine uygun cvblandirirsiz?Minnetderam

Ответ / Cavab

Aleykumussalam.

Ağa Sistani zəmanınin əzəmətli müctəhidlərindəndir ki, ona təqlid düzdür. Təqlid üçün sadəcə filankıəsə təqlidimi bağlayıram qəsdi etmək kifayətdir. Hökmlərini və fətvalarını isə oAğanın şəriət risaləsi kitaından  əldə edə bilərsiz.

Biz əsasən ümumi və məhşur olan rəylərə əsasən uazırıq və əgər sual edən müctəhidini qeyd edərsə, həmin müctəhidin rəyinə əsasən cavab verilir.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Muselman |

Salam. Esir duweceyini anlayib qumbarasini ureyine sixaraq (sag qalib esir dusmemek ucun qesden ureyine yaxin tutub qumbarani) ozu ile beraber bir nece ermeni digasini da olduren esgerimiz Wehid sayilir? Bunu ederken niyyeti Allah raziligi oldugunu hesab etsek eger. Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Bu düşmənlə mübarizədir və özünü öldürmək yox, özünü fəda etmək sayılır. Allah üçün olarsa, şəhiddir.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Salam |

Salam Aleykum Hacı. Bir Meqam mene qaranlıq qalıb. QURAN da Maide 6 da deyilirki başınıza ve ayaqlarınıza mesh çekin. Ama ehli sünne de "ayaqlarınızı yuyun" tercüme olunur. Bu nece olur? Esl doğru tercüme necedir? Xais edirem etraflı izah edesiz. Sağolun. ALLAH razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Tərcümə edənin günahıdır və bununla insanları çaşqınlığa salır. Aşkar surətdə ayədə VƏMSƏHU -məsh edin yazılıb, yuumaq isə Fəğsilu olmalıdır.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
elnur |

salam .evli kiwidi uwaqlarida var.bir evli uwagi olan amma erinden bowanmiw qadinla zina edir.bir muddet sonra hemin zina eden evli kiwi namaza bawliyir ve zina etmeye davam edir.onu bawa salandaki duz etmirsen gunahdi. oda deyir siyge etmek isteyirem.sualim beledi. bu kiwi o erinden bowanmiw amma eri ile dini nigah pozulmamiw bu evli kiwi ile siyge ede biler ya yox??

Ответ / Cavab

Aleykumussalam.

Qadın ərindən dini talaq almayıbsa ərli qadın sayılır və onunla rabitədə olmaq çirkin və haram bir şey olmağından əlavə həmin şəxslər bir birlərinə əbədi olaraq haram olurlar.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
Arzu |

Salam.Meni bir oglan isteyirdi ve biz ciddi evlilik niyyeti ile danisirdig mene cox sozler verdi ama birdrn bos bir seyin ustunde yari yolda buraxdi meni ne qeder uzr istedim faydasi bele olmadi halbuki cox balaca birseyidi boyuk mesele bele deyildi.Bilirem dinimizde bele munasibet haramdir.Ama maraglidir hemin adam gunah qazandu bu hereketi ile haqsiz yere yari yolda buraxdigi ucun? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəs bilirsiniz ki, bu işin əvvəli haramdır. Haram munasibət elə problemlərdən başqa bir şey yaratmaz. Günahın əsli bu munasibətlər olub.

Allah sizə yar olsun

Задан: 6 Ноябрь, 2016 , Опубликовано: 6 Ноябрь, 2016
salam |

Salam qardaş əgər qadin soz gəzdirən, evin sirrini acirsa , ərinin ailəsini abrini aparirsa və ərinə diliylə zülm verirse ərinə hormət etmirsə qaynanasına hormet etmirsə belə vəziyyətdə bosanmalari düzgündür?

Ответ / Cavab

Aleykumussalam.

Əgər ailə heç cü tərbiyə olunub düzəlmirsə, boşanmalarında günah yoxdu.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
...... |

Salam aleykum.sadece kinoya baxmaqla ehtiras son hedde catmis kimi oldu amma meni gelmedi..bele olanda qusl vacib olur.?.sagolun

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla belə şeylərə  baxmaq haramdır, bunu bilək.

Məni xaric olmasa qüsl vacib olmaz.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Muselman |

Salam Haci. Sualim budur ki xums pulunu muctehide vermek wertdir? Sistaniye teqlid edenler xums pulunu Allah yolunda xercleye biler? Meselen feqire versinler. Icaze var buna?

Ответ / Cavab

Aleykumussalam.

Əgər onu hara xarcləməli olduğunu bilirsə, xərc edə bilər.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Hmmm |

Salam,eger bir insana kimse dogru durust din oyretmeyibse o adam istenilen tebligata aldana biler,qohumu,qonshusu vahabidirse o da gedib vahabi olur ve kor korane shielere kafir deyir....Bezen dushunurem ki,goresen bu insanlar buna gore gunah qazanir? yeni onlar cahillikden o yola gedibler,haqq hesabda bu nezere alinacaq? insAllah fikrimi chatdira bildim. sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, günahları öz boyunlarınddır. İnsan adicə bazardan kartof alanda onun  o tərəf bu tərəfinə baxır ki, mürüyü filan olmasın. Din yəni bundan da ucuzdur ki, nə gəldi dəlil subut olmadan onu qəbul edək?

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
YA ALLAH |

Salam Aleykum. Zehmet olmasa Qurani Kerim de qiyam sözünün olduğu ayelerden birini deyerdiniz. ALLAH Razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Elə bəqərə surəsinin lap əvvəlində Əlləzinə Yuqimunəs-səlah.  Hansılar ki, namazı qiyam edərlər

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Salam aleykum |

Insanin yaninda nece weytan var? insan ne edende eytan.l.ona yaxinlasa bilmir? Weytan yatirmi?ne yeyib icir?Oyrenmisem ki,o kisi cinsindendir,ailesi varmi? ALLAH sizden razi olSun.

Ответ / Cavab

Aleykumussalam.

Şeytan ümumi sifətdir və bu sifət İblisdə və onun həm cinnlərdən və həm də insanlardan olan qoşununun sifətidir. İnsan ALlahı unudan kimi şeytan yaxınlaşar, Allahla olduqda şeytan bir xətər yetirə bilməz.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Salam |

Salam aleykum.Men oten illerden qalan Esr namazinin qezasin qilirdim,sonra azan verdi,men gunun namazin evvel vaxtinda qilmaq ucun esr namazinin ikinci reketinde onu subh namazin qezasina cevirdim,bele etmek duzdur? xamanei aga.sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, belə emək olar.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Salam aleykum |

imamlar qeybi bilirler,buna dair quran ayeleri varmi?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, var. Bilqeysin taxtını Həzrət Süleymanın vəziri, Asim ibn Bərxiya nə vasitəsi ilə gətirdi?

İmamət məqamının üstünlüyü isə çoxdan isbat olunub.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
RİŞAD |

Salam aleykum və rahmatullah. əhli sünnə və əhli şiyə nəvaxt nə səbəbdən bölünüb. Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

Belə deyək , Peyğəmbərimiz vəfat edən kimi  müsəlmanlar iki hissəyə ayrıldı, Əli tərəfdarları və digərləri. Əhli sünnə fiqhi məktəbi sonradan, İmam Sadiqin dövründə yaranıb.

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Salam aleykum |

Qeyd etdiniz ki,mezlumlara mukafat verilecek,bes eger o mezlumlar namaz qilmayan wexsler olsa yene mukafatlar verilecek ve cennete gedecekler?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, mukafatlarını alacaqlar. Cənnətə gedib getməmələri ayrı məsələdir

Allah sizə yar olsun

Задан: 5 Ноябрь, 2016 , Опубликовано: 5 Ноябрь, 2016
Страница 1015 из 5746 << < 1011 1012 1013 1014 1015 1016 1017 1018 1019 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com